Prezident 6 sərəncam imzaladıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiy.net xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

İlham Əliyev “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 774, № 10, maddələr 855, 859; 2011, № 2, maddə 80) 2-ci hissəsində “viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər” sözləri “vizanı Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində) ala bilərlər” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 950-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 950-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***
İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 931-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 931-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2 saylı Doğum Evində növbəti biabırçılıq ''pul ver uşağın cinsiyyətin deyim'' - VİDEO“Bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur”

Səhiyyə naziri Oqtay Şirəliyev doğuşayardım xidmətinin vəziyyətinə dair keçirdiyi kollegiya iclasında doğum evlərindəki nöqsanlara toxunaraq baş həkimlərə bəzi problemləri tezliklə aradan qaldırmağı tapşırdı. Həmin iclasda qeyd olundu ki, 2012-ci ildə Azərbaycanda ümumilikdə 26 ana ölümü hadisəsi qeydə alınıb.

Oqtay Şirəliyev bu sahədəki nöqsanlardan danışıb. Nazir bildirib ki, bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur.

Sabunçu rayon 2 saylı Doğum Evin də baş verən qanunsuzluqlar isə nazirin qeyd etdiyi halların yaranmasına səbəb olmaqdadır. 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında baş verənlər isə xəstə yaxınlarının kameralarından yan keçmməyib. Sosial şəbəkədə kütləvi yayılan video görüntülər isə bunun subutu olaraq qeyd edilə bilə. İlk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər. Beləki, sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı vido görüntülərdəndə açıq şəkildə xəstələrdən bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tüğuyan etdiyi xəstəxana səlahiyyətlilərinində haqq aldıqları iddia edilən məlumatda video görüntülərdə verilən pul və qaytarılan qalıqda aydın şəkildə görsənir. Hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdalamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hall hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərəkdən gün ərzində yüksək məgləğlər toplanmaqdadır. 2 saylı Doğum Evin tək qadın məsləhətxanasında gün ərzində bu qədər qanun pozuntuları qeydə alınır. Xəstəxananın palatalarında yataq alverindən tutmuş otaq alverinə qədər uzanan rüşvətin məlumatları isə saysız hesabsızdır.(bakunews.az)
"ABŞ və Rusiya Qarabağ konfliktinin həllində birgə çalışa bilməzlər"Məhəmməd Əsədullazadə
politoloq


ABŞ-ın Rusiyaya qarşı "Kreml hesabatı" adlanan sankisyalar paketi iki dövlət arasında regional münaqişələrin həllində birgə çalışdığı formatların işinə ciddi mənfi təsir göstərəcək. Ukraynada Donbas və Luqansk, həmçinin Qarabağ münaqişəsi üzrə Minsk formatının bundan sonra fəaliyyətində heç bir müsbət təsir olmayacaq.

Vaşinqtonun Moskvaya qarşı sanksiyaları iki ölkənin siyasi-diplomatik və regional əməşdaşlığının inkişafının qarşısın alacaq və problemləri dərinləşəcək. Hazırda ABŞ və Rusiya Qarabağ münaqişənin nizamlanması üzrə fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun həmsədrləridi. Həmsədr kimi, iki ölkə daimi konfliktin nizamlanması üçün birgə həll variantları irəli sürür, yaxud biri digərinin həll təkliflərini dəstəkləyir. Demək olar ki, üç həmsdr ölkə ümumi konsensusa gəlir və əməşdaşlıq edir.

Vurğulamaq lazımdır ki, Qarabağ münaqişəsi elə bir regional konfliktdir ki, bütün münaqişələrdə əks qütbdə olan ABŞ və Rusiya bu münaqişədə ortaq siyasi iradə nümayiş etdirirlər. Təbii ki, bu təssüf doğurur və ABŞ-ın indiyə qədər siyasəti ilə tərsmütənasib təşkil edir. Vaşinqtonun bu siyasəti, sössüz erməni lobbisindən qaynaqlanır.

Hazırda tarixdə görünmədiyi kimi ABŞ-la Rusiya çox dərin və həlli yaxın perspektivdə mümkün olmayan problemin astanasındadırlar. ABŞ, Cənubi Qafqazda Rusiyanın siyasəti ilə, xüsusi ilə Qarabağ münaqişəsinin nizamlanmasında eyni siyasi mövqe ortaya qoyub əməşdaşlıq edəcəksə, yaxud da əks tərəfdə durub problemə real və ədaləli şəkildə yanaşacaqsa, münaqişədə irəlləyiş ola bilər. Əgər, ABŞ Minsk formatında Rusiya ilə əməşdaşlıq edəcəksə, həqiqətən bu avantüra və Ermənistanı müdafiə etmək olacaq. Mümkün deyil ki, soyuq savaş aparan iki ölkə bir formatda əməşdaşlıq edib, münaqişənin birgə həllinə nail olsunlar.

Qeyd edim ki, Azərbaycan Minsk formatına ciddi şəkildə yanaşmalı, beynəlxalq siyasi situasiyanın gərginləşməsi və iki həmsədr ölkənin soyuq savaşda olduğu üçün birgə əmədaşlıqlndan müsbət nəticə gözləmədiyini elan edərək, Minsk qrupunun formatını dəyişməyə yaxud münaqişənin həllini BMT-nin mandatına verməyə çalışmalıdır. Bundan sonra, ABŞ və Rusiya Qarabağ konfliktinin həllində birgə çalışa bilməzlər.
29 yaşlı gəlin evdən qaçıb - Göyçayda - FOTOGöyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb.

Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:

"Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda "Rüfət, səni sevirəm, amma gedirəm" sözlərini yazaraq evi tərk edib".

R.Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib.

Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.
Ailədə qadın və kişinin yeriTahirə Qafarlı
versus.az-ın baş redaktoru

Ailə qadınla başlayır və kişinin sevgisi, zəhmi, mühafizəkarlığı ilə birlikdə qorunur, möhkəmlənir…

Belə qəbul olunur ki, kişi ailədə başçıdır. Kişini isə ailədə, cəmiyyətin önündə başçı edən məhz qadındır.

Ailəni dövlətlə müqayisə etsək, orada da hər bir vəzifələr demokratik əsaslara uyğun bölünür. Ailəni quran hər iki fərdin öz vəzifələri var, lakin ƏLAHİDDƏ VƏZİFƏLƏR qadının öhtəsindədir. Çox vaxt cəmiyyətdə qadının söz demək, qərar vermək hüququna malik olmadığı, onun kişi danışarkən susmalı olduğu, qərar verməyə ixtiyarının çatmadığı bəyan edilir. Kobud Cəmiyyət zərif qadının ona göstəriş verib idarəçi qismində görünməsini qəbul etmir. Bu məsələ yaranışdan bu günə qədər qədim dünyanın, hətta sivil cəmiyyətlərin müzakirəsində, həyat sistemində olan və çözə bilmədiyi mürəkkəb bir ideoloji məsələ kimi açıq qalır. Üzərində nə qədər çalışmalar aparılsa da, qadın idarəçi qismində qəbul olunmur. Lakin müasir insanın dünyaya baxışı, təbiət reallıqlarını aydın təfəkkürü ilə qavramağa başlaması bəzi nüanslarda qadına qısqanc yanaşmaları yumşalda bilib. Lakin “kişi birincidir”, “qərar vermək kişiyə məxsusdur” steriotipləri təbliğ olunmaqla düzgün olmayan yanaşmanın aradan qalxmasına imkan vermir. Dünya nə qədər inkişaf etsə də, “kişi cəmiyyət“ qadının güclənməsini heç cür qəbul edə bilmir. Dünyada baş verən kataklizmlərin də məhz bu nüansın üzərində pöhrələnərək ətrafa qığılcım saçdığı sirr deyil.

Lakin ailə başçısının – kişinin vəzifəsi “imperator” anlamında – əmr verən, qadağalar qoyan, göstəriş verən adam şəxsində qavranılmamalıdır. O, yalnız və yalnız yanında olan ağıllı qadının ailədə apardığı düzgün ideoloji idarəçiliyi sayəsində həqiqi “imperator” tituluna layiq görülə bilir. Qadın isə öz işini “qışqırmadan” icra etməlidir.

Burda çox incə bir məqam var: Qadının əsas “titulu”, qadın incəliyi və zərifliyinin fövqündə təbiətin və cəmiyyətin tələbi ilə “gizlədilir”… Ailədə əsas vəzifə daşıyıcısı kimi daha çox üstünlükləri olsa da, təbiət qadına kişidən sonra 2-ci yeri verir. Görünür, cəmiyyətin, eləcə də onu formalaşdıran bütün insanların təfəkkür səviyyəsinin müxtəlifliyinə uyğun olaraq qadına mühafizəkarcasına yanaşan təbiət zənciri ONUN zərifliyinin, gözəlliyinin sərtləşməsini istəmir. Onu cahillərdən qorumq üçün – fiziki olaraq kobud işlər üçün layiq bilib yaratdığı və əzələ gücünə sahibləndirdiyi kişini “mühafizəkar” qismində ondan önə – 1-ci yerə çıxarır.

Təəssüflər olsun ki, bu “böyük məqam” olduğu kimi dərk olunmur. Bu fəlsəfə, gözəlliyin, sevgi və şəfqətin tələb etdiyi əsas şərt kimi qavranmır və cəmiyyətdə “qadın birincidir, yoxsa kişi” kimi gərəksiz suallarla qıcıq yaradılaraq, bilərəkdən, yaxud bilməyərəkdən harmoniya pozulur. Çox vaxt öndə duran kişi bu cür sualların “ağırlığı altında” qalıb əsl missiyasının nə olduğunu anlaya bilmir və kor-koranə arxada durmağa razı olan qadının hüquqlarını, kimliyini tanımır. Beləliklə, qadın cəmiyyətin ona düzgün yanaşa bilməməsi üzündən əziyyət çəkir və çox vaxt təbiətin ona verdiyi yerə, layiq olduğu hörmətə sahiblənə bilmir. Qadına qarşı olan bu yanaşmalar əksər hallarda onun önündə dayanan kişilərin xaraktercə zəif olması ilə ortaya çıxır. Kişi cəsarətsiz və gücsüz olduqca, arxasında dayanan qadını daha çox əzmək istəyir. Beləcə, Qadın “gizlində” qamır və çox vaxt təbiətin ona vediyi tituldan sui-istifadə etməklə qaydaları pozur.

Əslində qadının kişinin mühafizəkarlığı ilə hərəkəti onun zərifliyinin qorunmasının təzahürü olduğu üçün bu, Qadının ailə sırasında birinci yerdə durmaq istəməsinə ehtiyac yaratmır. Çünki “sırada” kişidən öndə dayanmaq qadına yaraşmır və onu saxtalaşdırır. Çünki kobud, mühafizəçi qismində öndə görünmək Qadının təbii halı deyil.

Əksər hallarda qadın öz düşüncəsinin, xarakterinin, sevgisinin zəifliyi, bəzən də ona uşaqlıqdan təlqin olunan anlaşılmaz qaydalara əsasən öz anlamını, hüququnu itirir və özü istəyərək ona aid olan haqqını kişiyə “təslim” edir. “Kişi nə istəsə edə bilər” düşüncəsi kök atdıqca, o, əzilir. Təbii ki, belə qadınlar kor-koranə olaraq bu durmu ilə razılaşır və bunu həyatda normal hesab edirlər. Ən dəhşətlisi budur ki, çox vaxt qadınlar özləri dünyaya gətirdikləri övladlarından da hüquq pozan bir alət kimi istifadə edirlər. Qəribə burasıdır ki, vaxtilə verdikləri səhv qərarları üzündən hüquqlarının tapdanmasını psixoloji zərbə kimi yadda saxlayıb, özünə qarşı tətbiq olunan “qadağaları” sonralar başqa qadınların (qayınananın, gəlinin, qızın) üzərində də tətbiq edirlər. Üstəlik özünün düşüncəsindən, zəifliyindən doğan müthilik sindromlarını cəmiyyətə yayırlar… Zaman keçdikcə onlar da öz həyat yoldaşlarının, ailəsinin üzərində kor-koranə idarəçi olmaq istəyir və bəzən də ərin arxasında dayanıb onun “qılınc tutan əli”ni tutub istədikləri şəkildə oynadırlar… Artıq bu qadın özü də başqa bir qadının hüquqsuz olduğunu isbat etməyə çalışır.

Təbii olaraq, ailənin başçıları olmadan ailə cəmiyyətində istənilən enerji, istənilən həyat, istənilən sevgi və inkişaf ola bilmir. Yəni qadın kişini, kişi isə qadını yaşadır və gələcək vəzifələrini birgə müəyyən edirlər. Bu mənada ailəni, cəmiyyətin inkişafını, bu iki tərəfin qarşılıqlı vəhtəti olmadan təəvvür etmək mümkün deyil. Əgər mümkün olsa belə, yəni kimsə “mənəm” deyirsə, mütləq o ailədə yarımçıqlıq olur və biri digərini idarə etməkdə maraqlı olur, yaxud xoşbət nüansları azdır. Belə ailələr formal olaraq hər gün yaranır, ailənin fərdləri çoxalır, dəyərlər isə sevgi, qarşılıqlı anlaşma, hörmətlə deyil, hüquqsuz qadının cəmiyyətin kişiyə transver etdiyi “imperatorluq” diqtəsi ilə idarə olunur. Beləcə “cinayətlər” çoxalır. Ən dəhşətlisi də budur ki, ailənin yeni fərdləri olan qız, yaxud oğlan öz ətrafında gördüyü yanlış münasibətlərlə böyüyür və ailə dəyərlərinin yanlış təbliğatçısına çevrilirlər. Deməli, cəmiyyətin ağıllı şəkildə inkişafı, “qadının niyə kişidən sonra dayanıb “gizlində” durmasını tələb edir” və “nəyə görə kişinin xüsusi olaraq önə çıxarılmasını dərketmə” fəlsəfəsinin düzgün təbliği, ailə tondeminin uğurlu qurulmasından, anlayışından, sevgisindən asılıdır. Ailədə qadın birinciliyi könüllü şəkildə kişiyə verdiyini çox sevgi ilə təbliğ etməli, kişi də məhz qadına görə və niyə birinci olmaq şansını əldə etdiyini ailəsinə göstərməlidir. Belə şəraitdə ailənin digər fərdləri dünyaya gözəllik, bir-birinə hörmət və ehtiram transfer edən təbliğatçılar və maarifçilər kimi yetişər və onlar da quracaqları ailələrdə bu üsulu gerçəkləşdirməklə ailə institutlarının cəmiyyətin sağlamlaşdırmasına yönələcək ən böyük sistemini formalaşdırmış olarlar. Deməli, ailədə kişi və yaxud qadının hansının söz sahibi olması ilə bağlı müzakirənin aparılması yanlışdır. Müzakirələr məhz ailə tondeminin bir-birini anlaması və vəzifələrini necə icra etmələri müstəvisində önə çıxarılmalıdır.

Ailədə yarana biləcək neqativlərdə cəmiyyətin yan təpkisinin olması danılmazdır. Çox maraqlıdır ki, ailə-qadın və kişi münasibətlərində daha çox zəif, gücsüz, əxlaqı olmayan ünsürlərin təsiri daha çox olur. Hətta ailədə olan güclü başçı belə, bu situasiyada təsir altına düşə bilir. Bu da onunla əlaqədar olur ki, gücsüzlər, dünyagörüşü az olan və kütlə psixologiyası ilə hərəkət edənlər daha çoxluq təşkil edir. Nə yazıq ki, gücsüz kişilər və onların hüquqsuz qadınları ictimaiyyət arasında istədikləri fonu yarada bilirlər. Çünki həmin gücsüz və xaraktersiz insanlar, başqasının xoşbəxtliyini, ailə mehribançılığını həzm edə bilmirlər. Əksər hallarda bu, ailənin əxlaqi dəyərlərinin tapdanmasına qədər gedib çıxır. Belə olan halda çoxluqla mübarizə aparmaqda çətinlik çəkən başçı küt kütlənin adətlər kimi təyin etdiyi yanlış qaydalara uymaq məcburiyyətində qalır. Lakin güclü kişinin arxasında güclü bir qadın olarsa, ailədə inam və sədaqət varsa, bu cür təsirlərin heç bir nəticəsi olmur.

Təbiətin Qadın və onun ailədəki vəzifəsinin gizli saxlanması, 2-ci yerdə – kişinin arxasında saxlamaq istədiyi məqamın məntiqi bu kimi çox nüanslarla açılmış olur. Görünür bu üzdən də təbiət, cəmiyyət kişini kompramisə gəlməyə dəvət edir və bunu formalaşdırmaq üçün sağlam və güclü ailə formullarının yaradılmasına təlabat artır. Yəni məhz ailə tondemlərinin qarşılıqlı anlayışı və qadını dərk edib, onun dünyaya təqdim edə biləcəyi sevgini düzgün istiqamətləndirməklə sağlam gələcəyə baxışda böyük çevrilişlər etməyin mümkünlüyü ortaya qoyulur.
"Kiminsə evində oğurluq olacaqsa, buna KİVDF cavabdeh deyil"Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalist Ağanisə Sultanovanın evinin qarət edilməsi məsələsinə münasibət bildirib.

V.Səfərli “Ölkə.Az”-a açıqlamasında deyib ki, jurnalistlərin binası təhlükəsizlik kameraları ilə təchiz edilib:

“Binaya quraşdırılan kamera gecə-gündüz işləyir. Binanın 2 nəfər mühafizəçisi də var. Onlar da növbə ilə mühafizə işi aparırlar. Ancaq mühafizəçilər kiminsə evlərində keşik çəkəsi deyillər. Biz mənzillərə cavabdeh deyilik. Oğurluq olubsa, polisə müraciət olunmalı və gəlib təhlükəsizlik kameralarına baxılmalıdır. Binanın girişində təhlükəsizlik kamerası var. Ancaq oğru evlərdə mühafizəyə və ya təhlükəsizlik kamerasının olub-olmamasına baxmır”.

V.Səfərli qeyd edib ki, jurnalist Ağanisə Sultanovun evindən oğurluq edən şəxs böyük ehtimalla onu şəxsən tanıyan adamdır:

“Binada hamı Ağanisə Sultanovanı kasıb bir adam bilir. Ancaq eşitdim ki, Ağanisə Sultanova evindən 1000 manat pulunun və qızılının aparıldığını söyləyib. Ağanisə Sultanova bir ildən çoxdur ki, binaya olan kommunal borcunu ödəmir. Əgər onun 1000 manat pulun vardısa, bəs nə üçün binaya olan borcunu ödəməyib? Amma oğurluq olan kimi bizdən nə isə tələb edir. Mən yenə deyirəm ki, onun evindən oğurluq edilməsinə görə mühafizəçi günhkar deyil. Burada mühafizəçilik nəsə yoxdur. Kiminsə evində oğurluq olacaqsa, buna KİVDF cavabdeh deyil. Biz müqavilədə də qeyd etmişik ki, nəyə cavabdehik. İndi Ağanisə Sultanova hadisə ilə bağlı polisə şikayət edib. Əminəm ki, polis araşdırma aparıb, obyektiv qərar verəcək”.

V.Səfərli jurnalistlərin binasında ötən il də oğurluq hadisəsinin qeydə alındığını bildirib:

“Ötən il həmin binanın həyətində bir nəfərin avtomobili oğurlanmışdı. Mən də bildirdim ki, həyətdə kiminsə avtomobilinin oğurlanmasına biz cavabdeh deyilik. Elə etmək lazımdır ki, oğurlanmasın. Bizə deyirlər ki, nə üçün binanın avtomobil dayanacağı yoxdur. Mən də dedim ki, binada yaşayan bəzi sakinlər adicə kommunal borcları ödəmək istəmirlər, sabah başqa xidmətləri necə ödəyəcəklər? Bir dəfə də binadan kiminsə veposipedi oğurlanmışdı. Ancaq velosipedin pulu mühafizəçilərin maaşından tutulub ödənilmişdi. Əslində, bu da düzgün deyildi. Blokdan kiminsə velosipedini oğurlayırlarsa, burada mühafizəçinin nə günahı var? Məgər mühafizəçi hər sakini çağırıb yoxlamalıdır? Digər tərəfdən isə mən inanmıram ki, oğurluq kənar adam tərəfindən edilsin. Binada hamı Ağanisə Sultanovanı kasıb adam kimi tanıyır. Nə üçün oğru başqa adamın evinə deyil, məhz Ağanisənin evinə girdi? O oğru kimdirsə, Ağanisəni tanıyan adamdır. Bilir ki, o evində pul və qızıl qoyub”.
Mirsamir Məmmədov: "Mehman Əliyevin açıqlamaları dövlətimizə qarşı təxribat xarakterlidir"Mehman Əliyevin xidmət etdiyi ermənipərəst dairələr Əli Həsənovun və Zakir Qaralovun timsalında dövlətimizə qara yaxmağa çalışdılar...

Bunu, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin öz həbsi barədə səsləndirdiyi qeyri-obyektiv ittihamların mahiyyətindən danışarkən, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin bir neçə gün öncə səsləndirdiyi qeyri-real və absurd ittihamlar sünii şəkildə siyasi təxribat yaratmaq məqsədi daşıyır və bu açıqlama düşmən qüvvələrin sifarişidir. Mehman Əliyev sözün həqiqi mənasında İlluziya danışıb və mifik fikirlər səsləndirib. Təbii ki, Əli Həsənov bu günə qədər Dövlətçiliyimizin qorunmasında, ölkə maraqlarının təmin olunmasında, möhtərəm cənab Prezidentin apardığı siyasətin icrasında sədaqətlə xidmət etmiş insandır. Əli müəllimi tanıyan hər kəs bilir ki, fəaliyyətində dəqiq və dürüst olaraq çalışan, ədalətli hərəkət edən və yalnız qanun və qanunçuluq nəyi tələb edirsə o yöndə də çalışan bir məmurdur. Bu səbəbdən Əli müəllim ölkəyə, dövlətə, dövlətçiliyə, xalqımıza, Ulu Öndər Heydər Əliyev siyasi irsinə, bu dəyərlərin layiqli davamçısı möhtərəm cənab Prezidentə ən sədaqətli şəxslərdəndir. Həmçinin Mehman Əliyev özünün həbs olunmasında şəxsi marağının olduğunu iddia etdiyi, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov da heçbir siyasi ambisiyası və siyasi iddiası olmayan, birbaşa Dövlətçiliyə və qanunçuluğa xidmət edən bir şəxsdir və Zakir Qaralov heçbir zaman şəxsi maraqlar zəminində kiminsə həbsinə qol qoyacaq və planlayacaq bir məmur deyil. Mehman Əliyev Baş Prokuror barədə səsləndirdiyi bu açıqlama ilə həm də ölkəmizin hüquq-mühafizə orqanları sisteminin nüfuzuna ləkə yaxmağa çalışıb. Mehman Əliyevin ittiham etdiyi hər iki şəxs, həm Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, həm də Baş Prokuror Zakir Qaralov Mehman Əliyevin iddiasının tam əksində olan şəxslərdir..

"Turan" İnformasiya Agentliyinin rəhbəri, "Soros" Fondunun ölkəmizdəki ən birinci siması, daim ölkəmiz və dövlətçiliyimiz əleyhinə düşmənçilik siyasəti yeridən ermənipərəst qüvvələrin, erməni lobbisinin, anti-Azərbaycançı mərkəzlərin yaratdığı "5-ci Kolon"-un ən fəal və öndə olan fiqurlarından olan Mehman Əliyevin Əli Həsənovu və Zakir Qaralovu özünün həbsində ittiham etməsi birbaşa anti-Azərbaycançı qüvvələrin sifarişidir və erməni lobbisinin başında olduğu ermənipərəst düşmən qüvvələr Azərbaycandakı "5-ci Kolon"-un vasitəsilə ölkəmizi nüfuzdan salmaq və beynəlxalq aləmdə Azərbaycana qarşı mənfi imic formalaşdırmaq üçün yenidən fəaliyyətə başlayıblar. Mehman Əliyevin timsalında, artıq ermənipərəst dairələrin növbəti qara piar kampaniyaları planlaşdırdığı açıq-aşkar görsəndi. Mehman Əliyev öz həbsində Prezirentin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova qarşı arqumentsiz və heçbir dəlil və sübuta əsaslanmayan, qeyri-real ittihamlar səsləndirməsi, xarici düşmən qüvvələrin Əli Həsənovun və Zakir Qaralovun simasında, ölkəmizə və Dövlətçiliyimizə qarşı gözdən və nüfuzdan salmaq, ölkəmizin imicini və reputasiyasını zədələmək, Azərbaycanın dünyada sürətlə artan nüfuzunu ləkələmək və kölgə salmaq məqsədilə atdığı addımdır.

Mehman Əliyevin həbsi Zakir Qaralov üçün niyə və nədən maraqlı olsunki???!

Eləcə də Əli Həsənov üçün hansı əhəmiyyəti kəsb edibki??

Mehman Əliyev Dövlətçiliyimizə və Dövlətimizə qarşı səsləndirdiyi bu kompromat açıqlamanı dilə gətirmədən öncə bu sualları düşünüb təhlil etməliydi. Bu adamın fəaliyyətinin Zakir Qaralovun sahəsinə heçbir aiddiyyatı yoxdur və bu adamın həbsində də eynən Zakir Qaralovun heçbir şəxsi aidiyyatı və marağı yoxdur və olmayıb. Eləcə də Əli Həsənov hər zaman hümanist addımları ilə seçilmiş insandır və Əli müəllimi tanıyan hər kəs bilir ki, Əli Həsənov kiminsə həbsini planlaşdıracaq və ya koordinasiya edəcək bir insan deyil. Ümumiyyətlə Əli Həsənov müxalif medyaya da hər zaman Dövlət dəstəyinin verilməsinə çalışıb. Jurnalistlərə və medya nümayəndələrinə Dövlət tərəfindən ev paylanarkən, çox sayda müxalif fikirli jurnalistlərə də ev verilmişdir və bunun hamısını məhz Əli Həsənov edib. Mehman Əliyevin məhz xarici düşmən qüvvələrin tapşırığı ilə birbaşa təxribat xarakterli ittihamlar səsləndirməsi ölkəmiz əleyhinə olan bir hərəkətdir. Mehman Əliyev, açıqlamaları ilə sünii yolla siyasi təxribat yaratmağa çalışıb. Çünki bu adamın bütün ittihamları sadəcə tapşırıq və sifariş üzərində qurulmuş Dövlətçiliyimizə qarşı total hücum əməliyyatının görünən tərəfidir. Mehman Əliyev də çox yaxşı bilir ki, Əli Həsənov kiminsə həbsini planlaşdıracaq və koordinasiya edəcək şəxs deyil.
Mehman Əliyev sahibkardır və Vergilər Nazirliyi onun fəaliyyətinə dair konkret qanunpozuntuları aşkara çıxarmışdır və məhz bu səbəblə o həbs olunmuşdur. Təbiiki, qanun hər kəsə şamildir və hər kəs qanun qarşısında eynidir. Lakin Mehman Əliyev və arxasında dayanmış ermənipərəst dairələr, çevrəsindəki ermənipərəstlər və anti-Azərbaycançı qüvvələr Mehman Əliyevin həbsini siyasiləşdirməyə çalışdılar. Bu gün də Mehman Əliyev çevrəsində öz nüfuzunu və çəkisini artırmaq məqsədilə Vergilər Nazirliyi tərəfindən aşkara çıxarılan qanun pozuntularını siyasiləşdirərək dövlətimizin nüfuzunu ləkələməyə çalışır. Həmçinin onun öz həbsi barədə səsləndirdiyi qeyri-real ittihamların bir səbəbi də məhz bu idi.

Əvvəla Mehman Əliyev "Soros" Fondunun Azərbaycan üzrə ən fəal simasıdır, bütün ermənipərəst qüvvələrin ən yaxın dostu və xidmətçisidir..

2014-cü ilin aprelində Fransa Prezidenti Fransua Olland Qafqaza səfəri zamanı ermənistandan ölkəmizə gəlmişdi. Aprelin 13-də Olland ictimaiyyətlə görüş keçirəsi oldu və görüş Fransa səfirliyində keçirildi. Fransua Ollandın Azərbaycan ictimaiyyəti olaraq görüşdüyü şəxslər bunlar idi.
1. Leyla Yunus,
2. Xədicə İsmayıl,
3. Əli Kərimli,
4. "Turan" Mehman.

Görünən o oldu ki, Azərbaycan ictimaiyyyəti bu 4 şəxsdən ibarətmiş. Fransa səfirliyi açıqlama yaydı ki, Prezident Olland Azərbaycan ictimaiyyətilə görüş keçirtdi. Səfirliyin açıqlamasını ilk yayan mənbə məhz Mehman idi.

Prezident Ollandla görüşü iki şəxs, Leyla Yunusla Mehman Əliyev həyata keçirmişdi. Bu iki şəxsin təşəbbüsü ilə ictimaiyyətlə keçirildiyi adlandırılan görüş, birbaşa tam qapalı tərkibdə, ictimaiyyətdən tam gizli və məxfi keçirildi. Bu 4 nəfərlə görüşdən sonra səfirlik sözügedən görüş barədə Mehmanın vasitəsilə açıqlama yaydı. Fransua Olland 2015-ci ilin aprelin 24-də qondarma və uydurma erməni soyqırımının 100 illiyinə qatılan 2 dövlət başçısından biri idi. Bütün dünyanın Türkiyəyə, İstanbula toplandığı gündə prezident Olland məhz Yerevana getdi və saxta və uydurma soyqırım abidəsi önündə əyildi. Bu fakt, Azərbaycan ictimaiyyəti adlandırılan, ölkəmizə və dövlətçiliyimizə qarşı düşmən kəsilən bu 4-lüklə görüşün təfərrüatlarının nədən ibarət olduğunu anlamağa kifayət edir. Baxmayaraq o vaxt görüşün detalları və təfərrüatları açıqlanmasa da!

Bu gün Mehman Əliyevin mövcud açıqlaması ölkəmizə qarşı düşmən qüvvələrin mənfur siyasətinə, qurduqları məkrli planlarına xidmət edir və erməni lobbisinin Azərbaycana qarşı iyrənc düşmənçilik siyasətinin bir parçasıdır. Çünki Zakir Qaralovun və Əli Həsənovun Mehman Əliyevin həbsində heçbir şəxsi maraqları və şəxsi istəkləri olmayıb. Ümumiyyətlə, Zakir Qaralovla Mehman Əliyevin heçbir kəsişmə nöqtəsi yoxdur. Və Mehman Əliyevin ittihamı başdan-ayağa saxtadır, heçbir həqiqətə sığa bilməz və reallıqdan kənardır. Mehman Əliyev sırf məqsədli və təxribat xarakterli yalan danışıb.

Mehman Əliyev özü, əməlində düzgün insan deyil və vergi borclarına, həmçinin sahibkar olaraq vergidən yayınma hallarına və qanun pozuntusuna görə saxlanaraq həbs edilmişdir. Bunu siyasiləşdirmək və ardında siyasi çalarlar axtarmaq, öz cinayət əməlini siyasi motivlərlə izah etməyə çalışmaq ilk növbədə konkret riyakarlıqdır. Görünən odur ki, xarici düşmən qüvvələr, Mehman Əliyevin fiquranlığında, məhz dövlətçiliyimizə xidmət edən şəxslərin timsalında Azərbaycana qarşı növbəti qarayaxma və şantaj xarakterli böhtan kampaniyalarına start veriblər. Mehman Əliyevin açıqlaması şantaj və təxribat xarakterlidir. Ümumiyyətlə Mehman Əliyev reallığa sığmayan bu açıqlamaları ilə su-bulandırmağa çalışıb, deyə M. Məmmədov qeyd edib.
Astarada bəbir dananı parçaladıHirkan Milli Parkında yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, yanvarın 30-da Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib.

Hadisədən az sonra Milli Parkın yegerləri tərəfindən ərazidə yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub. Qeyd edək ki, hadisədən bir həftə öncə həmin bəbirin epizodları Hirkan Milli Parkının Şindan meşəbəyliyində quraşdırılmış fototələlərə düşüb.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, IDEA İctimai Birliyinin nümayəndələri ərazidə olub və yerli əhali ilə Azərbaycan meşələrinin incisi sayılan və nadir növ olan bəbirin mühafizəsi barədə söhbətlər aparıb.

Qeyd edək ki, uzun illərdir IDEA İctimai Birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində bəbirlərin mühafizəsi layihəsini həyata keçirir. Layihə çərçivəsində bəbirlərin yaşadığı areallarda yerli icma nümayəndələri ilə görüşlər keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır, davamlı mühafizə tədbirləri işlənib hazırlanır.

Hadisə zamanı bəbir fermerin ev heyvanına hücum edərək ziyan vursa da, fermer vətəndaş mövqeyi nümayiş etdirərək balalarının olduğu ehtimal edilən bəbirə ziyan vurmayıb. IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tövsiyəsi ilə layihəni icra edən təşkilatlar tərəfindən zərərçəkmiş fermerə kompensasiya ödənilməsi üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, bəbir (qaplan) yırtıcılar dəstəsinə aid olub, Ümümdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə nəticəsində zərər çəkmiş Astara rayonu sakininə məsələyə məsuliyyətlə yanaşdığına görə təşəkkürünü bildirir, vətəndaşlarımızı Qafqaz bəbiri və digər nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi məsələsində vətəndaş mövqeyi nümayiş etdirməyə çağırır.
Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və... - Bakıda DƏHŞƏTBakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.

Cinsi əlaqədə olmaq təklifi

2014-cü ilin iyulun 11-də, saat 22 radələrində Nurlan Xudiyevin təklifi ilə Zamin Məcidli Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən keçmiş “Gülüstan” meşə zolağına gəlib.

Nurlan Xudiyev həmin ərazidə Zamin Məcidliyə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib və onunla müxtəlif əxlaqsız hərəkətlər edib.

Güclü ruh həyacanı

Zamin Məcidlidə əsgərlik dostunun hərəkətləri nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) yaranıb. Onda yaranmış vəziyyətlə bağlı qarpız kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Nurlan Xudiyevin sinə nahiyəsinə bir zərbə vurub.

Qətl


Zamin Məcidlinin vurduğu zərbə Nurlan Xudiyevin ürək nahiyəsinə dəyib. Nurlan aldığı zərbənin təsirindən hadisə yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Zamin Məcidliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Hiss etdim ki, mənimlə ünsiyyətdə olmağa can atır”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən mayın 3-də və ya 4-də yenidən Bakıya gəlib, Bakıxanov qəsəbəsində Ə.Cəfərov küçəsində kirayədə yaşamağa başlayıb: “Bir iki gündən bir, bəzən də hər gün Nurlanla həmin evdə qalmışdıq. Mənim üçün ev sahibinə bir dəfə də Nurlan 60 manat vermişdi. Hiss etmişdim ki, Nurlan mənim üçün darıxır, mənimlə ünsiyyətdə olmağa can atır”.

“Təklif etdim ki, meşədə gəzişək”

Zamin Məcidli qeyd edib ki, 2014-cü ilin iyul ayının 11-də Nurlanla Suraxanı rayonunda görüşüblər: “Evdən çıxanda fikirləşdim ki, üstümdə pulum az olduğundan günorta vaxtı Nurlanla qarpız alıb yeyərik. Buna görə də evdən mətbəx bıçağı götürdüm. Deyilən yerdə Nurlanla görüşdük və həmişəki kimi Nurlan qucaqlaşaraq üzümdən öpdü. Bir az gəzişəndən sonra təklif etdim ki, istidir, gedək, Razində meşəlik yerdə gəzişək”.

“Bildirdi ki, şamlıqda gəzişək”

Zamin Məcidlinin sözlərinə görə, Nurlana həmin əraziyə gedərək qarpız alaraq yeməyi təklif edib. Nurlan isə ona xəngəl yemək istədiyini bildirib: “Buna görə də, Nurlanın təklif etdiyi kimi Razində meşəlik yerə deyil, Neftçilər metrosunun yanında kafelərin birində xəngəl yedik. Sonra yenidən Nərimanov metrosunun yanındakı parka getdik. Təxminən saat 22 radələrində 25 nömrəli marşruta minərək “Çayxor” kafesinin yanında düşdük. Nurlan mənə bildirdi ki, Şamlıq deyilən yer var, orada gəzişək”.

“Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

Zamin Məcidli qeyd edib ki, şamlıq deyilən yer gəzmək üçün nəzərdə tutulmuş park deyil: “Nuralının təklifi ilə həmin əraziyə getdik. Orada olan zaman isə Nurlan mənə əxalqsız hərəkət etməyi təklif etdi. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı, məni sevdiyini dedi. Onun bu hərəkətindən çox əsəbiləşdim”.

Öldürdü, bıçağı həyətlərində basdırdı


Zamin Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o, məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.

Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib.

Bu səbəbdən məhkəmə Zamin Məcidlinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

3 il cəza

Məhkəmənin hökmü ilə Zamin Məcidli 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokuror narazı qalaraq apelyasiya protesti verib. O, Zamin Məcidlinin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb və təmin edilməyib.

Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Cəza 9 ilə qədər artırıldı

Apelyasiya instansiyasında bu dəfə işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun şikayətini təmin edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, Zamin Məcidlinin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə görə, Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və onun cəzası 9 ilə qədər artırılıb. Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib.

Vəkil kasasiya şikayətində Zamin Məcidlinin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zamin Məcidlinin vəkilinin şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti vəkilin şikayətini təmin etməyib.