Prezident İlham Əliyev bu cəriməni ləğv etdi - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏRNəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulmuşdu.
Elməddin Behbud Şuranın Fəxri Fərmanı ilə təltif edildiBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Elməddin Behbudun 35 yaşı tamam olur.

Elməddin Behbud uzun illərdir ki, QHT-lərin inkişafında, vətəndaş cəmiyyəti institutlarının mətbuatla əlaqələrinin gücləndirilməsində, QHT-media əməkdaşlığında yaxından iştirak edir.

Bu münasibətlə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev yubilyarı Şuranın Fəxri Fərmanı ilə təltif edərək ən xoş arzularını bildirib və onu rəhbərlik etdiyi qurumun adından təbrik edib.

Həmkarımızı təbrik edir, ona fəaliyyətində uğurlar, uzun ömür, can sağlığı arzulayırıq.
Əmanətçilərin pulları qaytarılacaq - Fevralın 1-dənƏmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Məlumata görə, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə 1 fevral 2018-ci il tarixindən “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə başlanılacaq.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək.

“Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır. Əmanətlərin Sığortalanması Fondu bir daha əmanətçilərin nəzərinə çatdırır ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC –yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.
"Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətini pozmağa can atır" - Əflatun Amaşov"Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizi Ermənistan üçün faydalıdır".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əflatun Amaşov çıxışında bildirib.

"Əslində mən başqa məsələlədən söz açmalı idim. Məndən əvvəl həmkarlarım Gürcüstanla Rusiya arasında alternativ nəqliyyat dəhlizi ilə bağlı narahatlıqlarını vurğuladılar. Hesab etdim ki, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri kimi mən də öz fikrimi bildirməliyəm.

Əslində məsələnin kökündə nə dayanır? Hələ 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılır. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqaviləni bağlayıb. Rusiya da belə müqavilə bağlayacaq. Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib.

Həmkarlarımın narahatlığı bununla bağlıdır və başa düşüləndir. Ancaq mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olaraq belə bir addım atsın. Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaqdır.

Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq.

Bütün bunları Gürcüstan tərəfi yaxşı bilir. Onu da yaxşı bilir ki, Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətindən çox narahatdır və hər vəchlə bu münasibətləri pozmağa can atır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Heç zaman mümkün deyildir ki, Azərbaycan iqtisadi və siyasi əhəmiyyətli razılaşmada, əməli işdə Abxaziyanın və Cənubi Osetiyanın işğalı faktını nəzərə almasın. Ermənistan isə belə deyil. İşğalçı dövlət BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan əhalinin doğma yurdlarına qayıtmasına dair qətnaməsinə səs verməyib. Həm də bunlara görə belə bir addımın atılması gözlənilən deyil.

Görürəm, həmkarlarım narahatdırlar. Məsələyə həssas yanaşmalıyıq. Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq.
Seçkilərdən sonra isə hakimyyətlə razılığa gəlib... - PolitoloqVasif Əfəndi
politoloq


Parlamentdə təmsil olunan partiyalar əsasən prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirlər. Lakin buna baxmayaraq, bu partiyalar demokratikləşmə istiqamətində, rüşvət, korrupsiya və inhisarçlığa qarşı mübarizədə hakimiyyətdən fərqli mövqe göstərirlər. Bu partiyalar demokratikləşmə islahatlarını sürətli və daha effektiv həyata keçirilməsinin tərfdarlarıdır. Prezident seçkilərində hakimyyət komandasının namizdi rəsmi açıqlandıqdan sonra bu qərar barədə düşünmək olar. Elə vəziyyət yarana bilər ki, partiyalar birbaşa hakimiyyətin namizədini dəstəkləyər. Təmsil olunduğum Vəhdət partiyasının sədri Tahir Kərimlinin qeyd etdiyi kimi bu seçkilərdə hər hansı bir qüvvənin qalib gəlmək şanslarının olmadığı faktdır. Lakin seçki ərəfəsində konstuktiv müzakirələri apararaq gələcək fəaliyyətdə ictimaiyyətin fərqli düşünən kəsiminin fikirlərini çatdırmaq olar. Seçkilərdən sonra isə hakimyyətlə razılığa gəlib hətta nazir qovluğuna da iddialı olmaq olar.
İŞİD liderləri ABŞ helikopteri ilə qaçıb – Şok iddiaABŞ Deyr əz-Zor əyalətindən İŞİD liderlərini Suriyanın şimal-şərqində yerləşən Haseke şəhərinə evakuasiya edib.

Axar.az xəbər verir ki, bu barədə SANA informasiya yayıb.

Məlumata görə, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə sığınan İŞİD liderləri helikopterlə evakuasiya ediliblər.

Qeyd edək ki, bir qədər əvvəl Mayadin şəhərinin sakinləri Suriya ordusunun şəhəri azad etmək üçün əməliyyata başlamasına az qalmış İŞİD liderlərinin ABŞ helikopterləri ilə ərazidən uzaqlaşdırıldığını bildirmişdi.
Xalq artistinin hər iki qardaşı 44 yaşında dünyasını dəyişibXalq artisti Bilal Əliyevə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, sənətkarın 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.

Bilal Əliyev AzNews.az-a məlumatı təsdiq edib: “Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq”.

Bilal Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.
Bakıda şirkət bir gündə 90-dan çox kişini işdən qovdu - FotoBakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Baku.ws”ə “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.

“Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, - deyə şikayətçilər bildirib.

Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.

“Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, - deyə “North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.

90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.
Qətlə yetiriləndən sonra yandırıldı - Ağstafada dəhşətAğstafada dəhşətli qətl törədilib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S.2Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.
Nazir müavininin kürəkəni özünü asdıDekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net Oxu.Az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu özünü asıb.

İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.

Qeyd edək ki, əldə olunan məlumata görə, Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkənidir.

Qeyd edək ki, “rabitə çetesi”nin bir neçə ay davam edən məhkəməsində İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilib. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə İ.Məmmədovu ittiham edən çıxışlar etmişdi. Məsələn o, proseslərin birində “mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz? ” deyərək, onun nazir olmaq istədiyini demişdi. İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verdi.
Bəs İltimas Məmmədov kimdir?

İltimas Əhməd oğlu Məmmədov 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cü ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) "Rabitə ustası" fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalələrin müəllifidir. Onun üç övladı var.

İltimas Məmmədovun oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun kürəkəni olduğu deyilir. Nazirlikdəki bir mənbə isə yayılan xəbərlərdən məlumatsız olduğunu deyib.

Musavat.com