"İctimai Şuralara 3-4 QHT-dən başqa heç kimi qoymurlar" Niyaməddin Orduxanlı: “Ölkədə 4000 yaxın QHT var. Ancaq bütün İctimai Şuralara eyni QHT sədrlərini təyin edirlər. Bu qanun 3-4 nəfər üçün qəbul edilməyib.”


İctimai iştirakçılıq haqqında qanun tətbiqi Vətəndaş Cəmiyyəti nümayəndələri arasında çox ciddi etiraza səbəb olub. Bununla bağlı Avrasiya.net-ə açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, çox cidd narazılıq yaranıb: “

Nazirliklərin, komitələrin İctimai Şuralarının formalşmasıda QHT-lərin təmsil olunması prosesini izləyirik. Bütün nazirliklərdə, komitələrdə, dövlət qurumlarında 3-4 nəfər İctimai Şuranın üzvü seçilir. Bu kimə lazımdır? Bu qanunun 3-4 nəfər üçün qəbul edilib? Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin sayı 4000 dən artıqdır. Minlərlə QHT sədri var. Yüzlərlə ölkədə nüfüzlü, tanınmış QHT sədrləri var. 25 ildir QHT rəhbəri olan çox təcrübəli nümayəndələr var. BMT-nin, Avropa təşkilatlarının, Avropa Birliyinin tanıdığı QHT-lərimiz var. MDB məkanında qəbul edilən QHT-lər var. Hətta Asiya qitəsində hörmət edilən nufuzlu təşkilat rəhbərləri var. Adlarını sadaladığım QHT kimlər təmsil olunur İctimai Şurlarda, demək olarki 1-2 nəfər istisna olmaqla, heç kim. Mətbuat xəbər tuturuq ki, eyni adamlar dediyim kimi bütün qurumlara seçiliblər. Bunun yolverilməz olduğunu bildirmək istəyirəm! Həmin QHT sədrləri özlərini görməmiş kimi aparırlar. Ayıb nə olduğunu başa düşməlidirlər. Sanki vəzifə alırmış kimi, hər yerdə təmsilçilik yolunu seçirlər. Həmkarlarına hörmət etmirlər. Ölkənin hər zaman problemlərini gündəmə gəətirən, cəsarətli QHT sədrlərimiz kənarda qalır.

Rəsmilərimiz bu məsləyə diqqət etməlidirlər. Bu günə kimi seçilmiş QHT siyahısına baxsınlar. Özləri də bunun şahidi olacaq. Bu gün bununla bağlı sosial şəbəkə qısa bir status yazdım, ölkənin ən nüfuzlu QHT sədrləri öz rəyləyi ilə bunun həqiqət olduğunu təsdiqlədilər. Bildirmək istəyirəm ki, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması ilə vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları ilə təşkil olunur...”
Moskvanın təklif etdiyi format Azərbaycana lazım deyil - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Rusiya Xarici işlər nazirinin müavini Qriqori Karasin Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret təkliflərin tərəflərə təqdim etdiyini qeyd edir. Həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü yanvar ayında keçiriləcəyini və bu görüşdə müsbət nəticələrin olmasını gözlədiklərini necə deyərlər arzu edirlər.

İlk növbədə ona diqqət etmək lazımdır ki, tərəflərə təqdim edilən konkret təkliflər heç də münaqişənin tezliklə və mərhələli həllini özündə ehtiva etmir. İrəli sürülən konkret təkliflər, əsasən münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb.

Hazırda münaqişənin irəlləyişi üçün konsensusa nail olunmayıb. Həmçinin konkret bu təkliflər münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsindən ibarətdir.

Göründüyü kimi, aparılan danışıqlar və növbəti XİN rəhbərlərinin yanvar görüşündə konkret təkliflər, yalnız ATƏT-in müşahidə missiyasının genişləndirilməsi və atəşkəsin qorunması və buna əməl edilməsi ilə bağlı olacaq.

Sentyabr ayından başlayan danışıqlar prosesi, yalnız atəşkəsin qorunmasına xidmət etdi. Yanvar ayında XİN rəhbərlərinin görüşündə ərazilərin boşaldılması müzakirə predmeti olmayacaqsa, yuxarıda göstərilən prinsiplər üzrə danışıqlar davam edəcəksə, danışıqlara getmək lazım deyil. Belə bir imitasiya xarakterli danışıqlar işğalçı Ermənistanın leyhinə işləyir. Görünür, Moskva tərəfindən Azərbaycana çox ciddi təzyiqlər var. Azərbaycanı məqbul olmayan sülh razılaşmasına məcbur edirlər.

Aparılan danışıqlarda indiyə kimi nəticəsiz və " etimad mühitinin " formalaşmasına və atəşkəsin qorunmasına xidmət edib.

2018-ci il üçün Qarabağ konflikti ətrafında müzakirələr aprel ayına kimi aparılacaq. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən bu kimi danışıqlar davam edərsə, Azərbaycan mütləq şəkildə yay aylarında növbəti hərbi təzyiqləri bərpa etməlidir.

Moskvanın təklif etdiyi formatda aparılan danışıqlar Azərbaycana lazım deyil. Çünki konkret şəkildə ərazilərin boşaldılmasından söhbət getmir. Əgər, ortada konkret ərazilərin boşaldılması təkliflər masada olsaydı, Ermənistan tərəfi danışıqlara qatılmayacaqdı.

Rusiyanın Qarabağ konfliktində izlədiyi siyasi kurs status-kvonun qorunmasına hesablanır.
Polis övladını satışa çıxaran atanı axtarır - Cinayət işi açıldıBakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb.

Lent.az xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.

Bugün müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədi ilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb.

Qeyd edək ki, 40 günlük uşağın satışa çıxarılması barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm”.

O dünən körpəsini işsiz olması, ailəni dolandıra bilməməsi səbəbindən 10 min manata satmaq istədiyini, uyğun insanlar olarsa, daha ucuz qiymətə onu verə biləcəyini deyib.
Beyləqanda qız toy gecəsi bakirə çıxmadı, geri qaytarıldı - Qan töküldüBeyləqan rayon sakini Rahilə Kərimova zəng vuraraq, rayon polisindən şikayətçi olub.

Bildirdiyinə görə, oğullarının bıçaqlanması barədə rayon polis idarəsinə, sahə müvəkkilinə hətta prokrorluğa müraciət etsə də şikayətinə baxmırlar.

“Öz oğluma qohumumun qızını almışam. Qız ögey xalamın nəvəsidir. Toy günü qızı gətirdik məlum oldu ki, bakirə deyil. Qızı həkimə aparıb, rəy aılmaq istədik. Ailəsi qoymadı ki, biz qohumuq, belə etməyin, biabır olarıq. Razılıqla, mehribancasına evlərinə yola saldıq. Özləri də razılıqla qızı apardı.

Bizdən iki-üç ay sonra qızı başqasına veriblər. Orda da qızın bakirə olmadığı ortaya çıxdığından, həkimə aparıblar. Həkim də bizim dediyimizi deyib. Onlar da qızı ailəsinə qaytarıb.

Bu hadisədən sonra qızın qardaşı oğullarımı hədələməyə başladı. Qabaqlarını kəsib, bıçaq çəkdi. 5 aydır uşaqlarıma hədə-qorxu gəlir. Qızın ikinci dəfə ailə qurduğu oğlanın ailəsini də hədələyiblər. Hətta uşaqlarını oğurlamışdılar. Bir müddət sonra tapıldı. Qızın qardaşı Asəf Həsənli daha sonra gəlib oğullarımı bıçaqladı. Bu, ailə Biləsuvarda yaşayan Cəbrayıl qaçqınlarıdır. Oğullarım hazırda Beyləqan rayon xəstəxanasının cərrahiyyə şöbəsindədir. Müvafiq qurumlara müraciət etmişəm. Əgər kömək etməsələr, vətəndaşlıqdan imtina edib, Ermənistana keçəcəm”- deyə Rahilə Kərimova hadisəni belə izah edib.

Yazıda sözügedən şəxslərin bəzilərinin mövqeyini bizdən asılı olmayan səbəblərə görə öyrəmə bilmədik, amma cavab hüququnu tanıdığımızı da qeyd edirik.

A24.az
Bakıda ermənipərəst müəllim işdən çıxarıldı220 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib:

“Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib. Rəylərdə müəllimin fənn proqramlarına əməl etmədiyi, tədris resurslarından istifadə etməməsi, heç bir standartı şagirdlərə mənimsətmədyi qeyd edilib. Həmçinin, Rövşən Əzizovun bir neçə dəfə şagirdləri sinifdən çıxararaq kobud şəkildə direktorun və direktor müavinlərinin otağına gətirməsi, şagirdləri sinifdən çıxararkən zorakılıq hallarına yol verməsi (bu barədə müvafiq aktlar və təqdimatlar tərtib olunub) haqqında məlumatlar müvafiq qaydada sənədləşdirilib.

Rövşən Əzizovun özünün də etiraf etdiyi kimi, o, dərs prosesində tez-tez mövzudan kənara çıxaraq şagirdlərlə müəllimin vəzifə funksiyasına aid olmayan söhbətlər aparıb. Bütün bunların “Müəllimlərin etik davranış qaydaları”na və tədris-metodiki tələblərə zidd olması R.Əzizova izah edildikdə o, müəllimin vəzifə səlahiyyətlərini və funksiyalarını tənzimləyən qaydaların tələblərini inkar edərək, müəllimə yaraşmayan çılğınlıqla özünün haqqlı olduğunu sübut etməyə çalışıb”.

Məlumatda qeyd edilib ki, Rövşən Əzizov sosial şəbəkələrdə özünə aid səhifədə və Yutub video şəbəkəsində özünün yaratdığı “İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb:

“Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilir. Həmin videoçəkilişlərdə şagirdlərin iştirakı ilə zorakılıq təbliğ edən səhnələrə yer verildiyi, məktəbin və müəllimin funksiyasına aid olmayan fikirlərin və sujetlərin çoxluğu özünü göstərir. 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətinin təhsil nazirinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın peşakarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik anlayışlarına (3.3, 3.10, 3.12, 4.5.1, 4.5.3-cü maddələrinə) zidd olmasını, pedaqoji-metodiki vəziyyətini, 220 nömrəli məktəb-liseyin adından və şagirdlərindən istifadə etməklə şəxsi təşəbbüslərini reallaşdırarkən çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğunu nəzərə alaraq, liseyin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə əmr verib”
Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən ilin idman təşkilatçısı elan edilib.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov isə AİJA tərəfindən ilin idman xadimi seçilib.

Prezident onlara “Dostluq” ordeni verdiPrezident İlham Əliyev Marianna Vardinoyannisin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilsin.

Prezidentin digər sərəncamları ilə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif ediliblər.
Tufandağda itkin düşmüş Fəridənin - VİDEOsu“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşən 3 alpinistindən biri olan Fəridə Cəbrayılzadənin videosu yayılıb.

Həmin videonu sosial şəbəkədə paylaşan dostları onların sağ-salamat evə qayıdacaqlarına ümid etdiyini bildiriblər.

Qeyd edək ki, dekabrın 23-ü Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Prezident onları medalla təltif etdiPrezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ali Tekin Atalar

Allahverdiyeva İlhamə Kəmənd qızı

Babayeva Ofelya Rəhim qızı

Boçarov Yuri Borisoviç

Demirçi Ayhan Yunus oğlu

Əhmədov Eldar Məmməd oğlu

Əliyev Yunus Dəmir oğlu

Əsgərov Məhəmməd Xəlil oğlu

Hacıyev Qüdrət Əli oğlu

Qarayev Ələkbər Qara oğlu

Muradlı Arzu Oqtay qızı

Nəsirov Seymur Rahim oğlu

Osman Əsli Əli qızı

Rəhimli Səftər Mikayıl oğlu

Rəhman Vaqif Yusuf oğlu

Rüstəmxanlı Tənzilə Yolçu qızı.