4-cü alpinist səfərdən son anda niyə imtina edib?“Gilavar” - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu.

Bunu Report-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib.

O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə “Gilavar” - hava və ekstrim idman klubunun üzvləridir: “Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəldir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər”.

E.Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Pxenyan dünyanı məhv edəcək Şimali Koreyadan cənuba qaçan əsgərlərdən birinin qanında Sibir xorası antitellərinə rast gəlinib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb.

Məlumata görə, Şimali Koreyadan qaçan əsgərin orqanizmində Sibir xorasına qarşı immunitet yaranıb. Əsgərin xəstəliyə qarşı peyvənd olması, yoxsa bakteriyaya məruz qalması barədə dəqiq informasiya verilməyib.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya rəhbərliyinin ballistik raket başlıqlarına Sibir xorası virusu yerləşdirdiyi barədə informasiya yayılmışdı. Cənubi Koreya isə xəstəliyə qarşı peyvənd yaradılmadığı üçün belə bir zərbənin faciə ilə nəticələnəcəyini bildirmişdi.
Arvadını döyən qaynını güllələdi - Ağcabədidə şok cinayətAğcabədi rayonunda odlu silahla qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Laçın rayonundan məcburi köçkün düşmüş 1989-cu il təvəllüdlü Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tural Allahverdiyev həyat yoldaşı Səfayət Hüseynovanın ayağında xəsarəti görüb və bununla maraqlanıb.

Səfayət Hüseynova xəsarətin ona qardaşı Valeh Hüseynov tərəfindən yetirildiyini bildirib. Sonra o, arvadını qayınatası Cəbrayıl Hüseynovun yaşadığı Ağcabədi rayonunun Gələbədin kəndinə aparıb.

Səfayətin döyülməsi ilə bağlı qayını Valehə zəng edib və bu barədə ondan soruşub. Bu zaman qayın ilə yeznənin sözləri düz gəlməyib və mübahisə ediblər.

Bundan sonra Tural Allahverdiyev mobil telefonda Valehin ünvanına təhqiramiz ifadələr və hədə dolu mesajlar yazıb.

Daha sonra Tural Allahverdiyev arvadını atası evində qoyaraq geri qayıdıb.

Bundan bir neçə gün sonra Tural Allahverdiyev həyat yoldaşının evlərinə qayıtması üçün valideynlərini, bibisi Müşginaz Məmmədova və dayısı arvadı Kəklik Yedigarovanı qayınatasıgilə göndərib.

Lakin Valeh Hüseynov bacısı Səfayətin geri qayıtmasına imkan verməyib. Valeh Hüseynovun arvadı Səfayətin geri qayıtmasına mane olduğunu eşidən Tural Səfayətlə danışmaq üçün qayınatasının istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib.

Onun zənginə cavab verən Valeh Hüseynov bir daha bacısını onların evinə getməyə qoymayacağını bildirib. Valehin bu hərəkətindən hiddətlənən Tural onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Tural Allahverdiyev evində olan ov tüfəngini götürüb və atasına məxsus “Mercedes” markalı avtomaşınla qayınatasının yaşadığı Gələbədin kəndindəki fermaya gəlib. Orada maşmdan düşmədən pəncərənin şüşəsini bir qədər aşağı endirib və tüfəngi Valeh Hüseynova tərəf tuşlayıb.

Tural Allahverdiyev atəş açaraq Valeh Hüseynovu anası və atasının gözləri qarşısında güllələyib. Həmin hadisədən sonra Valeh Hüseynova ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tural Allahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Allahverdiyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tural Allahverdiyev apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq niyyəti ilə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsinə tövsüf edilməsini xahiş edib.

Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində şikayəti araşdıran hakim heyəti Tural Allahverdiyevin şikayətinin təmin edilməsi barədə qərar qəbul edilib.

Məhkəmə Tural Allahverdiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsini həmin məcəllənin 221.3-cü maddəsinə tövsüf edib və onun cəzasını 5 ilə endirib.

Ali Məhkəmə tərəfindən bu qərar prokurorluğun protesti əsasında ləğv edilib və iş yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Apelyasiya instansiyasında işə baxan hakim heyəti bu dəfə Tural Allahverdiyevin əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsüf edib və barəsində olan cəzanı 1 ilə endirilib.

Bu qərardan prokuror yenə də narazı qalıb və Tural Allahverdiyevin cəzasının ağırlaşdırılması üçün protest verib. Ali Məhkəmə prokurorun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul edib.

Şirvan Apelyasiya Məhkəməsində 3-cü dəfə işə baxan hakim heyəti müdafiə tərəfinin apelyasiya şikayətini qismən təmin edib və Tural Allahverdiyevin barəsində qəti olaraq 5 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Bu qərardan narazı qalan prokuror növbəti dəfə Ali Məhkəməyə üz tutub. Bu günlərdə Ali Məhkəmədə işə baxan hakim İnqiab Nəsirov prokurorun protestini təmin edib.

Hakim heyəti Şirvan Apelyasiya Məhkəməsinin sonuncu qərarını da ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

İş yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə araşdırması başlanacaq.
Deputatların maaşları 800 manat artırıldı2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək.

Turan agentliyinin verdiyi məlumata görə, bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.

Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən "2018-ci ilin dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.
Bakıda məktəbli yoxa çıxdı - FotoƏhmədlidə yaşayan 14 yaşlı Hüseynov Zəfər dünən məktəbə gedib və evə dönməyib.

BAKU.WS-in məlumatına görə, 8-ci sinif şagirdi H.Zəfər Əhmədlidə yerləşən 17 nömrəli məktəbdə oxuyur.

O, saat 1-də dərsdən çıxıb evə gəlib. Daha sonra oxuduğu məktəbə hazırlığa gedib. Hazırlıqdan sonra uşaq evə dönməyib.

Uşaq məktəb formasında çantası ilə sonuncu dəfə olub.
Xalq artisti Ramiz Məliki bağışlamayacaq - VİDEOXalq artisti Məleykə Əsədova onu təhqir edən həmkarı Ramiz Məliklə barışıb-barışmayacağına bir daha aydınlıq gətirib.

ARB-də yayımlanan “Səhər-səhər” verlişinin qonağı olan xalq artisti Ramiz Məliki bağışlamayacağını deyib.

“Hər bir insan öz başına, həyatına hörmət etməlidir. Kim ağzını açır, öz tərbiyəsini göstərir. Mən bu məsələlərdən danışmaq istəmirəm. Bəlkə sizi söysələr bağışlayarsız”.

Müğənni Əli Mirəliyev Məleykə Əsədovadan Ramiz Məliki Bağışlamasını xahiş edib. Amma xalq artisti onun xahişini yerinə yetirməyib.

Aparıcı Elgiz Əkbər isə Məleykə Əsədovanın mövqeyini dəstəkləyib. “Sən məni təhqir etsən mən cavab vermərəm. Məhkəməyə verərəm. Təzminat tələb edərəm. Pulun yoxdu, dilinə sahib çıx!”.

İtkin düşmüş alpinistlərdən biri polis zabitidir – FOTO“Gilavar” – hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
Bu barədə “Report”a klubdakı mənbə məlumat verib.

B.Hüseynovun polis leytenantı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 26-da Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Axtarışlar DSX, FHN, Ekologiya və təbii Sərvətlər Nazirliyi,i və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Qarabağda 25 min erməni hərbçi varAzərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında 25 min hərbi qulluqçu xidmət edir.

Modern.az-ın əldə etdiyi məlumata görə, onlardan 8400 nəfəri Qarabağ ermənisi, qalanları isə Ermənistandan olan hərbi qulluqçulardır.

Qarabağ erməniləri işğal altındakı torpaqlarda yerləşən ən böyük hərbi hissə sayılan Əsgəran alayının və “Yexnikner” dağ-atıcı alayının tərkibində xidmət edir.
Keçmiş nazirin 50 milyonluq “Kassa əməliyyatı” – “Son vaxtlar naziri də saymırdı…”Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsinin işdən çıxarılması barədə xəbərlər təsdiqlənib. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev də ərizəsini yazıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, “əsas pul burada yığıldığından” yeznə gününü bu binadakı kabinetində keçirirmiş. Fazil Məmmədov yeznəsindən nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.

Qeyd edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.

Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı.

Fazil Məmmədovun xeyir-duası ilə “CASPEL”ə “yaşıl işıq” veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz “CASPEL” şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbini gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, hətta “kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq”, – xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə “4613-XXX” tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub. Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki, bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. “Mini-T 400 ME” markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu “CASPEL” 700 manata, digər şirkətlər isə 150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədov və yeznəsi bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.

Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının “burnunda” bir həbs təhlükəsi “qoxusu” var…

Yeni vergilər naziri Mikayıl Cabbarov isə “təmizləmə” aparılan nazirlikdə bir sıra yeni təyinatlar edib. Nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

azpolitika