Lotu Quli gürcü avtoritetləri öz tərəfinə çəkibAzərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) İstanbulda 36 yaşlı kriminal avtoritet David Alxanaşvilinin qətlində əli yoxdur.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.Az-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

D.Alxanaşvili dekabrın 22-də İstanbul kafelərinin birində öldürülüb.

Bildirilir ki, Alxanaşvilinin azərbaycanlı kriminal avtoritetlərlə heç bir münaqişəsi olmayıb. David uzun müddət Dato Krasnodarski kimi tanınan Ozmanovla düşmənçilik edib. Dato “qanuni oğru” olmasına baxmayaraq, açıq bizneslə məşğul olan azsaylı kriminal avtoritetlərdən biridir. Kriminal ənənələrə əsasən, “düzgün oğru” bizneslə məşğul ola, eləcə də dövlətə işləyə bilməz.

Mənbənin sözlərinə əsasən, Alxanaşvili Dato və Tariel Oniani klanının münaqişəsinin qurbanı olub. 2011-ci ildə Belçikada Datoya hücum olunub və kriminal avtoritet çoxsaylı bıçaq yarası alıb. Ona sui-qəsddə Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Qiya Qurçiani (Svan), həmçinin Akakiy Tuquşi və David Alxanaşvili iştirak ediblər.

Bu hadisədən sonra Tuquşi və Alxanaşvili 2012-ci ildə Dubayda keçirilən “sxodka” zamanı “qanuni oğru” adını alıblar. Elə həmin “sxodka”da Rövşən Lənkəranskinin killeri sayılan Hacıağa Talıbxanlıya (Hacı Beyləqanlı) da “ad” verilib.

Ozmanovun uzun müddət planlaşdırdığı qisas planının ilk qurbanı isə David Alxanaşvili olub.

Bütün bunlardan əlavə yaxın günlərdə Türkiyədə oğruların “sxodkası”nın keçiriləcəyinə dair məlumat var. Məlumata əsasən, azərbaycanlı avtoritetlərlə yanaşı bəzi gürcü oğrularını da öz tərəfinə çəkən Lotu Quli bu “sxodka”da əsas simalardan biri olacaq. Lotu Quli həmçinin Qii Qeorqadzenin klanı ilə birləşməyi planlaşdırır. Sonuncunun nüfuzu Rusiya kriminal aləminin lideri Zaxariya Kalaşovdan (Şakro Molody) az deyil.
"Azərbaycan dövləti mediaya xüsusi önəm verir"Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 16 istiqamət üzrə 96 yazı qalib elan olunub".

V.Səfərli qeyd edib ki, 2017-ci il Azərbaycan üçün çox uğurlu olub: “Azərbaycanda bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bu uğurlardandır. Digər sahələr kimi, bu il KİV sahəsinin də inkişafına böyük diqqət göstərilib. İl ərzində Fond bir çox layihələr həyata keçirib. Bu layihələrin bir istiqaməti də fərdi müsabiqələr olub. İl ərzində 6 belə müsabiqə keçirilib və 650-dən çox jurnalist mükafatlandırılıb”.

Daha sonra tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də Azərbaycan jurnalistlərini yaradıcı fəaliyyət gözləyir: "Azərbaycan dövləti mediaya xüsusi önəm verir, cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə edir".

Prezidentin köməkçisi vurğulayıb ki, bu il jurnalistlərin bir qismi mənzillərlə təmin olunub: "2018-ci ildə də dövlət tərəfindən kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək".

Ə.Həsənov qeyd edib: "2018-ci ildə də media ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin problemləri, 200 ildən artıq müddətdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı və digər soyqırımlar barədə reallıqları dünya ictimaiyyətinə çatdıracağıq".

PA rəsmisi əlavə edib ki, 2017-ci il Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində çox mühüm fəaliyyət nümayiş etdirib: "Bu ilin "İslam Həmrəyliyi ili" elan olunması, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və digər tədbirləri göstərmək olar".

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2018-ci ilin Azərbaycanın İislam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu bildirib: "2018-ci ilin Azərbaycan üçün daha uğurlu il olacağına inanıram. Azərbaycan jurnalistlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm".
TADDEF-den ”Hocalı faciası” konulu liseler arası yarışmaTürkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu (TADDEF) Iğdır Azerbaycan Evi Derneği geleneksel olarak her yıl yaptığı 26 Şubat 1992 tarihinde Ermeniler tarafından” Azerbaycan’ın Hocalı” şehrinde yapılan katliamı anlatan liseler arası Hikaye, Şiir, Kompozisyon ve resim yarışmasının üçüncüsü düzenledi.

Türkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu Genel başkan yardımcısı (TADDEF) ve Iğdır Azerbaycan Evi Derneği başkanı Serdar Ünsal, ”Bu sene Hocalı faciasının 26. Yıldönümü bu nedenle dernek olarak, 1992 yılında asrın faciası olarak nitelendirilen Ermenilerin hür dünyanın gözü önünde sırf Müslüman ve Türk oldukları için katlettikleri “HocalıŞehitleri” için ikinci Hikâye, şiir, kompozisyon, resim yarışması düzenledik. Yarışma 12 Şubat 2018 tarihinde sona erecek değerlendirme kurulu yarışmaya katılan eserleri inceleyerek ilk üç dereceye girenleri tespit edecek. Dereceğe girenlere ödülleri 26 Şubat Pazartesi günü saat 10.30 ‘da Zübeyde Hanım Bulvarında düzenleyeceğimiz törenle vereceğiz. Yarışmaya bütün lise öğrencilerimizi katılmaya davet ediyorum “dedi.

Ünsal, Iğdır il genelinde bulunan lise öğrencilerinin katılabileceği yarışmada amacımız Yıllardır Türk düşmanlığı yapan Ermenilerin yaptıkları katliamlara dikkat çekmek, 1992 yılında Azerbaycan’ın ,Dağlık Karabağ, Hocalı,Şuşa,Kelbecer,Ağdam gibi şehirlerinde yaptıkları insanlık dışı katliamları gündeme getirerek gençleri bilinçlendirmektir.Bilindiği gibi Ermenilerin gerçek yüzünü Hocalı da görmek mümkün. Çünkü 1915 -20 yılları arasında Anadolu’da, Iğdır’da uyguladıkları vahşeti 1992 de bir kez daha uygulamışlardır. Hocalı’da savunmasız insanları şehit etmişlerdir. Bugün Ermeni zulmünden kaçan binlerce Azerbaycan Türk'ü zor durumdadır. Ermenilerin Hocalı da yapmış olduğu vahşice soykırım aslında hür dünyanın insanlığın utanç günüdür. Türk milleti hiç bir zaman Ermenileri katletmemiştir. Sözde soykırım iddiaları iftira ve yalandan ibarettir. Bugün Hocalı'da , Karabağ da binlerce insanı kadın ,çoluk çocuk demeden katliam yapan Ermenilerin dedeleri, babaları geçmişte de Iğdır ve çevresinde binlerce insanı diri diri damlara doldurup yakmışlardır. Buda gösteriyor ki Ermeniler kan dökücü Türk düşmanı olan bir millettir.”şeklinde konuştu.
Patriarx Kirill Mehriban Əliyevaya orden təqdim etdiMoskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub.

APA məlumat verir ki, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.
M. Əliyeva bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən təltif olunub.

Qeyd edək ki, bu ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilir.

Xatırladaq ki, 2013-cü ildə M. Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.
Təranə Qumraldan Nazənin barədə: “60 yaşı var, amma ər davası edir”Təranə Qumral Nazəninlə olan qalmaqalının düyününü “Səni axtarıram” verilişində çözməyə çalışıb.

Publika.az xəbər verir ki, proqrama müraciət edən müğənni Təranə Qumral olub. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə tərəfləri barışığa səsləyib: "Sizin davalarınız toyunuza da təsir edəcək. Bütün bu hadisələri görən ailə düşünəcək ki, bunları toya gətirim, ya yox? Mənə Təranənin göz yaşlarının şahidi oldum. O dedi ki, özümü öldürməyə gəlib çatmışam. Ölkələr arasında qırğın gedir, ölənlər olur, sonra barışırlar. Təranə ilə Nazənin nəyi bölüşə bilmir? Təranə mənə müraciət edib, mən isə kömək istəyəni geri qaytarmıram. Qadın olaraq bunlardan utanıram. Heç vaxt şou-biznesi müzakirə etməmişik. Təranə barışmaq istəmir. Mən də onu məcbur etməyəcəm. Nazənin deyir ki, oğlum nazirlikdə çalışır, biabır olacaq. Təranə deyir, oğlumla bağlı video yayıb. Təranə deyir Musanın, Nazənin deyir oğlumun əlindən xəta çıxacaq. Təranə video gətirib, bunu yayımlayıb, oğlunu biabır etmək istəmirəm. Mənə sənin prodüserini tanımıram. O, mənə zəng etməsin. Niyə mən sənin prodüserinlə danışmalıyam? Mənim məqsədim barışıq etməkdir".

T.Qumral artıq təngə gəldiyini və intihar etmək istədiyini deyib: "Mənə başqa-başqa rayonlardan zəng vururlar ki, ayıbdır. Sabah Nazəninin 60 yaşı olacaq. İnsan gənc olsa, bağışlayarsan. Bu yaşda efir qarşısında ər davası edir. Nömrəmi bilir, zəng edib nə sözü varsa, desin. Efir, milyonlarla insan qarşısında təhqiramiz sözlər, saytlarda nalayiq başlıqlar kimə lazımdır? Şəxsən mənim bu ucuz reklama ehtiyacım yoxdur. Mən canımdan doymuşam. Gəlmişəm burada öz sözümü deyim. Əlimdə videoyazı var. İnsanla dalaşıb-barışanda elə edirəm ki, peşmançılıq olmasın. Qarşı tərəf ağzına gələni deyir. Efirdə ər davası etmək ayıb da deyil, ölümdür. Bundan o tərəfə heç nə yoxdur. Bizimki şou-biznes deyil, qan davasıdır. Deyir mənim yiyəm var. Hanı əri? Hanı yiyəsi? Çıxıb ağzına bir şillə vursun, desin ki, bəsdir, sus, mən səni almışam, işləyən adamam. Mənim özümü idarə edəcək ağlım var. Problemim Nazənin deyil. Məni ölümlə hədələyirlər. Ölüm haqdır, öldürsünlər".
Mətbuat Şurası saytlara xəbərdarlıq etdiMətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, iclasın gündəliyindəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın “Kriminal.az” saytına qarşı şikayəti olub.

Sayta xəbərdarlıq edilib və gələcəkdə məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

“Dosye.az” və “Vetenperverler.az” saytlarına qarşı edilmiş şikayət əsasında “Vetenperverler.az”a xəbərdarlıq olunub. “Dosye.az” saytı ilə əlaqədar toplanmış materialların isə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəy çıxarılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti əsasında “Gundemxeber.az” saytının adı “qara siyahı”ya salınıb.

“Anaxeber.com” saytı ilə bağlı çıxarılmış rəyə əsasən sözügedən sayta qarşı tərəfin mövqeyini əks etdirən mətni yayımlama tövsiyə edilib.

“Amerikapress.com”un qarşı tərəfin mövqeyinə etinasız yanaşması nəzərə alınaraq sayta xəbərdarlıq edilib.

“Təzadlar” qəzetinə qarşı şikayət əsassız sayılıb.

“Reallıq.info” saytı ilə bağlı şikayətinin müzakirəsinin yekununda rəyə gəlinib ki, sözügedən saytla əlaqədar materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə ehtiyac var.
Habil Vəliyev DTX-nın istintaq təcridxanasından köçürüldü - Zərərçəkənlərin biri geri çəkilibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanıldığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında 12 epizod qeyd olunub. H.Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

H.Vəliyevin vəkili çıxış edərək bildirib ki, əvvəl zərərçəkənlər, şahidlər və sonda müvəkkili məhkəmədə dindirilsin.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi söyləyib ki, müvəkkili ona dəymiş ziyanın ödənildiyini deyib, heç bir şikayəti yoxdur.

Hakim bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından məhkəməyə məktub daxil olub: "Məktubda bildirilib ki, Habil Vəliyev Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin istintaq təcridxanasına köçürülsün".

Məhkəmə H.Vəliyevi DTX-nın istintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Qeyd edək ki, DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb.
“Yeni il bayramında əfv olmayacaq” - Əfv komissiyasının üzvü"Yeni il bayramında əfv olmayacaq”.

Bunu AzNews.az-a açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O, bunun səbəbini Novruz bayramında imzalanan Əfv sərəncamı ilə əlaqələndirib:

"Həmin vaxt 423 nəfər azadlığa çıxdı, bir qismi isə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Qısa müddətdən sonra yenidən belə bir sərəncamın imzalanması məqsədəuyğun sayılmır. Amma Əfv komissiyasının katibliyi daim işləyir. Müraciətlər daxil olmaqdadır. Daxil olan bütün ərizələr araşdırılır”.

Əliməmməd Nuriyev qeyd edib ki, bu il cinayət qanunvericiliyində müəyyən dəyişikliklər baş verib: "Hazırda onun tətbiqinə başlanılıb. Bu dəyişikliklər minlərlə məhbusa şamil edilə bilər. Çox güman ki, bunlar da üzümüzə gələn 2018-ci ildə reallaşacaq”.
TWESCO prezidenti Avrasiya.net-i təbrik etdi - FOTOBeynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti, professor Darxan Kıdırali Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) baş redaktoru Cavid Şahverdiyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Türk Akademiyasının (TWESKO) rəhbərliyi və şəxsən öz adımdan təbrik edirəm.
Dünyada yaşayan azərbaycanlıların öz vətənlərinə inam və sədaqətini, tarixinə, milli-mənəvi dəyərlərinə ehtiramının təcəssümü olan, milli birliyin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün türk xalqlarının inteqrasiyası baxımından da önəmli hadisədir.

Rəhbərlik etdiyiniz informasiya agnetliyi türk dünyası ilə bağlı məlumatların geniş ictimaiyyətə çatdırılması, türk dilli ölkələr arasında elmi əməkdaşlığın dərinləşdirilməsi və informasiya mübadiləsinin genişləndirilməsi, bu istiqamətdə Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin işıqlandırılmasında geniş rol oynayır.

Bu xoş fürsətdən istifadə edərək sizi bir daha təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayır və ehtiramımı bildirirəm.
TWESCO prezidenti Avrasiya.net-i təbrik etdi - FOTO

Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası (TWESCO – Turkic World Educational and Scientific Cooperation Organization) 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılıb. 25 may 2010-cu ildə Qazaxıstanın paytaxtı Astanada açılışı olan Türk Akademiyası bir müddət Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin tabeliyində fəaliyyət göstərib, 23 avqust 2012-ci ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status alıb.

Prezidenti Professor Darxan Kuandık oğlu Kıdıralidir.

TWESCO-nun əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyəti koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir.

TWESCO müxtəlif araşdırma qurumları və Türkoloji mərkəzlər ilə təxminən 40-dan artıq memorandum imzalayıb. Təşkilatın Macarıstan, Qırğızıstan, Rusiya, Azərbaycan, Monqolustan elmlər akademiyaları, Cənubi Koreya, ABŞ və Türkiyənin nüfuzlu universitetləri ilə dərin əlaqələri var. Akademiya 100-dən artıq türkoloq və alimlərin iştirakı ilə layihələr həyata keçirir. Bununla yanaşı, TWESCO BMT, UNESCO, Türk Şurası, TürkPA, TÜRKSOY, və İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi (İRCİCA) ilə tərəfdaşlıq qurub.

Son beş ildə Akademiya tərəfindən türk tarixi, mədəniyyəti, incəsənəti və digər sahələri əhatə edən 100-ə yaxın artıq kitab nəşr etdirilib. Eləcə də, müxtəlif mövzularda elmi təhlillər təqdim edən "Altay araşdırmaları və Türkologiya" (qazax, rus, ingilis, türk dillərində), "GLOBAL Turk" adlı iki jurnal mütəmadi qaydada çap olunur. Həftəlik icmalı əks etdirən “Turkic Weekly” bülleteni yayımlanır. Akademiya davamlı şəkildə müxtəlif beynəlxalq konfrans, forum və seminarlar təşkil edir.
2017-ci İldə Macarıstan Beynəlxalq Türk Akademiyasına assosiativ üzv qəbul edilib və Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıq memorandumları imzalanıb.
TWESCO tərəfindən hazırlanan və XV əsrə qədər dövrü əhatə edən “Ortaq türk tarixi” dərsliyi hazırlanıb. Orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik 7 əsas hissədən ibarətdir. Növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, Ortaq Türk Coğrafiyası və Ortaq Türk Ədəbiyyatı dərslikləri üzərində işlər tamamlanıb.

TWESCO-nun nəzdində Türk Kitabxanası və Türk Muzeyi fəaliyyət göstərir.