Prezident generalı vəzifədən azad etdi - SərəncamDaxili Qoşunların generalı ehtiyata buraxılıb.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş. Xəlilovu “DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini = Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Ot sahəsi üstündə... - Dəhşətli qətlin təfərrüatıAğdaşda qardaşının qayınatası tərəfindən öldürülən kişinin qətlinin bəzi səbəbləri məlum olub.

Zeynəddin kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, dəhşətli cinayət kəndin əhalisi üçün ayırılan torpaq sahəsində baş verib:

“Hadisə dünən axşam kəndlilər üçün ayırılan pay torpağı sahəsində baş verib. Onlar eyni kənddə yaşayırlar. Dursun Muğumov heyvanlarını Baxşalının torpaq sahəsinə salıb. Baxşalı da buna etiraz edib. Beləcə, mübahisə düşüb. 60 yaşlı Dursun əlindəki küt alətlə Baxşalının başından bir neçə yerdən vurub. Kənd sakinləri Baxşalını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Ağdaşda qətl hadisəsi baş verib. Rayonun Zeynəddin kənd sakini, 1966-ci il təvəllüdlü Baxşalı Məhərrəm oğlu ƏIiyev ailə münaqişəsi zəmnində qardaşının qayınatası tərəfindən dəhrə aləti ilə vurularaq qətlə yetirilib.