14 yaşlı şagirdin müəmmalı ölümüSabirabad rayonunda 14 yaşlı şagirdin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Gözəlov AzNews.az-a açıqlamasında Leyla Gözəlovanın dərman preparatından zəhərlənərək ölməsi barədə deyilənləri əsassız adlandırıb:

“Mən Leylanın əmisiyəm. Leyla çox gözəl, əlacı, dərsə davamiyyəti, oxumağa maraq göstərən, dinməyəni dindirən, danışmayanı danışdıran bir şagird olub. Özü də ziyalı bir ailədə böyüyüb. Ailədə 3 uşaqdırlar. Nə dərman? Leyla dərmandan ölməyib, yalandır. Hadisə qəfildən baş verib. Bildiyiniz kimi, yetkinlik dövründə gizli xəstəliklər üzə çıxır. Həkimlər ona ürək qüsuru diaqnozunu qoyublar. Leyla xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Sabirabad rayonunda yeniyetmə qızın zəhərlənmədən dünyasını dəyişdiyi barədə mətbuatda xəbərlər yayılıb. Xəbərlərdə rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızının zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılsa da dünyasını dəyişdiyi bildirilir.
Ermənistana məxsus PUA məhv edilib - FotoErmənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Keçmiş polis rəisi vəfat etdi - FotoDövlət Avtomobil Müfəttişliyinin (indiki Baş Dövlət Yol Polisi İdarəsi) keçmiş rəisi Rizvan Nəcəfov dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, keçmiş polis rəisi 83 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Mərhum polis işçisi olsa da, Azərbaycan tarixi və ədəbiyyatını gözəl bilirdi. Yüksək dünyagörüşə malik idi.

Qeyd edək ki, Azərbaycanda ilk yol polisi idarəsi - Dövlət Avtomobil Müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb. Müfəttişliyə vaxtilə D.Kondakov, Nüsrət Bağırov, Xəyyam Mahmudov, Fətulla Hüseynov, Əhliman Hüseynov, Rizvan Nəcəfov rəhbərlik ediblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış işinədək ciddi dəyişikliklər edildi, yeni qanunvericilik bazası yaradılıb. 1994-cü ilin əvvəlində daxili işlər naziri postuna təyinat alan general Ramil Usubov bir müddət sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini dəyişdirib. Belə ki, həmin il nazirin əmri ilə indi polis general-mayoru olan Ramiz Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdıDekabrın 24-nə keçən gecə Ağstafanın Yeni Gün kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.az xəbər verir ki, həyatına son qoyan 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu və atası taksi fəaliyyəti ilə məşğul olurmuş. O, ailə üzvləri ilə birgə dekabrın 23-də gecə saatlarında şam yeməyi yeyib. Daha sonra hamı yatıb. Dünən səhər saatlarında isə 21 yaşlı oğlanın özünü həyətdəki tikilinin qarşısında asdığı məlum olub.

Kənd sakinləri və yaxınları Eynalı tərbiyəli, sakit təbiətli gənc kimi tanıyıb. Onun özünü öldürməsinin səbəbi hər kəs üçün müəmmalı qalıb.
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
Azərbaycanlı biznesmen və oğlu dəhşətli qəzada öldü - Yuxu aparıb, maşın avtokrana çırpılıbRusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu "Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər.

Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.

C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır".
İraqda qalan xatirələrim - IV yazı… Günortaüstü Nəcəfdə Həzrət Əli əleyhissalamın məzarını ziyarətdən qayıdırdıq. Yolüstü bir-iki yüngülvari alış-veriş edib, avtomobilə tərəf gedirdik ki, Əli bəyin (Əli Karyağdı) telefonuna zəng gəldi. Qısa, amma çox isti söhbət edib sağollaşdı. Maşına oturanda “bizi qonaq çağırıblar, yolüstü onlara getməsək, inciyərlər” dedi. Sürücü də, mən də sanki sual verirmişik kimi ona zilləndik. “Ailə dostlarımdır, Mosulda yaşayırdılar, amma İŞİD oranı işğal edərkən canlarını götürüb qaçıblar bura” – üzümüzdəki marağı oxuyan Əli bəy dedi.

- Nəcəfdə qalırlar? – sorşdum.

- Nəcəfdə deyillər, amma bura yaxındadır. Kufənin Həvatim kəndində məskunlaşıblar. Elə gözəl yerdir… Kənd Fərat çayının sol sahilindədir, başdan-başa xurma bağlarına bürünüb. Onsuz da yolumuz həmin kəndin yaxınlığından keçir, - Əli bəy ətraflı məlumat verdi.

Fəratın sahilində…

Beləcə, maşınımız Nəcəf şəhərindən ayrılıb, birtərəfli, enli asfalt magistralla üzüşimala şütüməyə başladı. Doğrudan da, bu yerlərdə torpaqların, hər tərəfi bürüyən yaşıllıqlarından məhsuldar olduğu görünürdü. Hara baxırdım, başındakı bir topa yarpağı ilə göylərə ucalan xurma ağacları məni valeh edirdi. Kəndlər də burada bir-birinə çox yaxın yerləşmişdi. Demək olar ki, evlər xurma bağlarının içində tikilmişdi.
Kəndlərin ərazilərində magistral yolun kənarında çox sayda pərakəndə piştaxtalar düzülmüşdü, üstü də xurma, banan, pomidor, soğan, kartof – hər cür meyvə-tərəvəzlə dolu. Özü də burdakı meyvələr, tərəvəzlər, necə deyərlər, tam orqanik idi, birbaşa tarladan dərilib satıcıya təqdim olunudu. Həm də ucuz – su qiymətinə.

Maşınımız sola burulub yarıtozlu yolla Fərat sahilini örtən ucsuz-bucaqsız xurma bağlarına sarı səmt aldı. Amma çox da getmədən birmərtəbəli evin qarşısında dayandı. Qonaq gəldiyimiz evə çatmışdıq.

Doğmalarımın yanında

Həyətdə bizi ilk olaraq gənc oğlan – Nəbil qarşıladı, Əli bəyə əmi dediyi üçün çox yaxın dost olduqları anlaşılırdı. Arxasınca da yarımilli qiyafətdə kişi gəldi – evin sahibiydi. Azərbaycanlı jurnalist olaraq elə isti münasibət gördüm ki… Əziz qonaqları kimi hörmət göstərdilər.

Əksər İraq kənd ailələrində olduğu, burada da masa gözə çarpmıdrı. Daş döşəməyə xalça-palaz döşənmişdi. Divar boyunca isə döşəkçələr, mütəkkələr düzülmüşdü və biz də elə həmin döşəkçələrin üstündə bardaş qurub oturduq.

Süfrə ətrafında xeyli söhbət elədik. Məlum oldu ki, evin sahibi Qanim Cəmil Bayatlı Mosulun Qarayataq kəndində yaşayırmış. İŞİD-in hücumları zamanı, hamı kimi o da ev-eşiyini qoyub, ailəsini də götürüb kənddən çıxıb. Əvvəl Kərkükə yerləşmək istəsələr də, imkan olmayıb, məcburiyyətdən üz tutublar ölkənin güneyinə. Nəhayət ki, Kufənin Həvatim kəndində, indi gördüyüm Hüseyniyyədə yerləşiblər.

“Evimizi dağıdıblar…”


Müsahibium dedi ki, müharibəyədək kənddə 5 min sakin vardı. Bu gün isə onlar İraqın güneyində yerləşən beş vilayətin ərazisinə səpələniblər. “2014-cü il avqustun 18-də kənddən çıxmışıq. İndi İŞİD yoxdur, ordu azad edib kəndimizi. Bildiyimə görə, sakinlərimizin 60 faizi evlərinə qayıdıb. Amma orda vəziyyət çox pisdir. Nə su var, nə işıq, məktəb. xəstəxana dağıdılıb. Bu səbəbdən biz də daxil olmaqla, sakinlərin yarısı geri qayıda bilmir” deyən Qanim Cəmil Bayatlı əlavə etdi ki, burda birtəhər başlarını saxlayırlar. Məktəb var, qızı da xəstəxanada çalışır, əgər kəndə qayıtsalar, qızı işdın çıxacaq və yeganə dolanışıq yerini də itirəcəklər.

“Əslində Mosulla əlaqələrimiz tam kəsilməyib. Hazırda Əli adlı oğlum “Haşdi Şabi”nin Mosuldakı birliklərində qulluq edir. Bir dəfə imkan tapıb Qarayataq kəndinə baş çəkib. Deyir evimizi uçurub-dağıdıblar. Tutaq ki, bütün çətinlikləri gözə alıb qayıtdıq, harda yaşayacağıq? Qışın günüdür, insanın daldalanacağı bir evi olmalıdır. Hökumət də dəstək vermir evi yenidən tikməyə. Deyirlər öz hesabınıza bərpa edin, bizimsə imkanımız yoxdur” deyən müsahibim əlavə etdi ki, 8 baş ailədirlər, evdə qadın-qız, körpə uşaq var, ona görə narahatlıqları ikiqat artır.

Həmsöhbətim onu da dedi ki, dövlət söz verib, bir-iki aya qızını Mosulda müvafiq işlə təmin edəndən sonra onlar da birdəfəlik öz kəndlərinə dönəcəklər.

Azərbaycanda bir məsəl var: kasıb comərd olar. Qaçqınlıq həyatı yaşayan bu gözəl ailə bir tikə çörəyini bizimlə bölüşməklə qurtarmadı, israrla xahiş etdilər ki, gecəni onlarda qonaq qalaq. Xüsusilə də ailənin oğlu Nəbil bizdən ayrılmaq istəmirdi. Amma əlbəttə, yolumuz uzaqdır və bu səbəbdən də sağollaşıb yola çıxdıq…
İraqda qalan xatirələrim - IV yazı
Bəşir kəndi yenidən canlanır

İraqda olarkən baş çəkdiyimiz daha bir yer vardı – Kərkük ətrafında yerləşən Bəşir kəndi. Hansı ki, oranın hamısı türkmən olan sakinləri də Qarayataq kəndinin camaatı kimi ev-eşiklərini atıb, quru canlarını götürüb haralarasa pənah aparmışdılar.

Yeri gəlmişkən, iki il əvvəl İraqda olarkən bu kənd İŞİD-in nəzarətindəydi, İraq ordusu isə onu azad eləmək üçün mübarizə aparırdı. Bu dəfə qismət varmış, “Haşdi Şabi” Türkmən qüvvələrinin komandanı Zəki Muradla görüş zamanı Bəşirə getmək istədiyimi dedikdə, 2-3 əsgərini də mənə qoşub kəndə göndərdi.

Bəşir kəndi 35 mindən çox əhalisi olan, türkmən şəhəri Təzə Hurmatunun demək olar ikiaddımlığında yerləşir. Barlı-bərəkətli tarlaların arasında salınmış, amma İŞİD terrorçularının yararsız hala saldığı asfalt yolla şütüyən maşınımız 10 dəqiqədən sonra Bəşir kəndinə çatdı. Olduqca böyük kənddir, amma nə yazıq ki, evlərin çoxu daş qalağına çevrilib. Kənddə yalnız yaşayış evləri deyil, məscid, bütün sosial təyinatlı tikililər dağıdılıb, Həzrət Əlinin məkamı (İmam Əlinin vaxtilə burada qaldığı güman edilən ev), qəbiristanlıqdakı başdaşları belə uçurulub. Amma torpağa bağlı insanlar – Bəşir əhli tədricən geri qayıtmaqdadır. Kimin ki evi dağıdılmayıb qayıdıb, qalanlar da min cür çətinlik bahasına ev-eşiyini bərpa eləməyə çalışır. Özü də insanlar tikinti-bərpan işlərini öz hesablarına görürlər, çünki Bağdad hökuməti hələlik yardım göstərmir. Kəndin mərkəzində yerləşən, İŞİD tərəfindən yandırılmış məktəb binası kosmetik təmir edilib və hazırda məktəb fəaliyyət göstərir. Amma onun lap yanında Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni məktəb binası tikilməkdədir. Tədricən su, işıq da bərpa edilməkdədir. Qısası, 5-6 min əhalisi ola Bəşir kəndində həyat normal axarına qayıtmaqdadır.

P.S. İki il öncə Kərkükə şimaldan – Ərbil yolu ilə gəlmişdim. O vaxt Türkmənelinin böyük hissəsi İŞİD tərəfindən zəbt edilmişdi, Kərkük isə kürd bayraqlarının kölgəsində qalmışdı. Bu dəfə Kərkükə cənubdan – Bağdad yolu ilə getdim. Türkməneli İŞİD-dən azad edilib, xarabazara çevrilmiş türkmən şəhər və kəndlərində canlanma başlayıb, türkmənlər ev-eşiklərinə dönür, Türkməneli yenidən əsl sakinləri olan türkmənləri təkrar qoynuna alır. Kərkük isə tamam dəyişib, təhlükəsiz, sürətlə yeniləşən şəhərə çevrilməkdədir. Türkmənlər öz tarixi qalasına ürək açıqlığı ilə gedir, öz kimliyini və mədəniyyətini daha əzmlə nümayiş etdirir. Hələ bu harasıdır, türkmənlər Kərkükə öz aralarından vali də seçməkdə israrlıdırlar. Bütün bunlar çox əla, Allah türkmən xalqına güc və böyük səbr versin…
İraqda qalan xatirələrim - IV yazı
Bakı-Bağdad-Nəcəf-Bakı

Vüsal Tağıbəyli
Səudiyyənin daha bir şahzadəsi azadlığa buraxıldıSəudiyyə Ərəbistanı hökuməti korrupsiya şübhələri ilə həbs edilən iş adamlarından 20 nəfərini həbsdən azad edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet azadlığa buraxılanlar arasında keçmiş maliyyə naziri, “Saudi Aramko” şirkətinin direktorlar şurasının üzvü İbrahim Assafın olduğunu bildirib.

Ər-Riyadın həbsdən azad etdikləri sırasında şahzadə Turki bin Xalid və “Saudi Telekom”un keçmiş rəhbəri Səud əl-Daviş də yer alıb. Bu şəxslərin hər biri müəyyən ödəniş etdikdən sonra azadlığa buraxılıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında korrupsiya ittihamaları ilə 200 nəfər həbs edilmişdi. Bunlardan 11-i şahzadə idi.
Azərbaycanda siqaret bahalaşacaq - Vergi 2 dəfədən çox artırıldıAzərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

Tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxundu - 4 il 11 ay 28 gün həbs, 23 min təzminatBu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir.

İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini istəyib.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.


2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, bu il iyulun 2-də dünyasını dəyişib.
Azərbaycanlı diktor 70 yaşında gəlinlik geyindi - Efirdə toyu oldu/ VİDEOARB TV-nin "Səhər-səhər” proqramının növbəti buraxılışında maraqlı hadisə yaşanıb.

70 yaşlı diktor Xalidə Əhmədovanın doğum günündə ona sürpriz edilərək, efirdə toy çalınıb.

Toyun aparıcığılığını müğənni Elçin Hüseynov, xınayaxdı mərasimini isə Naibə Allahverdiyeva reallaşdırıb.

Ürək sözlərini bölüşən diktor, ailə həyatından danışıb:

"Mən Davud müəllimlə evlənəndə gəlinlik geyinməmişəm. Bu imkanlar bizim üçün olmayıb, o məni qaçırıb. Nə onun atası, anası, nə də mənim atam və anam bizim üçün heçnə etməyiblər. O mənə dedi ki, 50 illiyimizdə sənə toy edəcəm. İndi buna ömür vəfa etmədi. Mən Davudun yerinə bu gün nəvəm Onuru gətirdim. Amma o da bunu qəbul edə bilmədi”.

Həmin görüntüləri təqdim edirik.