Bir qrup sahibkar intihar anonsunu verdi - GöyçaydaGöyçay rayon sakinləri tərəfindən Avrasiya.net-ə şikayət məktubu daxil olub. Məktubda bir qrup sahibkar rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qanunsuz əməllərindən cana doyduğuı və buna son qoyulmazsa intihar edəcəkləri bildirilib.

Məktubu olduğu kimi təqdim edirik:

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb. Göyçay "Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətinə xitam verməyə nail olan Mehdi Səlimzadənin əsil niyyəti heçdə antisanitariyaya qarşı mübarizə aparmaq deyilmiş. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Mehdi Səlimzadə antinasitariya adı ilə "Göyçay Avtonəqliyyat" ASC-də fəaliyyət göstərən bazarı bağlatdırıb özü üçün şəhərin mərkəzində yerləşən Rəşid adlı şəxsə məxsus böyük binası olan mebel maqazinində yeni bazar açır.

Həmin mebel maqazinində bazar kimi fəaliyyət göstərməsi məqsədə uyğun deyil. Çünki mebel maqazini yerləş\ən ərazi avtomobillərin gur gedib-gələn yerində yerləşir. Biz kasıbçılıqla zəhmətlə bir tikə çörəyini qazanan insanlar bu bazar bağlayıb bazar açma oynundan cana doymuşuq. Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır. Vəzifə hərisi, korrupsiya xəstəsi olan Mehdi Səlimzadənin yaratdığı özbaşınalığın nəticəsində ötən gün iki məktəb direktoru intihara edib. Mehdi Səlimzadənin özbaşınalığının qarşısı alınmasa biz sahibkarlar da kütləvi şəkildə intiharlar edəcəyik. İnsanları intihar həddinə çatdıran Mehdi Səlimzadənin barəsində təcili və ciddi tədbir görülməlidir.

Qeyd edək ki, Mehdi Səlimzadənin açacağı həmin bazarın yerləşdirilməsi nəzərədə tutulan mebel maqazinin arxa tərəfindəki böyük ərazidə olan 50 dən çox böyük şam ağacları qanunsuz olaraq kəsilərək məhv edilib. Mehdi Səlimzadənin bu bazarına qardaşı oğlu Göyçay Gənclər Mərkəzinin müdiri Səməd rəhbərlik edəcək. Xəmiri alverlə, hər-mərciiklə yoğrulan bu əmi-qardaşoğlu öz tamahlarına görə biz sahibkarların bayramımızı qara gətimək istəyirlər.

Hətta biz sahibkarlar xahiş etdik ki, heç olmasa bayrama kimi möhlət verin köhnə bazarda alverimizi edib yeni ildən sonra sizin bazara köçürülərik.Buna əhəmiyyət vermirlər. Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik bizi Mehdi Səlimzadənin zülmündən xilas edin. Əks təqdirdə biz kütləvi intihar edəcəyik.

Abdullayev Kamil Aydın oğlu

Allahverdiyev İlqar Kamil oğlu

Əliyev Sübhan Akif oğlu

Məmmədov Əyyub Zaman oğlu

Əkbərov Zakir Nuru oğlu


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda maaşlar artdı — SƏRƏNCAMAzərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.
“Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi uğurla yekunlaşıbAzərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə Ərəstun Mahmudov adına 220 saylı məktəb lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi icrasını uğurla yekunlaşdırdı.

Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsidir. Layihə məktəblilərin gələcək peşə seçimi istiqamətində yeni ənənənin əsasını qoyacaq.

Layihə Bakı şəhəri üzrə 15 orta məktəbi və ümumilikdə 1500 nəfərdən çox şagirdi əhatə etdi. Layihəyə cəlb olunmuş 220 №-li məktəb-lisey, 240, 245, 247, 283, 29, 291, 60, 67, 95 №-li tam orta məktəblər, 246, 62 və 72 №-li məktəb-liseylər, Akademik Zərifə Əliyeva adına Lisey, Heydər Əliyev adına Təhsil Kompleksində layihə çərçivəsində psixoloji test imtahanı və müşahidə oyunları keçirildi. Nəticədə 1500 şagirdə gələcək peşə seçimində onlara istiqamət verəcək profil verildi.
Layihə cari ilin 22 sentyabr-22 dekabr tarixlərini əhatə edirdi.
İngilis Tomas Əmiral-Mudi “Sarı Gəlin”mahnısını belə oxudu - VİDEOBöyük Britaniya vətəndaşı Tomas Əmirəl-Mudi Azərbaycanda yaxın qohumunun toy mərasimində Azərbaycanın qədim mahnısı olan “Sarı Gəlin” mahnısını ifa edib.
Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Tomas Əmirəl-Mudi Azərbaycanı və Türk dünyasını sevən şəxsdir. Evində Azərbaycan və Türkiyənin bayraqları var. Daima Azərbaycanın tarixi,mədəniyyəti ilə bağlı kitablar oxuyur. Xüsusilə, ölkəmizdə gedən prosesləri ciddi şəkildə izləyir. Tez-tez Azərbaycana gəlir.

Qeyd edim ki, Tomasın xalq mahnılarımızın öyrənməsində azərbaycanlı xanımı Röyalə Əmirəlin böyük rolu var. Övladları 5 yaşlı Əsgər və 3 yaşlı Yelizavet Əmirəllər milli ruhda tərbiyə alırlar.

Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmirəlin (Jonh Naimi Amiral)bacısıdır”.
İŞİD-çi: Azərbaycandan gələnlər çox qəddar olur - VİDEOCurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün «Kadr arxasında» layihəsi çərçivəsində Suriya diktatoru Bəşər Əsədlə vuruşmuş və vuruşan insanlarla görüşüb. Onlar Əsədi Suriyanın legitim prezidenti saymırlar və hesab edirlər ki, onların müharibəsi hələ başa çatmayıb.

Bəs onlar niyə əllərinə silah alıblar? Nə üçün hesab edirlər ki, hazırkı prezident Bəşər Əsəd getməlidir?

Bəşər Əsəd rejiminə müxalif «Sultan Murad» batalyonunun qərargahı Türkiyənin Kilis şəhərində, iki ölkənin sərhədində yerləşir. «Sultan Murad», əsasən, etnik Suriya türkmanlarından ibarətdir. Onlar Suriya hökumət qüvvələrindən başqa, türkmanların torpaqlarının bir hissəsini zəbt etmiş İŞİD yaraqlıları ilə də vuruşmalı olublar.

«Bizim Suriyada 2 milyona yaxın türkman yaşayır. Özüm Hələb şəhərindənəm. Min ildən öncə Suriya ərazisinə gəlmiş səlcuq türklərinin törəmələriyik. Suriyanın bütün türkmanlarıƏsədə qarşı çıxır, çünki biz azad xalqıq. Əvvəlcə dinc etiraz edirdik, ancaq sonra bizə atəş açmağa başladılar. Əlimizə silah almaq istəmirdik, dinc etiraz etmək istəyirdik, ancaq başqa çıxış yolumuz yox idi», – etnik türkman Hüseyn İsa deyir.

Hüseyn danışır ki, müharibə başlayana qədər onun ailəsi – səkkiz qardaşının səkkizi də bizneslə məşğul olurmuş. Hüseynin özü isə dörd il Moskvada yaşayıb, ayaqqabı satışıyla məşğul olub. Müharibə başlayanda Hüseynin qardaşı Fəhim İsa «Sultan Murad» özünümüdafiə dəstəsini yaradıb. Onlar əvvəlcə Əsəd ordusu ilə vuruşublar. Sonra daha iki cəbhə açmalı olublar: İŞİD və silahlı kürd dəstələrinə qarşı:

«Adi silahlarla vuruşurduq. Çox torpaqları azad etdik. Allah özü bizə kömək olur. Sonra «Fərat qalxanı» əməliyyatı başladı. (Söhbət Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal ərazilərinin İŞİD-dən azad edilməsi əməliyyatından gedir. Bu əməliyyatda Rusiya aviasiyası Türkiyəyə kömək edib). Xeyli ərazini İŞİD-dən və kürdlərdən, bir qədərini də Əsəddən azad etdik. Əsəd dəlidir. O və atası 40 il sərvətimizi, ölkəmizi talayıb. Onlar 40 il sevimli Suriyamızı dəmir əlcəkdə saxlayıblar. Bu torpağın sahibi bizik və onu heç kimə verməyəcəyik. Elə bilirsiniz bu müharibədən yorulmamışıq? Yorulmuşuq. Ancaq istəyirəm hamı anlasın: Əsəd durduqca, bu müharibə bitməyəcək».

Reyhanlı Türkiyə-Suriya sərhədində yerləşən başqa bir şəhərdir. Burada, suriyalı komandirlərdən birinin evində Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdalla yaşayır. O, hava zərbələri nəticəsində hər iki ayağını itirib.

«İraq və Suriyada vuruşmuşam. Qonşu ölkəyə, dostumu ziyarətə getmişdim. O təklif etdi ki, Suriyaya gedim, həm görüm orada nə baş verir, həm də özümlə pul aparım. Düzünü desəm, özümə də maraqlı idi. Ancaq biz Suriyaya gələndə pasportlarımızı, telefonlarımızı əlimizdən aldılar, özümüzə də dedilər ki, gedə bilmərik, vuruşmalıyıq. Onları fikirlərindən döndərmək mümkün olmadı», – Abdalla deyir.

Abdallanın sözlərinə görə, İŞİD-ə qoşulanadək Tunisdə yanacaq satırmış və dindən uzaq imiş. «İŞİD-in strukturu belədir: Piramidanın təpəsində əmir və ya baş komandan dayanır. Ondan sonra hərbi kəşfiyyat gəlir. Kəşfiyyat komandirlərinə hamıdan çox pul və ən yaxşı silahları verirlər. Onlar elitadır. Onlardan sonra ordu komandirləri gəlir. Bu, tabeçiliyə görə üçüncü pillədir. Sonra adi əsgərlər gəlir, döyüşən də onlardır. Onlardan sonra əhalinin islam qaydalarına əməl etməsinə baxan əxlaq polisi gəlir.

Əvvəl bizə 100 dollar ödəyirdilər, ancaq iqtisadi problemlər başlayanda 50 dollar verməyə başladılar. İlk 6-7 ay ərzində ailəm, ümumiyyətlə, harada olduğumu bilmirdi. Sonra anama zəng vurub dedim ki, Suriyadayam. O, ağlamağa başladı, xahiş etdi ki, geri qayıdım. Söz verdim. Buna görə ölməmək üçün əlimdən gələni etdim. Bu təşkilatdan çıxmaq və özümün əvvəlki normal həyatıma qayıtmaqdan ötrü hər şeyi edirdim», – o deyir.

Ancaq bombardmanların birində keçmiş yaraqlı hər iki ayağını itirib və onu müalicə almaq üçün İdlib əyalətinə göndəriblər. Burada o, bir yoldaşı ilə sözləşib. Onlar birlikdə Azad Suriya Ordusu komandirinin nömrəsini taparaq, hücum edən qoşunlara təslim olublar.

Abdalla keçmiş SSRİ-dən gəlmiş çox sayda yaraqlı ilə rastlaşdığını da deyir. «Çox! Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycandan gələnlər ayrı vuruşurlar. Onların öz batalyonları var, başqalarına qarışmırlar. Azərbaycandan gələnlər başqalarından çox radikaldırlar», – Abdalla deyir.

General Haysam əl-Feysi isə Azad Suriya Ordusunun baş komandanlarından biridir. «Biz inqilabı dəstələmək qərarına gələndə, ordudan getmədik. Azadlıq tələb edən xalqımızı qorumağa getdik. İlk zabitlər Suriya hökumət ordusundan getməyə başlayanda hamısı belə deyirdi: bu addımı xalqımızı qorumaq üçün atırıq. Məhz buna görə də həyatımızı riskə atırıq və ölənədək xalqımızı müdafiə edəcəyik», – üsyançı general deyir.


Musavat.com

Qurban Qurbanovun 300 minlik avtomobili - FotolarAzərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avtomobilini yeniləyib.

Yenicag.az-ın xəbərinə görə, bir müddət əvvəl “Mercedes” markalı avtomobilə üstünlük verən təcrübəli çalışdırıcı onu “Ranger Rover”lə əvəzləyib.

İdman stilli maşının qiyməti 150. 000 – 185. 000 dollar arası dəyişir. Bu isə 250. 000 və ya 300. 000 min manat deməkdir.

Qeyd edək ki, son illərdə avrokuboklarda uğur qazanan Qurban Qurbanov ölkəmizdə ən yüksək ödənişli məşqçidir.
Qurban Qurbanovun 300 minlik avtomobili - Fotolar
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdiPrezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.

Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram.

Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir.

Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır.

Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir.

Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!".
İsa peyğəmbər yadplanetli olub – İnanılmaz faktlarAlimlər qədim yazılı kitabələrin araşdırılması nəticəsində İsa peyğəmbərin dünyadan kənar yad sivilizasiyaya aid olduğuna qərar verib.

Kult.az xəbər verir ki, bu barədə “Rossiyskiy Dialoq” informasiya yayıb.

Ekspertlərin fikrincə, kahinlərin dua etdiyi Beytləhm (Vifleyem) ulduzu əslində yadplanetlilərin gəmisi olub. Bu nəzəriyyənin təsdiqi üçün mütəxəssislər heç bir ulduzun xilaskarın doğulduğu yerə səyahət etmək istəyənləri daşımaq üçün kosmosda sərbəst şəkildə hərəkət edə bilmədiyi fikrini səsləndiriblər.

Bundan əlavə, alimlər əmindir ki, Həzrəti İsa daim Yerə gəlmiş yadplanetlilərlə təmasda olub. Məsələn, ABŞ-da Morqan kitabxanasında saxlanılan sənəddə “Mehriban çoban özü də başqa planetdən idi” ifadələrinə rast gəlinib. Həmçinin Pensilvaniya Universitetinin muzeyində saxlanılan qədim perqamentdə də bu fakt təsdiqlənib.
İşıqpuluna görə idarə işçisi öldürüldüDünən Ağdaş rayonunda törədilmiş qətlin səbəbi məlum olub.

Lent.az xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla vurub öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Belə ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.
General: "Bir raketimiz 3 ştata bəs edər…"Rusiyanın strateji təyinatlı raket qüvvələrinin komandanı general Sergey Karakayev Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında ölkə başçısı Vladimir Putinə məruzə edib.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

“Cənab Vladimir Vladimiroviç, bizim bu gücdə olan bir raketimiz ABŞ-ın 3 ştatına bəs edər. Raketlərimizin aşağı dəqiqliyi zərbənin gücü ilə tamamilə kompensasiya olunur”, - general deyib.