Ailə başçısını itirənlər üçün əmək pensiyaları necə hesablanacaq?Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və dekabrın 22-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) qanunda göstərilən ailə üzvlərinin nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Məsələn, 25 avqust 2017-ci il tarixdə vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 2006-cı ildən sonra 11 il 6 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20500 manat sığorta kapitalı var. Onun ailə üzvləri (3 nəfər) ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət ediblər. Əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş - 15 yaş = 31) x 4 ay = 124 ay= 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 11 il 6 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə pensiya əliliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır:

124 ay:192= 0,6458;

Sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi aylarının sayına (144) vurulur (0,6458x144=93) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin ədədə bölünməklə ailə üzvlərinə ümumi məbləği 220,43 manat (20500:93=220,43 manat) olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

Yaxud 10 avqust 2017-ci il tarixdə vəfat edən 61 yaşlı sığortaolunan şəxsin 15 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7885,0 manat pensiya kapitalı qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun iki nəfər ailə üzvü - arvadı və 21 yaşında əyani təhsil alan övladı müraciət ediblər. Ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün vəfat edən şəxsin 15 il 4 ay (61 yaş -15 yaş = 46) x 4 ay = 184 ay = 15 il 4 ay) sığorta stajı tələb edilir. Vəfat etmiş şəxsin ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya aşağıdakı qaydada hesablanır: 184:192= 0,9583x144=138; 7885:138=57,14. Ailəyə düşən əmək pensiyasının məbləği (57,14 manat) əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vəfat etmiş şəxsin ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası minimum məbləğə çatdırılmaqla ödənilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, 220,43 manat pensiya məbləği vəfat etmiş şəxsin üç nəfər ailə üzvü arasında, 31-ci misal üzrə müəyyən edilmiş 110 manat pensiya məbləği isə iki nəfər ailə üzvü arasında bölünəcək. 2017-ci ilin 1 iyul tarixinədək vəfat etmiş, yaşa və yaxud əlilliyə görə əmək pensiyaçısı olmuş ailə başçısının ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının pensiyasının ümumi məbləğinin (baza və sığorta hissələrinin cəmi) əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Məsələn, yaşa görə əmək pensiyaçısı olan ailə başçısı 1 fevral 2017-ci il tarixdə vəfat edib. Onun pensiyasının məbləği 160 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 50 manat = 160 manat) təşkil edib. 20 iyul 2017-ci il tarixdə onun arvadı ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət edib. Vəfat edən pensiyaçının pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği (160 manat) onun arvadına sığorta hissə kimi ödənilməlidir.
21 yaşlı Ağstafa sakini intihar edibBu gün Ağstafanın Yeni Gün kəndində intihar qeyd alınıb.

APA-nın məlumatına görə, kənd sakini 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu özünü yaşadığı evdə asıb.

E.Mərdanov yaxşı kompüter mütəxəssisi olduğu bildirilir. Hələlik onun hansı səbəbdən özünə qəsd etdiyi bilinmir.
İnsan əti satılan restoran açıldıYaponiyanın paytaxtı Tokio şəhərində tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərinə insan ətindən hazırlanmış yeməklər təklif edən restoran açılıb.

Virtualaz.org xəbər verir ki, restoranın adı da fəaliyyətinə müvafiqdir - "Yeməli qardaş".
Bildirilir ki, buradakı yeməklərin qiyməti 100 avrodan 1000 avroya qədər dəyişir.

Qeyd etmək lazımdır ki, Yaponiya hökuməti hələ 2014-cü ildə kannibalizmi leqal elan edib. Bu ölkənin istənilən sakini dünyasını dəyişərkən cəsədini hər hansı restorana vəsiyyət edə bilər. Bunun müqabilində onun ailəsinə 35 min avro ödənilir.
Futbol klubu satışa çıxarıldı - 15 milyonaÖlkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.

Avrasiya.net Qol.az-a instinadən xəbər verir ki, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.

Ad açıqlanmasa da, həmin klubun "Bakı" klubu olduğu güman edilir.
Prezident doğum gününü belə qeyd edir - FotolarBu gün Azərbaycan prezidenti İlham Əliyev 56-cı doğum gününü qeyd edir.

Avrasiya.net xəbər verir ki, hər il olduğu kimi, bu il də prezident özəl gününü ailəsi ilə sadə məclislə qeyd edib.

İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məclisdə çəkilən fotoları İnstagram hesabında paylaşaraq "Təbriklərə görə hamıya təşəkkür edirəm! Hamınıza xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!" şərhini yazıb.

Həmin fotoları təqdim edirik:
Prezident doğum gününü belə qeyd edir - Fotolar
Prezident doğum gününü belə qeyd edir - Fotolar
Prezident doğum gününü belə qeyd edir - Fotolar
Prezident təməlqoyma mərasimində iştirak etdiBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

APA məlumat verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına layihə barədə məlumat verib.
Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.
Dünya ölkələrinin liderləri İlham Əliyevi təbrik edirÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətlə təbrik edib.

Məktubda deyilir:

Möhtərəm İlham Heydər oğlu.

Zati-aliləri mübarək doğum gününüz münasibətilə Sizi bütün özbək xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan sonsuz məmnunluq hissi duyuram.

Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu Ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.

Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.

Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Əzəldən dili və dini, dəyərləri və ənənələri, mədəniyyəti ümumi olan Özbəkistan ilə Azərbaycanı səmimi qonşuluq, dostluq, qarşılıqlı hörmət, etibar, səmimilik və bir-birini dəstəkləmə prinsipinə əsaslanan qardaşlıq əlaqələri və birgə həyata keçirilən səylər birləşdirir.

Son zamanlar dövlətlərimiz arasındakı münasibətlərin praktik cəhətdən yeni məzmuna malik olub daha da inkişaf etməsi bizi sevindirir.

Xüsusilə, cari ildə Sizinlə dəfələrlə keçirilən səmimi görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üçün səmərəli zəmin yaratmışdır.

Qarşılıqlı əməkdaşlıq sahəsində olduqca böyük imkanların mövcudluğunu etiraf edərək, gələcəkdə bütün istiqamətlərdə əlaqələrimizin genişləndirilməsi dost ölkələrimizin mənafelərinə tam uyğundur.

Əminəm ki, gələcək yüksək səviyyəli görüşlərimiz dostluq münasibətlərimizi daha da intensivləşdirəcək, yüksək keyfiyyət səviyyəsinə çatdırılmasına, qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, ailə üzvlərinizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram.

***

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Fürsətdən istifadə edərək, səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrimizin möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfələrinizin əhəmiyyətini vurğulamaq istərdim. Həmçinin ölkələrimiz arasında mövcud olan, uzun illər ərzində uğurlu nəticələr verən əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Serbiya ali səviyyədə qurulmuş dialoqu yüksək qiymətləndirir, Münxendə və İstanbulda keçirilmiş müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşlər və qarşılıqlı səfərlər isə ölkələrimiz arasındakı əməkdaşlığa güclü töhfə verib və verməkdə davam edir.

Zati-aliləri, Sizə Azərbaycan Respublikasının rifahı, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı bildirirəm.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Zati-aliləri.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir. Sizin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyinizi yüksək qiymətləndirirəm. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

V. Putin təbrik məktubunda bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

V. Putin prezident İlham Əliyevin Rusiyanın əsl dostu kimi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini vurğulayıb: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".

***

Ukraynanın prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

P. Poroşenko iki dövlət başçısı arasında qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirib.

Ukrayna prezidenti əmindir ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək: "Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək. Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm".

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.

***

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməyi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.

Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.
Daha bir bank bağlandı: Növbədə hansı bankdır?“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğv edilməsi, eyni zamanda, Azərbaycan bank sektorunun bundan sonrakı vəziyyəti ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun Axar.az-a müsahibəsini təqdim edirik:

- “DəmirBank”ın bağlanması qərarı gözlənilən idi?

- İki il bundan əvvəl “DəmirBank”ın digər banklarla birləşməsi müzakirə olunurdu. Sonradan 11 bankın ləğv edilməsi isə “DəmirBank” və bəzi bankların bağlanması prosesini müvəqqəti olaraq təxirə saldı. Çünki bu, əlavə xərclər yaradır, eyni zamanda, ciddi ajiotaja səbəb olur. Artıq bir neçə aydır ki, “DəmirBank” faktiki olaraq əmanət qəbul edilməsini və kredit verilməsini dayandırmışdı. Maraqlı məqam odur ik, bir neçə ay bundan öncə sözügedən bankın idarəediciləri başqa banklarla birləşmək yönündə danışıqlar aparır, eyni zamanda, bağlanması ehtimalı olan kredit təşkilatının borc öhdəliklərini, icraçı ilə bağlı məsələləri də öz üzərinə götürmək istəyirdi. Bu, əslində “DəmirBank”ın taleyi ilə bağlı məsələlərin birmənalı olmadığını deməyə əsas verir. Sadəcə, proseslərin sonrakı inkişafında zərərin həcminin kəskin artması nəticəsində bankın ləğvinə səbəb oldu. Yaxud da bankın idarə heyətində, əvvəlki illərdə olduğu kimi, yenə güzəştlərin edilə biləcəyinə dair qənaət olub. Faktiki olaraq bankın son statistik göstəricilərinə görə, məcmu kapitalının həcmi normativlərdən 12 milyon az idi. Ümumiyyətlə, son dövrlərdə bank sektorunda həyata keçirilən tədbirlərin effekti cəmiyyət, bəzi hallarda isə qanunvericilik orqanları tərəfindən də müzakirə olunur. Bu baxımdan “DəmirBank” haqqında yayılan məlumatlar da dəyərləndirilərək, onun ləğv edilməsiylə prosesə adekvat reaksiya nəzərədə tutulub.

- Rəşad müəllim, bankın ləğv edilməsi prosesi, əmlakı və əmanətlərin taleyi necə olacaq?

- Bankın ləğv edilməsi prosesi qanunauyğun olaraq həyata keçiriləcək. İlk olaraq bakın sığortalanmış əmanətlərinin geri qaytarılması prosesinə başlanılacaq və daha sonra prosesin idarə edilməsi Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Bankın yığımlarının digər banklara transfer edilməsi, həmçinin bankın dövlət öhdəliklərinin yerinə yetirilməsi məsələləri də həllini tapacaq. Əgər bankın aktivləri, əmlakı və s. daxil olmaqla yetərli olarsa, o zaman bankda olan sığortalanmayan əmanət və depozitlər də qaytarılacaq.

- Növbəti dövrlərdə bağlanma ehtimalı olan banklar varmı?

- Bəli, növbəti dövrlərdə bağlanma ehtimalı olan banklar çoxdur. Əslində, Azərbaycanda bankların birləşməsi prosesi daha məntiqli idi. Ancaq çox təəssüf ki, bu təcrübə hələ də baş tutmur. Söhbət ondan getmir ki, burada dövlət qurumlarının günahı var. Azərbacanda bank subyektlərinin özünün də problemləri var. Çünki hər bir bank o qədər fərqli formada idarə olunub və bilinməyən qeyri-qanuni problemləri var ki, konsolidasiya prosesində çox ciddi problemlər ortaya çıxır. Birləşmə də baş tutmadıqca ləğv olunan bankların sayı artacaq. Ehtimal olunur ki, bu prosesin sonunda ölkədə 20 bank qalacaq. Bu isə onu deməyə əsas verir ki, bundan sonrakı dövrlərdə 8-10 bank bağlana bilər.
Mirsamir Məmmədov: "Cənab Prezident əzmlə xalqımızın rifahına və ölkəmizin tərəqqisinə çalışır"İlk öncə cənab Prezidenti doğum günü münasibətilə təbrik edirəm, uzun ömür, can sağlığı, bütün ailə üzvlərinə xoşbəxtlik və işlərində uğurlar diləyirəm!..

Cənab Prezident bütün Azərbaycan xalqının ümid çırağıdır. Bu səbəbdən Azərbaycanı İlham Əliyevsiz təsəvvür etmək olmaz. Bütün uğurlarımızın, inkişafımızın, təhlükəsizliyimizin və sabitliyimizin qarantiyası və təminatı cənab Prezidentin qətiyyətli və parlaq siyasətidir. Bu təminatın əsas meyarları dövlətimizin başçısının müdrik daxili və xarici siyasət strategiyalarıdır...

Bunu siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi. Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir.

Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir. Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir.

Ölkəmizin bütün uğurları‚ yüksək inkişafı və dünya səviyyəsində irəliləməsi möhtərəm cənab İlham Əliyevin atdığı qabaqcıl addımların nəticəsidir.