Sumqayıtda bədbəxt hadisə - Zavodda ölən və yaralanan varSumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə olub.

SOCAR-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Arvadının görüşdüyü oğlanı zorlayıb... - VİDEOTürkiyənin Hatay vilayətinin İskenderun qəsəbəsində yaşayan F.A.-nın (34) sosial şəbəkədə tanış olaraq 1 il birlikdə olduğu E.D. (27) adlı qadının əri B.D. və dostları tərəfindən zorlandığı barədə məlumat vermişdik.

F.A.-nın şikayətindən sonra B.D., arvadı və 2 dostu Ö.D. ilə Ö.K. saxlanılıb.

Qeyd edək ki, F.A. sözügedən şəxslər tərəfindən qaçırıldıqdan sonra qadın alt paltarları geyindirilərək zorlanıb.

Şübhəlilər dindirildikdən sonra tibbi müayinə üçün Şehitkamil Dövlət Xəsətanasına aparılıblar. Xəstəxana ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. 4 şəxs də xəstəxandan Qaziantep Penitensiar xidmətinə təhvil verilib.


Milli.Az
“Yaxşı ki, deputat Araz Əlizadə türk deyil“Niyaməddin Orduxanl : “Fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq onlara nökərlik edənlər bizə türk demək istəmir!”

Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mətbuata verdiyi açıqlamasında Azərbaycanın tarixi simalarının milli kimliyinə dair açıqlama verib. Onun sözlərinə görə, “ Babək, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətai türk deyil. Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olub”.

Deputat bu fikiri siyasi partiyalar arasında çox kəskin qarşılanıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP ) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı Müsavat.com saytına verdiyi açıqlamasında bildirib ki, Araz Əlizadə danışdığı cəfəngiyyatdan başqa şey deyil: “Araz Əlizadə Azərbaycan cəmiyyətinə, mətbuatına ancaq və ancaq türk şəxsiyyətlərini aşağlayan daxilən TÜRK kimliyinə nifət edən biri kimi çıxır. Baxın, onun son dövrlərdə mətbuatda veridyi açıqlamalarına. Dilində TÜRK ifadəsindən başqa heç nə yoxdur. Bu da təbii ki, TÜRK millətinə olan nifrətindən qaynaqlanır. Hər kəs bilir ki, bu adam türklərə patoloji nifrət edir. Söhbət Anadolu türklərindən getmir. Dünyada yaşayan və qədim mədəniyyəti olan, dünya sivilizasiyasına öz töhfəsini vermiş, tarix boyu öz yeri və çəkisi olan bir millətdən, 350 milyonluq TÜRK etnosundan gedir. Bu adamın nifrəti 350 milyonluq xalqadır. Yaxşı ki, Araz Əlizadə türk deyil. Türk olsaydı, daha təsirli ola bilərdi. Hər kəs bilir ki, bu adam fars-rus ittifaqını sevən, dəstəkləyən və onlara sədaqətlə xidmət edən bir adamdır. Nə vaxt mətbutatı açırsan, Əlizadə qardaşları Azərbaycan əhalisinin etnik mənşə etibarilə türk olmadığını sübut etməyə çalışırlar. Sanki bunlar özlərini antitürk ovqatlı biri kimi təsdiq etməyə can atırlar. Azərbaycanın tarixi şəxziyyətləri ilə bağlı dediklərinin heç bir əsası yoxdur. Hazırda Şimalı Azərbaycanda 10 milyona yaxın əhali yaşayır. Və bu əhalinin 90 % türk etnik qrupuna daxil olmuş insanlardır. Azərbaycanın tərkibində yaşayan bütün etnik qrupları özümüzə qardaş bilirik. Uzun illərdir bu xalqlarla birgə yaşayırıq və heç zaman da heç bir problemimiz olmayıb. Və Azərbaycanın dövlət maraqlarını sevməyən bəlli qonşularımız hər zaman etinik qruplar məsələsi ilə dövlətimizə zərbə vurmaq fürsət hazırlayıblar. Bu da keçərli olmayıb. Araz Əlizadə bilsin ki, parçalanmış Azərbaycanın bu gün İranda yaşayan 35 milyondan artıq nümayəndəsinin də 90% türk kökənlidir. Sonda onu da deyim ki, tarix boyu və bu gün də fars, rus, erməni, bizə TÜRK deyib çağırır! Ancaq nədənsə onlara nökərlik edənlər isə biz türk demək istəmir!"
"Azercell" prezidentinə 18 ədəd prezervativ göndərildi - Yeni il hədiyyəsiTanınmış blogger Bəxtiyar Hacıyev ölkənin ən böyük mobil operatoru olan "Azercell" şirkətini çox çətin duruma salıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin xidmətindən narazı qalan Bəxtiyar Hacıyevin onlara göndərdiyi qeyri-adi Yeni il hədiyyəsi isə sosial şəbəkə üzərindən hamının maraqla izlədiyi bu "savaşı" daha da alovlandırıb.

Belə ki, B.Hacıyev "Azercell"in prezidenti Vahid Mürsəliyevə məktub yazaraq, öz narazılığını ifadə etmiş və Çin istehsalı olan 18 ədəd prezervativi Yeni il hədiyyəsi kimi göndərib.

B.Hacıyevin sosial şəbəkədə də paylaşdığı həmin məktubu aşağıda təqdim edirik:

"Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevə.

Hörmət Vahid müəllim,

Sizi qarşıdan gələn 2018-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edib, nəzərinizə çatdırıram ki, 14 dekabr 2017-ci il tarixdə Belçikada səfərim zamanı Azercell rouminq xidmətindən istifadə edərək, Böyük Britaniyada zəng çatmayan nömrəyə zəng cəhdimə görə tərəfinizdən 18.2 AZN balansımdan silinmişdir.

Hörmətli Vahid müəllim,

Azercell MMC-nin 31 Avropa ölkəsində tariflərini diqqətlə incələdim. Digər istiqamətlərə zənglər 31 ölkədə, 59 tərəfdaşınızda adınız kimi vahid tarifdə, 1.5 AZN olduğu halda, Belçikadakı ikinci tərəfdaşınızla 18.2 AZN tarif təqdim etmisiniz. Bu 31 ölkədən ən az 10 ölkədə cəmi bir rouminq tərəfdaşı operatorla sazişiniz olduğu halda, hansı zərurət yaranmışdı ki, müştəriləriniz üçün Belçikada ikinci, digər tariflərdən nə az, nə çox, 12 dəfə yüksək tarif təqdim edən saziş imzalamısınız?

Bütün bu və digər keyfiyyətsiz xidmətlərinizi, müştəri xidmətlərinizdəki əməkdaşların qeyri-peşəkarlığı, kobudluğu və Azercell rəhbərliyinin "biz hər zaman haqlıyıq, müştəri haqsızdır" yanaşmasını nəzərə alaraq, sosial şəbəkələrdəki səhifələrinizdə etiraz əlaməti olaraq səhifənizi qiymətləndirməyin mümkün olmadığını xatırladaraq, narazı müştəriləriniz adından Yeni il münasibəti ilə kiçik, ucuz hədiyyəmizi qəbul etməyinizi rica edirəm. Azercell bizə öyrətdi ki, yüksək qiymətlər heç də hər zaman yüksk keyfiyyətlə mütənasib deyil. Çin istehsalı bu hədiyyələrimizin qiyməti ucuz olsa da, keyfiyyətinin yüksək olduğu deyilir. 2018-ci il sizin üçün düşərli olsun və tarifləriniz daim qalxsın.

Hörmətlə,
Bəxtiyar Hacıyev
15 illik müştəriniz".


"Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza"

Məktubun məzmunundan da anlaşıldığı kimi, hər şey Azercell-in müştəridən çatmayan zəngə görə balansından sildiyi 18.2 AZN-lik konturdan başlayıb. Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlamış, ofislərinə getmiş, rəsmi Facebook səhifələrinə yazmış, amma nəticə hasil olmamışdır. Facebook səhifəsində müştərinin hesabı bloklanmış və onun yazmasına qadağa qoyulmuşdur.

"Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır... Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm" - deyə B.Hacıyev olayın necə "perezervativ" mərhələsinə qədər şişdiyini izah edir.

Məlum hədiyyədən sonra Azercell-in Tvitter səhifəsinə heç nə yazmamağına baxmayaraq, onun bu sosial şəbəkədəki hesabına da blok qoyulub. Bununla bağlı Azercell-in müştəri xidməti ilə əlaqə saxlayan B.Hacıyev bu dəfə daha tədbirli davranaraq, bunu sosial şəbəkədəki hesabından canlı yayıma bağlamış və qeydə almışdır. Ən maraqlı hadisə də bu zaman qeydə alınıb.
Belə ki, B.Hacıyev müştəri xidmətinin əməkdaşına "Azercell"-in sosial şəbəkələrdəki səhifələrində, xüususən də Tvitterdə ona niyə blok qoyulması ilə bağlı sual ünvanlayıb. Əməkdaş ona xətdə gözləməyi tövsiyyə edir və yanındakı xanım əməkdaşa mövzunu izah edib kömək istəyir. Xətt açıq olduğu üçün xanım əməkdaşın cavabını həm B.Hacıyev, həm də canlı yayımı izləyən minlərlə insan eşitmiş olur: ""Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza..."
Canlı yayımın davamında B.Hacıyev bu ifadələrə görə izahat istəsə də, əməkdaş suallardan yayınmağa çalışır.

Burada diqqətçəkən daha bir maraqlı məqam var ki, B.Hacıyev sosial şəbəkə istifadəçilərinin diqqətini bu məqama çəkir: "Azercell mənim Tvitterdə hesabımı blok edib. Amma Tvitterdə onlarla bağlı dünənə qədər heç nə yazmamışdım və Azercell həmin hesabın mənə məxsus olub-olmamasını identifikasiya edə bilməzdi. Facebookda yazılan bir məsələyə görə, müştərinin digər sosial şəbəkələrdəki hesablarını da necə identifikasiya ediblər və bloklayıblar?". Haqlı sualdır, Azercell bunu necə, niyə və hansı əsasla edib?

Belçikadakı şübhəli partnyor- burada korrupsiya izi varmı?

B.Hacıyevin də qeyd etdiyi kimi, Azercell rouminq xidməti bütün Avropa ölkələrində 1.5 AZN-lik xidmət təklif etməsinə baxmayaraq, Belçikada iki partnyorla çalışır. Onlardan birində xidmət 2.5 AZN, digərində isə 18.2 AZN dəyərindədir. Onda sual yaranır, Belçikada 2.5 AZN-lik xidmət göstərən partnyor şirkət varsa, yenidən 18.2 AZN-lik xidmət satan başqa bir şirkətlə müqavilə bağlamaq nəyə lazım idi?

Eyni hal Böyük Brtinaiyada da müşahidə olunur. 1.5 AZN-lik partnyorla yanaşı, 5.8 AZN-lik xidmət təklif edən ikinci partnyor seçilib.

"Niyə Azercell-in özünə daha baha xidmət təklif edən ikinci partnyor seçməsi anlaşılan deyil. Adətən belə sərfəli olmayan müqavilələrin bağlanmasında "şapka" rol oynayır" - deyə bu məqamı haqqin.az saytına şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

"Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir"

"Azercell Telekom” MMC B.Hacıyevin şikayəti ilə bağlı Qaynarinfo-ya rəsmi mövqeyini göndərib.

Şirkətin cavabını olduğu kimi dərc edirik:

"Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir".

Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.

Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın "Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxıli istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. "Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.

"Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir.

Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir.

Abunəçilər "Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik".
Cəlilabad məktəbliləri Bakıda hoteldə tapıldıCəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.

"APA"-nın xəbərinə görə, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.

Məlumata görə, hər iki şəxs Bakının mərkəzi “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getməsinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.
Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.
“Məmməd Əmin Rəsulzadə türk deyil” - Araz ƏlizadəDeputat Araz Əlizadə yenə də qalmaqallı açıqlamalar verib.

Avrasiya.net xəbər verir ki, Sosial Demokrat Partiyasının sədri teleqraf.com-a Azərbaycanın tarixi simalarının milli kimliyinə dair danışıb.

Sovet dövründə Bakıda yaşayan ermənilərin "çox yaxşı" olduqlarını, Ermənistan ermənilərinin onlara "şuvstvo”, yəni "evrilmiş ermənilər" dediklərini xatırlayan deputat bildirib ki, onun özünün Azərbaycan xalqı üçün heç bir xidməti olmayıb və siyasətə Qarabağ deyib gəlib.

Rusiyaya meyilli adam kimi qələmə verilməsilə, "beşinci kolon” adlandırılması ilə razılaşmayan A.Əlizadə deyib ki, Rusiyaya meyilli siyasət apardığımı deyən insanlardan hansısa biri Yeltsinə açıq məktub yaza bilərdi: "Mən Yeltsinə açıq məktub yazmışdım ki, istefaya getməlidir. Çünki keçmiş SSRİ-də bütün demokratik hərəkatlar Rusiyadan nümunə götürürdülər. Yeltsinin Rusiyada hakimiyyətdə olması ona gətirib çıxardı ki, yerlərdə demokratiya yoxdur".

Daha sonra deputat deyib ki, "bizim millətçilər Azərbaycan yox, türk millətçiləridirlər: "Biz isə türk deyilik, azərbaycanlıyıq". O, fikrini əsaslandırmaq üçün əlavə edib: "Götürün antropoloji kitablara baxın. Azərbaycanlılar Hind-Avropa irqinə, türklər isə sarı irqə mənsubdurlar. Antropologiya riyaziyyat kimi dəqiq elmdir. Yeni bir elm var: qaploqrup. Bizdə bununla məşğul olan yoxdur. Amma internetə daxil olun və görərsiniz ki, qana görə hansı millət hansına yaxın və hansı millətdən uzaqdır. Biz türkdilliyik və dünyadakı ən mükəmməl türk dili bizdədir. Amma türk deyilik".

A.Əlizadə əsər istilasına qarşı vuruşmuş qəhrəman Babəkin, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətainin də türk olmadığını iddia edib, Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olduğunu bildirib.

Jurnalistin "Bəs əvvəl kim idi?" sualına deputatın cavabı belə olub: "Özünüz baxın, oxuyun. Elə hamısın mən deməliyəm ki, sabah da məni söyəsiniz? (gülür) Ümumiyyətlə, insan özünü nə sayırsa odur. Siz özünüzə türk deyirsinizsə, türksünüz. Kim özünü moltanı hesab edirsə, moltanıdır... ".
“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü - 6 illik ÖLÜM HÖKMÜKriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb.

Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.

Xatırladaq ki, 2011-ci ildə Belçikada “qanuni oğru” Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.

Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada qalıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.

Məlumata görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən “Şeyx Həmzət”ə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Lotu Quli”) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.
Azərbaycanda polis bıçaqlandıCəlilabadda polis əməkdaşı bıçaqlanıb.

APA-nın xəbərinə görə, Cəlilabad Rayon Prokurorluğunun qarşısında 1990-cı il təvəllüdlü Anar Əmirov və 1991-ci il təvəllüdlü İlkin Qurbanov arasında mübahisə düşüb.

Ərazidə xidmət aparan polis əməkdaşı mübahisə edən şəxsləri intizama dəvət etsə də, onlar polisin qanuni əmrinə tabe olmayaraq ona bıçaq xəsarəti yetiriblər.

Xəstəxanaya çatdırılan polisə tibbi yardım göstərilib.

Hadisəni törədən A. Əmirov və İ. Qurbanov saxlanılaraq, Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi üzrə ittiham irəli sürülüb, cinayət işi başlanıb.
Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir? – Şok iddiaPrezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsinin səbəbləri sırasında, əsasən, onun səhhəti ilə bağlı yaşadığı narahatlıq göstərilir.

Bəzi millət vəkilləri də, özü də səhhətində problemlərin meydana gəldiyini gizlətməyiblər. Amma indiyə qədər cəmi 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu sirr olaraq qalmaqdadır.

Axar.az-ın əldə etdiyi məlumata görə, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır.

İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin “boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.

1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?

Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.

Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.

İddialarla bağlı Fazil Məmmədovun və ya yaxınlarının açıqlamasını almaq mümkün olmadı.