Bakıda binadan yıxılan fəhlə qaçırılıbBakıda biznes mərkəzdə bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza biznes mərkəzində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.
Lənkəranda alça ağacı dekabrda bar verdi - VİDEOLənkəranda qeyri-adi təbiət hadisəsi baş verib.

APA TV-nin cənub bürosunun xəbərinə görə, dekabr ayında 15 illik ağac bar verib.

Alça ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yay aylarında ağacdan meyvə dərilir. Bu qayda ilə alça ağacı ildə bir dəfə bar verir. Ancaq Lənkəranın Cil kənd sakini Cəsarət Əkbərovun bağında qeyri-adi təbiət hadisəsi baş verib. Bağ sahibinin sözlərinə görə, 15 ildir ki, əkilən ağac həmişə mövsümdə bar gətirib. Amma havaların isti keçməsi səbəbindən noyabrda yenidən çiçəkləyən ağaclar bu il ikinci dəfə bar verib.

Məhsula gəldikdə isə, alçanın dadında heç bir fərq hiss olunmur. Mülayim havalar davam edərsə, ağacdan 15-20 kq məhsul götürmək olar.

Kənd sakinləri də ilk dəfədir belə bir halla qarşılaşdıqlarını deyirlər.

Mütəxəssislərin fikrincə, ümumiyyətlə, alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə, çiçəklənməyə meylli olur. Hər il bu ağaclar yalançı çiçəklər açır və az sonra tökülür. Amma alçanın indi bar verməsi əsasən havaların mülayim keçməsi və torpağın münbit olması ilə əlaqədardır.

Qeyd edək ki, son dövrlərdə cənub bölgəsində alma və gavalı ağaclarının da ikinci dəfə məhsul verməsi faktlar müşahidə olunub.
42 yaşlı azərbaycanlı İtaliyada polisi döydüİtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər.

Virtualaz.org xəbər verir ki, üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.

Polis əməkdaşları ilə əcnəbilər arasında münaqişə əraziyə nəzarət vaxtı baş verib. Asayiş pozucularının saxlanılmasından sonra məlum olub ki, azərbaycanlı şəxs hələ 2012-ci ildə immiqrasiya ilə bağlı hüquq pozuntusuna yol verib – saxta sənədlər təqdim edib.

Bununla əlaqədar olaraq, Ferrara şəhərinin məhkəməsi S.E.-ni 8 ay müddətinə azadlıqdan məhrum edib. Münaqişənin digər iki iştirakçısı üv dustaqlığına məhkum olunublar.
Bakıda ata 14 yaşlı qızından imtina etdi“Bakıda ata 14 yaşlı qızından imtina edib”.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, atası tərəfindən atılan qız sığınacağa dünən gətirilib:

“Məhkəmə qərarı ilə həmin uşaq anaya verilib. Ancaq uşaq məlum səbəblərdən ata ilə qalmağı seçib. Ata isə bir müddətdən sonra uşağa baxmaqdan imtina edib”.

Kamalə Ağazadə qeyd edib ki, atası tərəfindən atılan qızı xalası himayəyə götürmək istəsə də, anası buna razılıq vermir:

“Ana ikinci dəfə ərə gedib, özü də Türkiyədə yaşayır. O, sığınacağa gələn gecə bitmədi, çox ağır oldu. Onun üçün səhər açılmaq bilmədi, birdən-birə böyüdü. Dərk elədi ki, o atılıb və heç kəs də ona sahib çıxmır. Ata ilə ananın arasında olan prinsip uşağı ortada qoydu”.
Həbs olunan baş redaktorun istintaq materialları yayıldı - Seks görüntüləri ilə şantaj“Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.

Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.

Habil Vəliyevin əməllərindən zərər çəkənlər: icra başçısı, təhsil müdiri və digərləri…

İş üzrə zərərçəkmiş şəxs qismində cəmi 12 nəfər tanınıb. Bunlar Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov, “Qarasu” əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırov, Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, Bakıdakı “Maral” və “Elvin” motellərinin icarədarı Hatəm İbrahimov, “Azəri” kafesinin icarədarı Xəyyam Həsənov, Türkan qəsəbəsindəki “Cahargah” otelinin icarədarı Nofəl Musayev, Hacıqabul rayonu ərazisindəki “Çinar” restoranın sahibi Rafiq Rəsulov, “Karona”LTD-nin direktoru Ramil Quliyev və “Clear” hotelinin icarədarı Fuad Məmmədovdur.

İstintaqın versiyasına görə Habil Vəliyev adları çəkilən bu zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.

Yaxud istintaq müəyyən edib ki, Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

İcra başçısı qorxusundan 15 min manat göndərib

H.Vəliyevin hədələyərək və şantaj edərək pul aldığı məmurlardan biri də Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdur. İstintaq müəyyən edib ki, H.Vəliyev məmurla telefon əlaqəsi saxlayaraq əlində onun barəsində ciddi kompromatların olduğunu bildirib, həmin kompromatların dərc edilməməsi üçün 1500 manat pul istəyib.

Digər epizoda görə H.Vəliyev “Gündəlik Bakı” qəzetində Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqda silsilə materiallar dərc etdikdən sonra ona zəng vurub. Barəsində yeni rüsvayedici məlumatları yayacağı ilə hədələyib və 40 min manat tələb edib. İcra başçısı bu hədələrdən qorxaraq Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin vasitəsilə ona 15 min manat pul göndərmək məcburiyyətində qalıb.

Seks görüntüləri ilə şantaj, 20 min manat tələbi

H.Vəliyev habelə iş adamı Hatəm İbrahimova məxsus “Elvin” kafesinin və “Maral” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi haqda materiallar dərc edəcəyi ilə hədələyərək onun 10 min manatadək pulunu ələ keçirib.

Reket baş redaktor “Qarasu” əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırovu intim görüntüləri ilə şantaj edib. “Gündəlik Bakı” qəzetinin ofisində R.Bağırovla görüşərək ondan 20 min manat pul tələb edib.

İttiham aktına əsasən H.Vəliyev 2015-ci ilin əvvəlində “Karona” LTD şirkətinin direktoru Ramil Quliyevi də şantaj edib. Onun rəhbəri olduğu “Elmed” tibb mərkəzi haqda zərərçəkənin “sahibkarlıq və şəxsi nüfuzuna xələl gətirəcək” silsilə məqalələr dərc edib. Ondan 4 min dollar istəyib.

H.Vəliyev istintaqa ifadəsində irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib. Lakin istintaq bu qənaətə gəlib ki, onun əməllərini sübuta yetirmək üçün kifayət qədər dəlillər, şahid ifadələri toplanıb, üzləşdirmələr aparılıb. virtualaz.org bəyan edib ki, növbəti buraxılışlarında bu səs-küylü cinayət işi üzrə ayrı-ayrı epizodlar, zərərçəkənlərin ifadələri barədə təfərrüatları oxuculara çatdıracaq.
Qadın yutub videosu çəkmək üçün sevgilisini öldürdü - VİDEOABŞ-ın Minnesota əyalətində yaşayan Monaliza Perez adlı qadın Yutub videosu çəkmək üçün sevgilisini öldürüb.

Publika.az xəbər verir ki, qadın Pedro Ruiz adlı sevgilisi ilə brilikdə dünyanın ən təhlükəli videosunu çəkmək üçün qəribə bir sınaq keçirib.

Cütlük kameralar qarşısında Ruizin sinəsinə bir zireh kimi qoyulan kitabın güllənin qarşısını alıb-almayacağını test edib. Lakin kitab güllənin qarşısını ala bilməyib və Ruiz aldığı güllə yarasından dünyasını dəyişib.

Məhkəmə qarşısına çıxarılan M.Perez 6 ay həbs cəzasına və 10 il polis nəzarətinə məhkum edilib.
Özümü öldürmək istəyirəm – Səhhəti pisləşən xalq artistiİnanın, özümü öldürmək həddinə çatmışam.

Bu sözləri Kult.az-a xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva səhhəti barədə danışarkən söyləyib. O bildirib ki, xəstəliyinin kəskinləşmə dövrüdür və vəziyyəti getdikcə pisləşir:

“Əslində, heç yaxşı deyiləm, vəziyyətim ağırlaşıb. Xəstəxanaya getməliyəm, maddi durumum pisdir. Maddi vəziyyəti yaxşı olanlar da ancaq gəlib mənəvi dəstək olurlar. Maddi heç bir dəstəyim yoxdur. Borclar yığılıb boynuma. Heç bilmirəm, bu işin axırı necə olacaq”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
Nadir Qafarzadə: "Ölü canam"Müğənni Nadir Qafarzadə hamını təəcübləndirəcək addım atıb.

Avrasiya.net xəbər verir ki, sənətçi özünün rəsmi instaqram səhifəsinin adını dəyişərək “rəhmətlik Nadir Qafarzadə” kimi təqdim edib. Müğənni bunun səbəbini belə izah edib:

“Yozmayın, öz fikrimdir. İndi bu cəmiyyəti korlayanlarla yaşadığıma görə ölü canam”