Boşanmaq istəyən arvadının əvvəlcə barmaqlarını, sonra əlini kəsdiMoskvada dəhşətli hadisə baş verib.

BakuPost.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 25 yaşlı Rita Qraçeva ərindən boşanmaq üçün ərizə verdiyinə görə qısqanc əri gənc qadını Moskva ətrafı meşəyə apararaq, ağılagəlməz iş törədib. O, balta ilə əvvəlcə qadının əl barmaqlarını kəsib, sonra hər iki əli biləkdən kəsərək işgəncə verib. Daha sonra qan içində olan qadını maşınla şəhərə aparıb və xəstəxanasının qapısına atıb. Qadının kəsilmiş barmaqları və əlləri də yanındakı ayaqqabı qutusunda olub.

Serpuxovskiy xəstəxanasının cərrahları qadını əməliyyat edə bilməyəcəklərini görüb, onu təcili Moskva şəhər kliniki xəstəxanasına çatdırıblar. Xəstəxananın cərrahları 12 saatlıq əməliyyatla qızın sol əlini bərpa edib, yerinə tikə biliblər.

İkinci əl isə həddən artıq zədələndiyindən onu yerinə bərpa etmək mümkün olmayıb.

Unikal əməliyyatın yaxşı nəticə verəcəyinə həkimlər özləri də inanmayıb. Amma möcüzə nəticəsində tikilən əl biləyə adaptasiya olub, qız artıq barmaqlarını hərəkət etdirə bilir.

Bu vəhşiliyi törədən manyak ər Dmitriy Qraçev isə tutularaq, məhkəmə qarşısına çıxarılacaq. Onu 10 il həbs cəzası gözləyir.

Onların 2 azyaşlı uşağı da var .
İsrail Qüdsdə yeni sinaqoq açdıİsrail hökuməti Ağlama divarının yaxınlığında yeni sinaqoq açıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Qərb Divarı Vəqfinin açıqlamasında deyilib.

Sinqoqun inşasının 12 il davam etdiyi bildirilib.

Sinqoqun tikintisi zamanı müasir elementlərdən istifadə edildiyi və yaxın zamanda ibadətə açılacağı vurğulanıb.

Qeyd edək ki, bir çox islam ölkələri və vəqfləri sinaqoq tikintisinə qarşı çıxmışdı.
Rus səfirin ölümü ilə bağlı şok detal: Gülən qatili tanıyırdıTerrorçubaşı Fətullah Gülən Rusiya səfiri Andrey Karlovun qatili Mövlud Altındaşı tanıyırdı.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Gülən qatilin telefonundakı bütün informasiyaları əldə edib.

Xatırladaq ki, Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgilərdən birində polis əməkdaşı Mövlud Altındaş tərəfindən sui-qəsd nəticəsində öldürülüb.
İmişlidə ata oğlunu yük maşını ilə vurub öldürübİmişlidə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın verdiyi məlumata görə, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və nəqliyyat vasitəsinin altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olubBu gün Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, qardaş ölkənin səfirliyi hər zaman Azərbaycan mediasının inkişafına öz dəstəyini göstərib. Bu dəstək istər kütləvi informasiya vasitələri əməkdaşlarının təcrübə məqsədli qarşılıqlı səfərlərinin, istərsə də birgə konfransların təşkili formasında olub.

H.Karadeniz təmsil etdiyi diplomatik missiyanın 2018-ci ilin də qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli tədbir və təşəbbüslərə dəstək göstərəcəyinə inandığını vurğulayıb. O, Mətbuat Şurası ilə mövcud istiqamətdəki işbirliyinin davamlılığının vacibliyini əsaslandırıb.

Görüşdə eyni zamanda jurnalistika sahəsində təhsil proqramlarının reallaşdırılması ilə bağlı da fikir mübadiləsi aparılıb.
"O, istəyir ki, mən diz çökəm, qəbrin qarşısında üzr istəyəm"Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədirliyi ilə keçirilən iclasda Məleykə Əsədova iştirak etməsə də, Ramiz Məlik məhkəməyə gəlib.

Ramiz Məlikin vəkili Türkel Süleymanlı Məleykə Əsədovaya qarşı 300 minlik qarşılıqlı iddiasını məhkəməyə təqdim edib. O, bildirib ki, M.Əsədova Ramiz Məlikin evinə zəng edərək ailəsini təhqir edib, nəvələrini oğurlatdırmaqla hədələyib. O, R.Məlikin şəkər xəstəsi olduğu üçün Məleykə Əsədovanın hədələrindən sonra əsəbiləşdiyini və bu müsahibəni verdiyini deyib.

Vəkil M.Əsədovanın "Anamın və atamın qəbrinin qarşısında dizin-dizin sürünüb üzr istəsə, iddiamı geri götürərəm" fikrini R.Məlikə qarşı təhqir kimi qiymətləndirib: "Bu, Xalq artistini başqalarının qarşısında alçaltmaq istəməkdir".

R.Məlik də məhkəmədə çıxış edərək Məleykə Əsədovanın onu alçatlmaq istəməsini və bundan zövq aldığını söyləyib: "O, istəyir ki, mən diz çökəm, qəbrin qarşısında üzr istəyəm. Mən itəm, boynuma zəncir bağlayıb, diz çökdürsün? O, mən diz çökərkən videomu çəkdirib, sonra məni təhqir etmək istəyir. Çünki belə şeydən zövq alır".

Qarşı tərəfi müdafiə edən hüquqşünas Tağı Hüseynov isə saytlara müsahibəsində "Kin-kidurətli", "ifunətli", "İndi qeyrətə gəlmisən?", "namərd" sözlərini işlətdiyinə görə 300 min təzminat tələb edilən iddianı əsassız sayıb. O, R.Məlikin daha iki maddə ilə məhkəməyə veriləcəyini deyib. Buna səbəb isə R. Məlikin M.Əsədovanı saxta evlilikdə günahlandırması və qızının öz övladı olmadığını iddia etməsidir.

Hakimin qərarı ilə tərəflər dinlənildikdən sonra məhkəmə yanvarın 8-inə təxirə salınıb.

Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edir.
5 yaşlı uşağı zorla evin arxasına keçirdi və... - Ağcabədidə İYRƏNC ƏMƏLAğcabədi rayonunda 5 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 1999-cu il Elmin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elmin Əhmədov cinayəti törədən zaman Ağcabədi şəhəri 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Azyaşlıya əxlaqsız hərəkət

Hadisə 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15-də baş verib. Elmin Əhmədov yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsində evlərinin həyətində qonşuları olan 2012-ci il təvəllüdlü Bəhruz Babayevə (ad və soyad şərtidir – red.) qarşı əxlaqsız hərəkətlər edib.

O, Bəhruz Babayevə fiziki və ya psixi zorakılıq göstərib. Sonra ona qarşı etdiyi əxalqsız hərəkətlərə görə heç kimə bir söz deməməsi barədə hədə-qorxu gəlib.

2 il 6 ay şərti cəza

Buna baxmayaraq Bəhruz Babayev baş verən hadisə ilə bağlı valideynlərinə deyib. Onun valideynləri Elmin Əhmədovun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıblar.

İstintaq orqanı tərəfindən Elmin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Eımin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay müddətinə şərti cəza verilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Elmin Əhmədovun cəzasının ağırlaşdırılmasını tələb edib. Eyni tələblə zərərçəkmişin nümayəndəsi də apelyasiya şikayəti verib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən: “Əməlimdən peşmanam”

Məhkəmədə ifadə verən Elmin Əhmədov əməlindən səmimi peşman olduğunu deyib: “Əməli törətdiyim vaxt və hazırda yetkinlik yaşına çatmamışam. Törətdiyim əmələ görə peşman olmuşam. Buna görə zərərçəkmiş şəxsdən və onun valideynlərindən üzr istəyirəm. Bir daha belə hərəkətlərə yol verməyəcəm”.

Elmin Əhmədovun vəkili Raquf Məmmədov bildirib ki, müvəkkili cinayəti törətdiyi vaxt və hazırda yetkinlik yaşına çatmayıb: “O, orta məktəbdə təhsil alır. Müvəkkilim törətdiyi əməlin mahiyyətini belə tam mənada başa düşməyib, hazırda əməlindən səmimi peşman olduğunu bildirib. Biz apelyasiya şikayətinin və apelyasiya protestinin təmin olunmamasını istəyirik”.

Zərərçəkmişin nümayəndəsi: “Yüngül maddə ilə məhkəməyə verilib”

Apelyasiya şikayətində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası göstərib ki, məhkəmənin hökmündən narazıdır: “Ona görə ki, məhkəmə təqsirkar şəxs olan Elmin Əhmədovun əməlini düzgün qiymətləndirməyib. Ona yüngül cəza təyin edilib. Elmin Əhmədov əslində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət əməli törədib. Lakin o, yüngül maddə ilə məhkəməyə verilib, məhkəmə isə ona verilmiş maddə ilə hökm çıxarıb”.

“Oğluma əxlaqsız hərəkətlər edib”

Nümayəndə qeyd edib ki, Elmin Əhmədov 2017-ci ilin may ayında onun azyaşlı oğlu Bəhruz Babayevi məqsədli şəkildə evin arxasına aparıb: “Orada Elmin Əhmədov oğluma əxlaqsız hərəkətlər edərək, öz cinsi ehtirasını həyata keçirib. O, sonra uşağa hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini deyib. Beləliklə Elmin Əhmədov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhəkəmə zamanı Elmin özü də törətdiyi əməli etiraf edib. Lakin o, sona kimi düzgün ifadə verməyib, guya yalnız cinsiyyət orqanını oğluma göstərib. Guya oğluma əxlaqsız hərəkətləri təklif edəndə oğlum ağlayıb, bunu görəndən sonra öz fikrindən daşınıb. Lakin oğlum həm istintaq zamanı mütəxəssisin iştirakı ilə, həm məhkəmə zamanı onun iştirakı ilə dindirilərkən Elmin Əhmədovun əxlaqsız hərəkətlər etməsini bildirib. Elmin Əhmədovun barəsində olan hökmün dəyişdirilməsini, ona ən ağır cəzanın verilməsini istəyirik”.

Prokuror: “Məhkəmə yüngül cəza təyin edib”

Hökmdən narazı qalan prokuror Zəfər Ramazanov deyib ki, Elmin Əhmədov 4-5 yaşlarında olan zərərçəkmişə bilə-bilə cinsi ehtirasını təmin etmək məqsədilə cinsiyyət orqanını göstərib və əxlaqsız hərəkətləri ilə cinayət törədib: “Elmin Əhmədova məhkəmə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin edib. Elmin Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyektini şəxsiyyətin cinsi toxunulmazlığı, təqsirin forması – cinayətin birbaşa qəsdlə törədilməsi, cinayət əməlinin - az ağır cinayətlər kateqoriyasına aid olması, onun həmin əməli birbaşa qəsdlə törədilməsi, ictimai təhlükəli xarakteri isə 14 yaşına çatmamış şəxsə qarşı törədilməsidir. Həmçinin, cinayətin ictimai təhlükəliliyini artıran hal həmin əməlin 14 yaşına çatmamış zərərçəkmiş şəxsin fiziki və psixoloci inkişafına ciddi zərər vurmasıdır”.

Təcavüz edənin həbs tələbi

Prokurorun sözlərinə görə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini, o cümlədən cəza təyini zamanı faktiki olaraq həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayıb: “Elmin Əhmədovun təyin etdiyi cəzanı şərti tətbiq edilib. Bu da onun islah olunması üçün yetərli sayıla bilməməklə yanaşı, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz”.

Məhkəmə həbs etmədi

Prokuror çıxışının sonunda Elmin Əhmədovun barəsində hökümün ləğv edilməsini, onun cəzasının ağırlaşdırılmasını tələb edib.

Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorluğun protesti, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
Lotu Quli bu adamı Çelyabinsk vilayətindəki bazarlara hakim təyin etdi - FOTORusiyanın Çelyabinsk vilayətindəki bazarlarına əslən Azərbaycandan olan sahibkar Ziyəddin Vəliyev adlı şəxs nəzarət etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Krimerussia” saytı yayıb. Saytın iddiasına görə, məhz Vəliyevin icazəsi olmadan bölgədəki bazarlarda meyvə, tərəvəz, yeni il üçün şam ağacları satıla bilməz. Vəliyevin aktivliyi xüsusilə qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) azadlığa çıxmasından sonra başlayıb. Azərbaycanlı sahibkarın tələbi ilə bölgədəki biznesmenlər ona aylıq 10-20 min rubl həcmində ödəniş etməyə məcbur ediliblər. Zaxar ləqəbi ilə məşhur olan Vəliyev onunla razılaşmayanların obyektlərini qeyri-qanuni ticarət adı altında sökdürməyə başlayıb.

Maraqlı məqam odur ki, Zaxara bölgədə bazarlara nəzarət imkanlarını Çelyabinsk vilayətinin baş nazirinin müavini Maksim Osipenko verib. Osipenko ilə bərabər bölgədəki bir sıra məmurlar da Vəliyevin yanında yer alıblar.

Qeyd edək ki, Rusiya mətbuatı artıq Vəliyevin Lotu Qulinin adamı olduğunu iddia etməyə başlayıb.
 “Aprel döyüşləri qəhrəmanlarının tanıdılması” layihəsinin icrası davam edir“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşləri qəhrəmanlarının tanıdılması” layihəsinin icrası davam edir.

Layihənin məqsədi 2016-cı ilin Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəmanlarımızın yetişməkdə olan gənc nəslə tanıdılması və onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumatlar verməkdən ibarətdir.
Layihə çərçivəsində 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgər və zabitləri gənclərə tanıdılıb. Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə keçirilmiş tədbirlərdə yeniyetmə və gənclər fəal iştirak ediblər. Tədbirləri giriş sözü ilə açan “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə layihə haqqında iştirakçılara geniş məlumat verib və Gənclər Fondunun rəhbərliyinə aktual layihəyə dəstək verdiklərinə görə minnətdarlığını bildirib.

Tədbir Dövlət Himni ilə açıq elan edilib. Gənclər qarşısında çıxış edən məktəbin tarix müəllimləri Təranə Salahova və Alimə Məmmədova bildiriblər: “Aprel döyüşləri yenilməz, şanlı Azərbaycan ordusunun gücünü və qüvvəsini düşmənə bir daha göstərdi və sübut etdi ki, Azərbaycan xalqı Ali Baş Komandan, prezident İlham Əliyev başda olmaqla heç vaxt işğalla barışmayacaq, nə yolla olursa-olsun, biz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik!”

Şagirdlər Aprel döyüşlərinin qəhrəmanları haqqında iştirakçılara geniş məlumatlar veriblər, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə cəmiyyət üzvlərinə vətənpərvərlik hisslərinin aşılanması, Milli Qəhrəmanların təbliğ edilərək tanıdılması, xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmaları üçün təbliğat işlərinin aparılması dövlət və hökumət orqanları ilə yanaşı, ictimai birliklərin də üzərinə böyük vəzifələr qoyur. Ən yeni tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş qəhrəmanların gənc nəslə tanıdılması bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində keçiriləcək kütləvi tədbirlər zamanı Aprel döyüşlərində bilavasitə iştirak etmiş qəhrəmanlarımızla canlı ünsiyyət təşkil ediləcək, onlar haqqında çəkilmiş qısa filmlər nümayiş olunacaq. Tədbirlərdə gənc nəslin nümayəndələrinin, o cümlədən dövlət orqanlarının məsul əməkdaşlarının, digər QHT və KİV nümayəndələrinin iştirakı təmin ediləcək. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.