"Lider" TV-də deputatla alim arasında dava düşdü - VİDEOLider Tv-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Musavat.com-un məlumatına görə, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.

D. Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D.Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.
Erməni “soyqırımı”nı Azərbaycana görə tanımırıq” - İsrailin müdafiə naziri - VİDEO“İsrail erməni soyqırımını Azərbaycana görə tanımır”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, veriliş zamanı aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili “erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, baş nazir bildirib ki, “Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. “Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir”.

Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”,- deyə, Aviqdor Liberman bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır.
187 ilin malikanəsi 418 milyona satılır - FOTOFransada 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb.

Trend-in məlumatına görə, mütəxəssislər artıq bu malikanəni planetin ən bahalı evi hesab edirlər.

Evin qiyməti 418 milyon dollar məbləğində ölçülür. Bu ev əvvəllər Belçika kralı II Leopolda məxsus olub, daha sonra zeytun fermasına çevrilib.

Malikanədə 14 yataq otağı, böyük hovuz, banket zalı və 30 at üçün nəzərdə tutulmuş tövlə var.
Bahalaşan məhsullar-SİYAHIQarşıdan Yeni il bayramı gəlir.

Oxu.az xəbər verir ki, Artıq noyabr ayında oktyabr ayı ilə müqayisədə bəzi məhsulların – kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım qeydə alınıb. Dekabrda da prosesin davam edəcəyi istisna edilmir. Maraqlıdır, bayramqabağı hansı məhsullar satıcıların spekulyativ qiymət artımına uğrayacaq?

Hinduşka ətinin kiloqramı 3-4 manat arasında bahalaşıb, 10-12 manat arasında dəyişir.

Proses yumurtanın qiyməti ilə başlayıb. Yumurta 14 qəpikdən 15 qəpiyə yüksəlib. Qənnadı məhsullarının – konfetin qiymətində artım baş verib. Xüsusilə, Rusiya istehsalı olan qənnadı məhsulları bu aydan bazara 1 manat baha qiymətə çıxarılıb. O da məlum oldu ki, bu artım davam edəcək.

Öyrəndik ki, düyünün, yağın, toyuq və mal, qoyun ətinin, meyvənin qiymətində artımlar gözlənilir. Satıcıların sözlərinə görə, bu səbəbdən bəzi istehlakçılar bayram tədarükünə indidən başlayıblar. Beləliklə, bayram ərəfəsi dəyərinin yüksəlməsi gözlənilən məhsullar aşağıdalılardır.

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır: “Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda, 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını, əsasən, 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan mallar keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də, bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq, istehsalçıların onları satışa çıxarmamasıdır”.
Zamanın tələbi: İslam həmrəyliyiGənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən 17 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində “Zamanın tələbi: İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən ictimai birliyin sədri Ramiq Vəliyev qeyd edib ki, Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm bir addımdır. "Bu, dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olub. Bununla yanaşı, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olub". Ramiq Vəliyev çıxışında onu da qeyd edib ki, müasir dövrdə İslam dünyasının parçalanması dinimiz ilə heç bir əlaqəsi olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrin baş verməsinə, on minlərlə insanın öz ölkələrindən didərgin düşməsinə gətirib çıxarıb.

Acınacaqlı haldır ki, bu günlərdə terrorizm, ekstrimizm kimi ifadələr İslam adı ilə yanaşı çəkilir. Lakin terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirib və bütün bəşəriyyəti bu pirinsiplərə sadiq olmağa səsləyib. Bu səbəblərdən müsəlmanlar Quran-i Kərimdə qeyd edilən yüksək əxlaqi keyfiyyətlərə daha çox yiyələnməli və qəti şəkildə radikal meyillərdən, xurafat və mövhumat təhlükəsindən uzaq durmalıdırlar.
Zamanın tələbi: İslam həmrəyliyi
Daha sonra tədbirdə çıxış edən jurnalist Savalan Məmmədli Avropada getdikcə artan İslamofobiya meyillərini, İslam əleyhdarlığının artmasında qərb mediasının neqativ rolunu təhlil edib. Savalan Məmmədli qeyd edib ki, reklamlar, karikaturalar, jurnallar, sənədli və bədii filmlər və digər kütləvi media vasitələri ilə İslam dini terorla əlaqələndirilərək qərb cəmiyyətlərinə təhdid kimi təbliğ edilir. Nəticədə bu vəziyyətdən ən çox Avropada yaşayan müsəlmanlar zərər görür. Məscid və iş yerlərinin daşlanması, molotov kokteyli atılıb divarlarına təhqiramiz sözlər yazılması, işçilərin döyülməsi, məzarlıqların dağıdılması, evlərə girməklə ailə üzvlərinin təhdid edilməsi və s. kimi hücumlar Avropada müsəlmanların tez-tez qarşılaşdığı hadisələrdir. İnsan hüquqlarından, yüksək ümumbəşəri dəyərlərdən bəhs edən Qərbin müsəlmanlara mövqeyi təbliğ etdiyi dəyərlərlə üst-üstə düşmür.

İctimai birliyin sədr müavini Aysel Vəliyeva isə Avropadakı miqrant probleminə, miqrantların qarşılaşdığı çətinliklərə diqqət yetirib. Oxşar hadisələrin Qarabağ və Xocalıda yaşandığını, 1 milyona yaxın vətəndaşımızın erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşdüklərini xatırladıb. Qərb dünyasının bu problemlərə ya gec, ya da heç reaksiya verməməsinin müsəlmanların üzərinə böyük məsuliyyət gətirdiyini qeyd edib.
Zamanın tələbi: İslam həmrəyliyi
Konfransın sonunda yekun nitqi ilə çıxış edən təlimçi Rövşən Əkbərov isə Azərbaycan dövlətinin İslam həmrəyliyinin gücləndirilməsindəki müstəsna rolundan danışdı. "Ölkəmiz həm coğrafi olaraq strateji yerdədir, həm də tarix boyu İslam mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunması, İslam həmrəyliyi oyunlarının ölkəmizdə təşkili və dövlətimizin beynəlxalq arenada müsəlman ölkələrinə verdiyi dəstək bu həmrəyliyin praktiki addımlarıdır".

Sonda iştirakçıların və medianın sualları cavablandırıldı.


"Eldar Mahmudovu həbs edəcəklər" — Keçmiş MTN polkovnikiSon günlər ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun tez-tez dindirilməsi onun həbs ediləcəyi gözləntilərini artırır.
Sabiq nazirin Akif Çovdarovla üzləşdirildiyi yayılan xəbərlar arasındadır. Eldar Mahmudovu, ölkədən 1 milyard dollar çıxarılması barəsində də sorğu-sual edildiyi gələn xəbərlər arasındadır.

Eldar Mahmudovun barəsində yayılan xəbərlər və həbsinin gözlənilməsi haqqında keçmiş MTN polkovniki İlham İsmayıl "Ölkə.Az"-a açıqlama verib:

"İşdən çıxarılan şəxslərin işi bacarıb-bacarmamasına, ölkəyə zərər vurub-vurmamasına baxılmır. İttihamlar hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır. Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudova deyilmir ki, misal üçün - sən Xankəndindən informasiyanı zamanında almamısan, Dağlıq Qarabağla bağlı hansısa işi görməmisən, əks kəşfiyyatla bağlı lazımı addımları atmamısan. Ortalıqda ancaq pul söhbəti var. İttiham tərəfini də əsas maraqlandıran puldur. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır.
Oxşar xəbər

Ziya Məmmədova, Fazil Məmmədova, Əli İnsanova, Fərhad Əliyevə bir ittiham yönəlir, "sən bu qədər pul dağıtmısan"".

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlahm İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb:

"Hesab edirəm ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər".
İraq: nağıla dönən 7 günüm - I yazı Təyyarənin kapitanı enişə start verildiyini elan edən kimi salonda ani canlanma yarandı: kimi yolda çıxardığı ayaqqabısını ayağına keçirməyə, kimisi üst geyimini geynməyə, kimisi də, daha səbrsiz olduğundan çantasını yük yerindən qamarlamağa başladı. Amma məni sol cərgədə oturan orta yaşlı kişinin türkmən dilində yanındakı yoldaşına nəsə deməsi cəlb elədi. Fürsəti fövdə vermədən “türkmənsiniz”, - soruşdum. O da sanki türkcə danışan biri üçün darıxırmış kimi, mənimlə söhbətə girişdi. Soruşdu ki, hara gedirəm, qarşılayan olacaq, ya yox. “Hə, amma Abbas bin Firnas adlı yerə getməliyəm, orada gözləyirlər” dedim. Adı İbrahim olan bu şəxs Abbas bin Firnas eşidən kimi, “Bizim hava limanı sizinki kimi deyil, ora xeyli aralıdır, mən sizi apararam” deyib enərkən ondan aralanmamağı tapşırdı.

Dost qayğısı

Təyyarədən enər-enməz nəzarət-buraxılış məntəqəsindən keçib, küçədə ard-arda sıralanan taksilərdən birinə oturub, Abbas bin Firnasa səmt aldıq. Yol hamar, gediş-dönüş olmaqla ikitərəfli idi. İki yolun arasındakı boş zolaqda isə ağaclar əkilib, ara sıra ağaclar arasında da rəngli işıqların boyadığı fəvvarələr püskürürdü. Qısası, son 40 ildir başı müharibələrdən açılmayan bu ecazkar ölkə hələ də turistləri heyrətləndirə bilirdi.

Taksi Abbas bin Firnasa çatanda Türkməneli Partiyasının Kərkük şəhər bürosunun rəhbəri Əli Qaryağdı gecənin bu soyuğunda bizi qarşılamaq üçün oradaydı. Orta yaşlı, ixtisasca bioloq olan bu mülayim xasiyyətli insan hal-əhval tutub dedi ki, birbaşa Kərbəla şəhərinə gedirik.

Sən demə, iki il əvvəl İraqa ilk gəldiyimdə müqəddəs şəhərlərə gedə bilmədiyimi nəzərə alan Türkməneli Partiyasının sədri, İraq türkmənlərinin müqayisəolunmaz lideri Riyaz Sarıkahya xüsusi plan-proqram hazırlayıb. Həmin plana əsasən mən Kərbəla və Nəcəfdə, daha sonra isə paytaxt Bağdadda müqəddəs məscidləri ziyarət etməli, sonra türk yurdu Kərkükə gəlməliyəmmiş. Belə də elədik: maşına oturub dünya şiələrinin mənəvi paytaxtı Kərbəlaya səmt aldıq.

Kərbəla – şəhidlər şəhəri

Bağdaddan Kərbəlaya təxminən bir saatdan bir az artıq məsafə var. Yollar hər biri üçzolaqlı olmaqla birtərəfli, üstəlik, uzun illərdir burada müharibə getdiyni nəzərə alsaq, hamar və keyfiyyətli asvaltla örtülüdür. Sərnişini ləngidən yeganə səbəb hərbi polisin addımbaşı yollarda qurduğu nəzarət-buraxılış postlarıdır. Əslində qınanmalı deyil, onlar mülki insanları hər an törədilə bilən mümkün terror aktlarından qorumaq üçün bu addımı atırlar. Amma insafən, postda dayanan hərbçilər və polislər də sağ olsunlar, Azərbaycandan gəldiyimi eşidəndə mehribanlıq göstərir, səfər boyu uğurlar arzulayırdılar. Beləliklə, artıq 14 əsrdir İslam hümmətini içindən yaralayıb-qanadan müsibətlərin yaşandığı torpağa – Kərbəlaya çatıb, otelə yerləşdim...

Küləkli, bir az da soyuq Bakı səhərlərindən fərqli olaraq Kərbəlada sanki oktyabr ayı indi girmişdi – havası xeyli mülayim idi. Gödəkçəmi çiynimə atıb, Əli bəyin müşayiəti ilə yavaş-yavaş oyanmaqda olan şəhərin dar və xeyli əskimiş küçələrini dolaşmağa başladım. Əli bəy dəfələrlə ziyarətinə gəldiyi şəhərə yaxşı bələd olsa da, İmam Hüseyn və Həzrəti Abbas məscidlərinə tez yetişmək üçün daha kəsə yollar axtarırdı. Ona görə də ətrafda tək-tük gözə çarpan sakinlərin birindən - əynində ərəb milli qiyafəti olan orta yaşlı kişidən yol göstərməsini xahiş elədik. O da İmamların əbədi uyuduğu müqəddəs məbədlərə gedən yolu bizə elə ətraflı və səbrlə başa saldı ki, sanki bunu özünə mənəvi borc bilirdi.

Ümumiyyətlə, şəhərdə hamı bir-biri ilə mehriban, hörmətlə davranırdı. Bəlkə də Kərbəlada yerlilərlə gəlmələri birləşdirən ən böyük xüsusiyyət məzhəbçilikdən daha çox elə bir-birilərinə göstərməyə çalışdıqları qayğıdır.

Nəhayət, avtomobillərin girməsi yasaq edilmiş (eynən Bakıdakı Tarqovıy adlanan bölgə kimi – V.T.) küçəyə burulub, bir-birinin ardınca nəzarət-buraxılış postlarından keçərək müqəddəs məscidlərə yaxınlaşdıq.

Dini əşyalar, suvenir, ərzaq, geyim-kecimin və daha nələrin satıldığı dükanlarla əhatələnmiş meydana sarı irəlilədikcə, bayaqkı sükut izdihamlı qələbəlikdə əriyib yox olurdu. İnsan əlindən tərpənmək mümkün deyildi. Əksəriyyəti İrandan, hətta Azərbaycandan gəlmiş zəvvarlar uca səslə qurandan surələr, mərsiyyələr oxuyaraq ağır-ağır irəliləyirdilər.

Qüdrətin simvolu – Həzrət Abbas

Burada olduqca böyük ərazidə üz-üzə iki məscid var: birincidə Həzrət Abbasın, ikincisində isə İmam Hüseynin mübarək məzarları yerləşir. İki məscidi bir-biri ilə isə hər iki kənarında cərgə ilə uca xurma ağacları və elektirik dirəkləri sıraralanan, həmişə zəvvarlarla dolub daşan meydan uzanır.

Yeri gəlmişkən, Həzrət Abbas məscidinin yaxınlığında – küçənin solunda balaca türbə də var. Orada Həzrət Abbasın qılıncla kəsilmiş qolu dəfn olunub. Ona görə də, zəvvarlar iki müqəddəs məscidə girmədən öncə həmin türbəni ziyarət edir.

Məscidlər çox ciddi mühafizə olunurlar. Özü də iş saysız-hesabsız yoxlama postlarından keçməklə yekunlaşmır, məscidlərə girmədən öncə zəvvarlar telefon, fotoaparat və başqa əşyalarını xüsusi əmanət saxlanan seyflərə təhvil verməli, ayaqqabılarını da çıxarıb çox sayda saxlanğaclardan birində yerləşdirməlidir. Təbii ki, mən də qaydalar üzrə bunu edib içəri keçdim.

Döşəməsi başdan-başa qiymətli İran xalıları ilə örtülü olan Həzrət Abbas məscidinin iç divarları, bayır hissəsi kimi, tamamilə zəngin nəqqaşlıq nümunələri ilə bəzədilib. Tavan və hündür tağları örtən büllur şüşə örtük isə məscidin olduqca geniş salonlarına əlavə nur saçır. Üstəlik, günbəzin çölü və içi xalis qızılla örtülüb deyə, bura gələn zəvvara elə gəlir ki, günəşin içindədir. Həzrət Abbasın salonun mərkəzində yerləşən məzarı üzərindəki sərdabə isə xalis ağ qızıldan tikilib.

Tədqiqatçılar hesab edir ki, Həzrət Abbas məscidi dünyanın ən zəngin dini mərkəzlərindən biridir.

Hər il milyonlarla insanın ziyarət etdiyi bu məscidə müxtəlif sülalərdən olan hökmdarlar zaman-zaman qiymətli hədiyyələr, ləl-cəvahiratlar bağışlayıb, tikilinin təmir-bərpasına fikir veriblər. İran və Mərkəzi Asiya memarları tərəfindən dizayn edilən məscidin mərkəzində armud formalı, dəbdəbəli bəzəkləri ilə göz qamaşdıran günbəz, kənarlarında isə iki minarə ucaldılıb.

Qurani Kərimdən iki dua oxuyub, necə deyərlər, dörd gözlə divarlara-tavanına baxa-baxa bayıra çıxdım. Ayağım yalın olduğundan daş plitələrlə örtülmüş həyət boyunca döşənmiş xalçaların üstü ilə addmlayaraq əmanətlər bazasından teleonumu və ayaqqabımı götürdüm.

Ali şəhid...

Artıq üzbəüzdə - meydanın o başında yerləşən İmam Hüseyn məscidinə açıq könüllə gedə bilərdim. Bəlkə yenidən bu müqəddəs yerləri görə bilməyəcəyimi düşünüb 3-4 xatirə şəkli çəkdirməyi də unutmadım.

İmam Hüseyn məscidi Həzrət Abbas məscidindən sahəsinə görə daha böyük olsa da, divarlarını daha az ləl-cəvahirat süstləyirdi. Amma Həzrət Abbas məscidində olduğu kimi burada da imamın müqəddəs məzarı üzərində xalis qızıldan türbə tikilib, ziyarətə gələn izdihamın gurultusundan da qulaq tutulurdu. Əli bəy dedi ki, Həzrət Abbas məscidinin daha zəngin bəzənməsinin səbəbi oranı şiələrlə yanaşı sünni dünyasının da maddi baxımdan himayə etməsidir. Yəni ora ayrılan vəsaitin həcmi buradakına nüsbətdə daha çoxdur. Buna baxmayaraq, Əli bəy əlavə elədi ki, hər iki məscid vəhdət təşkil elədiyindən müsəlmanların nəzərində biri digərindən seçilmir.

Xatırladım ki, digər Kərbəla şəhidlərinin məzarları da 680-ci ildə tikilmiş İmam Hüseyn məscidindədir.

Ziyarətimizi tamamlayıb məsciddən ayrıldıq. Bir saat əvvələ nisbətən indi küçələrdə daha sıx izdiham vardı. Qaraya bürübmüş qadınlar, üzü tüklü kişilər, ana-atasının yanında imamların məzarını ziyarətə gəlmiş azyaşlı uşaqlar – məqsədi-məramı eyni olan hər kəs burada bərabər idi.

Nəcəfə getməliydik. Ona görə də kafelərdən birinə burulub nəfis İraq mətbəxinin təamları ilə qarnımızı doyurub, iki tin irəlidə gözləyən avtomobilə sarı getdik...

Həzrət Əli ədalətin özüdür

Kərbəladan Nəcəfə təxminən bir saatlıq yol olardı. Amma təktərəfli, geniş və hamar yolda avtomobil sürətlə şütüdüyündən sanki məsafə anbaan qısalırdı. Arabir maşını saxlayan postları ötüb, ətrafını başı göylərə ucalan xurma ağacları saran yolu, beləcə, başa vurduq.
Nəcəf keçmişlə müasirliyi özündə birləşdirən şəhərdir. Kərbəla ilə müqayisədə burada küçələr daha enli, tikililər daha yeniydi. Avtomobili Həzrət Əli məscidinə gedən səmtdə bir yerdə saxlayıb üz tutduq ziyarətgaha.

Əvvəlki məscidlərdə olduğu kimi, əşya və ayaqqabılarımızı xüsusi saxlanğaclarda yerləşdirib içəri keçdik. Məscidin daxili də çölü kimi olduqca möhtəşəmdir. Zərif naxışlarla süstlənmiş divarlar, bahalı çilçıraqların işıqlandırdığı tavan, İran və ərəb xalıları döşənmiş döşəmə bu müqəddəs məscidin mənəvi zənginliyi önündə solğun görünsə də, yenə də zəvvarları heyran etməkdəydi. Tən ortada Əli əleyhissalamın məzar-sərdabəsi yerləşirdi. Məzarı əhatələyən sərdabənin qızıldan hörülmüş divarlarına toxunmaq üçün insanlar fürsət axtarırdı. Mən də onlar kimi, niyyətimi-duamı edib ziyarətimi başa vurdum.

Qeyd edim ki, hər il milyonlarla şiənin ziyarət etdiyi bu məsciddə İslamın yayılmasında və möhkəmlənməsində xidməti olan bir sıra başqa görkəmli şəxslərin də qəbirləri var...

Beləcə, Həzrət Əlinin məzarını ziyarət edəndən sonra yolüstü ən müasir geyim-kecimin, digər əşyaların satıldığı bazara baş çəkdim. Qəribəydi, dedilər ki, burada İraqı və ümumiyyətlə, yerli tarixi, adət-ənənələri tərənnüm edən heç nə tapmaq mümkün deyil. Onlar xüsusi ənənəvi dükanlarda olur, burada isə dünyanın hər yerindən gətirilmiş mallar satılır. Özü də ən ucuz qiymətlərə təklif edilir. Hətta bazarda bir neçə yerdə geyinilmiş paltarların satıldığını da gördüm. Hansı ki, onların alıcısı təzə mallarla maraqlananlardan heç də az deyildi.

Günorta saatlarında Nəcəfdən ayrıldıq. Bizi aparan avtomobil Fərat çayı üzərindəki körpüdən keçib hər iki tərəfini ucsuz-bucaqsız xurma bağlarının sardığı magistral yolla şimala – paytaxt Bağdada doğru irəlilədikcə, gözlərim pəncərə şüşəsindən bayırda qalmışdı. Xurma bağlarını magistral yoldan tipik İraq kəndlərinin özünəməxsus dizaynlı evləri ayırır. Özündən az qala dörd-beş dəfə hündür olan xurma ağaclarının kölgəsinə sığınmış bu evlərə baxdıqca xəyal məni keçmişə - qızmar səhralarda insanı günəşdən qoryan əfsanəvi vahələrə götürdü. Xəyaldan ayılanda isə artıq “Min bir gecə” nağıllarının məkanı olan Bağdaddaydım...


Bakı-Bağdad-Kərbəla-Bakı

Vüsal Tağıbəyli
Rusiyadan ABŞ-a çağırış: Nüvə silahlarını geri çəkABŞ-ın hazırda Avropada 200 qaz bombası var.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Ulyanov söyləyib.

Ulyanov Moskvanın Vaşinqtonu regionda nüvə silahlarını geri çəkməyə çağırdığını deyib: "Rusiya bütün nüvə silahlarını öz sərhədləri daxilinə çəkdi. Bunu ABŞ tərəfi də çoxdan etməli idi. Ancaq Vaşinqtonun hələ də Avropada nüvə silahları var. Təxminən 200 qaz bombası mövcuddur", - Ulyanov söyləyib.
Ermənistan xəritədən silinə bilər – Şarl AznavurErmənistanda yumurta oğurlayanı həbs edirlər, amma milyonları oğurlayan cəzasız qalır.

Axar.az xəbər verir ki, bunu ermənilərin Fransada dərc etdirdiyi “Nouvelles Armeniya” qəzetinə müsahibəsində məşhur erməni müğənni Şarl Aznavur söyləyib.

“Biz anlamalıyıq ki, ölkəmizi inkişaf etdirməsək, o, yox olacaq. Buna görə məsuliyyəti Ermənistanın rəhbərləri daşıyacaq”, – deyə o bildirib.
Meyxanaçılar Anar Nağılbazın "porno" videosuna "ilişdilər": "Yoxlayır bir nəfəri..." - VİDEOMeyxanaçı Ələkbər Yasamallı məşhur reper Anar Nağılbaza söz atıb.

Orxan Lökbatanlı, Aydın Xırdalanlı və Rəşad Dağlının iştirak etdiyi məclisdə Ə.Yasamallı reperin bu yaxınlarda yayımlanan porno videosundan bəhs edərək ona söz atıb.

Meyxanaçının bu sözləri sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri olub.




Missiya.az