İnsanlar turşudan niyə zəhərlənir? — VİDEOBakının Binəqədi rayonunda yaşayan 40 yaşlı Anar Hümbətov xiyar turşusundan zəhərlənərək ölüb.

Avrasiya.net Xezerxeber-ə istinadən xəbər verir ki, illərdir ev şəraitində bağlanan turşuların zəhərlənməyə səbəb olduğu deyilsə də, insanlar buna məhəl qoymurlar.

Təkcə 2017-ci ilin 11 ayı ərzində 528 nəfər turşudan zəhərlənib, 4 ölüm halı qeydə alınıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov evdə turşu bağlanılmasının birmənalı şəkildə əleyhinədir. Onun sözlərinə görə, konservləşdirilmiş turşularda inkişaf edən toksinlərə müdaxilə çətindir. Bu, çox hallarda ölümlə nəticələnir. Zəhərlənən insanın müdaxilə üçün maksimum 8 saatı qalır.
Çox hallarda zəhərlənməyə səbəb olma ehtimalı böyük olan turşuları əvvəlcədən müəyyən etmək olur.

Turşu zəhərlənməsinin ilkin əlaməti qarında kəskin ağrılar və mütamadi qusma hallarıdır. Çoxları tutma bağlamağı asan hesab edirlər. Əslində isə tərəvəz vasitəsi ilə bankaya daxil olan torpaq qırıntıları, toz hissəcikləri sonradan reaksiyaya girərək zəhərlənmə yaradır.
Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – ŞərhErmənistanın rəsmi statistikasına görə, birbaşa xarici investisiyaların illik həcmi hazırda ölkənin ümumdaxili gəlirinin sadəcə 1 %-ini təşkil edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ərəb şeyxləri və övladlarının İrəvana gəlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bundan öncə də Ermənistana digər ölkələrin nümayəndə heyətləri, o cümlədən biznes dairələrinin nümayəndələri gəlib, müəyyən danışıqlar aparmışdı:

“Amma iş orasındadır ki, sonradan onlar real vəziyyəti öyrənərək, yaxud biznes, iqtisadiyyat nöqteyi-nəzərindən təhlillər apararaq bu danışıqları yarımçıq saxlayıb. Hətta yerli bazar haqda məlumatlar əldə edəndən sonra bir çox belə nəzəri layihələr reallaşdırılmamış qalıb. Çünki Ermənistandakı real vəziyyət buna imkan vermir”.

Politoloq qeyd edib ki, hətta keçən illər buna görə Ermənistanda İqtisadiyyat Nazirliyinin adı da dəyişdirildi:

“İqtisadiyyat və Ticarət Nazirliyinin rəsmi adı dəyişərək İqtisadiyyat və İnvestisiya Nazirliyi adlandırıldı. Burada əsas məqsəd ölkəyə xarici investisiyalar cəlb etməkdən ibarət idi. Amma ad dəyişməklə, xarici nümayəndə heyətlərinin bu ölkəyə səfərlərini təşkil etməklə xarici investisiyanın cəlb olunmasına nail olmaq mümkün deyil. Çünki bu iş üçün kifayət qədər ciddi addımlar atılmayıb”.

Qeyd edək ki, ərəb şeyxləri və övladları İrəvana gəlib. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu qeyd edilib.
"Qərara gəldim ki, buna son qoyulmalıdır" - Erməni ilə əlbəyaxa olan azərbaycanlı jurnalistAzərbaycanlı jurnalist və politoloq Fuad Abbasov hesab edir ki, ermənilər Rusiya telekanallarında üzərlərinə qoyulan işi yerinə yetirirlər.

Rusiyanın "Zvezda" telekanalında yayımlanan siyasi tok-şou zamanı ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olan azərbaycanlı jurnalist Fuad Abbasov Novosti.az-a müsahibə verib.

"Onlar bunu sadəlövhcəsinə etmir, onlara dövlətin geniş dəstəyi var. Ermənilər üzərlərinə qoyulan işi yerinə yetirməlidirlər. Heç vaxt inanmaram ki, hansısa bir erməni politoloqu öz ideoloji mövqeyindən çıxış edərək Rusiyanın Türkiyə siyasətinə qarşı fikir bildirsin. Bu şəxslərə müəyyən vasitələr ayıran insanlar həmişə kölgədə qalır" – F.Abbasov belə deyir.

"Deməzdim ki, Rusiya telekanllarındakı verilişlərdə mən təklikdə qalıram. Orada Azərbaycan və Türkiyənin tərəfində olan jurnalist və politoloqlar var. Onlar həqiqətin və ədalətin tərəfindədirlər və Rusiya ilə qardaşlıq münasibətlərinin tərəfdarı kimi çıxış edirlər. Məsələ onda deyil ki, biz həqiqəti deyirik, ancaq yalan danışanlar üstünlük təşkil edir. Bir çoxları Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərini dəstəkləyir, Rusiya ilə Türkiyənin son zamanlar güclənən əlaqələrinə kölgə salmır"- jurnalist deyir.

Onun szölərinə görə, ermənilər Rusiya hakimiyyətinin Türkiyə ilə yaxınlaşma siyasətinə hər cür əngəl törətmək istəyirlər.

F. Abbasov gərgin situasiyanı dəyişmk cəhdini belə qiymətləndirir: "Öz fəaliyyətimlə mən bu qaydaları dəyişmək istəyirəm. İki ilə yaxındır ki, mən Rusiya telekanallarında çıxış edirəm. Bu, rus təyyarəsinin Türkiyədə vurulması dövrünə təsadüf edir. O vaxt mən tək idim və heç kimin Türkiyəni müdafiə etməyə cürəti çatmırdı. Hər kəs onu günahkar hesab edirdi. Mən bir neçə ay nəinki erməni qruplaşmalarının hücumunu dəf edir, bütün antitürk meyllərinə qarşı çıxış edirdim. Həmin dövrdə onlar belə öyrədilmişdi, siyasət bundan ibarət idi".

"Zvezda" telekanalının "Proses" proqramında baş verənləri şərh edərkən jurnalist bildirib ki, nə vaxtsa Türkiyənin ünvanına yönəlmiş təhqirlərə dözmək olurdu, indi isə vəziyyət başqa cürdür. "Dövlət başçıları il ərzində səkkiz dəfə görüşüb. Bu onu göstərir ki, artıq dayanmaq vaxtıdır. Əgər Rusiya vətəndaşları ölkə prezidentinin Türkiyə ilə münasibətləri barədə qərarına qarşı çıxırsa, buna mən göz yuma və susa bilmərəm. Baş verən insident də artıq son damla kimi idi. Məni sonsuz şəkildə dayandırmaq istədilər. Qərara gəldim ki, buna son qoyulmalıdır. Bu, emosional hərəkət idi, mən verilişin dayandırılmasına görə aparıcıdan üzr istədim". – jurnalist deyir.

"Dəstək həmişə lazımdır. Mən azərbaycanlıyam, Türkiyədə oxumuşam, işləmişəm və yaşamışam. Mən Rusiya telekanallarında Türkiyənin mövqeyini müdafiə edə və Azərbaycanın maraqlarından çıxış edə bilərəm. Lakin məsələ bunda deyil. Azərbaycanın öz jurnalist və politoloqları olmalıdır ki, ölkənin maraqlarını müdafiə etsin. Təəssüf ki, onlar yoxdur. Bizə heç kim mae olmur, heç bir əngəl də yoxdur" – F.Abbasov deyir.

Onun sözlərinə görə, Rusiya telekanallarında erməniləri heç kəs uzanmış qollarla gözləmir. Bir çox rus media nümayəndələri onları sevmir, demək ola ki, bu telekanallarda tez-tez rast gəlinən "yan" sonluqlu soyadlar qıcıq yaradır.

"İş orasındadır ki, onların sayı yox, telekanala necə dəvət olunması maraqlıdır. Onlar Rusiya KİV-lərinin dəvəti ilə bu verilişlərə qatılmır. Bir-birini dəstəkləməklə buna nail olurlar. Ermənilər nəinki mətbuata, o cümlədən məhkəmə sistemi və elmi dairələrə də yol tapır. Biz də bunu edə bilərik, heç kim bizə mane olmur. Lakin hərəkətsiz dayanmışıq. Bizi də orda ermənilər kimi gözləmirlər" – Fuad Abbasov bildirir.

Rusiyada yaşayan ermənilərin bir-birinə qarşılıqlı yardımından danışan jurnalist nümunə göstərir: "Əgər Rusiyada ermıni tələbə təhsil haqqını ödəyə bilmirsə, onun həmvətənləri kömək edir. Bizdə isə bu, yoxdur. Biz Rusiya təsisatlarında tarazlığı bərpa etmək yolunda heç bir addım atmırıq. Azərbaycan jurnalist və politoloqlarını heç kim dəstəkləmir. Onlar Rusiya KİV-lərinə düşmək istəsələr də, dəstək görmürlər. Nəticədə isə bir tərəfdə dayanıb qalırlar". – Fuad Abbasov əlavə edib.