ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLARAzərbaycan Liberal Drmokrat Partiyasında (ALDP) Milli Azadlıq Qərargahının (MAQ) yaradılmasının 60 illiyi ilə bağlı tədbir keçirilib.

Xatırladaq ki, dekabrın 17-də (MAQ) 60 ili tamam olur. MAQ-ın adı Oqtay Eldəgəzlə bağlıdır. MAQ 1957-ci ildə SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılıb. 1982-ci ilin dekabr ayının 12-də Ağdamın Mərzili kəndində öz fəaliyyətini dondurub.

Azərbaycanın ictimai-siyasi xadimi, Azadlıq uğrunda mübarizlərdən biri kimi adı dərsliklərə salınan Oqtay Eldəgəz 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil edib, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olublar. Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərib.
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
O, 1962-ci və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olub. Bu müddətdə səhhəti korlanıb, əl və ayaq dırnaqlarını itirib. 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat edib.

ALDP sədri öz çıxışında Milli Azadlıq Qərargahının (MAQ) yaradıcısı, Azadlıq uğrunda mübariz Oktay Eldəgəzin adının əbədiləşdirilməsi ilə bağlı mükafat təsis etdiyini qeyd edib.

ALDP-nin təsis etdiyi “Oqtay Eldəgəz” diplomu hər il Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda fəal iştirak edən şəxsə (lər) veriləcək.

İlk olaraq diplom O.Eldəgəzin həyat yoldaşı Rəfiqə Rəfiliyə təqdim edilib.

Rəfiqə Rəfili ALDP sədri Fuad Əliyevə Diplomun təsis etdiyinə görə öz təşəkürünü bildirdi, Oqtay Eldəgəz haqqında ətraflı məlumat verib və ALDP-yə onun haqqında çap olunan bir neçə kitab bağışlayıb.
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi - FOTOAzərbaycan Kontakt Karate Federasiyasının prezidenti Ariz Ağayev qəfildən vəfat edib.

BakuPost.az xəbər verir ki, 47 yaşlı idman ustası dünən axşam yatıb, səhər oyanmayıb.

İdmançı bu gün doğulduğu Yardımlı rayonunun Köryədi kəndində dəfn olunub.

Qeyd edək ki, Ariz Ağayev V Dan qara kəmər sahibi, dünya və Avropa çempionu, beynəlxalq dərəcəli hakim olub.
Eldar Mahmudov yenidən istintaqda - Oğluna görə sorğu-sual edildi/ FOTOSabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verib.

"AzPolitika” xəbər verir ki, bu dəfə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

"Azadlıq” isə məlumat yayıb ki, artıq Akif Çovdarov da Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb. Belə ki, Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib. Amma bu günkü istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

Şimali Koreya ilk atom bombasının görüntülərini yayımladı? – VİDEOŞimali Koreya yanlışlıqla ilk atom bombasının şəkillərini dünyaya göstərmiş ola bilər. Dövlət televiziyasının 12 dekabr tarixində yayımladığı yarım saatlıq görüntülərdə ölkənin sabiq lideri Kim Jong İlin atom bombasına bənzər bir cismə baxdığı müşahidə olunub.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər mütəxəssislər arasında geniş müzakirəyə səbəb olub.

Görüntülər 8-ci Hərbi Sursat Sənaye Toplantısı zamanı çəkilib. Kameralar toplantının keçirildiyi binada çəkiliş apararkən divarda olan və Şimali Koreyanın Silah Sənayesindəki uğurlarını göstərən müxtəlif şəkilləri də görüntüləyib.

Bunlardan biri də Kim Çen Inın atası və ölkənin sabiq prezidenti Kim Jong İlin atom bombasına bənzəyən böyük metal bir slindirə baxması olub. Şəkil sosial mediada geniş müzakirələr yaratdığı bir vaxtda BBC sabiq lider Kim Jong İlin belə bir şəkillərinin ictimaiyyət arasında paylaşılmadığını bildirib.

Əgər şəkil reladırsa, Şimali Koreyanın nüvə sınaqlarını 2006-2009-cu illərdə həyata keçirməsi mümkündür.

Sözügedən görüntüləri təqdim edirik:
Diaspor rəhbəri Ukraynanın KİV nümayəndələri ilə şam edibUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynanın aparıcı KİV nümayəndələri ilə şam edib.

UABD-dən Avrasiya.net-ə daxil olan məlumata görə, Diasporun ofisində baş tutan şam yeməyində Ukraynanın 15-dək aparıcı KİV nümayəndəsi iştirak edib.
H.Cavadov UABD-nin fəaliyyəti, görülən işlər və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Diaspor rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna münasibətləri bu gün Prezident İlham Əliyevin sayəsində uğurla davam edir: “Bildiyiniz kimi, dekabrın 12-də Azərbaycan xalqı və dünyada yaşayan azərbaycanlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ilini qeyd etdilər. Heydər Əliyev xalqlarımız arasında münasibətlərin inkişafında və diaspor quruculuğunda əvəzolunmaz xidmətlər göstərib. Biz diaspor fəalları da ümummilli liderin qoyduğu irsi davam etdirir, Prezident İlham Əliyevin bu sahədə tövsiyələrinə əməl etməyə çalışırıq”.

H.Cavadov bildirib ki, ukraynalıları Azərbaycan diasporunun fəaliyyəti və Ukrayna-Azərbaycan dostluğu haqqında məlumatlandırmaq üçün mətbuatla düzgün əlaqə əsas faktorlardan biridir: “Jurnalistlərlə qurulan düzgün əməkdaşlıq bizə ölkəmizin tarixi haqqında etibarlı məlumatlar verməyə kömək edəcək, digər ölkələrin tarixi faktları təhrif etmə təbliğatına mane olacaqdır. Biz ukraynalı jurnalistlər üçün müntəzəm olaraq tədbirlər keçirməyə və onları azərbaycanlı həmkarları ilə əməkdaşlığa sövq etməyə davam edəcəyik. Qarşıda bizi çoxlu işlər və layihələr gözləyir. Sevindirici haldır ki, ekspertlər Ukrayna və Azərbaycan əlaqələrinin irəliləyişindən, dostluğundan razıdırlar”.
"Prezidentimiz İƏT-in İstanbul sammitində xalqımızın maraqlarını yüksək şəkildə qorudu"  "Prezidentimiz İƏT-in İstanbul sammitində xalqımızın maraqlarını yüksək şəkildə qorudu" Qüds məsələsilə bağlı ən məqbul variantları səsləndirmək Azərbaycanın dövlət maraqları üçün son dərəcə əhəmiyyətli olduğu kimi, həm də Qarabağ məsələsindən geniş söhbət açaraq Azərbaycan həqiqətlərini bütün islam və müsəlman dünyasına bəyan etmək, habelə sammitdən bütün dünyaya səslənmək xalqımız üçün bir töhvə oldu.

Bunu, dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə həsr olunmuş Zirvə toplantısında Azərbaycan prezidentinin çıxışlarının ölkəmiz üçün əhəmiyyətindən danışan, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov Zirvə toplantısında Qüdsün statusu məsələsi ilə bağlı ən doğru və hüquqi fikirkərin məhz İlham Əliyevə aid olduğunu qeyd edib. Politoloq bildirib ki, dekabrın 13-də İstanbulda Qüds məsələsilə bağlı İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Dövlətimizin başçısı öz fikirlərinin beynəlxalq qanunlar və beynəlxalq hüquq tendensiyaları və habelə modern bir müsəlman ölkəsi olaraq hümanizm prinsipləri əsasında ifadə etdi. Əvvəla Dövlətimizin başçısı öz çıxışının mahiyyətində bildirmiş olduki, Azərbaycan hüquqi, dünyəvi bir müsəlman ölkəsi olaraq beynəlxalaq hüquqa və qanunlara sadiqdir. Bu səbəbdən Qüds məsələsinin yalnız BMT və Beynəlxalq hüquq çərçivəsində həll olunmalı və BMT qərarlarına hörmətlə yanaşılmalıdır.

Ölkəmizin vahid mövqeyi beynəlxalaq qanunların icrasıdır. Yəni Qüdslə bağlı BMT qətnamələrının həyata keçirilməsinə və İsrail və Fələstin arasındakı münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Ümumiyyətlə Azərbaycan dünyadakı hər bir münaqişənin sülh yoluyla həllinə tərəfdar olan və buna bilavasitə töhvə verməyə çalışan dünyəvi və nüfuzlu bir ölkədir. Eyni zamanda Yaxın Şərqdə İsrail və Fələstin arasında davam edən gərginlik hər zaman bizdə narahatlıq yaratmaqdadır ki, təbiiki Dövlətimiz bu məsələnin sülh yoluyla həll olmasını arzuyalayan bir ölkədir. İsrail də Azərbaycanın etibarlı tərəfdaşıdır, eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvü və tərəfdaşıdır. Bu baxımdan arada sülhün tezliklə bərqərar olmasının istəyindəyik.

Cənab Prezident İƏT-in İstanbuldakı Zirvə toplantısında da Dövlətimizin mövqeyini vurğulayaraq sülh yolunun vacibliyini xüsusi qeyd etdi. Azərbaycan birmənalı şəkildə Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və qətiyyən digər dövlətlərin rəsmiləri kimi provokotiv və münaqişə alovunu qızışdıracaq çıxışlar və bəyənatlar Azərbaycan tərəfindən səsləndirilmədi. Çünki provokotiv çıxışlar Orta Şərqin müsəlman, xristian və yəhudi əhalisi üçün böyük qırğınlara və qarşıdurmalara səbəb olar. Qüds məsələsinin qeyri-provokotiv addımlarla, yalnız BMT çərçivəsində həll olmasına çalışmaq məsələnin ən məqbul variantıdır. Digər yollara əl atmaq, insanları qarşıdurmaya səsləmək bölgədə böyük qırğınlar və fəlakətlərə yol açar. Bu hal, terror ocaqlarını alovlandıra bilər. Bu səbəbdən qarşıdurma yaradacaq provokotiv və sabotaj xarakterli çıxışlardan çəkinmək lazımdır.

Bu səbəbdən İƏT-in İstanbul sammitində Qüds məsələsi ilə bağlı ən doğru və ən məqbul fikirlər Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin çıxışı oldu. Dövlətimizin başçısı Qüds məsələsini dəqiq və şəffaf şəkildə təhlil edərək praqmatik bir çıxış sərgilədi. Eyni zamanda çıxışında Azərbaycan torpaqlarının 20 faizinin erməni caniləri tərəfindən işğal edilməsini və xüsusən işğal altındakı ərazilərdəki məscid və dini abidələrimizin dağıdılıb yerlə yeksan edilməsini, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində öz tarixi torpaqlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün durumunu diqqətə çatdıran Dövlətimizin başçısı, bu dəhşətli vandalizmi həyata keçirənlərə qarşı hələ də heçbir şəkildə ölçü götürülmədiyini, BMT qətnamələrinin icra olunmadığını, bəzi müsəlman ölkələrinin ermənistanla münasibətlərinin saxlanmasını bildirməsi çox mühüm və ciddi əhəmiyyət daşıyan bir bəyanat oldu.

Təəssüf ki bu gün İslam ölkələrindən çoxu terrorçu və işğalçı Ermənistanla işbirliyindədir. Dövlətimizin başçısının isə "Bütün müsəlman dünyası bilməlidir ki, Qarabağda müsəlman məscidlərini dağıdan və müsəlman qanı axıdan ermənistan, müsəlman dünyasının dostu ola bilməz!" deməsi bir daha Azərbaycan prezidentinin yüksək qətiyyətini bütün dünyaya göstərmiş oldu. Cənab Prezident İƏT-in İstanbul sammitində Azərbaycanın və xalqımızın maraqlarını yüksək peşəkarlıqla qorumağa çalışdı ölkə həqiqətlərini bir daha İƏT sammitindən bütün dünyaya bəyan etdi.
Penitensiar Xidmətin "polkovnik"i tutulduDələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib.

Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rizvan Cəfərovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.
Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilibDekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya son ver!", “Azərbaycan torpaqlarını işğala son qoy!”, “Girovları azad et!”, “Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların əsir və girov saxlanıldığını, fiziki və psixoloji işgəncə altında olduğunu qeyd ediblər. Girovluqda saxlanılan azərbaycanlıların dərhal azadlığa buraxılması tələb olunub. Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb.

Xatırladaq ki, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib.
Telekanal rəhbərinə hökm oxundu - 6 ilBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Axar.az xəbər verir ki, hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Azərbaycan özü şüşələri ixrac edəcək"“Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür. Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”.

Avrasiya.net xəbər verir ki, bunu prezident İlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

Prezident vurğulayıb ki, bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan, idxaldan asılılığı aradan götürəcək müəssisələr fəaliyyətə başlayır: “O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq”.

Dövlət başçısı son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstərildiyini və artıq qısa müddət ərzində on xalça fabriki açıldığını bildirib: “Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.