Bakıda qəribə olay: Sərnişinlər ayaqüstə, it oturacaqda… - VİDEOBu gün paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı hadisə baş verib.

Avrasiya.net Yeniavaz.com-a istinadən xəbər verir ki, avtobus "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər özləri ilə bərabər, yanlarındakı itləri də salona keçiriblər.

Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdən qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitələr də olmayıb. Həmin mənzərə telefon vasitəsilə çəkilib və görüntüdə maraqlı anlar qeydə alınıb: Sərnişinlərin ayaq üstə durması, itlərin isə oturacaqlarda oturması insanların da təccübünə səbəb olub.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nörməli qərarına əsasən, ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.
Qusarda 29 yaşlı kişi intihar etdiQusarda intihar hadisəsi olub.

APA xəbər verir ki, hadisə rayonun Yuxarı Kalanxur kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
"Elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq"Təranə Qumral bu gün ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişində həmkarı Nazənindən üzr istəməyəcəyini deyib.

Avrasiya.net xəbər verir ki, T. Qumral «Qanun budursa, mən ikiəlli razıyam. Amma assalar da, kəssələr də, məni həbs etsələr də, ölkədən kənara buraxmasalar da üzr istəməyəcəm» deyə bəyan edib.

Yeniçag.az-a açıqlama verən Nazəninin prodüseri Pərviz Fəqan qarşı tərəfin cavabını belə verib:

“Təranə Qumral necə üzr istəməyəcək ki, o indiyə qədər 4500 manat cərimə ödəyib. Ölkədən çıxışına qadağa qoyulub. Burdan ona səslənirəm, elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq. Vaxtilə Nazənin xanım efirdə demişdi ki, Təranə Qumralı ərimlə tutmuşam. Bu məhkəmədə sübut da olundu. O qadın özünü biabır edib. İndi nə istəyir?”
Prokuror Qalib Salahzadənin oğluna 4 il iş istədiBu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Publika.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.
DTX-dan uğurlu əməliyyat: 16 terrorçu məhv edildiDövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu təşkilatların və qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub.

APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə istiqamətində tədbirlərinin nəticələri barədə sorğusuna cavab olaraq, DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, 16 terrorçu silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında məhkəmə tərəfindən 258 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə qərar verilib.
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadəAzərbaycan Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq, “Azərbaycanca Vikipediya”da cümhuriyyətin bu günə qədər olmayan bəzi tanınmış şəxsiyyətlərinin məqalələri yaradılır və ya yarımçıq qalmış məqalələr redaktə edilir.

Belə şəxsiyyətlərdən biri Azərbaycan Demokratik Respublikası ordusunun hərbçisi, general-mayor Feyzulla mirzə Qovanlı-Qacardır. Onun haqqında “Azərbaycanca Vikipediya"da bir müddət əvvəl yaradılan məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən əsaslı redaktə ilə genişləndirilib.

Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilib.

1899-cu ilin martın 15 leytenant rütbəsi alıb. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin martın 15 qərargah rotmistri rütbəsini alır. Müxtəlif illərdə başqa yerlərdə xidmətini davam etdirən Mirzə Feyzulla Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuri Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılıb.

General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyin edilir. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Demokratik Respublikasının (ADR) süvari diviziyasının komandiri təyin edilir. 1919-cu ilin yanvarın 9-u ADR-in Hərbiyyə naziri artilleriya genearlı Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilib

Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.

Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Feyzulla_mirz%C9%99_Qovanl%C4%B1-Qacar linkində tanış olmaq mümkündür.
İçərisində 100 min manat olan seyf oğurlandıDekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100 000 manat olan seyfin oğurlandığını bildirib.

DIN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyev tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Arvadına baxan sürücünü öldürdü - 17 il həbs cəzası aldıQətlə törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Cavid Əbdülməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib. Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.

Hadisəyə səbəb qısqanclıq olub. Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

C.Əbdülməmmədov orada sürücünü öldürüb və könüllü olaraq polisə təslim olub.
Rusiya Türkiyədə hərbi baza yarada bilər - SensasiyaRusiya S-400-ləri göndərməzdən öncə Türkiyə ilə hərbi-texniki iş birliyi razılaşması imzalaya bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzet bu müqavilə sayəsində Rusiyanın Türkiyədən baza tələb edəcəyini və bu bazanın 2019-cu ilə qədər yarana biləcəyini vurğulayıb:

“Rusiya Türkiyəyə S-400-ləri verməyə hazır və istəklidir. Ona görə ki, Moskva Krım, Qara dəniz, Suriya istiqamətində havadan təhlükəsizliyi təmin etməyi, Yaxın Şərqə inteqrasiya strategiyasını gücləndirməyi özünə hədəf götürüb. Rusiyanın “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov S-400-lərin 2019-cu ilə qədər Türkiyəyə veriləcəyini ifadə edərkən, müdafiə sisteminin qurulmasından öncə Türkiyə ilə hərbi-texniki razılaşmanın imzalanacağını dedi. Əslində isə bu razılaşma sadəcə S-400-lərin satışı anlamına gəlmir. Rusiya S-400-lərin Türkiyəyə verilməsindən öncə hərbçilərini yerləşdirəcəyi baza tələb edə bilər. Rus əsgərinin harada yerləşəcəyi, S-400-lərin harada olacağı və digər detallar bu razılaşmaya yazılacaq. S-400-lərin ilk 2 batareyası Suriya sərhədində, 1-i Aralıq dənizi yaxınlığında, sonuncusu isə Mərmərə dənizi, Boğazla, Egey və Qara dənizin təhlükəsizliyi üçün istifadə ediləcək. Daha əvvəl Yunanıstan və İrana S-300-lər satan Rusiya hərbi liman, aerodrom və digər mükəlləfiyyətlər əldə edə bilmişdi. Türkiyədən də buna bənzər şeylər tələb edilə bilər”.
17 yaşlı tələbə ürək və kürəyindən bıçaqlanaraq öldürüldüAğdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.

Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsidir.

Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

APA