10 günə qollarını şişirdən gəncin — QORXULU GÖRÜNTÜLƏRİ + FOTORusiyada yaşayan 21 yaşlı gənc bədənini şişirdərək, özünü idmançılara bənzətmək üçün həyatını təhlükəyə atıb.

“Ölkə.Az” xəbər verir ki, Kiril Tereş adlı gənc qollarına “anormal əzələ şişməsi dərmanı” sayılan sintoldan vurmağa başlayıb. Rus gənc qollarının arxa və ön hissəsinə sintoldan yeridib. O, 10 gün müddətinə bu iynədən istifadə edərək, qollarını inanılmaz şəkildə şişirdib.

Həmin gənc “İnstagram” səhifəsində açdığı profildə özünün şəkillərini paylaşıb. Onun səhifəsinin 39 mindən çox izləyicisi var. Səhifəsində bir çoxu 21 yaşlı gəncin sonradan qolunda problemlər yarandığını yazıb. Paylaşdığı fotolardan da göründüyü kimi onun qolları get-gedə qızarır və göyərir. Bəzi mütəxəssislər isə onun qolunun kəsiləcəyini bildiriblər.

Qeyd edək ki, əzələ şişirdilməsi üçün istifadə edilən sintol iynəsinin tərkibi 85 faiz yağ və 15 faiz isə spirtdən ibarətdir. Onun açıq satışı qadağan edilib. Lakin internetdə qeyri-qanuni olaraq satılır. Həmin maddə kimyəvi tərkiblidir və insan orzanizmi üçün olduqca təhlükəlidir. Onu alman alim kəşf edib. Lakin sonradan həmin alimin özü də dəfələrlə həmin kimyəvi maddənin insan orqanizmi üçün çox təhlükəli olduğunu bildirib. Buna baxmayaraq, bir çox insan bədənini əziyyət çəkmədən şişirtmək istəyir və bunun üçün ən rahat, eyni zamanda çox təhlükəli yol seçirlər. Beləliklə də, sintol iynəsindən istifadə edən gənclərin sayı artır.
10 günə qollarını şişirdən gəncin — QORXULU GÖRÜNTÜLƏRİ + FOTO
Bakıda 8,5 milyon manata otel satılır - FotoBakıda yerləşən 4 ulduzlu otel 8,5 milyon manata satışa çıxarılıb.

Axar.az xəbər verir ki, otel Bakı şəhərinin mərkəzinə yaxın ərazidə, Dəmir Yolu Vağzalının yanında yerləşir.

95 otaqdan ibarət otelin ərazisində böyük üzgüçülük hovuzu və fitnes mərkəzi də fəaliyyət göstərir.

Otel üçün müəyyən edilən ilkin satış qiyməti isə 8.500 000 manatdır.
Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındı - BƏYANNAMƏİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

APA-nın məlumatına görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: "ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.

Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Səidə Dadaşova anasının evlilik verilişinə çıxmasından DANIŞDI: “Həyasızın biridir"Müğənni Səidə Dadaşova bir müddət öncə Türkiyədə evlilik verilişinə çıxan anası Sədaqət Dadaşova barədə danışıb.

Publika.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, anasının evlilik verilişinə qatılmaqda məqsədi yenidən ailə qurmaq olmayıb:

“Anam evlilik verilişinə çıxanda mənə nə tənqidlər yaza bilərdilər ki? Mən Sədaqət Dadaşova deyiləm ki. O, mənim anamdır. Onun öz işidir, özü bilər. Mən sadəcə özümə cavabdehəm. Sabah heç öz oğluma da cavabdeh ola bilməyəcəm. Çünki böyüyəcək, deyəcək ki, elə yox, belə istəyirəm. Mən də sadəcə onu yönləndirə biləcəm. Anam ora başqa bir məqsədlə getmişdi. Çünki o, aktrisadır. Sadəcə verilişin reytinq üçün ssenari yazılmışdı. Əslində, o, Zuhal Topalın özü həyasızın biridir. Anamın məqsədi ərə getmək deyildi. Sadəcə ssenariyə uyğun belə də olmalı idi. Burada başqa söhbət ola bilməz”.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan "Zuhal Topalla" evlilik proqramına qatılmışdı.
Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildiBakıda axtarışda olan şəxs tutulub.

Lent.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə iş başlanılan 1983-cü il təvəllüdlü İbrahimov Rəşad Vahid oğlu saxlanılıb. O, cinayət işinin istintaqının aparıldığı Bakı şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, Rəşad İbrahimovun 200 min dollarlıq dələduzluq etdiyi bildirilir. Belə ki, iş adamı Ruslan Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Rəşad İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı alıb, lakin pulu verməyərək dələduzluq edib.

Qeyd edək ki, criminal.az saytının yazdığına görə, adıçəkilən şəxslərin hər ikisi bağlanan ANS kanalının əməkdaşı olub. Onlar şirkətdə mühafizəçi işləyib.
“Mən güllələnməyə hazıram” - 6 tələbəni öldürən sürücüARB TV-nin "Rezonans" verilişində bu dəfə 6 tələbənin ölümünə səbəbkar olan Namiq Hüseynovun həbsxana hekayələri təqdim olunub.

Avrasiya.net BAKU.WS-ə istinadən xəbər verir ki, Namiq Hüseynov (cəzası 10 il) başına gələn hadisə barədə danışıb:

"Atam rəhmətə gedəndən sonra ailəyə kömək üçün işləməyə başlamışam. Bakı-Sumqayıt istiqaməti üzrə işləyirdim. 2008-ci ildən Sumqayıt Dövlət Universitetinin tələbələrini aparırdım. Yavaş-yavaş sərnişinlərimiz çoxaldı, işlərimiz yaxşılaşdı və tələbələrlə münasibətimiz yaxşılaşdı. Mən etiraf edirəm ki, artıq sərnişin daşımışam. Onlar da əsasən səhər saatların və axşamlar olurdu.

Yalan danışmıram, çünki həmin uşaqları aparmaya bilməzdim. Onlarla ailə kimi idik. Hətta mahnı da qoşub "biz mehriban ailəyik" deyib oxuyurdular. Bir uşağı maşından düşürtmək üçün gərək qəlbini qırasan. Ayın 7-si uşaqları universitetə qoyandan sonra gördüm ki, halım yoxdur. Tərpənə bilmirdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Uşaqlar özləri həkimə apardılar, ordan da evə apardılar. Hamısı evimi tanıyırdılar. 2 gün sonra işə çıxdım. Hadisə günü yanımdan bir maşın ötdü. Ona yol verdim keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində 2 İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı. Özümü itirməyib tələbələrə kömək edib düşürdüm.

Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi. Rozanı, Çinarəni götürüb qucağıma düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm ki, ölüblər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim".
Bakıda kafedə qadın ofisiantlar arasında davaBakıda kafedə qadın ofisiantlar arasında dava düşüb.

Report-un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Məlumata görə, həmin kafedə işləyən 39 yaşlı Sahilə İsmayılova polisə müraciət edərək bildirib ki, iş yoldaşları Aysun və Jalə adlı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycan prezidenti: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”“Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: “Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq. Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılıb. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaq”.

İ. Əliyev qeyd edib ki, Türkiyə prezidentinin təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.
"Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz""İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir.

"Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə Azərbaycan prezidenti vurğulayıb .
Elşad Miri: "Qüds adı nə Quranda keçir, nə də..."İlahiyyatçı Elşad Miri Qüds barədə Kulis.az-ın suallarını cavablandırıb.

Avrasiya.net həmin müsahibəni sizə təqdim eidir.

– Qüdsün adı Quranda və peyğəmbərin hədislərində keçirmi?

– Qüds adı nə Quranda keçir, nə də ilk dövr mənbələrində. Çünki Peyğəmbərin yaşadığı dövrdə həmin yeri adı Qüds deyil, İliya idi.

– Məhəmməd peyğəmbərin merac zamanı Qüdsə getməsi və orda peyğəmbərlərə namaz qıldırması fikri nə qədər doğrudur?

– Quranda Məhəmməd peyğəmbərin Meraca getməsi ilə bağlı bircə dənə də olsa ayə yoxdur. Müsəlmanlar İsra ilə Meracı qarışdırırlar. Çünki “İsra” surəsinin 93-cü ayəsində inkarçıların peyğəmbərə belə dediyini bildirirlər: “Göyə qalxmayınca biz sənə inanmayacağıq”. Əgər peyğəmbər iddia edildiyi kimi Meraca, yəni göyə gedib-gəlsəydi, deyərdi ki, bəs gedib-gəlmişəm…

Bundan başqa, müsəlmanların Qurandan sonra ən səhih olaraq qəbul etdikləri (mənimsə bu yanaşmanı doğru qəbul etmədiyim) Buxari peyğəmbərin Meraca Məkkədən çıxdığını, Muslim isə Qüdsdən getdiyini iddia edir. Biz hansına inanaq? Bu və digər faktlara əsaslanaraq qəti olaraq deyirəm ki, Merac hadisəsi olmayıb.

– Qüds müsəlmanlar üçün niyə müqəddəsdir?

– Müsəlmanlar peyğəmbərlə birlikdə 3 ilə yaxın həmin bölgəyə üzlərini tutub namaz qıldıqlarına, ibadət etdiklərinə görə Qüdsü dəyərli hesab edir. Başqa səbəbləri də, Meracı həmin yerlə əlaqələndirmələri, “İsra” surəsinin 1-ci ayəsindəki Məscidul-Əqsa deyilən məscidin bugünkü Qüdsdə olan məscid olduğunu iddia etmələri, guya peyğəmbərin digər bütün peyğəmbərlərə orada namaz qıldırması kimi məsələlərdir. Halbuki bu gün də orada Məscidul-Əqsa adlı məscid yoxdur. Özüm bu il orda olmuşam. Orda iki məscid var. Birinin adı Qubbətus-Saxra, digəri isə Məscidul-Qiblədir. Bunlar da peyğəmbərin sağlığında olmayan məscidlərdir.

– Qüdsün ilk qiblə olması doğrudurmu və nə zamandan bu qərar ləğv edilib?

– Müsəlmanların ilk qibləsi Kəbədir. Təəssüflər olsun ki, bu gün Qüdsü ilk qiblə kimi təqdim edirlər. “Bəqərə” surəsinin 143-cü ayəsində: “Əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki”, – deyilir. Deməli, Qüdsdən əvvəl müsəlmanların üz tutduqları qiblə Kəbə olub. “Ali-İmran” surəsinin 96, “Həcc” surəsinin 26-cı ayələrindən də bu aydın olur.

– Qüdsün müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər olması fikrinin dini əsası varmı?

– Bu fikir çox sonralar ortaya çıxıb. Peyğəmbərin vaxtında bir daha qeyd edirəm ki, orada hansısa məscid olmayıb. Məscidul-Əqsa kimi bilinən Qubbətus-Saxra məscidinin tikintisi Əməvi xəlifəsi Abdulməlik bin Mərvan (685 – 705) tərəfindən başladılıb, oğlu I Vəlid (705 – 715) dövründə yekunlaşıb. Bunun da səbəbi var idi. Çünki həmin dövrdə I Xəlifə Əbubəkrin nəvəsi Abdullah bin Zubeyrin özünü Məkkədə xəlifə təyin etməsindən sonra Qubbətus-Saxra adlı məscid inşa edilir, sonra peyğəmbərin adından sizin qeyd etdiyiniz 3-cü məscid hədisi uydurulur və insanlar Kəbəyə deyil, Qubbətus-Saxranı ziyarət etməyə yönləndirilir…

– Məhəmməd peyğəmbərdən öncə gələn bütün peyğəmbərlərin Qüdslə əlaqəsi var. Müsəlmanların digər peyğəmbərlərə ehtiramını nəzərə alsaq bu fakt Qüdsü müqəddəs hesab etməyə bəs edirmi?

– Bu iddia tamamilə doğru qəbul edə bilmərik. Çünki bizə məlum olanlardan çox məlum olmayan peyğəmbərlər var. Məlum olan peyğəmbərlərin həmin bölgə ilə əlaqələndirilməsi həmin ərazinin bəşərin ilk məskən saldığı məkanlardan biri olması ilə əlaqəlidir.

Həmin yer müsəlmanlar üçün olduğu qədər xristianlar üçün də dəyərlidir və önəmlidir.

Yəhudilər üçün önəmi Süleyman məbədinin orada olmasıdır. Halbuki yəhudilər Süleymanı peyğəmbər yox, sadəcə kral olaraq qəbul edirlər.

Dünya Sionist təşkilatının mərkəzi də Qüdsdədir.

Xristianlar üçün Tanrının seçdiyi şəhərdir. Xristianlıq tarixinin başladığı yerdir. İsa peyğəmbərin qanının axdığı şəhərdir. Onlar üçün tarixin başladığı və bitəcəyi şəhərdir. Onlar həmin şəhərə Hacı olmaq üçün gəlirlər. Xristianların müqəddəs adlandırdıqları Müqəddəs Qəbir kilsəsi, İsa peyğəmbərin əl izi və sair kimi dəyərləri var.

– Belə çıxır Qüds müsəlmanlardan çox xristianların və yəhudilərin şəhəridir?

– Bu gün Qüdsdə məhəllələrdən biri erməni məhəlləsi, biri yəhudi, biri ərəb, digəri də yunan məhəlləsidir. Həmin şəhər hər 3 dinin nümayəndələri tərəfindən idarə olunmalıdır.

– Deməli Qüds müsəlmanlar üçün müqəddəs deyil.

– Orada yaşayan yerli insanların müsəlman olmalarını nəzərə almaq lazımdır… Ümumiyyətlə müqəddəs olan, yəni Quddus ancaq Allahdır.