Mirsamir Məmmədov: "Ulu Öndər Heydər Əliyevin gəlişi ilə xalqımız məşəqqətlərdən xilas oldu"Heydər Əliyevin zəngin dövlətçilik ideologiyasının və güclü Azərbaycançılıq məfkurəsinin qorunması və gələcək nəsillərə ötürülməsi daim xalqımızın əmin-amanlıq içərisində olmasını təmin edəcək..

Bunu politoloq Mirsamir Məmmədov Ulu Öndərin anım günü ilə bağlı Dahi şəxsiyyətin xidmətlərindən danışarkın deyib. M. Məmmədov hələ müstəqilliyimizin ilk çağlarına diqqət çəkərək bildirib ki, 1990-cı illər tragedik hallarla, qanlı-bəlalı günlərlə tarixə düşdü. Müstəqilliyimizə qədəm qoyduğumuz zaman sanki yağışdan çıxıb yağmura düşdük. İmperiya boyunduruğundan çıxıb haqq-hüquq bilməyən və vahid rəhbərlik olmayan yönətimlərin yarıtmaz siyasəti nəticəsində olmazın faciələrilə qarşılaşdıq. Ölkə bölünüb parçalanmağa məruz qaldığında, tragedik siyasi böhranda və təzadlı günlərdə Əliyev xalqın dəvətilə Bakıya gəldi. Belə ürək sızladan olaylarla qarşılaşdığımız faciəvi anlarda xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev, xalqın köməyinə yetişdi. Onun Naxçıvandan Bakıya gəldiyi an, artıq bütün proseslər öz episentrindən dəyişdi.

O, xalqın bütün problemlərinin həllinə və ölkənin yox olma təhlükəsinin qarşısını kəsməyə başladı. Onu tribunada görən insanların gözündə çox böyük ümid qığılcımı yarandı. Nəhayət Ulu Öndərin Bakıya gəlişi ilə ölkə dəhşətli siyasi böhrandan xilas oldu. Xalq onun qətiyyətini görüb təkidlə dövlət başında olmasını istədi. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsində Heydər Əlirza oğlu Əliyev seçicilərin 98,8 faizinin səsini qazanaraq ölkənin prezidenti seçildi. Bununla da Azərbaycanda şanlı bir tarix başladı, Azərbaycanın mükəmməl dövlətçilik təməllərinin yüksək səviyyədə qurulması, müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bütün dünyaya tanıdılması, ölkəmizin sıfırda olan büdcəsinin və olmayan iqtisadiyyatının dirçəldilməsi, inkişaf etdirilməsi və əvvəlki iqtidarın yaratdığı boşluqların, faciələrə yol açan durumların aradan qaldırılması, habelə hərc-mərcliyin, anarxiyanın, özbaşınalığın, dərəbəyliyin qarşısının dərhal alınması proseslərinə başlanıldı. Güclü və qüdrətli ordu yaradıldı, bütün problemlər sürətlə aradan qaldırıldı, iqtiadiyyatı sıfırda olan, heçbir dövlət büdcəsi və maliyyə vəsaiti olmayan Azərbaycan sürətlə inkişaf etməyə, artıq hər bir sahədə öz sözünü deməyə başladı. Məhz bununla da, Azərbaycan regionun ən güclü ölkəsi statusunu qazanmağa nail oldu. Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı. Müasir və qüdrətli Azərbaycan dövlətinin təməllərini atan Ulu Öndər Heydər Əliyev‚ həm də bu gün ölkəmizdəki təhlükəsiz mühitin səbəbkarıdır.

Bu günkü ölkə rəhbərliyinin qüsursuz siyasəti Heydər Əliyevin ideyalarına və onun zəngin dövlətçilik dəyərlərinə əsaslanır. Dünya durduqca bu dəyərlər də xalqımız tərəfindən qorunacaq və gələcək nəsillərə ötürüləcək. Və xalqımız var olduqca da Heydər Əliyev də hər zaman böyük sevgi ilə anılacaq. Çünki bu sevgini dahi şəxsiyyət özü xalqa olan misilsiz xidmətlərilə qazanmışdır. Bütün ömrünü xalqın gələcəyi və dövləyçiliyimizin qorunması üçün həsr edən Böyük şəxsiyyət Azərbaycan tarixinin fenomeninə çevrildi. Milli Dövlətçilik dəyərlərimizin, müasir milli Azərbaycançılıq məfkurəmizin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin həyata keçirtdiyi ən böyük xidmət idi. Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğundan, ölkənin daxili və xarici təhlükəsizliyinin qorunmasına, iqtisadiyyata, sənayeyə və bütün istiqamətlərə həsr olunmuş güclü Dövlətçilik strategiyasının bu gün uğurla davam etdirilməsi Azərbaycanın yüksək və sürətli inkişafını təmin edən və bilavasitə şərtləndirən, iqtisadiyyatın davamlılığını ölkənin inkişafının dinamikliyinin qorunmasını təmin edən ən mühüm amil və faktordur.

Hazırda Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu dəyərlər Azərbaycanı günbəgün və anbaan inkişafa aparmaqdadır. Ölkəmizin bütün uğurları, Azərbaycanın bu gün müstəqil bir ölkə olaraq bütün dünyada öz sözünü layiqincə deyə bilməsi, Azərbaycanın vaxtilə parçalanmaqdan xilas olaraq təşəkkül tapması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əbədiləşdirilməsi, möhkəmlənməsi və uğurla gələcək nəsillərə ötürülməsi Dahi Şəxsiyyət Heydər Əliyev siyasətinin nəticəsidir.
Saakaşvilinin şok görüntüləri yayıldı - VİDEOUkraynalı blogger Miroslav Oleşko Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin şok görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, dünən Kiyevin Peçer rayonunda keçirilən məhkəmə prosesi zamanı lentə alınan videoda Saakaşvilinin anlaqsız vəziyyətdə hərəkətlər etdiyi aydın görünür.

Belə ki, eks-prezident anidən gözləri bərəlmiş halda ətrafa baxır, qəribə davranışlar edir.

Blogger iddia edib ki, Saakaşvili ilk dəfə deyil ki, kamera arxasında buna bənzər hərəkətlər edir.

Oleşko, onun narkotik vasitələrin təsir altında olduğunu da əlavə edib.

İzləyicilərin də əksəriyyəti bloggerlə razılaşaraq, Saakaşvilinin narkoman təsiri bağışladığını bildiriblər.

Qeyd edək ki, dünən Kiyevin Peçer rayon Məhkəməsi Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib.

Hakim Larisa Çokol Saakaşvilini məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.
İşdən evə gec gəldiyinə görə bacısını öldürübBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Anar Məsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində A.Məsimovun atası Akif Məsimov ifadə verib.

Akif Məsimov həmçinin qızı öldüyü üçün hüquqi varis kimi tanınıb.

O, oğlu ilə qızının tez-tez mübahisə etdiyini deyib. Akif Məsimov oğlunun psixoloji probleminin olduğunu bildirib.

Təqsirləndirilən Anar Məsimov isə ifadəsində bacısının evdən tez-tez getdiyini və buna görə də mübahisələrinin yarandığını qeyd edib.

Proses dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, A.Məsimov evə gec gəldiyi üçün bacısı Nigar Məsimova ilə mübahisə edib və onu bıçaqlayıb.

Hadisə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı A.Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı N.Məsimovanı qətlə yetirib.

Məlumata görə, N.Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. A.Məsimov bacısına işdən evə gec gəldiyinə görə xəbrdarlıq edib.

Növbəti dəfə isə irad bildirilərkən bacısı ilə mübahisə edib. N.Məsimovanın qardaşına kobud cavab verməsi A.Məsimovu qəzəbləndirib. O, mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.

Hadisədən sonra evi tərk edən A.Məsimov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Prezident İstanbula getdi - FotoPrezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfər edib.

Avrasiya.net xəbər verir ki, Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gedib.
Azərbaycanda kürəyində cinsi orqan olan körpə doğulub - FOTOAzərbaycanda qəribə patologiyalı oğlan uşağı doğulub.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayevin Medicina.az-a verdiyi məlumata görə, bir müddət əvvəl dünyaya gəlmiş körpənin kürəyinin ortasında cinsiyyət üzvü olub.

Həkimin sözlərinə görə, özünün normal cinsiyyət üzvü olmasına baxmayaraq, uşağın kürəyində daha bir parazit orqan olub və o, əməliyyatla götürülüb: "Bu orqan əslində əkiz tayın orqanıdır, sadəcə həmin döl inkişaf etmədiyindən, bir orqanı dölə yapışıb qalıb. Əməliyyat zamanı parazit tam çıxarıldı, kürəkdə heç bir birləşmə qalmadı. Uşaq tam normal şəkildə evə yazıldı və yaşıdlarından fərqlənmir”.

Uşağın yaxınları deyir ki, körpə doğularkən həm valideynlər, həm doğuşu qəbul edən həkimlər gördükləri mənzərədən şoka düşüb. Tibdə isə heteropagus adlanan belə patologiyalara ara-sıra rast gəlinir.
Fazil Məmmədov barədə yeni iddialar - Araşdırma başladı, mülkü əlindən alındıPrezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında yaranan müzakirələr genişlənməkdə və hər keçən gün yeni hal almaqda davam edir.

Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Həm də bu məqamda ortaya belə bir sual çıxır: "Nazir səhhətindən şikayətçi idisə, niyə özü istefa vermirdi?..”

Sabiq nazir mətbuata açıqlamasında "Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm” deyib.

Modern.az F.Məmmədov "sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlanıldığı barədə məlumat yayıb.

Sayt yazır ki, gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur.

Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqda olduğu vurğulanır.
QHT İmişlidə üç gün təlim keçirib“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 2-3-4 dekabr 2017 - ci ildə İmisli rayonunda yerli QHT -lərin nümayəndələrinin iştirakı ilə “Qiymətləndirmə və Dəyərləndirmə” mövzusunda 3 günlük təlim keçirib.

Keçirilən təlimin məqsədi təşkilatların daha səmərəli fəaliyyətləri üçün qiymətləndirmə, qiymətləndirmənin əsasları, növləri və həyata keçirilmə məqsədləri, qiymətləndirmə və monitorinqi fərqləndirən cəhətlər mövzularında bilik və bacarıqların artırılmasına həsr edilmiş seminarlar olub. Qeyd olunan mövzular barəsində qrup işləri və təqdimatı, fikir mübadilələrinin aparılması, təlim iştirakçılarına bu mövzularda daha ətraflı biliklərin verilməsi də həyata keçirilib.

Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı və Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib. 3 gün ərzində təşkil olunan təlimdə ekspertlər və iştirakçılar arasında qarşılıqlı müzakirələr və qrup işləri tədbirin maraqlı keçməsində mühüm rol oynayıb. Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutulan digər fəalliyətlər də həyata keçiriləcək.

Qeyd edək ki, təlim Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilib.
QHT İmişlidə üç gün təlim keçirib
Salyanda qətlə yetirilən ana və 4 qızının qəbri üstündə ürəkağrıdan mənzərə — FOTO + VİDEOƏri və oğlu tərəfindən qətlə yetirilmiş Mehparə Əliyeva və qızlarının qəbiri üstündə Mehparənin qardaşının halı pisləşib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Mehparə Əliyevanın qardaşı Elnurun halı pisləşib və o, yerə yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının müdaxiləsindən sonra Elnuru həyata qatarmaq mümkün olub.

"Ölkə.Az" həmin anın görüntülərini sizə təqdim edir:


Qonşu kişi ilə hamamda tutulan gəlin və onu güllələyən qayınata - FOTOLARXəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini namus üstündə odlu silahla qətlə yetirib. Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü, gəlini Aysel Xanağa qızı Məmmədovanın başından 2 güllə vuraraq qətlə yetirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlayıblar. Qətli törədən şəxs isə şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işini araşdıran müstəntiq Zaur Qasımovun “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qeyd edək ki, qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.
Ramiz Məlik də Məleykəni məhkəməyə verdi: “300 min təzminat istəyirəm”Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verməyə hazırlaşır.

O, bu barədə Publika.az-a açıqlamasında bildirib: “Ayın 19-u məhkəməmizdir. Mən də vəziyyətə baxıb, Məleykəni məhkəməyə verəcəm. Məleykə xanım mənim evimə zəng edərək, həyat yoldaşımı hədələyib. 300 min manat təzminat tələb edirəm”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Xalq artistinə qarşı nalayiq ifadələr işlədib. Məleykə Əsədova isə həmkarını məhkməyə verərək ondan şərəf və ləyaqətini təhqirinə görə 200 min manat təzminat tələb edib.