Putinin Azərbaycana qarşı müəyyən planları var - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Rusiyada mart ayı keçiriləcək prezident seçkilərində Putin yenidən namizədliyini verəcək. Putinə alternativ siyasətçi, Navalnı olsa da onun qalib gəlmək şansı sıfıra bərabərdir. Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar sosial-iqtisadi vəziyyəti ağırlaşdırsada, Putinin beynəlxalq siyasətdə Rusiyanın rolunu artırması, Şərqi Avropa və Yaxın Şərqdə hərbi fəaliyyəti Putinə qarşı daxildə müəyyən dərəcədə populyarlıq qazandırıb.

Qeyd edim ki, Putin seçkini keçirdikdən sonra, əsas hədəfində Mərkəzi Asiya və Cənubi Qafqaz olacaq. Rusiya tam gücü ilə bu regionlarda öz siyasi-ideoloji təsirlərini, həmçinin təzyiqlərini artırmaqla, öz nəzarətini gücləndirməsi qaçılmazdı. Həmçinin Belarusun mərkəzdən qaçma siyasətinin qarşısına sərt təpki göstərəcək.

Qarabağ münaqişəsinə gəldikdə isə, danışıqlarda manipulyasiyanı davam etdirməklə, Azərbaycan və Gürcüstana qarşı separatizm, işğal siyasətini davam etdirməsi gözlənilir.

Xüsusi ilə Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi təzyiqləri qaçılmazdı. Xarkov və Odessa işğal edilə bilər. Bundan əlavə Bribaltikaya qarşı-öz sərhədlərində hərbi iştirakını artırmaqla, ciddi şəkildə təzyiqlərə start verməsi gözlənilir. Çünki, Qərblə Rusiya arasında soyuq savaş davam edir və yeni fazaya keçir.

Yaxın Şərqdə güclənən Putin post-sovet ölklərinə nəzarəti gücləndirməklə, ABŞ-ın Qafqaz və Mərkəzi Asiya siyasətinin qarşısını almağa çalışır. Həmçinin Şərqi Avropada öz sərhədlərinin yaxınlığında ABŞ-ın hərbi iştirakını təhlükəsizliyinə təhdid hesab edir. Ona görə də Şərqi Avropa və Baltikyanı Rusiya təhlükəsi ilə qarşı-qarşıyadır.

Rusiya tanklarının Şərqi Avropada irəliləməsinə-sərhəddi keçməsinə ABŞ-ın mane olması illuzuyadır. Necə ki, bunu Ukraynada və Gürcüstanda etdi...

Putinin Azərbaycana qarşı müəyyən planları var. Çünki, Putinin Avrasiya və KTMT planlarında yer almır. Müəyyən dərəcədə müstəqil siyasət aparır və TANAP, Bakı-Tiflis-Qars kimi geostrateji lahiyələrlə Rusiyanın maraqlarına uyğun olmayan siyasətə qol qoyub. Azərbaycan iqtidarına qarşı prezident seçkiləri öncəsi, Kreml Abbas Abbasovun başçılığı ilə siyasi ittifaq formalaşdıra bilər. Kremlin çevrəsində kifayət qədər hakimiyyətin qarşısına çıxarıla biləcək şəxslər var.

Azərbaycana Moskvanın səfir təyinatının gecikməsində, məhz diplomatik soyuqluqdan irəli gəlir. Seçki öncəsi, Kreml ermənipərəst Zuyevi səfir göndərməklə, Azərbaycana seçki öncəsi təzyiqləri planlaşdırırdı. Yeni səfir təyinatında Rusiya elə bir şəxsi göndərmək istəyir ki, keçmiş səfir Doroxin kimi loyal siyasət aparmasın.

Hazırda Rusiyanın təzyiqləri Qarabağ və Xəzər dənizində özünü biruzə verir.

Qərb Putinin aqressiyasını durdura bilməsə, Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa yaxın beş il ərzində Rusiyanın əsas nəzarətinə keçmək təhlükəsi ilə üz-üzədir. Qərbin əlində əsas kart olan şimali Qafqazda hazırda Putinin tam nəzarətindədir.
İlhamənin oğlu Orxan Nadirov 100 mini necə mənimsəyib? - Deputat və nazir qohumları da onunla əlbir imiş...Mərhum xalq artisti İlhamə Quliyevanın həbs edilən oğlu Orxan Nadirovun 3 gün əvvəl həbs edilmişdi. Onun həbsini Daxili İşlər Nazirliyi də təsdilədi. Lakin cəmi iki gün sonra Criminal.az saytına məlumat daxil oldu ki, O.Nadirov zaminə buraxılıb.

Onun özü isə ölke.az saytına açıqlamasında DIN-ni təkzib etdi və həbsini məsuliyyətsiliyi ilə əlaqələndirdi: "Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm".

Criminal.az-ın əldə etdiyi məlumata görə, O.Nadirov hazırda həbsdə olan Səbuhi Əliyevin azadlığa buraxılması üçün ümumilikdə 80 min manatdan artıq pul mənimsəyib. Bunu O. Nadirovun dostu olmuş Vüqar Bəkirov da Criminalaz-a açıqlamasında bildirib, bu haqda bir azdan..

''Səbuhi Əmrə kimdir?''

Əliyev Səbuhi Bayram oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Biləsuvar rayon sakini olan S.Əliyev özünü Türkiyə vətəndaşı "Əmrə Ünlü Miyaroğlu" kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib. O, aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında "Kapital" MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan "Azərsu" ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14 min 200 manat pul alıb. Bundan başqa onlar "Rifah-inşaat" MMC-nin rəhbəri Abbas Rüstəmovdan "Qızıl-Qaya" su anbarının tikintisi adı ilə 10 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Ancaq onun əməlləri bununla bitmir.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında S.Əliyevin cinayət əməlləri haqda materiallar var. Məlum olur ki, FHN adından istifadə edən bəzi “işbazlar” zəlzələ bölgəsində (Zaqatala, Qax) zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar. Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı “Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı “Əmrə Ünlü”, “Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin “Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.

Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin “Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20.000 manat pulu “Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb.

Xalq artistinin oğlu S.Əliyev-in azadlığa çıxardacağına söz verərək, onun qardaşından külli miqdarda pul alaraq mənimsəyib.

24 min manatı Dəniz Vağzalının qarşısında verib

V.Bəkirov Criminal.az-a açıqlamasında O.Nadirovun əməlləri barədə geniş danışıb. Bildirib ki, S.Əliyevi elə Orxanla eyni vaxtda tanıyıb: ''Tutulan şəxsi Orxanla eyni vaxtda tanımışam. Mənim şirkətim vardı, Səbuhi Əliyevlə iş birliyim var idi. Həmin adamla məni Orxan tanış etmişdi. Həmin vaxt Səbuhi özünü türk iş adamı kimi qələmə vermişdi. Adını isə Səbuhi Əmrə kimi demişdi. Onun ''Miss Qlobal Azərbaycan'' yarışmasının finalının təşkilati məsələlərini mənə həvalə etmişdi. Tutulandan sonra bildim ki, o, azərbaycanlıdır, Biləsuvar rayonundandır''.

V.Bəkirovun sözlərinə görə, O.Nadirov Sabuhinin azad olunması üçün qardaşı Xaliq Əliyevdən ilk dəfə 24 min manat alıb: ''Xaliq pulu Dəniz Vağzalının qarşısında Orxanın dostuna verib. Bundan sonra isə Orxana 1500, 2000, 4000 manat olmaqla ümumilidə 10 min manat verilib. 10 min manatı Xaliq Səbuhinin keçmiş işçisi olmuş Orxan İkibaşovdan borc alıb verib. Bundan sonra Səbuhinin bu gün-sabah burxalacağı deyilir. Qardaşı saatlarla Səbuhuni Korrupsiya Qarşı mübarizə idarəsinin qarşısıında gözləyir. Beləliklə, bir müddət keçdikdən sonra yenidən 35 min manat tələb olundu. Guya Səbuhini buraxdırmaq çətin oldu, Baş Prokurorluqdan bu işə nəhayət ki cavab verildi. Bu adla yenidən 35 min manat pulu Orxana mənim yanımda verdilər. Orxan isə pulu aparıb dostu Fuada verir. Bir də xəbər tutduq ki Səbuhiyə Ağır Cinayətlər Məhkəməsi 12 il cəza verib. Beləliklə pul yeyildi, mən qaldım bunların əlində. Guya pulu mənə veriblər''.

''Kraliça, rahat oldun, Vüqari tutdurdum..''

V.Bəkirov deyir ki, işin həll olunması üçün yuxurı yerlərdən adamların adlarını çəkirdi, güya işi onlar həll edir: ''Bunlar məni ortada qoyub qaçılar. Bu işdə deputatın kürəkəninin adı hallandırılıb. Onıların bütün kartlarını açdıqdan sonra planlı şəkildə iş qurub məni aradan götürdülər. 1 il 2 ay həbsdə saxladılar. Çətinliklə də olsa apellyasiyada bəraət aldım. Hətta dedilər ki, mən həbs olunandan sonra Orxan İlhaməyə deyib ki, Kraliça rahat oldun, Vüqari tutdurdum. Bu məsələdə Orxanının dostlarının içərisində nazirin qardaşı oğlunun da adı çəkilirdi. Nazirin qəbulunda da oldum. Sonradan məlum oldu ki, həmin adamın bunlarla əlaqəsi yoxdur. Sadəcə Səbuhidən alınan pöul işində adı keçən bir nəfəri mənə adını çəkmədiyim nazirin qardaşı oğlu kimi təqdim ediblər''.

''Bu məsələ ilə bağlı İlhamə Quliyevaya da demişdim''

''Orxan Nadirovun natorial qaydada dilindən verdiyi sənəd var. Vəd verir ki xırda-xırda alınmış 10 min manata qaytaracaq. Bu məsələ ilə bağlı İlhamə Quliyevaya da demişdim. O, mənə 10 min verdi, aparıb qaytardım. Bundan sonra Orxan aləmi qarışdırdı ki, o pulu almayıb, güya başqa adamın yerinə qaytarır. Bundan sonra İlhamə pulun geri qaytarılmasını tələb edir. Mən də borc taparaq 10 mini geri qaytardım. Beləliklə 10 min manatı Orxanın yerinə mən ödəmiş oldum. Hətta sonra Orxan dedi ki, 35 min manata həbs olunan Səbuhinin qardaşına qaytarıb, amma bu da absurd idi. Bu işin əvvəldən axırına kimi içərisində olmuşam. Pullar məqsədli və planlı şəkildə alınıb. Onlar da bilirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tutdugu adamı çıxartmaq mümkünsüzdür. Onların məqsədi pulu mənimsəyiblər. Ümumilikdə 100 min manata qədər pul mənimsənilib''-deyə V.Bəkirov vurğuladı.
Qardaşı arvadını qohumu ilə sevişərkən tutdu və... - SalyandaSalyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Zaur Quliyev 4 oktyabr 2016-cı il tarixdə, gecə saat 01-də yaşadığı Salyan şəhəri, F.Məlikov küçəsində yerləşən 44 saylı evin birinci mərtəbəsindəki otaqda ailəsi ilə yaşayan qardaşı Məmmədağa Quliyevin arvadı Gülşən Feyziyevanın ərinin Bakı şəhərinə getməsindən istifadə etməklə yataq otağında kənar şəxslə intim əlaqədə olmasından şübhələnib.

Qardaşı arvadını yataqda kişi ilə tutdu

Daha sonra Zaur Quliyev mətbəxdən bıçaq götürərək Gülşən Feyziyevanın olduğu yataq otağına daxil olub. Orada uzaq qohumu Nurlan Xankişiyevin Gülşən Feyziyeva ilə birlikdə intim münasibətdə olduqlarını görüb.

Zaur Quliyev Nurlan Xankişiyevi qəsdən öldürmək məqsədi ilə onun ünvanına nalayiq sözlər işlədib, sonra onun üzərinə hücum edib. O, bıçaqla Nurlan Xankişiyevin döş qəfəsidən zərbə vurub.

Qanlı dava

Nurlan Xankişiyev özünü müdafiə edərək, Zaur Quliyevin bıçaq olan əlindən tutub və özündən kənarlaşdırıb. Sonra Zaur Quliyev evdən qaçmaq istəyib.

Bu zaman Zaur Quliyev arxadan Nurlan Xankişiyevin kürək nahiyəsinə daha iki zərbə vurub. Yaralı olan Nurlan oradan qaçaraq gedib.

Qardaşına verilən xəbər və hədə-qorxu

Daha sonra Zaur Quliyev gecə saatlarında Bakı şəhərində olan qardaşı Məmmədağaya zəng edib və evlərinin yataq otağında arvadı Gülşən Feyziyevanın Nurlanla intim münasibətdə olarkən yaxalaması barədə məlumat verib.

Bu zaman Məmmədağa ona telefonu Gülşən Feyziyevaya verməsini deyib. Həmin vaxt arvadı ilə telefonla danışan Məmmədağa ona dərman qəbul edərək özünü öldürməsini tələb edib. Əks halda Bakı şəhərindən qayıdaraq onu öldürəcəyini bildirib.

İntihar edən arvadını döydü

Sonra Məmmədağa Quliyev xəyanət etdiyinə görə arvadından qisas alaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bu məqsədilə dərhal Bakı şəhərindən yaşadığı Salyan rayonundakı evinə gəlib.

Məmmədağa Quliyev səhər saat 05-də evinə çatıb və arvadının yatdığı yataq otağına daxil olub. O, içdiyi dərmanların təsirindən halsız vəziyyətdə çarpayıda üzü üstə uzanan Gülşən Feyziyevanın bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirib.

İntihar, yoxsa qətl?

Daha sonra Məmmədağa Quliyev huşsuz vəziyyətdə olan arvadının boğazından yapışaraq boğmağa başlayıb. İntihar etmək üçün dərman qəbul edən qadının isə həmin vaxt ona müqavimət göstərmək imkanı olmayıb. O, köməksiz vəziyyətdə olan Gülşən Feyziyevanı boğaraq öldürüb.

Məmmədağa Quliyevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Zaur Quliyevə isə 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İki qardaşın cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Quliyev 16 il, Zaur Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkum qardaşlar apelyasiya şikayəti veriblər. Zaur Quliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Digər təqsirləndirilən Məmmədağa Quliyev isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məmmədağa Quliyevin apelyasiya şikayəti qismən təmin olunub.

Məhkəmə onun barəsində olan cəzanı 15 ilə endirilməsi barədə qərar qəbul edib. Digər təqsirləndirilən Zaur Quliyevin apelyasiya şikayəti təmin olunmyıb.
GMİ Batumidə Mövlud mərasimi və hesabat tədbiri keçiribTbilisidə olduğu kimi dünən ölkənin qərbindəki Muxtar Vilayətdə də Bütün Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı və mövlud bayramı ilə bağlı tədbir keçirilib.

Avrasiya.net-in Gürcüstandakı nümayəndəsi xəbər verir ki, tədbirdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, Türkiyə Səfirliyinin din müşavirliyi Nəbi Gümüş, İran İslam Respublikasının Batumidəki konsulu və digər qonaqlar çıxış edərək öncə Hz. Məhəmməd Peyğəmbərin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Hz. Məhəmməd Peyğəmbərin (s) sifariş və nəsihətlərindən, gətirdiyi İslam dininin üstünlük və özıllikləri barəsində ətraflı danışıbar. Çıxış edən din rəhbərləri müsəlmanların ilk qibləsi olan “Qüds” məsələsinə toxunaraq ABŞ prezidentinin qərarını qınadılar. Bu addımın dinlərarsı ziddiyyətlərin yaranmasına və Yaxın Şərqdə gərginliyin daha da alovlanmasına səbəb olmasın deyə ölkə və dünya dövlətlərini bu qərarın ləğvində həmrəy olaraq, lazımi addımlar atmağa səslədilər.

Mərasim azyaşlıların Quran tilavəti və qəsidə, şeir və ilahilərlə davam etdi.

Sonra Quran yarışmasının qaliblərinə və fəal din xadimlərinə mükafatlar təqdim olundu.

İdarənin əməkdaşı Otar Nadiradze ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək təqdim etdi.
Sonra qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşdülər. İçtirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olundu.
GMİ Batumidə Mövlud mərasimi və hesabat tədbiri keçirib
Erməni zabit Azərbaycanda HƏBS OLUNDUSon vaxtlar ön xətdə döyüş növbətçiliyinin aparılması qaydalarının pozulmasına görə Ermənistan ordusunda cinayət məsuliyyətinə cəlb olunanların da sayı artmaqdadır.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan mediası yazıb.

Bu günlərdə məlum olub ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən düşmən ordusu bölmələrindən birinin zabiti Yervand Xaçatryan həbs edilib. Onun döyüş növbətçiliyinin aparılması qaydalarını pozduğuna görə saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.
Röyanın keçmiş biznes ortağı həbs edilibTanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.

Avrasiya.net Report-a istinadən məlumatına görə, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.
Rəssam Gündüz Əlizadə vəfat etdiAlmaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə dekabrın 9-da vəfat edib.

Oxu.az xəbər verir ki, dostlarının sosial şəbəkə hesabında yazdığına görə, rəssam uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Gündüz Əlizadə “Kirpi” və “Gənclik” jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınırdı. Xeyli zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 Yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.
Yaxşı nədir, pis nədir?Əmrah Fəqanoğlu

Rəhmətlik Məşədi İbad demişkən, bəzi əməl və davranış tərzləri var ki, adam bir növ onlara adətkardır. Özü də adətkar olduğumuz bu əməl və davranış tərzlərinin həm özümüz, həm də bizi əhatə edən toplum üçün nə qədər zərərli və utancverici olduğunu düşünəndə əlacın təkcə ürək dolusu bir “ah” çəkməyə yetir. Bilirəm, o saat gözünüzün qarşısında metro və avtobusdakı basabaslar, itələşmə və “dartma, yaxam cırıldı” quruluşlu “məşhur” səhnələr canlandı. Buraya nə vaxt açılacağı bilinməyən uzun-uzadı avtomobil tıxaclarının hirs-hikkəsini bir-birinin üstünə tökməyə çalışan sürücülərin acıqlı sifətlərini, bərbəzəkli söyüşlərini də əlavə etmək olar. Amma nə yaxşı ki, istər metro və avtobuslardakı basabaslarda, istərsə də tıxaclarda yaranan qalmaqalların sonunda heç olmasa bir dərrakəli adam irəliyə durub, “ay mənim xalqımın övladları, boş-boş şeylər üstündə bir-birinizi niyə qırırsınız, bir-birinizə niyə düşmən kəsilirsiniz, axı hamımızın bir ümumi düşməni var- o da ərazilərimizin iyirmi faizini işğal edib, əhalisinin qırdığını qıran, qıra bilmədiyini isə didərginə çevirən ermənilərdir”- söyləyir. Nə qədər olmasa, yenə də bu sözlərdən nəticə çıxaran, yəni əhəmiyyətsiz şey üstündə axtarsan bəlkə də uzaq qohumu çıxa biləcək adama dişinin dibindən çıxanı demiş, yumruq qaldırmış, qadındısa saçyoldusuna çıxmış kəslər cüzi də olsa peşmançılıq hissi keçirirlər. Qanmayanlar isə onsuz da qanan deyillər. Belələrinə on il sərasər öyüd-nəsihət versən də, sakitcə dinləyib, sonda yenə öz bildiklərini edəcəklər... Öz naqisliklərinə haqq qazandıranda isə əllərinə keçən hər nə varsa-şər, böhtan, şantaj hamısından gen-bol istifadə edirlər.

Yeri gəlmişkən, bir adamın tanıdığı, yaxud tanımadığı adama hansı müraciət formasını seçməsi də bir növ vərdişlə bağlıdı. Həm də birbaşa onun mədəniyyətinə, lap deyərdim əxlaqi dəyərinin hansı səviyyədə olmasına dəlalət edən məsələdir. Nəğməkar quş səsindən bəlli olan kimi.

Hər birimiz gündəlik həyatımızda bizə müraciət edən onlarla şəxslə qarşılaşırıq. Şəxsən özümə gəldikdə “qardaş”, “əmi”, “dayı”, “müəllim” və nəhayət, ən sevmədiyim “ağsaqqal” müraciətlərinin hədəfində oluram. Bəzən məndən yaşca böyük, yaxud təxminən eyni yaşda olması açıq-aşkar gözə girən kişi və qadınların “dayı” kəlməsi ürəyimə toxunsa da, üzə vurmamağa çalışıram, düşünürəm ki, qoy bundan ürəkləri xoş olursa- olsun, mənimlə nisbətdə özlərini cavan hesab edib, xoşbəxtliyin ləzzətini yaşasınlar. Baxmayaraq ki, belə tip insanlar üçün ilin bütün günləri bayram əhval-ruhiyyəsində keçir, şadlanmaq, şit-şit deyib-gülmək üçün özlərinə bir səbəb axtarıb tapırlar.

O gün yeraltı keçidə yaxınlaşırdım, gördüm kənarda bir neçə polis işçisi dayanıb. Təxminən 35-40 yaşlarında olardılar. Mənə həmişə yeraltı keçiddən istifadə etməyi məsləhət görməklə, bunun daha təhlükəsiz olduğunu vurğuladılar. Onlara məsləhətlərinə və biz piyadaların qayğısına qaldıqlarına görə minnətdarlıq edəndə, içərilərində mənimlə təxminən eyni yaşda olanı “ağsaqqal, borcumuzdur, amma bax ha, yeraltı keçiddən istifadə etməsən, sənə güzəşt olmayacaq”-deyə hündürdən xəbərdarlıq elədi. Nə gizlədim, onun nə bu yüksək səs tonu, nə də müraciət forması xoşuma gəldi. Cavabında “mənim ağsaqqal olmağıma hələ ən azından iyirmi il var, hələ o yaşa da çata bilsəm”-dedim. Polis nəfəri sir-sifətinə narazı görkəm verib, nümayişkəranə tonla “elə bilirsən ağsaqqal olmaq asandı, hər adam ağsaqqal ola bilmir e”- dedi. “Onsuz da ağsaqqal ola bilməyəni də zorla ağsaqqal edirsiziniz”- eşitdirdim...

Zibil qutusu bir addımlığında ola-ola əlindəki lazımsız əşyaları yerə tullayanlar, avtomobil hərəkətdə ola-ola başını pəncərədən çıxarıb yola tüpürənlər, zibil atanlar, svetoforla tənzimlənən yolayrıclarında qırmızı ışığı vecinə almayıb yolu keçənlər, həyətdə oyun oynayarkən valideynlərindən aldıqları tərbiyəni nümayiş etdirməklə bir-birlərini ağır söyüş atəşinə tutan uşaqlar... Bunların hamısı yad deyil, öz doğma millətimizin nümayəndələridir. Gəlin heç bir halda onların bu pis adət və vərdişlərinə haqq qazandırmağa çalışmayaq. Çalışıb pisləri də yaxşıların cərgəsinə qoşaq. Əlbəttə ki, əgər bacarsaq...
“Yaşa Bakinski”ni öldürən şəxsə 18 il hökm oxundu - ProsesBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Balaəhməd Əliməmməd oğlu Balaəhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Balaəhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Balaəhmədovu öldürüb.


Baləhməd Balaəhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə "Yaşa Bakinski” ləqəbi ilə tanınıb.
40 yaşında ali məktəbi bitirən, 11 il sonra isə professor olan icra başçısı...Prezident İlham Əliyevin ötən həftə Qubanın icra başçısı Yaşar Məmmədovu, bir neçə gün əvvəl isə vergilər naziri Fazil Məmmədovu vəzifələrindən azad etməsi, diqqəti barəsində daha çox şikayətlər edilən məmurların üzərinə yönəldib.

Mia.az xəbər verir ki, barəsində çıxarılacağı haqda xəbərlər artan məmurlardan biri də Beyləqanın icra başçısı Vaqif Abdullayevdir.

Məlumata görə, rayon ictimaiyyəti ilə normal münasibət qura bilməyən icra başçısı ilə bağlı təkcə rayonda deyil, həm də hakim dairələrdə narazılıq var: "Sözsüz ki, bu narazılıq birdən-birə yaranmayıb. Vaqif Abdullayevin 21-ci əsrdə əyalət rayonunda zora söykənən idarəçiliyi, məmur və sahibkarlarla kobud davranışı artıq bardağı daşırıb. Siyasi elmlər namizədi dərəcəsi almış 61 yaşlı icra başçısının belə davranışı, əlbəttə, xoş qarşılana bilməz”.

Məlumata görə, bir neçə ay əvvəl Maliyyə Nazirliyi rayonda geniş yoxlama aparıb. Ancaq yoxlamanın necə yekunlaşdığı haqda isə hər hansı rəsmi məlumat açıqlanmayıb.

Bu və ya digər məqamlarla bağlı araşdırma aparkən, İH-nin rəsmi saytında (http://beyleqan-ih.gov.az/page/20.html) icra başçısının tərcümeyi-halında diqqətimizi maraqlı fakt çəkdi.

İcra başçısının yayılan rəsmi tərcümeyi-halından aydın olur ki, 1956-cı ildə anadan olan Vaqif Abdullayev düz 40 yaşında ali məktəbi bitirib.

Belə ki, 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən icra başçısı 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Gec, amma sürətli elmi yüksəlişə keçən Vaqif Abdullayev ali məktəbi bitirdikdən 11 il sonra isə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb.

Bütün bu faktlar İcra Hakimiyyətinin saytında verilib.

Onun tərcümeyi halını İH-nin saytına istinadən olduğu kimi təqdim edirik:

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.II çağırış Milli Məclisin deputatı olmuşdur. 02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib ,10.04.2012-ci il tarixdən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif İdris oğlu Abdullayevi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur.

Elmi tədqiqatları:

Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunmuşdur.

Əsərləri:

Millət ideyası: siyasi aspekt-Bakı 1998

O, böyük siyasətə hazırdır-Bakı 1999

Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000

Müstəqilliyimizin strategiyası-Bakı 2002

Sülh və sabitlik Prezidenti-Bakı 2004

Planetar təfəkkürlü lider-Bakı 2007

Məsələ ilə bağı İH-dən rəsmi mövqe öyrənə bimədik. Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.