Gənc oğlan lift şaxtasında öldüBakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

Avrasiya.net-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Azərbaycanlı gəncin erməni qızla çəkdirdiyi şəkil sosial medianı bir-birinə vurdu - FOTORusiyada yaşayan azərbaycanlı gəncin sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib.

Avrasiya.net xəbər verir ki, Urfan adlı azərbaycanlı gənc erməni qızla çəkil çəkdirib və paylaşdığı şəklə “Xalqların dostluğu” şərhini verib.

Fotoda azərbaycanlı gənc bayrağımızı tam şəkildə açdığı halda, erməni qız isə bayrağına bürünmüş şəkildə dayanıb.

Qeyd edək ki, foto “İnstagram” sosial şəbəkəsində yayımlanıb.

A24.az
Alimlər səbəbini tapdı - Kişilər niyə homoseksual olur?Amerikalı mütəxəssislər insan genetikası ilə bağlı yeni nailiyyət qazandıqlarını elan ediblər.

Aparılan təcrübə nəticəsində kişilərin homoseksuallığa meyl etmə səbəbini müəyyən edən mütəxəssislər nəticəni “Scientific Reports” jurnalında dərc etdiriblər.

Təcrübədə 1230 nəfər heteroseksual, 1077 nəfər isə homoseksuallar iştirak edib. Aparılan testlər nəticəsində müəyyən olunub ki, homoseksual və heteroseksual kişilərin genetikasında beynin və tiroid vəzinin işləməsinə əsaslı təsir edən qeyri-kodlaşdırıcı fraqmentlərdə ciddi fərqlər var.

Bu fraqmentlərdən birində SLİTRK5 və SLİTRK6 genlərində 13 xromosom olduğu müəyyən edilib. Daha sadə dillə desək, bu xromosomlar kişilərin cinsi seçimlərini müəyyən etmələrinə təsir edir.

Növbəti fərq TSHR genində müəyyən olunub ki, burada da 14 xromosom aşkarlanıb. Bu isə öz növbəsində tiroid hormonlarının konsentrasiyasına təsir edir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, homoseksuallar bu hormonlara edilən müdaxilələrlə normal vəziyyətə gətirilə bilərlər.

Qeyd edilir ki, əldə olunan bu nəticələr ilkin nəticələrdir. İşə başlamaq üçün daha ciddi və daha çox təcrübələr aparmaq vacibdir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, bu təcrübə bu günə qədər əldə olunan ən böyük nəticələrdən birini verib.

Qaynarinfo.az
Ərdoğan ABŞ-ı hədələdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.

"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.
Saakaşvili baş prokuroru məhkəməyə verdiGürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru və hazırda Kiyevdə həbsdə saxlanılan Mixail Saakaşvili Ukraynanın Baş prokuroru Yuri Luçenkonu məhkəməyə verib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “NyusVan” telekanalı məlumat yayıb.

“Saakaşvili baş prokurordan məhkəməyə şikayət edib. Vəkil dedi ki, prokuror ibtidai istintaq materiallarını səsləndirmək haqqına sahib deyil”, - məlumatda bildirilib.

Vəkil siyasətçini azad etmək üçün məhkəmədə qarşı tərəfi tam ittiham etmək niyyətindədir.

Qeyd edək ki, Luçenko dekabrın 5-də ukraynalı biznesmen Sergey Kurçenko ilə Saakaşvilinin səs yazısını ictimaiyyətə təqdim etmişdi. Səs yazısında Kurçenkonun Saakaşvilini maliyyələşdirmək istəməsi əks olunmuşdu.

Qeyd edək ki, 2 gün öncə gecə saatlarında Saakaşvili Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Deputat əməliyyat olunduBir neçə gün öncə qəfldən halı pisləşərək xəstəxanaya yerləşdirilən Milli Məclisin deputatı Yevda Abramov artıq əməliyyat olunub.

Əməliyyatdan bu günə qədər səhhəti ilə bağlı heç bir açıqlama verməyən millət vəkili Modern.az saytına danışıb.

“Şükürlər olsun ki, səhhətim normaldır. Hər şey yaxşıdır. Mənimlə maraqlanan hər kəsə minnətdaram. İnsan həyatıdır. Hər kəs xəstələnə bilər. Əsas odur, hər şey qaydasında olsun”.

Deputat səhiyyə sistemindən razılığını dilə gətirib. “Səhiyyə işçiləri çox sağ olsunlar ki, mənim qeydimə qalırlar, maraqlanırlar. Onların zəhməti danılmazdır. Ümumiyyətlə, Azərbaycan təbabətinə inanıram və səhiyyəmizə minnətdaram”. Qeyd edək ki, bir neçə gün bundan qabaq Yevda Abramovun səhhətində onkoloji xəstəlik aşkar olunub və Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Bakıda uşaqları əlindən alınan kişi intihara cəhd etdiBakının Binəqədi rayonu ərazisində bir nəfər intihara cəhd edib.

Hadisə şahidlərinin baku.ws-ə verdiyi məlumata görə, orta yaşlı kişi uşaqlarının əlindən alındığına etiraz etmək məqsədi ilə bu addımı atıb.

Biləcəri yolunda, məcburi köçkünlərin yerləşdiyi köhnə binanın damına çıxan şəxs intihara cəhd edib.
Qaynanası tərəfindən uşaqlarının əlindən alındığını deyən kişi özünü öldürəcəyini bildirib. Ancaq sonradan onu fikrindən yayındırmaq mümkün olub və həmin şəxs xilas edilib.
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?Zaman-zaman məmurların bir-birinə borclu olması məsələsi gündəmə gəlib və mediada belə hallarla bağlı yazılar dərc olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə bir-birinə borclular arasında Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə iləsabiq vergilər naziri Fazil Məmmədov var.

Belə ki, Abdullazadə PA-da işlədiyi vaxtlarda Fazil Məmmədovdan bir milyon dollar borc alıb və bu günə qədər də həmin borcu qaytarmadığı söylənilir. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, xanım şöbə müdiri “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina edib. Belə görünür ki, vəzifədən uzaqlaşdırılan Fatma Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Adları borc məsələsində hallanan tərəflərlə əlaqə saxlayıb məsələni dəqiqləşdirməyə çalışsaq da, telefonlara cavab verən olmadı.
23 min manat qazanmaq istəyirsiz? - İki ay yatmaq lazımdırFransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə.

Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır.

Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar.

Başqaları qeyd edilən məbləğin az bir hissəsini qazanmaq üçün çalışıb-vuruşduğu günlərdə istəyən şəxs 60 gün ancaq yataqda uzanmalıdır.

Bu yolla fransız alimlər insan bədəninin davamlı çəkisizlikdə göstərdiyi nəticələri müəyyən etməyə çalışacaqlar. Onların ideyasına görə, bu qədər uzun müddət uzanmaq yalançı çəkisizlik effektini stimullaşdırır.

Hələlik təcrübənin nə zaman başlayacağı açıqlanmayıb.