28 yaşlı qadın uşağa marixuana verdi - Sonra cinsi əlaqəyə girdiİngiltərənin Leeds ərzisində yaşayan 28 yaşlı qadın 15 yaşlı uşağı evinə çağıraraq cinsi əlaqəyə girib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amanda Leather adlı qadın əvvəlcə uşağa marixuana içirdib, daha sonra başdan çıxararaq onunla cinsi əlaqəyə girib. Sonra uşaq evə gələrək bütün bunları ana və atasına danışıb. Hadisədən şoka düşən valideynlər polisə müraciət edib.

Məhkəməyə çıxarılan Amanda uşaqla bərabər televizora baxan zaman ona marixuana içirdiyini və telefonuna əxlaqsız mesaj yazaraq başdan çıxardıqdan sonra onunla cinsi əlaqədə olduğunu etiraf edib. Qadınla uşaq arasında olan mesajlar məhkəmədə sübut olaraq istifadə edilib.

Məhkəmə uşaqla cinsi əlaqədə olduqdan sonra ona yazdığı mesajları yox etmək üçün telefonunu sındıran qadına 5 il həbs cəzası verib.
Şəkidə DƏHŞƏTLİ QƏZA: Hərbçilər öldüŞəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub. (report)
“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edirDekabrın 9-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.

Avrasiya.net BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, aksiyaçılardan ümumilikdə, 230 nəfərin ixtisara düşdüyünü bildiriblər.

İxtisarın hansı kriteriyalar əsasında aparıldığı işçilərə üçün qaranlıq qalıb.

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur. Aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və onlar əmək müqaviləsinə xitam verilməsini istəmirlər.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə “orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir:

“Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək”.

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə “qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırılıb:

“İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışılır və ya sosial kriteriyalara üstünlük verilir.

Sosial kriteriyalar dedikdə şəxs əgər “şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir”.
Orxanın dostu: "Harda görünüb ki, şəhid bacısı kimisə öldürsün"“Mehriban Hüseynovanı məhkəməyə verəcəm”.

Bunu AzNews.az-a açıqlamasında Vüqar Bəkirov Mehriban Hüseynovanın Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsində ona qarşı qaldırdığı ittihamlara münasibətində deyib. O, Mehriban Hüseynovaya yenidən cinayət işi açdıracağını bildirib:

“Mehribana qarşı cinayət işi qaldıracam. O, mətbuata açıqlama verib ki, guya Orxanın həbsində günahkar mənəm. Demək istəyirəm ki, Mehriban ağıllı ol, səninlə bu yaxınlarda görüşəcəm. Özünü günahsız adlandıran Mehriban Hüseynova Orxanın anasını zəhərləməyə cəhd edib. Bu gün isə Mehriban Orxanın müdafiəsinə qalxıb. Etsin, çünki onlar eyni adamdı. İlhamə Quliyeva həmişə deyərdi ki, “Orxana etibar yoxdur. O, bir manat puldan ötrü hər bir şey edər”. Bütün bunlar sübut edir ki, bəlkə bu işlərdə Orxanın da əli var. Bu yaxınlarda məsələ ilə bağlı mətbuat konfransı keçirəcəm. Mehriban Hüseynova ilə bağlı dəhşətli faktlar və sübutlar açıqlayacam. Sənin adını bir yerdə çəkmirəm. Nə istəyirsən məndən? Sənin səs yazıların var. İnsana nə qədər şər atarlar. Mənim Mehribanla söhbətim məhkəmədə olacaq. Tələbim də o olacaq ki, mənə qarşı qaldırdığı ittihamları sübuta yetirsin. Yox, əgər bunu etməsə ona cinayət işi açdıracam. Hər yerdə deyir ki, şəhid bacısıdır. Allah bütün şəhidlərə rəhmət eləsin. Amma harda görünüb ki, şəhid bacısı kimisə öldürsün. Bu hansı qanunda göstərilib? Çıxmısan başını aşağı sal həyatını yaşa, nə etdiyini düşün. Mehriban sən nə etmisənsə onu yaxşı bilirsən. Başına güllə qoyub danışdırmayıblar ki? Mən səndən hər şey gözləyirəm”.

Vüqar Bəkirov Orxan Nadirovun həbs olunmasını dekabrın 9-da eşitdiyini deyib:

“Hamı mənə zəng edir, məsələyə aydınlıq gətirməyimi istəyir. Amma danışmadım. Orxanın ətrafı mənə ultimatum göndərir. Guya onun həbsini mən etmişəm. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Hər bir qoyun öz bacağından asılır. Bu məsələ iki ildir ki, davam edir və məsələdə mənim adım hallanır. Mən Orxanı tanıyan gündən o, mənim həyatımı məhv edib. Orxan məni əli qollu cəzaçəkmə müəssisəsinə apardı. Orxanın əvəzinə ödədiyim pulun sübutları var. Zərərçəkmiş qeyd edib ki, Orxanın ona vurduğu ziyanı Vüqar ödəyib. İlhamə xanımın bu söhbətlərdən xəbəri vardı. Çox təəssüf edirəm ki, bu gün İlhamə xanım yoxdur”.

Qeyd edək ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Orxan Nadirovun həbs olunmasında onun yaxın dostu Vüqar Bəkirovu ittiham edib. Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.
Qusarda “Nə? Harada? Nə zaman?” turniri keçirilibQusarda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq tədbir keçirilib.

Qusar rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanmış “Azərbacan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov ölkmizdə gənclər siyasəti sahəsində aparılan işlrdən danışıb, sayca üçüncü olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin müxtəlif istiqamətləri üzrə inkişafını nəzərdə tutan müddəlar barədə gənclərə məlumat verib.
Qusarda “Nə? Harada? Nə zaman?” turniri keçirilib
Tədbirdə iştirak edən Qusar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda “Ziqzaq” komandası birinci, “Vorldlord” ikinci, “Kreativ” komandası üçüncü olub.
Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunana layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində bu günə qədər Xızı və Siyəzən rayonlarında tədbirlər təşkil olunub. İlin sonunadək Şabran, Xaçmaz və Quba rayonlarında da intellektual oyunlar keçiriləcəkdir.
Qusarda “Nə? Harada? Nə zaman?” turniri keçirilib
Ata 2 aylıq oğlunu binadan atdı - Ağladığına görə...Türkiyədə 2 aylıq əfqan uşaq çoxmərtəbəli binadan düşərək ölüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsindəki müharibə səbəbindən Türkiyəyə pənah gətirən əfqan ailənin uşağının atası tərəfindən öldürüldüyü məlum olub.

A.T, həyat yoldaşı S.A və iki uşaqları ilə birlikdə Türkiyəyə yerləşib. İyun ayında cütlüyün daha bir uşağı dünyaya gəlib. Avqustun 10-da iki aylıq uşağı həyat yoldaşı və oğlunun yanında qoyan qadın qohumlarının yanına gedib. 28 yaşlı qadın evə qayıdanda uşağın binanın həyətində yerdə görüb, onu təcili xəstəxanaya çatdırıb.
Uşağın hündürlükdən yıxıldığını deyən ana onu xəstəxanaya çatdırandan sonra qaçıb. O, sonradan iki oğlu ilə birlikdə Bursa şəhərinə gedib. Bir aylıq müalicədən sonra isə balaca uşaq xəstəxanada ölüb.

Onun ölüm səbəbi “yüksəklikdən düşmə ilə bağlıdır” deyə qeyd edilib.

Ancaq əsl həqiqət 3 gün əvvəl məlum olub. Qadın bir yaxını ilə ölən uşağı haqqında danışanda 8 yaşlı oğlu hadisə barədə “Qardaşım yıxılmadı. Ağlayırdı, atam əsəbləşdi və onu yerə atdı. Sonra səsi kəsildi” - deyib. Eşitdikləri qarşısında dəhşətə gələn qadın tez polisə gedib, olanları danışıb. Polis qadını İstanbula gətirib. Qadın yenidən ifadə verəndən sonra əri polis tərəfindən saxlanılıb.

Qatil ata uşağını necə öldürdüyünü etiraf edib.
Yeni peyğəmbər gələcək.. Dünyanın sonu çatacaq... - Vanqanın dəhşətli proqnozları - VİDEO
...2397-ci ildə dünyanın sonu çatacaq və bütün canlılar məhv olacaq, ancaq insanlar başqa planetdə yaşayacaq...

...3871-ci ildə dünyaya yeni peyğəmbər gələcək və o insanlara əxlaqi dəyərləri öyrədəcək...

...5079-cu il dünyanın sonu olacaq...

Bunlar Vanqanın 2018-ci il və sonrası üçün dəhşətli proqnozları arasında yer alıb.

Avrasiya.net Vanqanın proqnozalrını təqdim edir:
Özünü polis kimi təqdim edən şəxs qız qaçırmaq istədiÖzünü polis kimi təqdim edən şəxs gənc qızı qaçırmaq istəyib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Trabzon şəhərində yaşanıb.

Hələ ki, adı məlum olmayan gənc şəhərdə sevgilisi ilə gəzərkən onlara bir nəfər yaxınlaşıb. Özünü polis kimi təqdim edən şəxs oların şəxsiyyət vəsiqələrinə baxandan sonra polis bölməsinə getmək üçün maşına mindirib.

Bir müddət gedəndən sonra həmin şəxs oğlana maşından düşməli olduğunu, yalnız qızı bölməyə aparacağını deyib. Onun bu davranışından şübhələnən gənc maşını izləyib.

Özünü polis kimi təqdim edən şəxs izləndiyini görəndə qadını da maşından endirib. Polis vətəndaşların müraciəti ilə bağlı araşdırma aparır.
Təhsilin ilk tarixi məkanıRüfət Lətif oğlu Hüseynzadə,

Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar Müəllim

Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk islam dünyasnın mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai hə-yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları inkişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləmişlər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babalarımızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir.

Zəngin şifahi xalq ədəbiyyatımız – “Kitabi Dədə Qorqud”, “Bilqamıs”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastanlarmız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğ-lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsindən xəbər verir. Bütün bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə mədəniyyətinə, müalicə üsullarına sahib olduqlarını təsdiq edir.

Ulu öndərimiz Heydər Əliyev demişdir: " Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər4 Azərbaycanın tarixi haqqında, ümumiyyətlə bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox a z iş görülübdür" (1,17).

Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir. At, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərində düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz insanlara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir.

Qayalarda at və atın üstündə atlı, onun başında papaq, əynində kürk, ayağında çəkmə olan rəsmlər var. Bu rəsm o dövrün peşələrindən - papaqçılıq, çəkməçilik, kürk toxumaqdan xəbər verir. Böyüklər əldə etdiyi bilik, bacarıq və təcrübələri, qazandıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmişlər. Qədim insanımız ilk dəfə olaraq vəhşi atı əhliləşdirmiş, sürət əldə etmiş, hündürə qalxaraq idarəçilik etmişdir. Mənbələrdə göstərilir ki, vəhşi atı ilk dəfə əhliləşdirən türklər olmuşdur. Bu o deməkdir ki, bura - Gəmiqaya məkanı türk yurdudur.

Buradakı iki təkərli, dörd təkərli araba rəsmləri diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuznamə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları olmuşlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi vardı. Bu kişi bir araba çapdı... Arabalar gedəndə “Kanq, kanq” deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular. Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada salsın”(15, 28). Bu ad Naxçıvanda məskunlaşmış qədim Kəngərli tayfasının adıdır.

Tədqiqatlardan məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olunmuşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri; 2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səhnələr; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər (4, 24).

Tədqiqatçı alim Əjdər Fərzəli öz dəyərli kitabında yazır: “Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuş. Onların 9-u sait, 23 –ü isə samit olmuşdur. Hərflər həm də müstəqil şəkildə müəyyən bir sözü də ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur (2, 328). ”Gəmiqayadakı təsvirlərin özü sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olmuşdur. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Bu rəsmlər qayaların köksündə bədii, həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir və Tanrıçılıq - yaradılış inamını yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir... Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir” (6,50).

Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çəkmiş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi, işığı, tərəqqini ifadə edir.

Ümumiyyətlə günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur. Yeri gəlmişkən deyək ki, hələ qədim Hindistanda V əsrdə indus dininə mənsub olanlar cahilliyə, avamlığa qarşı mübarizə cəmiyyəti yaratmışdılar ki, bunun adına “Qurukul” deyilmişdir. “Qu” qədim hind dilində avamlıq, gerilik deməkdir. “Ru” və ya “Ra” - günəş, işıq, ziya deməkdir. “Kul” ailə, icma deməkdir. Beləliklə “Qurukul” cahilliyə qarşı işığın, ziyanın mübarizəsi deməkdir. Qədim Hindistanda Quruların (Quru - hind dilində müəllim, mənəvi ata deməkdir) evində və ya başqa yerlərdə pulsuz interant tipli məktəblər fəaliyyət göstərirdi ki, burada uşaqlar həm təhsil alır, həm də qalırdılar. Hindistanda indi də internat tipli xüsusi məktəblərə Qurukul deyilir. Bu gün də hind dilində müəllimə "Quru" deyilir. Təhsilimizə daxil olan “Kurikulum” sözünün mənası və mahiyyəti buradan meydana gəlmişdir (17).

Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Nuh tufanı hadisəsinə görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh) və türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi, sonra da türk dilində yer, məkan bildirən “van” toponimindən meydana gələrək, “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin K.A. yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur (12, 111). Akademik İsa Həbibbəyli uzun illik apardığı təhlil və tədqiqləri nəticəsində bildirir ki, Nuh tarixi şəxsiyyət olmuşdur. Gəmiqaya ətəklərindəki Qaranquş yaylağı – Nuh peyğəmbərin suyun çəkilib – çəkilmədiyini öyrənmək üçün əfsanəvi gəmidən buraxdığı və caynağında palçıq, yaxud dəfnə yarpağı geri dönən Qaranquşun adını əbədiləşdirən toponimdir (6, 18).

Naxçıvan Azərbaycanın və Şərqin, hətta deyə bilərik ki, dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskənidir. Şəhərin tarixi minilliklərin dərinliklərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.

Gəmiqaya Kiçik Qafqazda ən hündür dağdır ki, hündürlüyü 3906 metrdir. Zirvəsi “Qapıcıq” adlanır. “Qapıcıq bəşəriyyətin yeni həyatına “açılan kiçik qapı”, “giriş yeri” mənasını daşıyır” (6,18).

Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə, Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşamış və bu torpaqda da vəfat etmişdir.

Naxçıvanda yaşamış uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş, “İstiqlal” ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn edildiyi yeri bilirmiş və o yerin müəyyənləşdirilməsi beynəlxalq komissiyasında iştirak edərək o qəbrin yerini dəqiq göstərmişdir. Qəbir yerin üstündə 1.5 metr hündürlükdə qırımızı daşlardan hörülmüş dairəvi şəkillidir. Son dövrlərdə AMEA və onun Naxçıvan şöbəsinin birlikdə təşkil etdiyi ekspedisiyada iştirak etmiş folklorşünas alim, dosent Əkrəm Rüfət oğlu Hüseynzadə bildirir ki, Gəmiqayada xeyli qəbirlər var ki, onlar yerin üstündə dairəvi şəklindədir.

Realist məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" ni 1919-1920-ci illərdə 3 dəfə çəkmişdir (3, 18-19). Bu gün Nuhun qəbri Naxçıvanda Nuhdaban deyilən yerdədir və üzərində böyük türbə ucaldılmışdır.

Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb- gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos” deyilirdi. Qədim yunan dilində “Paydas” - “uşaq” , “gogos” - “yola salan” deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan meydana gəlmişdir. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına “Şkola” deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt keçirilən yer” deməkdir.

Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü – yəni “Şkola” sözünü Şumerlərdən götürmüşlər. Daha sonra o “Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu yaratmışdır. Adını Skala adlandırmışdır (7, Глава 8, параграф 3. стр.23). Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yəhudi əsilli yunan filosofu İosif Flavidən götürmüş və ona əsaslanaraq bunu yazmışdır. “Skala” ilkin mənasında “pillə”, “mərhələ” mənasını vermişdir. Rus dilində “Şkala”- “dərəcə”, “mərhələ” deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılmışdır. İngilis dilində məktəb mənasını verən “Skul”, fransız dilində “Lekol”, alman dilində “Şule”, türk dilində “Okul”, rus və belarus dillərində “Şkola” kəlmələri “Skala” sözündən əmələ gəlmişdir.

Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən “Skala” sözü qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya - Gəmiqayaya yön almış, orada dayanmışdır. Bəs bu ad – “Skala”, Şkola” Şumerlərə necə gedib çıxmışdır ki, yunanlar da bunu oradan götürmüşlər.

Tarix kitablarında göstərilir ki, Şumerlərlə Arattalıların həmişə sıx əlaqələri, xüsusilə, müntəzəm olaraq sıx ticarət əlaqələri olmuşdur. Naxçıvan da Aratta, sonralar Manna dövlətinin tərkibində olmuşdur. Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınmış və oradan əvəzində lacivərd (Ləl-cəvahirat) alıb gətirmişlər. “Şumerlər duza yüksək dəyər vermiş və duza səcdə etmişlər” (7, 125). O zaman məşhur “Duz yolu” mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir etmişdir. Fransız alimi Katerina Marro yazır: “Naxçıvandakı Duzdağının duzu m.ö. 4 mininci illərdə belə geniş şəkildə işlənmışdir” (11, 25). Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. “Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir” (10).

Naxçıvan şəhərinin bir neçə kilometrliyində yerləşən Duzdağa uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatlarını görmək olur. Duzdağın dünyanın ilkin insan məskəninin Naxçıvanda var olması bu torpağın müqəddəsliyinə və qədimliyinə dəlalət edən faktlardan biridir. Tarixən duzu müqəddəs bilən ata-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini elə Duzdağla, duzla əlaqələndirib bizlərə çatdırmışlar.

“Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamını çox yüksək qiymətləndiririk. Bu mühüm dövlət sənədində deyilir: "Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.

Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.

Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılmış, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunmuşdur. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapmış, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanmış, kitablar nəşr olunmuşdur" (14).

Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.

Arxeoloji tədqiqatlar zamanı ərazidən tapılmış müxtəlif daş alətlər, məmulatlar belə bir fikir söyləməyə əsas verir ki, bəşər tarixində duzdan qida elementi kimi ilk dəfə Naxçıvanda istifadə olunmuşdur. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Duzdağ Naxçıvanın qədim tarixi və mədəni potensialını özündə cəmləşdirən əvəzsiz məkandır. Məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biri Duzdağdır.

Qeyd etdiyimiz kimi Naxçıvan duzu hələ qədim zamanlardan Şərq ölkələrinə - o cümlədən Şumerlərə ticarət məqsədilə aparılmışdır. Bu ticarət mübadiləsində şübhəsiz ki, burada olan mədəniyyətin Şumerlərə, Şumerlərin də mədəniyyəti bu tərəflərə yayılması təbii hal olacaq idi.

Tədqiqatçı Şümeroloqlar – amerikalı Kramer, türkiyəli İlmiyyə Müəzzəz apardıqları tədqiqatlara əsasən bildirirlər ki, Şumerlər özlərinə Kəngər deyirdilər. Kəngər tayfaları isə Naxçıvandadır. Bu tayfa öz cəngavərlikləri ilə, şücaətləri ilə tarixdə məşhurdurlar. Generel Naxçıvanskilər, Naxçıvan xanları Kəngərli

tayfalarıdır. Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır: “Eramızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu (“Kanqlı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - horizontal xətlə yazılar yazırmış” (16, 134). Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I əsrdə və bizim eranın I əsrində, Flavi, Strabon və Plini yazmışdır. Eramızın ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində Kəngərlilər haqqında maraqlı məlumatlar vermişlər. Kəngərlilər “Kitabi-Dədə-Qorqud”da “Qanlı”, “Kanqlı” adı altında xatırlanır.“Qanlı qoca oğlu Qanturalı boyu”nda (9,183) “Qanlı”- “Kanqlı” kəlməsindəndir. Dədə Qorqudda deyilir: ”Bu qədim soyköklərdən biri olan kəngərlilərin qədim adıdıdr (9, 261).

Gəmiqaya ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətləri də demək olar ki, eyniyyət təşkil edir. Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim insan məskəni, zəngin mədəniyyət, böyük elm, təhsil mərkəzi olmuş, burada sistemli təlim, yazı və oxu mədəniyyəti olmuşdur.

Açar sözlər: Naxçıvan, Gəmiqaya, Nuh peyğəmbər, təhsil, məktəb.

Ədəbiyyat

1. Heydər Əliyev. Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi.Bakı: Nurlan, 2005.

2. Аждар Фарзали. Ноев Ковчег и Гямигая –Гобустанский алфавит. Баку, 2014

3. Бехруз Бек Кенгерли. Каталог. Баку: 1947.

4. Əliyev V.Q. Gəmiqaya abidələri. Bakı: Azərbaycan Dövlət nəşriyyatı. 1992.

5. Flavius Josephus, William Whiston, Paul L. Maier - The new complete works of Josephus, Revised and expanded edition, Kregel Academic, 1999, 56).

6. Həbibbəyli İ. Ə. Nuhdaban oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.

7. İsayev E. Naxçıvan şəhər mədəniyyətinin formalaşmasıvə inkişafında ticarət və sənətkarlığın rolu. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.

8. Коменский Я.А. Великая дидактика. Москва: Просвещения, 1999.

9. Kitabi Dədə Qorqud. Bakı:Yazıçı, 1988.

10. Kirzioğlu Fahrettin. Osmanlıların Kafkas Ellerini Fethi (1451-1490). T.T.K.Basımevi, Ahkara 1993, s.100-120.

11. Marro K. Duzdağında duz mədənçiliyinin başlanğıcı haqqında”. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.

12. Nikitin K.A. Naxçıvan şəhəri və Naxçıvan mahalı. “Qafqaz ərazilərinin və tayfalarının təsviri üçün materaillar” məcmuaəsi. Tiflis, 1882.II buraxılış.

13. Mahmudov Y. Naxçıvan: Dünya sivilizasiyanın ən qədim mərkəzlərindən biri. Naxçıvan: İlkin şəhər və Duzdağ”Beynəlxalq Simpozium. 27-28 iyul, 2012-ci il. Naxçıvan, 2013.

14. “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı/ Şərq qapısı, 12 sentyabr, 2017-ci il.

15. Oğuznamələr. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993.

16. Süleymenov O. Az-Ya.Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1993.

17. u.wikipedia.org/wiki/Гурукула
Aygün Bəylərin toy tarixi açıqlandı - 150 minlik orkestr, 30 minlik gəlinlik...Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ərə gedir.

Xanəndənin prodüseri Sultan “Günə son” proqramında toyla bağlı sirləri açıb:

“Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb.

30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək.

Toydan sonra Aygün Bəylər adlı xanəndə artıq olmayacq. O, özü ərə getdikdən sonra müğənnilik etmək istəmədiyini deyib. Yoldaşı qısqanc biridir. İstəmirdim sənəti atsın, amma razılaşmadılar. Toyun təşkilatçısı mən idim, amma imtina etdim. Mətbuat da buraxılmayacaq. Çünki hər tərəfə cangüdənlər düzüləcək”.( axşam.az)