“Məni niyə biabır edirsən?” - Maral porno videodan danışdıBu günlərdə sosial şəbəkələrdə müğənni Maral Tahirqızıya məxsus olduğu iddia edilən intim video yayılıb.

Bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: "Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?”

Müğənni videodakı xanımın o olmadığını deyib: "Videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim”.

Müğənni həmin videonun məqsədli şəkildə hansısa jurnalist tərəfindən yayıldığını deyib: "Mən bilirəm ki, o, bir jurnalistdir. Hətta onun nömrəsi mənim telefonuma düşüb. Ola bilsin ki, onun arxasında hansısa qüvvələr dayanıb”.

Müğənni məhkəməyə müraciət etməyəcəyini də qeyd edib: "Bilirsiz, dünya miqyasında ulduzlar o cür videolara çəkilib, çoxlu pul alırlar. Bu isə mənə yaraşmaz. Mən zamanında Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat şöbəsində çalışmışam. Bundan əlavə də müxtəlif sahələrdə işləmişəm, yəni o səviyyədə olan adam deyiləm. Bütün bunlara görə məhkəməyə müraciət etməyəcəm. Çünki yayılan videolarda mənim fikirlərim yazılıb ki, oradakı mən deyiləm”.
İsraildə Trampın adına park olacaq İsrail Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adını verəcək.

Publika.az xəbər verir ki, bu barədə Kiryat-Yam şəhərinin meri David Even Tsur mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, ABŞ prezidentinə cəsarətli addımına görə bir təşəkkürdür.

"ABŞ prezidenti Donald Tramp Qüdsü ölkəmizin paytaxtı olaraq tanımaqla sələflərinin belə edə bilmədiyi cəsarətli addım atıb. ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi isə misilsiz qərardır”, deyə o vurğulayıb.

Kiryat-Yam şəhər parkı “Donald Tramp Parkı” adlandırılacaq.
Müsəlman dünyasına yeni səlib yürüşü başladıABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanınması dəhşətli bir qərardır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, D.Tramp hakimiyyətə gəldikdən sonra bir-birinin ardınca siyasətdən uzaq, ağılsız qərarlar verir:

“Ancaq Trampın bu qərarı həm Amerika, həm də onun özü üçün çox faciəvi olacaq. Tramp onsuz da islamafob olduğunu sübut etmişdi. Bununla bir daha isbatladı ki, o, müsəlman dünyası ilə yeni səlib müharibəsinə hazırdır. Üstəlik, yeni dünyanın inkişafında sivilizasiyalararası münasibətlərin normal olmasının nə qədər əhəmiyyət daşıdığını dərk etməyən ABŞ Prezidenti sivilizasiyalararası toqquşmalar və gərginlik üçün münbit zəmin hazırladı. Təkcə islam dünyası deyil, xristian dünyasında da böyük çoxluq da bu səfeh qərarı pisləməkdədir. Amma islam dünyasında bu qərar ciddi etirazlar və konkret hərəkətlərə çağırışlarla müşayiət olunur. Məsələn, mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikri ilə razıyam ki, məlum qərar dünyada terrorçuluğun çox böyük miqyasda yayılmasına şərait yaradacaq. Tramp kimi siyasi dünyagörüşü zəif olan şəxslər belə şeyləri proqnozlaşdıra bilməzlər. Zənnimcə, bu gündən etibarən sivilizasiyalararası yaxınlaşma, münasibətlərin mülayimləşməsi deyil, qarşıdurma meyilləri görünməmiş səviyyədə artacaq və yeni dəhşətli formalar alacaq. Çünki Qüds şəhəri üç səmavi dinin müqəddəs şəhərdir. Onun unikallığı da bundadır”.

Q.Hüseynli əlavə edib ki, Roma Papası Fransisk də bu şəhərin dünya üçün unikallığını, əhəmiyyətini qoruyub saxlamağın lazım olduğunu açıq şəkildə vurğulayıb:

“Qüds təkcə unikallıq əlaməti deyil, həm də fərqli sivilizasiyaların dinc yanaşı yaşaması üçün bir növ örnək, nümunədir. Amma Tramp belə incə məqamları başa düşmür və büllur əşyalar satılan mağazaya girib hər şeyi darmadağın edən bir şəxs kimi özünün səfeh hərəkəti ilə indiyədək bəşəriyyətin sivilizasiyalararası münasibətlərdə topladığı müsbət nailiyyətlərin hamısının üstündən xətt çəkdi. Bir daha qeyd edirəm, bu çox dəhşətli bir hadisədir. Mən bir müsəlman olaraq deyil, planetin bir sakini kimi bu qərarı verən insanların nə qədər militarist təfəkkürə, islam dünyasına qarşı nə qədər barışmaz duyğulara malik olduğunun bir daha şahidi oldum. Belə dünyagörüşə malik insanlar siyasi olimpin zirvəsində əyləşirlərsə, adam dünyada ədalətin, qardaşlığın, bərabərliyin nə vaxtsa bərqərar olacağına ümidini tamam itirir. Mən bu qərarı lənətləyirəm. Bu qərarın qəbulunu dünyaya meydan oxumaq, Yaxın Şərqi qarışdırmaq, bu bölgədə yeni münaqişə alovlandırmaq niyyətləri kimi qiymətləndirirəm”.
Gənc qız özünü 10-cu mərtəbədən atdı Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb./Report/
Qarabağ görüşündən niyə hər iki nazir razı qaldı?Bütün hallarda indiki danışıqlar prosesinin nəticələrinin necə olacağı barədə Moskva görüşündən sonra rəy söyləmək olacaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənistan XİN başçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada keçirilən görüşdən sonra müsbət açıqlamalar vermələrinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, iki ölkənin də XİN rəhbərinin görüşdən sonra verdiyi açıqlamalarda maraqlı məqamlar çoxdur:

“Maraqlıdır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın hazırda müzakirə olunan təkliflərin müsbət cəhətlərinin çox olması ilə bağlı açıqlamaları vaxt etibarı ilə də üst-üstə düşür. Şübhə yoxdur ki, bu, Rusiyanın hazırladığı təkliflərdir. Onların bu açıqlamaları düşünməyə imkan verir ki, danışıqlar prosesində elə təkliflər var ki, onlar Azərbaycan və Ermənistan tərəfindən maraqla qarşılanır. Bunun hansı təkliflər olması və reallaşması perspektivini isə Moskva görüşündən sonra dəyərləndirə bilərik. Çünki onlar Moskva görüşündən sonra bu təkliflərlə bağlı konkret cavab verməli olacaqlar”.

Politoloq qeyd edib ki, çox güman ki, bu təkliflər bütün hallarda indiki vəziyyətin dəyişməsinə yönəlib:

“Azərbaycan tərəfinin bunu müsbət qarşılaması bu təkliflərin münaqişənin Azərbaycan üçün arzuolunmayan ssenaridə inkişafına mane olacağını göstərir. Erməni tərəfinin müsbət açıqlamaları isə bu təkliflərdə onların da maraqlarının, narahat olduqları məqamların nəzərə alındığını söyləməyə əsas verir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər. nazirlərin gələn ay yenidən görüşəcəyi gözlənilir.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
İcra başçısının müavini vəfat etdiŞamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.

APA-nın məlumatına görə, A.Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A.Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Allah rəhmət eləsin!
Saakaşvili: Temperaturum qalxıb, səsim batıb...Mixail Saakaşvili ukraynalıları Maydana səsləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə informasiyanı Saakaşvili öz Feysbuk səhifəsində yayıb.

“Çərşənbə axşamı olan məşhur olaylar məndən uzaq keçməyib. Dünən mənim səsim batıb, bu gün isə temperaturum qalxıb. Lakin dekabrın 10-da keçirəcəyim marşda sizinlə yenidən eyni sıralarda olmağıma söz verirəm. Sizin hər birinizə yenidən möhtəşəm dəstəyinizə görə təşəkkür edirəm. 10 dekabr, saat 12:00-da Maydanda görüşərik”, – deyə o bildirib.
Millət vəkilindən xərçəng xəstəsi olan jurnalistlə bağlı çağırış: “Kirayədə yaşayır, işsizdir…”Bu gün millət vəkili Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən Ülviyyə Həsənqızını ziyarət edib.

Qənirə Paşayeva Milli Onkologiya Mərkəzində jurnalistin həkimləri ilə görüşüb:

“Ülviyyə bu çətin günləri arxada qoyacaq, xəstəliklə ciddi mübarizə aparacaq və qalib gələcək. Bu gün ona da söylədim indi ona daxili inam, psxoloji güc çox vacibdir və onda bu gücü hiss etdim və daha da artacağına əminəm. Həkimləri, tibb işçiləri ilə söhbətləşdik. Həkimlər Ülviyyənn sağalması üçün əllərindən gələni edirlər və edəcəklərini söylədilər. Böyük diqqət və sevgi ilə yanaşırlar ona”.

Qənirə Paşayeva Ülviyyə Həsənqızına edilən diqqətə görə, Milli Onkologiya Mərkəzinin rəhbərliyinə və həkim kollektivinə təşəkkürünü bidirib: “Milli Onkologiya Mərkəzinin rəhbərliyi Ülviyyənin əməliyyat və müalicəsini öz üzərlərinə götürüblər. Ülviyyə anasının tək övladıdır. Kirayədə yaşayır, işsizdir və təbii ki, dostların dəstəyinə bir müddət ailəsi üçün ehtiyac olacaq. İnanırıq ki, dostları, həmkarları bu gün olduğu kimi, onu yalnız qoymayacaq. Ülviyyəyə dəstək olan bütün jurnalistlər və sadə insanlara təşəkkürlər. İnşallah, yaxın zamanlarda onu sağlam şəkildə, gözəl tədbirlərdə yenidən aramızda görəcəyik. Allah hər zaman yardımçısı olsun. Dualarımız onunladır”.

Qeyd edək ki, jurnalist Ülviyyə Həsənqızı bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır və bu günlərdə ağır əməliyyat olunacaq.