Anar Nağılbazın atası: "Onu oğulluqdan çıxararam"Son günlər şəxsi həyatı ilə bağlı yayılan xəbərlərlə gündəmdən düşməyən repçi Anar Nağılbazın Respublika Klinik Xəstəxanasında müalicəsi davam edir.

Sənətçinin anası Şərqiyyə Cəlilovanın Cebhe.info-ya verdiyi məlumata əsasən, Nağılbaz özünü hazırda kafi hiss edir.

“Anar hələ ki, xəstəxanadadır. Müalicəsi davam edir, ona sistemlər köçürülür. Səhhətinin necə olacağını bilmirəm, Allah özü bilən məsləhətdir”, – deyə Ş.Cəlilova deyib.

Söhbət əsnasında o da məlum olub ki, baş verən hadisələrdən A.Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev də narahatdır:

“Anarın atası, Rizvan müəllim bu söz-söhbətlərdən yorulub. Çox yorulmuşuq. Yaşlı adamlarıq. Belə şey olmaz ki?! İki tərəfin də fikrini bilmədən elə şeylər yaymaq lazım deyil”.

Yeri gəlmişkən, xatırladaq ki, Anar Nağılbaz 2015-ci ildə Praqda səhhəti ilə əlaqədar müalicə alarkən, atası R.Cəbiyev oğlunun siyasi sığınacaq alması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib etmişdi.

“Anar dövlətini sevən, vətənpərvər oğuldur. İnanmıram Vətəninə qarşı nə isə pis addım atsın. Yox, əgər o belə bir iş görsə, öz dövlətinin əleyhinə bircə bədxah hərəkət etsə onu oğulluqdan çıxararam. Anar elə uşaq deyil ki, ölkəsinə dövlətinə xələl gətirsin. Həm də, bir ata kimi onu başa düşürəm. Anar işsizlikdən çıxıb getdi. Ona bir dəfə Türkanda 160 manat maaşı olan iş verdilər. O da onun heç yol pulunu ödəmirdi. Ailəsi, uşaqları var idi. Azərbaycanda rep deməklə ailə dolandırmaq olmur. Bir yandan da səhhətindəki problemlər onu çox sıxırdı. Hamı Anarın necə vətənpərvər olduğunu bilir”, – deyə o bildirmişdi.

Yeri gəlmişkən, intim videosu ilə gündəmə gələn Anar Nağılbaza qarşı tələ qurduqlarını iddia edənlər də var. Repçinin porno-görüntülərini yayanların məqsədi isə onun Avropadan siyasi sığınacaq almasına mane olmaqdır. İddianın nə qədər əsaslı olduğunu söyləmək isə çətindir.
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”Ufuk Kamal: “İşlərini “buna da bir quş” səviyyəsində görürlər”

“Diaspor təmsilçilərinin yaşadıqları ölkələrdə öz xalqına və Azərbaycan dövlətinə faydalı olmaq üçün böyük potensialı var”. Bu fikirləri Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Azərbaycan diaspor təşkilatlarının təşkilatlanma səviyyəsi ilə bağlı sualı cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, hazırda Azərbaycan diasporunun təşkilatlanması zəifdir, bunun səbəbləri var və onlar aradan qaldırılmalıdır: “Bunun üçün zəruri olan onların təşkilatlanmasına müvafiq səlahiyyətli orqanların yardım etməsidir. Bu proses normal həyata keçirilsəydi çox effektiv nəticələr əldə etmək mümkün olardı. Amma təəssüf ki, diaspor təmsilçilərinin böyük əksəriyyətinin maddi təminatı zəif olduğundan, özlərinin kənar yardım olmadan bir araya gəlməsi demək olar ki, mümkünsüzdür. Maddi imkanları normal olanların çox az hissəsi bu işlə məşğuldur. Bəzilərində isə isə milli duyğular, vətənpərvərlik hissləri təşkilatlanmaya yardım edəcək səviyyədə deyil. Həmçinin etimad mühiti ilə bağlı durum arzuolunmaz vəziyyətdədir”.

Ufuk Kamal həmçinin əlavə etdi ki, diasporla çalışmağa müvəkkil edilmiş, kifayət qədər büdcə dəstəyi görən səlahiyyətli orqanlar isə böyük ölçüdə sadəcə formal xarakterli çalışmalara üstünlük verirlər: “Onlar işlərini bir məşhur filmdə deyildiyi kimi, “buna da bir quş” səviyyəsində görürlər. Bunun bir səbəbi xərcləmələrə nəzarətin aşağı səviyyədə olmasıdır. Bundan başqa tələb edilən hesabatın sadəcə xərcləmələrlə məhdudlaşması, bu xərclərin dayanıqlı və davamlı faydalarının olub-olmamasının araşdırılmaması problemlərdən biridir. Həmçinin səbəblərdən biri bu qədər önəmli qurumlarda fəaliyyət göstərənlərin bəzilərində milli düşüncənin, vətənpərvərlik hisslərinin formalaşmamasıdır. Bunlar aradan qaldırılarsa, daha vətənpərvər və peşəkar insanlar diaspor istiqamətində fəaliyyət göstərərlərsə, çox qısa bir zaman içində diaspor fəliyyətində ciddi dəyişikliklərin, uğurların şahidi ola bilərik”.

Əli
Daha bir universitetdə rektorla tələbə arasında qalmaqal“Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova “Qafqazinfo”ya müraciətində deyib. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda o bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib:

“5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə deqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi, sudurğa tutdu. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi.

Daha sonra Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib getdiyimin heç kimə aidiyyatı yoxdur. Özü də baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu və bu kimi ifadələr işlətdim. İndi üstümə şər atırlar ki, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədyim bir şeyi boynuma qoymaq istəyirlər.

Atamı universitetə çağırıb yanımda təhqir ediblər. “Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyib.

Bütün yaşananların səbəbi mənim haqsızlığa boyun əyməməyimdir. Hər il 2000 manat təhsil haqqı ödəyirəm və təhsil almaq tam haqqımdır. Gələcəyin anası, bir qadın olaraq bu təhqirlərə göz yuma bilmərəm. Mənim vətənimə canım qurbandır, narazılığım bizi incidən, vəzifələrindən sui-istifadə edən insanlara qarşıdır”.

“Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı BQU-nun rektoru Sevinc Rəhimova ilə əlaqə saxlayıb. Rektor bildirib ki, qrupdakı qızları təşkilata qoşulmağa təşviq etdiyi üçün tələbə hazırda başqa bir qrupa keçirilib. Ancaq qovulmaq və ya təhqir olunmaqdan söz belə gedə bilməz:

“Əvvəla, 5 qaib nədir ki, onun üstündə biz tələbəni dərsdən uzaqlaşdıraq və yaxud hər hansı bir tədbir görək. Bu, absurd bir fikirdir. Sadəcə olaraq xəbərdarlıq etmək və dərsə gəlməməsinin səbəbini öyrənmək üçün otağa çağırmışdıq. Bu, mütəmadi olaraq apardığımız işdir və otağa çağırılmış tək tələbə Fəridə deyil. Hər bir müəssisənin öz qanunları var. Tələbə özü də aqressiv idi. Düzü, nə baş verdi heç biz də anlamadıq. Başladı dövlət, xalq, millətçilik haqqında kobud ifadələr işlətməyə. Avtoritar cəmiyyətdə yaşadığımızı bildirdi. Torpağımıza, suyumuza demədiyi söz qalmadı.
Biz də fikirləşdik ki, belə bir tələbəni auditoriyada saxlamaq doğru deyil. Görünür ki, tələbə hansısa bir təşkilatla bağlıdır və tələbələri də təşviq etməməsi üçün onu həmin qrupdan uzaqlaşdırdıq. Hazırda nə universitetdən xaric olunub, nə başqa bir şey.
Erməni keşiş oğurluq və pedofiliyada ittiham olunurGürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin ermənilərin çoxluq təşkil etdiyi Tsxaltbila kəndinin katolik keşişi oğurluq və pedofiliyada ittiham olunur.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı kənd sakinləri bölgə prokurorluğuna müraciət ediblər.
İnformasiyaya əsasən, Tsxaltbila kəndinin sakinlərinin çoxu katolikdir.

Keşiş Anatoli İvanyukun təcavüz etdiyi uşaqlar əvvəllər sussalar da indi ifadə verməyə hazır olduqlarını bildiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində vəziyyəti araşdırır. Hadisə ilə bağlı cinayət işi açılıb.
Azərbaycanda taksi sürücüsünü qaçırdılarBakı-Gəncə marşrutu üzrə şəxsi “Mersedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Report-un xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.
Tələbə dəm qazından boğulduBakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T. Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub. (apa)
“Böyük İsrail” planı: Əvvəl Qüds, sonra Türkiyə...Donald Trampın Qüdslə bağlı verdiyi qərar “Böyük İsrail” layihəsinin bir parçasıdır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, prezident seçildikdən sonra öz administrasiyasını qurmaqda çətinlik çəkən, üstəlik bir çox tərəfdaşı uzaqlaşdırılan Tramp bir növ küncə sıxışdırılıb. Bu çətin vəziyyətdən tək çıxış yolu isə yəhudi lobbisinin dəstəyini qazanmaq, təsir imkanlarından istifadə etmək olub. Trampın yəhudilərə seçki öncəsi vəd verdiyi Qüds qərarını qəbul etmək isə yəqin ki, İsrailin Səudiyyə Ərəbistanı ilə yaxınlaşdığı bir vaxtda daha məntiqli olub.

Qüdslə bağlı ABŞ prezidentinin tarixi açıqlaması Böyük İsrail planını gündəmə gətirib. Yəhudilərə Yaxın Şərqdə vəd edilmiş ərazilərin dəqiq sərhədləri məlum olmasa da, Türkiyənin cənub və cənub-şərq sərhədlərinin də bu plana daxil edildiyi bildirilib.

İsveçrənin Bazel şəhərində 1897-ci ildə keçirilmiş Sionistlərin I qurultayında danışan Teodor Herzl “Şimal sərhədlərimiz Kapadokiyadakı dağlara qədər uzanır, cənubda isə Süveyş kanalına yetişir. Şüarımız David və Salamonun (Davud və Süleyman) Fələstini olacaqdır”, - deyib.

İsrailin keçmiş prezidenti Ben Qurion 1948-ci ildə İsrail dövlətini elan edərkən “Yəhudi xalqının, gənclərimizin çəkməli olduğu başqa bir xəritə də vardır. O, Nildən Fərata qədər olan ərazini əhatə edir”, - bildirib.

Bütün bunlar isə “Böyük İsrail” planı çərçivəsində Qüdsdən sonrakı növbəti hədəfin Türkiyə və ya Suriya olduğu barədə iddialara səbəb olub.
Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT - Şəkidə DƏHŞƏTLİ OLAY Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri – 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub.

Bir ilin gəlininə dəhşətli işgəncə

Vazeh Musayev 25 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində Şəki rayonunun Bideyiz kəndində yaşadıqları evdə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı maşa ilə arvadı Tünzalə Musayevanın sağ gözünə, yumruqla başına, bədəninin müxtəlif nahiyələrinə, həmçinin təpiklə bədəninin müxtəlif yerlərinə vurub. Bununla da o, arvadına müxtəlif dərəcəli xəsarətlər yetirib.

Vazeh ertəsi gün, saat 08-də yenidən arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadının başına və sifət nahiyəsinə qəsdən vuraraq, ona xəsarət yetirib.

Vazeh Musayev növbəti dəfə arvadına dekabrın 27-də işgəncə verib. O, anası ilə birləşərək, arvadına qarşı zorakı əməllər törədib.

Ana və oğulun cinayət işi

Vazeh Musayevin 5 yanvar 2016-cı il tarixdə, saat 13-də yaşadığı evdə arvadı Tünzalə ilə növbəti mübahisəsi yaranıb. Mübahisə zamanı Vazeh arvadını yumruq və şillə ilə vurub. Vazeh Tünzaləyə güc göstərərək, ona psixi iztirablar verib. Bu işgəncələrdə və döyülmə hadisələrində Vazehin anası Aybəniz də ona köməklik göstərib.

Vazeh Musayev və Aybəniz Musayeva Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham edilib. Onların cinayət işi Şəki rayon Məhkəməsində araşdırılıb.

“Təklif etdim ki, məni həkimə aparsın”


Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Musayeva bildirib ki, 7 aperal 2014-cü il tarixdə Bideyiz kənd sakini Vazeh Musayevlə ailə həyatı qurub və nikahlarından bir qız övladları olub: “Toy gecəsindən sonra qayınanam bakirə olmadığımı bəhanə edərək mənə şər atıb, evdə söz-söhbət yaradıb. Həmin vaxtı bakirə olmağımı sübüt etmək üçün qayınanama təklif etdim ki, məni həkimə aparsın. Əgər toy gecəsi bakirə olmamışdımsa, sakitcə çıxıb evimizə gedəcəkdim. Əgər bakirə olduğum təsdiqlənərsə, ondan polisə şikayət edəcəkdim. Bundan sonra bir müddət evdə bu söz-söhbətə son qoyuldu”.

“Məni təzyiq altında saxlayıblar”

Zərərçəkmişin sözlərinə görə, sonradan qayınanası və baldızı bu məsələni qabardaraq daima onun toy gecəsi bakirə çıxmadığını bildiriblər: “Onlar məni təhqir ediblər, hər an evdə təzyiq altında saxlayıblar. Həmin məsələni daima xatırlatmaqla, mənə əzab-əziyyət veriblər. Gəlin olduğu dövrdə qeyd edilən məsələ ilə bağlı ailə üzvlərim, xüsusilə qayınanam və Vazehlə aramızda daima söz-söhbətlər, dava-dalaşlar olub. Təxminən 20 gün sonra Vazeh məni Bakı şəhərində olan evimizə apardı. Birlikdə orada yaşamışıq”.

“Qayınanam və baldızımdan polisə şikayət etdim”

Tünzalə Musayeva qeyd edib ki, Bakıda yaşadıqları müddətdə qayınanası və baldızı tərəfindən döyülüb: “2015-ci ilin martın 2-də qayınanam və baldızım məni döydükləri üçün onlardan Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etdim. Sonradan ərizəm əsasında qayınanam və baldızım barədə cinayət işi başlanaraq məhkəməyə göndərildi. Bundan sonra Vazeh məni Şəki rayonunun Bideyiz kəndində yaşadığımız evə gətirdi. Həmin vaxtdan Vazehlə birlikdə yaşamışam”.

“Qayınanam anamın və bacımın pozğun olduğunu dedi”

Zərərçəkmiş bildirib ki, sentyabrın 9-da ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı Vazeh yaşadıqları evdə onu döydüyü üçün Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət edib: “Sonradan ərizəm əsasında başlanmış araşdırma dövründə Vazehlə barışdım. Dekabrın 25-də, saat 18-də qayınanam Aybəniz, qayınatam Valeh və ərim Vazehlə birlikdə evdə olmuşuq. Bu zaman qayınanam mənim, anamın və bacımın pozğun olduğunu dedi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam odun sobasının yanında olan maşanı götürərək sağ gözümdən vurdu. Bundan sonra Vazeh də yumruqla başıma və bədənimin müxtəlif nahiyələrinə vurduğu üçün ağrıdan yerə yıxıldım. Sonra qayınanam yemək bişirdiyimiz qazanla başıma vurdu”.

“Qayınatam dedi ki, ölsən də, burada öləcəksən”


Zərərçəkmişin ifadəsinə görə, bundan sonra uşağını götürərək evdən getmək istəyib: “Bu zaman Vazeh uşağı aparmağa qoymadı. Uşağı mənə vermək istəməyəndə, Vazeh anasının çarpayının üstünə atdığı maşanı götürərək sağ gözümdən vurdu. Yerə yıxılan zaman qayınatam Valeh yaxınlaşaraq qolumdan tutdu və məni qaldırdı. Qayınanatam məni öz otağıma apardı. Orada qayınatam mənə dedi ki, ölsən də, burada öləcəksən. Sonra qayınatam qapını çöldən bağlayıb getdi. Bir neçə dəqiqədən sonra Vazeh yanıma gəldi. Mənə dedi ki, sən şikayət etsən də, bizə heç kim bata bilməz. Mən isə ondan şikayət edəcəyimi bildirdim. Bu zaman Vazeh yumruq və şillə ilə bir neçə dəfə başıma vurdu. Həmin vaxt səsə qayınanam Aybəniz və qayınatam Valeh gəldi. Qayınanam mənim evdə olan pulu və qızılları götürməyimdən ehtiyat edərək, yataq otağında saxladığı 2000 manat pulu və mənə toyda verdikləri qızılları götürərək otaqdan çıxdı”.

“Məni və azyaşlı uşağımı soyuqda saxladılar”


Tünzalə Musayeva qeyd edib ki, səhəri gün, saat 08-də uşağının paltarlarını yığışdırıb və övladını da götürərək həyətə düşüb: “Məqsədim atam evinə getmək olub. Bu zaman qayınatam qolumdan tutaraq məni saxladı. Həmin vaxt səsə Vazeh və qayınanam evdən həyətə çıxdılar. Valeh qolumdan tutduğu üçün Vazeh yumruqla başıma və sifət nahiyəmə, qayınanam isə həmin vaxt odun parçası ilə kürək nahiyəmə vurdu. Atam evinə getməyimə qoymadıqları üçün öz otağıma qayıtdım. Həmin gün məni və azyaşlı uşağımı günortaya qədər çöldə soyuq havada saxladılar. Məni evə keçməyimə imkan vermədilər, nəzarətdə saxladılar. Həmin gün soyuqda qaldığımdan uşaq möhkəm xəstələnmişdi”.

“Halım pisləşdiyi üçün yatdım”

Tünzalə Musayeva deyib ki, dekabrın 27-də, saat 11-də qayınanası, qayınatası və Vazeh həyətdə olduqları üçün bundan istifadə edib və gizlincə evdən çıxıb: “Evin yan tərəfi ilə həyətdən çıxmaq istəyəndə qayınanam məni gördü. O, mənə yaxınlaşaraq yumruqla bədənimin müxtəlif nahiyələrinə və sol gözümdən vurdu, ata evinə getməyimə imkan vermədi. Ona görə evə qayıtdım. Həmin gün, saat 14.30-da qayınanam, ertəsi gün isə qayınatam Bakı şəhərinə getdilər”.

Zərərçəkmişin ifadəsinə görə, 5 yanvar 2016-cı il tarixdə qayınanası Bakı şəhərindən geri qayıdıb: “Həmin gün saat 13 radələrində qayınanam ilə yenə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam və Vazeh yumruq, şillə ilə başıma vurdular. Sonra hər ikisi Şəki şəhərinə yas mərasiminə getdilər. Saat 17-də halım pisləşdiyi üçün yatdım. Bu zaman anam, əmim və yeznəm bizə gəldilər. Anamgil qayınanam və ərimin məni döyərək xəsarət yetirdiklərini gördükləri üçün təcili tibbi yardım stansiyasına zəng vurdular. Bir qədər sonra anam məni təcili tibbi yardım avtomobili ilə Şəki rayon Mərkəzi Xəstəxanasına apardı”.

“Mənə etdikləri əzablara dözmüşəm”

Tünzalə Musayeva qeyd edib ki, təqsirləndirilən şəxslərlə barışmayıb, onlardan şikayətçidir: “Onlar məni hamilə vaxtıda döyüblər, ac-susuz saxlayıblar. Ona görə uşağım da xəstələnib. Hamilə vəziyyətində döyüldüyü üçün Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmişəm. Qayınanam məni pozğun adlandırıraq həmişə mübahisə edib, döyülməyimin səbəbini anlaya bilməmişəm. Zaman keçdikcə mənimlə yaxşı dolanacaqlarına ümüd edərək, bu qədər vaxt ərzində ərim və onun ailəsinin mənə etdikləri əzablara dözmüşəm”.

“Gəlinimi döyməmişəm”


Təqsirləndirilən şəxs Aybəniz Musayeva ifadəsində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Gəlinim Tünzalə Musayevanı döyməmişəm. Onun bizim tərəfimizdən döyülməsi barədə heç bir sübut, şahid yoxdur. Tünzalə Musayevanın dedikləri hamısı yalandır, anası ilə qurduğu oyundur. Mən gəlini döymək üçün almamışdım. Maşa ilə vurulan göz partlayıb tökülməlidir. Tünzalənin gözü isə bir balaca göyərib”.

“Tünzalənin nərdivandan yıxılmasını görməmişəm”

Aybəniz Musayeva qeyd edib ki, yanvarın 5-də anasının yasında olub: “Tünzalənin niyə bizdən şikayət etdiyini bilmirəm. Ekspert rəyi ilə razılaşmıram, özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilmirəm. Oğlumun evinə getməmişəm, 40 gün anamın yasında olmuşam. Bundan sonra Bakıya qayıtdım, bir də yasın 52-ci günü Şəkiyə gəlmişəm. Anamın ölumünün 40-cı günündən sonra Bakıya tək getmişəm. 52-ci gündən sonra isə ərimlə getmişəm. Tünzalə 40-cı polis bölməsinə şikayət edərkən də yalan danışmışdı. Tünzalənin məndən 40-cı polis bölməsinə nəyə görə şikayət etdiyini bilmirəm. Tünzalənin üzərində aşkar edilmiş xəsarətlər onun nərdivandan yıxılmasından əmələ gəlib. Tünzalənin nərdivandan yıxılmasını görməmişəm. Bunu mənə oğlum deyib”.

“Bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anasıdır”

Digər təqsirləndirilən Vazeh Musayev də elan olunmuş ittihamda özünü təqsirli bilməyib: “Tünzaləni döyməmişəm. Dekabrın 27-də yumurtaları götürmək üçün nərdivanla tövlənin çardağına çıxmışdı. Həmin gün qar yağmışdı. Tünzalə çardaqdan düşən zaman nərdivanın ayağı sürüşdüyü üçün nərdivandan yerə yıxıldı. Tünzalə yerə yıxılan zaman sağ gözü nərdivanın ayağına dəydi. Onu evə apardım. 2-3 saat dincəldikdən sonra Tünzalə yenə öz işləri ilə məşğul oldu. Dekabrın 31-də isə Tünzalə icazəmlə anasıgili telefon vasitəsilə təbrik etdi. Tünzalənin dediyi kimi, ona pis davranmamışam. Bütün problem, bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anası Sədaqət Cəlilovadır. O, bizim bütün işlərimizə qarışıb, hökmranlıq etmək istəyirdi. Anası Sədaqət Tünzaləni “doldurduğu” üçün o, bizdən şikayət edib”.

Ana və oğlun cəzası

Şəki rayon Məhkəməsinin hökmü ilə Vazeh Musayev 1 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək qəti imkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilən Aybəniz Musayevanın barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.

Hər iki təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Tünzalə Musayeva da apelyasiya şikayəti verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişin şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
Rza Zərrab məhbusa təcavüz edib - Şok iddiaABŞ-da həbsdə olan və 1 həftədir hakim qarşısında ifadə verən iş adamı Rza Zərrab haqqında növbəti ittiham səsləndirilib.

"Qafqazinfo” "Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Manhattan həbsxanasında olarkən məhbuslardan birinə təcavüz etməkdə ittiham edilir.

Hadisənin 2016-cı ilin noyabr ayında baş verdiyi bildirilir.

Məlumata görə, həmin məhbusun şikayəti əsasında dünən Zərrab haqqında növbəti cinayət işi açılıb. İşə baxan vəkil Aleksey Şaçt isə bildirib ki, kifayət qədər dəlil təqdim edilmədiyi üçün bu gün istintaq dayandırılıb.

Qeyd edək ki, Rza Zərrab bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında” ittiham edilərək 2016-cı ilin martında ABŞ-da tutulub.
MTN-dən pullar kisələrdə daşınıb - Eldar Mahmudovun əmisi oğlunun şok ifadəsiSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı "sağ əli” hesab edilən əmisi oğlu Vüqar Mahmudovdan ifadələr alınıb.

"Yeni Müsavat”ın yaydığı xəbərdə deyilir ki, Vüqar Mahmudov dolayısı ilə baş verən cinayətlərdə sabiq nazirin göstərişlərinin əsas olduğunu təsdiqləyən ifadələr verib.

Yada salaq ki, noyabrın 3-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Mahmudov barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub.

İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq "Azəriqazbank”a daşınıb. Məlumdur ki, "Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir "vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar "Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara V. Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı "Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan "qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.

Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar var. Deyilir ki, yaxın zamanlarda Çingiz Əsədullayev də Vüqar Mahmudovun işi üzrə istintaqa dəvət edilərək həbs oluna bilər.

Buna qədər də mətbuatda "Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu. Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. "Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə deputat olan bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş.

Belə xəbərlər var ki, Eldar Mahmudovu "sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər. Artıq E.Mahmudovu 2 dəfə İstintaq İdarəsinə çağırıb dindiriblər. Sabiq nazirin istintaqa 3-cü çağırışda həbs olunması ehtimalı artıq dəqiqləşmək üzrədir.