Rza Zərrabın zorladığı deyilən 62 yaşlı kişi ilə bağlı ilginc faktlar - Kod adı “Əlahəzrət”Amerikanın İrana qarşı yönəlmiş embarqo yasağını pozduğu iddiası ilə Nyu Yorkda ittiham olunan, daha sonra isə etirafçı statusunda ifadə verən iranlı iş adamı Rza Zərrabın türmədə kamera yoldaşına təcavüz etdiyi iddia edilir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabı təcavüzdə suçlayan şəxs isə narkotik qaçaqçılığında ittiham olunan Fouzi Jaber adlı məhkum olub.

New York Times (NYT) qəzetinin məhkəmə ilə bağlı yenilikləri izləyən müxbiri Benjamin Veiserin xəbərinə görə, Manhettendəki həbsxanada eyni kamerada qalan bir məhkum Zərrab tərəfindən cinsi istismar və təcavüzə uğradığını iddia edərək, şikayətçi olub.

Bir gün öncə, axşam saatlarında açılan cinayət işində qeyd olunub ki, sözügedən təcavüz faktları 2016-cı ilin noyabr-2017-ci ilin mart aylarında baş verib. İddianaməyə görə, şikayətçi olan məhbus Fouzi Jaber 62 yaşında və Kot d`İvuar vətəndaşıdır. Keçən il Çexiyada yaxalanaraq ABŞ-a deportasiya edilib. Bir terror qrupuna dəstək verməkdə ittiham olunur və cinayətini etiraf edib, haqqında veriləcək qərarı gözləyir. Amerika mətbuatına görə, əslən Liviyadan olan bu şəxs Kolumbiya Silahlı İnqilabçı Güclərinə silah və narkotik maddə təmin etmə ittihamları ilə yaxalanmışdı.

Jaberin sözügedən təşkilatın üzvü qiyafəsinə girən Amerikan Federal Narkotik Dairəsi (DEA) işçiləri ilə bir neçə dəfə görüşdüyü və bu səbəblə yaxalandığı qeyd olunur. İddiaya görə, Jaber həmin dönəmdə ‘Əlahəzrət” kod adından istifadə edirdi. Belə ki, həmin ərəfədə Jaber, bu şəxsləri narkotik və silah qaçaqçıları ilə tanış edib. Təmsil etdiyi təşkilatın silah almasına, Afrikada narkotik qaçaqçılığı etməsinə və pul yumasına yardım sözü verib.

Jaber, ABŞ-ın yaxalanması və deportasiya edilməsi tələbinə əsasən 2014-cü ilin aprel ayında Çexiyada yaxalanıb. 25 iyul 2017-ci ildə isə ABŞ-ın bir terror təşkilatı olaraq tanıdığı FARC’a yardım etmə ittihamını Nyu Yorkdakı bir məhkəmədə qəbul edib.

Liviya mətbuatında isə Jaberin keçmişdə bir adam qaçırma hadisəsinə dair xəbərlər mövcuddur. Jaberin və digər iş birlikçi dostları Çexiyadakı həbsxanada qaldığı müddət ərzində Liviyada 5 Çexiya vətəndaşı qaçırılıb. Mediada isə həbsdəki liviyalılar və Çexiya vətəndaşları ilə bağlı "məhkum mübadiləsi” təcrübəsinin həyata keçiriləcəyi yazılırdı.

***

İddianamədə qeyd olunub ki, dövlətin təmin etdiyi bir vəkil tərəfindən müdafiə olunan F.Jaber adlı məhkum üçün R.Zərrab özəl vəkil tutmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək təklifi edib. İddia ərizəsində qeyd olunub ki, məhkum 8 martda (beynəlxalq qadınlar günündə) növbəti dəfə R.Zərrab tərəfindən təcavüzə məruz qalıb. Bu zaman qışqırmağa başlayan məhkumla yanaşı digər məhkumlar da türmə rəhbərliyinə şikayət ediblər. İstintaq materialında qeyd olunub ki, məhkum "daha gənc və daha güclü adam qarşısında” çarəsiz qalıb və "müqavimət göstərə bilməyib”.

Şikayətçi F.Jaber eyni zamanda deyib ki, həmin ərəfədə çox qorxurmuş və utandığım üçün şikayətçi olmayıb. Vəkili Aleksey Şaxt isə deyib ki, türmə rəhbərliyi bununla bağlı araşdırma aparsa da, heç bir dəlil tapmayıb.

Şaxt müvəkkilinin dediklərinin doğru olduğunu vurğulayıb: "Həbsxanada olmaq onsuz da pis bir təcrübədir. Bu hadisə isə onun təcrübəsini daha qorxunc bir hala gətirib”.

Zərrabın vəkillərindən olan Robert J. Anello isə iddiaların etibarsız bir qaynaq tərəfindən irəli sürüldüyünü, bu səbəbdən də yalan olduğunu vurğuladı.
Bakıda tələbənin dəhşətli taleyi - FUTBOLA BAXANDAN SONRA ÖLDÜBakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.

Bildirilir ki, dünən gecə saatlarında ailə üzvləri yatandan sonra Tural televizorda futbola baxmaqda davam edib. Təxminən bir saat sonra o, duş almaq üçün hamama keçib. Bu gün səhər satlarında valideynləri onun evdə olmadığını, yatağının açılmadığını görüblər. Daha sonra hamamın qapısının arxadan bağlı olduğunu görən Turalın ailə üzvləri vəziyyəti başa düşüb.

Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinin 4-cü kurs tələbəsi olub. Fakültədən bildirilib ki, 20 yaşlı tələbə yaxşı və əla qiymətlərlə oxuyurmuş. Yüksək balla universitetə qəbul olunan Tural dövlət hesabına təhsil alırmış və fakültədə sakit təbiətli və tərbiyəli tələbə kimi tanınıb.
“Lotu Quli”nin kirvəsinə hökm oxunduKriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki,Hakim Ramella Allahverdoyevanın sədrliyi ilə keçirilən məhkəmədə Məhəbbət Namazov son sözlə çıxış edib və heç bir cinayət əməli törətmədiyini söyləyib: "Hamı bilir ki, məm heç bir cinayət törətməmişəm. Bəraət hökmü çıxarılmasını istəyirəm".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə prokuror M.Namazova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitənin istifadəsi) maddəsinə tövsif edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin M.Namazov barəsində 228.2.2-ci maddəsinin isə 228.1-ci maddəsinə tövsüf edilməsini isrətib.

Prokuror qeyd edilən maddələrlə M.Namazovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən külli miqdarda narkotik vasitə və patronlar aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Lənkəranda Atabəylər dövrünə aid xəzinə tapılıbLənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından Avrasiya.net-ə verilən məlumata görə, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov bu barədə məlumat verərək deyib ki, metal əşyalar qəbul olunan məntəqədə bu pullar təsadüfən əldə edilib:

“Pulları təmizlədikdən sonra isə onların mis sikkə olduqları və Atabəylər dövrünə aid edildikləri məlum oldu. Dirhəmlərin üzərində “La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu, onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur”.

Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur:
“Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırlması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib”.
Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.

Arxeoloq, həmçinin ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.
Lavrov: “Münaqişənin həlli ilə bağlı prinsipləri təsdiqlədik”“Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsiplərini təsdiqlədik”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.
Mülki təyyarəni rus general məhv edib – 3 illik sirr açıldı2014-cü ilin yayında Donbasda “Boinq” təyyarəsinin vurulmasında əsas günahkar Rusiya Mərkəzi Hərbi Dairəsinin nümayəndəsi general-polkovnik Nikolay Tkaçevdir.

Axar.az xəbər verir ki, bu iddianı “Bellinqket” jurnalist-ekspert qrupu yayıb. Qrup Tkaçevin “Delfin” ləqəbi ilə məşhur olduğunu bildirib. Belə ki, qrup üzvlərindən biri jurnalist adı ilə Tkaçevdən müsahibə götürüb, daha sonra onun səsi Kolorado Universiteti və Litva Məhkəmə Ekspertiza Mərkəzində əvvəldən olan səsi ilə birgə analiz edilib. Bundan sonra müəyyən olunub ki, məhz bu general “Boinq” təyyarəsinin vurulmasında iştirak edib.

Qeyd edək ki, 2014-ci ildə Malaziyaya məxsus təyyarə Donbasda qəzaya düşüb. Qəza nəticəsində 289 nəfər həlak olub. Sonradan bəlli olub ki, qəza təyyarəyə açılan atəşdən sonra baş verib. İnsidentin araşdırılması üçün Niderlandda xüsusi qrup yaradılıb və bu qrup bir müddət öncə təyyarənin məhz Donbas separatçıları tərəfində “Buk” kompleksləri vasitəsilə vurulmasını təsdiqləyib.
“Leyla Yunus hər zaman satqınlıqla məşğul olub”Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər.

Trend-in məlumatına görə, bunu millət vəkili Elşən Musayev bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.

E.Musayev bildirib ki, L.Yunus hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olub.

O qeyd edib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: “Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınlığı qabarıqlığı ilə əks olunub”.
İŞİD neftini bu məşhur şirkət alırmış - ŞokParis məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.

Olsenlə bərabər, onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Error da saxlanılıb.

Məhkəmə “Lafarge”ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham edib. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanıb. Üstəlik, “Lafarge”nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilib.

Qeyd edək ki, Olsen 2007-2015-ci illərdə “Lafarge”nin rəhbəri olub.

“Lafarge” 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var.
Tramp Qüdsü milyonlar hesabına paytaxt elan edib - Şok iddiaABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi siyasi qalmaqallara səbəb olub.

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qalmaqallı addımı ilə dünyanı silkələdiyi bir vaxtda "New York Time" qəzetində sensasiyalı bir məqalə nəşr edilib. Qəzetin yazdığına görə, Trampın bu qərarında daxili siyasətdə onu dəstəkləyən qruplaşmanın əli var. Belə ki, seçkilər ərəfəsində yəhudi lobbisinə arxalanan gələcək prezident lobbi rəhbərlərinə Qüdsün paytaxt olacağını vəd edib. Amerikanın məşhur qumarxanalar şəbəkəsinin sahibi, əslən yəhudi olan Şeldon Adelson da öz növbəsində bu vədi Amerika Sionist Birliyi rəhbəri Morton Kleinə çatdırıb.

"New York Times" Adelsonun Trampın seçki kampanyasına 20 milyon dollar bağışladığını da qeyd edib. Məqalədə Trampın 2016-cı ilin mart ayında ABŞ-ın ən böyük lobbi qrupu olan Amerika Xalqla Əlaqələr Komitəsindəki çıxışında “Amerika səfirliyini yəhudi xalqının əbədi paytaxtı Qüdsə köçürəcəyik” bəyanatına da diqqət çəkilib. Qəzetin yazdığına görə, Trampın Orta Şərqlə əlaqələri olan yəhudi kürəkəni Jared Kuşnerin də bu ideyaya böyük dəstəyi olub.

Qəzet yazır ki, sonunda Donald Tramp ona səs verən yəhudilərin yanında verdiyi sözü tutaraq Qüdsü İsrailin paytaxtı elan edib. Buna subut olaraq nəşr prezidentin dəstəkçilərindən olan Respublikaçı Yəhudi Komitəsi dünən “New York Times” qəzetinə “Trampın Ağlama Divarında” dua edərkən çəkilmiş şəkli ilə birgə bir təşəkkür elanını da çap edib. Təşəkkür elanında “Söz verdin. Yerine yetirdin” yazılıb.
Xərçəngdən əziyyət çəkən jurnalist vəfat edib"Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyev vəfat edib.

Onun ölümünə səbəb qan xərçəngi olub.

Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, xan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.