İlahiyyatçı Elşad Mirini yatağından oğurlayacaqlar - TəhdidTanınmış ilahiyyatçı Elşad Miri təhdid olunur.

Son günlər dini müzakirələrin əsas simasına çevirilən Elşad Mirinin fikirlərinə görə həyatına təhlükə yaranıb.

Avrasiya.net xəbər verir ki, İlahiyyatçının sosial şəbəkədəki hesablarına gələn şərhlərdə xəbərdarlıq edilib. Bundan başqa, yazıda ilahiyyatçının danışığı lağa qoyulub və evindən oğurlanacağı bildirilir:

“Cinayətkar sənin özünsən. Elşad bəy, ağıllı ol, danışmağı öyrən, sonra ekrana çıx. Səni gecə yarısı yatağından oğurlayıb yetimə, kasıba yedizdirərəm”.

Ötən gün isə ilahiyyatçının sosial şəbəkələrdəki bir neçə şəxsi hesabı – səhifələri oğurlanıb.

Qeyd edək ki, üç il əvvəl ilahiyyatçının evindən pul, qızıl, bahalı əşya və məişət texnikası aparılıb. Həmin dövrdə oğruların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edən ilahiyyatçı bildirir ki, hələ də hadisənin üstü açılmayıb. Qəribədir ki, həmin vaxt da Elşad Miri müxtəlif şəxslər tərəfindən ölümlə hədələnib.
İlahiyyatçı Elşad Mirini yatağından oğurlayacaqlar - Təhdid
Ana və 4 qızının qətli ilə bağlı şok etiraf — “Onları atam yox, mən öldürmüşəm”Salyanda ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülən Mehparə Əliyeva və qızlarının meyitləri bu gün yaxınlarına təhvil verilib. M.Əliyevanın qohumların qətlə bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar hesab edirlər ki, ana və dörd qızını F.Əliyev tək qətlə yetirməyib, cinayətdə digər şəxslər də iştirak ediblər.
Fərhad Əliyevin qardaşı oğlu Vüsal Əliyev onların qətldə ittiham olunmasına münasibət bildirib.

V.Əliyev AzVision.az-a bildirib ki, dünənədək onların belə bir qətlin baş verməsindən xəbərləri olmayıb.

“Bizim xəbərimiz olmayıb. Polislər gələndən sonra bildik ki, qətli əmim və oğlu törədib. Mehparənin qohumları nə danışdıqlarını bilmirlər. Bizim əminim ailəsi ilə əlaqəmiz olmayıb, onların evlərində nə baş verib, xəbərimiz olmayıb. Kim istəyərdi ki, belə faciə olsun! Biz özümüz də pis gündəyik. Hadisənin nə üstündə olduğunu da bilmirik. Hələ də özümüzə gələ bilməmişik. Qətli necə törədiblərsə, çölə səs çıxmayıb. Səs olsaydı, hamımızın xəbəri olardı. Biz onlardan 30 metr aralıda yaşayırıq”.
V.Əliyev qətlə yetirilən Mehparə Əliyevanın qohumlarından narazılığını bildirib. Deyib ki, onlar sağlığında M.Əliyevanı itirib-axtarmayıblar.

“Onlar əmimgilin qapısını bir dəfə də olsun açmayıblar. Burada hər kəs məni tanıyır, məşədiyəm. Onlara da çox köməyim dəyib. Çətində olanda kömək əlimi uzatmışam. Heç bir sübut olmadan bizi ittiham etmək lazım deyil. Biz də bilirik ki, bu işdə əmim tək olmayıb. Oğlu ilə birikdə edib. Əmim polisə deyib ki, arvadını və qızlarını özü öldürüb. Fəqan isə qətl hadisəsinin atası yox, onun tərəfindən törədildiyini deyib. Hazırda istintaq davam edir”.

Qeyd edək ki, 2014-cü ildə Salyanda baş vermiş dəhşətli qətlin üstü 3 ildən sonra açılıb. Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

F.Əliyevin oğlu Fəqan Əliyevin köməyi ilə meyitləri yaşadıqları evin həyətində basdırdığı bildirilib. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Prezidentdən yeni təyinat - 4 sərəncamAzərbaycan Respublikası Prezidenti Abbasəli Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu jurnalistlərin fəaliyyəti dayandırıla bilərAzərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq.

APA-nın məlumatına görə, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi) maddəsinə əlavələr təklif edilir.

Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışıb - “Məni saymırdılar...”Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı- 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın , 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. “Sputnik” agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

“Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm”-qeyri-insani əməli törədən cinayətkar müstəntiqlərə bildirib. O, qətli oğlu ilə birlikdə necə törətdiklərini də danışıb. Qatil müstəntiqlərin “beş nəfəri birdən necə öldürdün?” sualına cavab olaraq deyib ki, oğlu Fəqanla birlikdə arvadını və qızlarını əvvəlcə ayrı otaqlara salıb və qapını bağlayıb, sonra öldürüb.

Qatil deyib ki, həmin gün onunla arvadı arasında mübahisə yaranmışdı, qızlar isə analarının tərəfini tuturdu.

Virtualaz.org-a o da məlum olub ki, salyanlı manyak-qatil qətliamı törətdikdən sonra arvadının ağzından qızıl dişlərini söküb. Çünki cəsədin eksqumasiyası zamanı qadının qızıl dişlərinin söküldüyü üzə çıxıb. Habelə cani qızlarından birinin qızıl boyunbağısını da meyitin üstündən götürüb, deyilənlərə görə onu hadisədən bir müddət sonra boyunbağını satarkən görüblər.

Xəbər verdiyimiz kimi cinayətkar arvadı Mehparəni, qızları Rəqibəni, Sevdanı, Ümidəni və İradəni qətlə yetirdikdən sonra onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb. Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin “Səni axtarıram” şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu “qeyrətlərinə” sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLARBu gün Siyəzən rayonunda Heydər Əliyev Mərkəzində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Gənclər və İdman idarəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin və rayon tam orta məktəblərinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin muzeyində Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən foto-stendlərlə tanış olublar.

Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov və Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, əgər Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi.
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Çıxışlardan sonra Ümumilli lider haqqında film nümayış etdirilib. Daha sonra tədbir iştirakçıları Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi tərəfindən “Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevdir” mövzusunda 20 noyabr 2017-ci il tarixdə rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında elan edilmiş inşa-yazı müsabiqəsində I və II yerləri tutan şagirdlərin inşa-yazılarını dinləyiblər. 40-dan çox məktəblinin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən şəhər 1 saylı tam orta məktəbin şagirdi Əhmədova Gülər I, şəhər 6 saylı məktəb-liseyin şagirdi Bağırova Xanım II, Böyük Həmyə kənd və şəhər 3 saylı tam orta məktəbin şagirdləri Xəlfəyeva Səlimə və Kərimova Firəngiz III, şəhər 1 saylı tam orta məktəbin şagirdi Şirinova Lalə, şəhər 2 saylı tam orta məktəbin şagirdləri Bəydəmirova Minə və Əliyeva Nəzrin, şəhər 5 saylı tam orta məktəbin şagirdi İlyasova Səma, şəhər 6 saylı məktəb-liseyin şagirdi Yunusova Əntiqə və Gil-gilçay qəsəbə tam orta məktəbin şagirdi Əmirova Nəsibə isə həvəsləndirici yerlərə layiq görülüblər. Tədbirin sonunda müsabiqədə yer tutmuş şagirdlər idarənin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
ASİM’den "Kudüs" açıklamasıABD Başkanı Donald Trump, islam dünyasından tüm tepkilere rağmen kulaklarını tıkadı. İsrail’in işgal ettiği Filistin’in topraklarının bir parçası olan Kudüs'ü İsrail adlı korsan devletin sözde resmi başkenti olarak tanıdı ve Tel Aviv'deki ABD Büyükelçiliği'nin Kudüs'e taşınacağını açıkladı.

Trump bu kararla ABD’nin Filistin davasında görüntüde tarafsız olma vasfının da bittiğini ilan etmiştir. ABD, 6 Aralık 2017 tarihi itibarı ile İsrail ile aynı statüde Filistin işgalinin tarafı olmuştur.

Kudüs’ün Siyonizm’e başkent yapılmasını engellemek için harekete geçmek, birlikte ses vermek ve insanlığın beklediği sözü söylemek için buradayız.

Bu güne kadar bizi Şii Sünni, Sufi Selefi, Türk Kürt, Arap Fars, Şucu Bucu diye böldüler.

Ümmet birbirleriyle uğraşırken İslam düşmanları ümmetin ülkelerini bir bir işgal ettiler.

Geriye viran edilmiş şehirler dul kadınlar yetim ve öksüz çocuklar kaldı birde birbirleriyle savaşan elleri kardeş kanına bulanmış gruplar.. kısacası bizim dağınıklığımız onların gücü oldu.

Buradan tüm Müslümanlara sesleniyoruz Kudüs için ayağa kalkan ve tek yürek olan ümmete sesleniyoruz Allah için Resulullah için Mescidi Aksa için artık gücümüzün farkına varalım.

Müslüman ülkelerin tamamının İsrail ile siyasi, ticari, diplomatik ve ekonomik bütün ilişkilerini kesmelerinin zamanı gelmiştir.

Türkiye İsrail ile tüm diplomatik ilişkilerini kesmeli, bugüne kadar Filistin aleyhine olan İsrail işgali lehine olan tüm anlaşmaları ve mahkeme kararlarını iptal etmelidir.

Filistin dar bir coğrafyada bulunan bir takım insanların mes’elesi değil; tüm İslam âleminin namusudur.

Filistin ve Kudüs’ün müdafaası herkesin mesuliyetidir. Bugün hemen Kudüs’ün özgürleşmesi için tüm çalışmalar başlatılmalıdır.

Kudüs Filistin’in başkentidir. Bütün Müslümanların kutsalıdır. Hiçbir zaman İsrail’in başkenti olmayacaktır.

Türkiye tarihin kendisine yüklediği kutsal misyonunu ifa edecek; okyanus ötesinden iftira, tiyatral operasyonlar ve karalama kampanyalarıyla engellenmek istense de din, dil ve ırk ayrımı göz etmeksizin tüm mazlumların hakkını savunmaya daha gür sesle devam etmelidir.

Bütün grupları ve taraflarıyla bugüne kadar haklı, onurlu ve azimli muazzam bir mücadele ortaya koyan FİLİSTİN’ in yıllar boyunca en ağır şartlarda kesilmeyen mücadelesini selamlıyor ve şükranlarımızı sunuyoruz. Bundan sonra da maddi manevi yanlarında olduğumuzu buradan ilan ediyoruz.

Filistin İslami Direniş Hareketi HAMAS’ın da açıkladığı üzere "Biz İsrail’i devlet olarak bile kabul etmiyoruz ki, başkenti Kudüs olsun"

İslam Dünyası bütün Filistin topraklarına ve Filistin’in Başkenti Kudüs’e sahip çıkmalı siyasi, ekonomik, hukuki her türlü desteği sağlamalıdır. İsrail’e ve İsrail’in yanında duranlara da siyasi, ticari, ekonomik vs her türlü boykot/ambargo uygulanmalıdır.

ÜMİTSİZ DEĞİLİZ.. ALLAH BİZİMLE
ASİM’den "Kudüs" açıklaması
Ey Korsan İsrail , Eyy ABD’nin şaşkın yöneticileri!.

Siz bugün bu ümmetin çaresizliğinden gafletinden cesaretle saldırdıkça saldırıyorsunuz. Bugün izzetimiz onurumuza pervasızca hücum ediyorsuz. Kendi haklarınız sözkonusu olduğunda Dünya’yı ayağa kaldırmanıza rağmen Müslümanlar söz konusu olunca çifte standartlarınızı derhal açık ediyor, taktığınız masumane maskelerin ardındaki cellât yüzünüzü alenen ifşa ediyorsunuz. Ancak büyük bir keyifle icra ettiğiniz bu çirkin oyunlar ebediyen sürmeyecek.

Gün gelecek, en kudretli ordularınız tarumar edilecek. Gün gelecek en gaddar neronlarınız asil liderlerimiz önünde dize gelecek. Gün gelecek estirdiğiniz en haşin fırtınalara set olacağız. Gökleri inletecek tekbir nidalarımızla yıkacağız zulmün tunçtan kalelerini. Bir gün Kudüsümüzün bağrında taşıdığı AKSA’nın mihrabında özgürlük secdelerine kapanacağız ve onun mübarek surlarına istiklal sancağımızı dikeceğiz.

O gün çok yakın biliyoruz..

Ve biliyoruz ki KUDÜS Amerika’dan da Rusya’dan da, Çin’den de büyüktür.

Ey Kudüs!..

Büyüklüğünün hürmetine sabret ve izzetinin hatırına bekle bizi.

Allah'ım! Akıtılan kanlar, dokunulan ırzlar, çiğnenen hürmetler, yetim bırakılan çocuklar, oğlunu yitirmiş anneler, dul kalmış kadınlar, yıkılmış evler ve ifsad edilmiş ekinler aşkına senden niyaz ediyoruz. Kudüsün esaretine son vermeyi bize nasip et.

Sen mustazafların Rabbisin... Sen bizim rabbimizsin...

'Ey Rabbimiz! Eğer unutur veya yanılırsak bundan dolayı bizi sorguya çekme! Ey Rabbimiz! Bizden öncekilerin üzerine yüklemiş olduğun gibi bizim üzerimize de ağır bir yük yükleme! Ey Rabbimiz! Bizi güç yetiremiyeceğimiz bir şeyle yükümlü tutma! Bizi affet! Bizi bağışla! Bize rahmet et! Sen bizim mevlamızsın (yar ve yardımcımızsın) kâfirler topluluğuna karşı bize yardımcı ol!'

Adana Sivil İnisiyatif Meclisi (ASİM)
Nağılbazın keçmiş arvadı: "Əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər"“Tiflisə göndərmişdik ki, oradan Praqaya keçsin. Lakin pulları kefə-damağa xərcləyərək, bir əxlaqsız qadından siflis xəstəliyinə yoluxdu. Buna görə Tiflisdə karantin edilərək həmən Praqaya yollamışdılar”.

Bu sözləri tanınmış repçi Anar Nağılbazın keçmiş arvadı Anjelika Cəbiyeva musavat.com-a açıqlamasında bildirib.

A.Cəbiyeva bildirib ki, məhz onun xəstəliyi ilə əlaqədar repçidən boşanıb: “Ailə qurmamışdan əvvəl belə bir danışığımız olmuşdu ki, ölkədən getməyəcək. Lakin o, evdə nə var idisə, hətta mənim netbukuma qədər hər şeyi satıb, arxaya baxmadan getdi. Qeyd etdiyim kimi, Tiflisdə siflis xəstəliyinə yoluxduğu üçün ondan boşanmaq qərarına gəldim. Praqada olduğu zaman bu haqda ona bildirdim. Siz deyin, hansı qadın razı olardı ki, əri o cür xəstəliklə gəlib həm arvadına, həm də uşaqlarına yoluxdursun? Buna razı ola bilməzdim”.

A.Cəbiyeva repçinin Praqaya mühacirət etmək üçün getdiyini deyib: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”.
Repçinin keçmiş arvadı xəyanət və “müxtəlif ciplərdə gəzirdi” ittihamlarına da cavab verib: “Boşanmanı mən etmişəm, ərizəni mən yazmışam. Əgər kişi idisə, onda niyə boşanmanı o verməyib? Əgər onun dediyi kimi olsaydım, gündə bir cipdə gəzsəydim, indi iki uşaqla kirayələrdə sürünməzdim. Əksinə evim də, maşınım da olardı. Bu cür söhbətlər kişiyə yaraşan hərəkət deyil. Getsin bir qədər kişi olub, cəmiyyət içində danışmağı öyrənsin.

Belə çıxır ki, mən evdə tapılmamışam. Onda bəs uşaqlarıma kim baxıb? Onun ata-anası? Onunla ailə qurduğumuz andan bu günə qədər həmişə mənim qardaş-bacım, ata-anam köməklik edib. Əvvəlcə mənə, sonra isə uşaqlara əyin-baş alıblar, dəstək olublar.

Anar Praqaya getdiyi gündən həmişə evdən pul istəyib. Başqaları xarici ölkələrdən evinə pul göndərəndə, biz ona pul göndərmişik. O isə həmişə yalnız kef edib. Doğrudur, məndən pul istəyəndə mən də atasından istəyirdim. Atası pul göndərirdi, amma mənə və uşaqlarıma dəstək olmurdu”.

A.Cəbiyeva ona atılan böhtan və iftiralara görə artıq məhkəməyə müraciət etdiyini deyib: “Anar dediklərinə görə artıq məhkəmə qarşısında cavab verəcək. Çünki onun dedikləri həm mənim, həm də uşaqlarım üçün çox ağır iftiralar, ləkə, zərbədir. Heç bir kişi öz arvadının, uşaqlarının anasının arxasınca o cür sözlər danışmaz. Anar öz etdiklərini təmizə çıxartmaq üçün mənə böhtanlar atır. Hansı xanım bütün bunları qəbul edər?”

Repçinin keçmiş arvadı məlum porno videodan da söz açıb: “O videonu mən yaymamışam və onu yayanları lənətləyirəm. Orada mən də təhqir olunmuşam, barəmdə danışılıb. Buna görə ağır stress yaşamışam. Heç zaman Anarı bitirmək fikrim olmayıb, çünki uşaqlarımın atasıdır. Amma istəsəydim edərdim, çünki əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər. Amma həmişə uşaqlarımın xətrinə susmuşam…”
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTOAzərbaycanlı müğənni Afaq Aslan növbəti dəfə səs-küyə səbəb olacaq fotosessiya etdirib.

Publika.az-a açıqlama verən müğənni bildirib ki, bu şəkillər yeni həyata keçirəcəyi layihə üçündür: “Mən hər zaman demişəm ki, gözəl olmayan qadın yoxdur. Sadəcə baxımsız qadın var. Özümü çox cazibədar qadın sayıram. Məsələn, bu şəkillərim kişilərin nəfəsini kəsəcək. Bu şəkillərə görə məni tənqid edənlər çox olacaq. Tənqidlər hər zaman olub, olacaq. İndiki zəmanədə kimi tənqid etmirlər ki? Xalq, Əməkdar artistlərimizi də tənqid edirlər. Bu normaldır. Sənətdəsənsə, tənqid də, tərif də olacaq. Açıq-saçıq fotosessiyamı nə üçün çəkdirdiyimi isə çox yaxın zamanda hər kəs biləcək. Az qaldı”.
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
Cocuq Mərcanlı dini icması dövlət qeydiyyatına alınıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.

DQİDK-dən Avrasiya.net-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Komitə sədri Prezident İlham Əliyevin ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, tarixi-mədəni və dini ibadətgahların yenidən qurulmasına, inşasına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət nəticəsində hazırda 783 dini icmanın dövlət qeydiyyatından keçdiyini, onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, mütəmadi olaraq maddi dəstək göstərildiyini bildirib.

Söhbət zamanı Cocuq Mərcanlı məscidinin tikilməsinin, eyni zamanda, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə olduğu xüsusi olaraq qeyd olunub.

Cocuq Mərcanlı məscidi dini icmasının sədri Elman Piriyev Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan dini ibadətgahda dindarlar üçün hər cür şəraitin mövcud olduğunu bildirib. İcma sədri dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün Cocuq Mərcanlı sakinləri adından bir daha təşəkkür edib.

Sonda Cocuq Mərcanlı məscidi dini icmasının sədrinə Dövlət Komitəsinin nəşri olan dini maarifləndirici kitablar hədiyyə edilib.