Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin — SİYAHISIAzərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

“Ölkə.Az” xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:
Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqasqar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışgan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır.
Fazil Məmmədova böyük ŞOK: Yeznəsi işdən çıxarılırVergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunduqdan sonra onun yaxın ətrafının da tutduqları vəzifələrdən kənarlaşdırılacaqları barədə fikirlər dolaşırdı.

A24.Az-a daxil olan məlumata görə, artıq həmin siyahıdakılardan birinə yol görünüb. Belə ki, mənbə bildirir ki, eks nazirin yeznəsi Namiq Quliyevə işdən çıxmaq barədə ərizə yazması tapşırılıb. Hazırda Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavinidir.

Nazirin müşaviri vəzifəsindən azad olunan N.Quliyev 2016-cı ilin fevral ayında bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Namiq Quliyev Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.
Fələstinlə İsrail arasında toqquşma: 108 yaralı - VİDEOİordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin mərkəzində fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus Arabia” yayıb. Televiziya bunun ABŞ Prezidenti Donald Trampın Qüds bəyanatından sonra ilk toqquşma olduğunu bildirib.

Hazırda fələstinlilərlə İsral təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

Qeyd edək ki, bundan öncə Fələstinin paytaxtı Rəmallah şəhərində etiraz aksiyaları keçirilib. Aksiya zamanı ABŞ bayrağı yandırılıb.

***

İordan çayının qərb sahilində baş verən toqquşmalar zamanı 108 fələstinli yaralanıb.

Belə ki, 1 fələstinlinin də polis tərəfindən saxlanıldığı bildirilib.

İsrailin atlı qoşun dəstələri etirazçı kütləni dağıtmağı bacarıb.
Biləsuvarda kütləvi dava - 2 polis əməkdaşı yaralandıBiləsuvar rayonunda kütləvi dava baş verib.

Avrasiya.net "Report"-a istinadən xəbər verir ki, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri, 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsindən bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülübBakı Su İdmanı Sarayının bədii gimnastı Dəniz Həşimova “Sport-TİME” jurnalı tərəfindən “2017-ci ilin ən yaxşıları” nominasiyası seçilib.

Mükafatı Dənizi Həşimova Olimpiya çempionu Zemfira Meftahətdinova və “Sport-TİME” jurnalının baş redaktoru Jalə Rzabəyli təqdim ediblər.

Onlar balaca gimnast haqqında xoş sözlərini bildiriblər.

Qeyd edək ki, Dəniz Həşimova bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.
Saakaşvilinin vəziyyəti pisləşdi - Prokurorluq 24 saat vaxt veribOdessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili xəstələnib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Saakaşvili Rada yaxınlığında qaldığı çadırda xəstələnsə də, oranı tərk etmir.

Tərəfdarları onun vəziyyətinin pisləşdiyini deyir.

Ukrayna Baş prokurorluğu Milli Polis idarəsinə onun axtarışı barədə göstəriş verib.

Baş prokuror onlara 24 saat vaxt verib, ya təslim olmalıdırlar, ya da çadırlar zor gücünə dağıdılacaq.
Anar Nağılbazdan inanılmaz video etirafı: "Hər gün bir cipdə..."“Əsəbdən, stressdən 2 ilə yaxındır ki, depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım bu son günlərdə bəlli olub, halbuki, nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istəmələrini dəfələrcə deyiblər”.

Avrasiya.net xəbər verir ki, bu sözləri sosial media hesabında son günlər qalmaqallı xəbərləri ilə gündəmə gələn Anar Nağılbaz deyib.
O daha sonra sözlərinə belə davam edib: “Praqadan döndükdə qulaqlarımı doldurdular ki, unutmalısan, ailəni tutmalısan. Mənim ürəyim kövrəkdir. Hər dəfə evə gələrkən uşaqlar anadan olandan nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki, atamın qayğısı üstümüzdən əskik olmayıb. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, maşın, şou biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müddətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi. İndi də səfərimi və evlənəcəyim xəbəri eşidib hücuma keçməyə başlayıblar. Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də atamın himayəsi və taksi şoferi kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrıldıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq, anasız qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atamgilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri isə artıqlamadan da yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi. Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, “Qızım ikicə ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy iki ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin”.

Amma yenə də kirayə haqqları verilib və oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayın iki ayı usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də dörd gün yanımda qalıblar, çox sevinirdilər, gəzintiyə, restoranlara aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və iki gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullanmışam. Kliplər başqalarının dəstəyi ilə ərsəyə gəlib. Mən, ayda tələbələrimnən iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetir. Elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarım üçün nəsə edirəm. Uşaqları əllərində bayraq edib psixikasını pozublar. Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər”.
Həkimin öldürdüyü qızın dəfni niyə gecikdi?"Grand Hospital”da həkim səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından komaya düşən və 5 gün sonra dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyevanın meyiti prokurorluq tərəfindən ailəsinə təhvil verilib. Mərhum artıq dəfn edilib.

Bu barədə Axar.az-a həkim səhlənkarlığının qurbanı olan A.Mirzəyevanın qardaşı məlumat verib. O bildirib ki, prokurorluqdan meyitin ekspertizası üçün dəfnin gecikdirilməsi xahişinə əməl ediblər və ekspertizadan sonra dəfn gerçəkləşib.

O, həmçinin, bacısının 5 dəfə əməliyyat olunduğunu da xatırladıb:

“İki dəfə İranda, iki dəfə də bizim ölkədə əməliyyat olunub. Bu, sayca 5-ci əməliyyat idi. Həkim bizə bildirmişdi ki, bu fərqli metoddur. Bizə riskli olduğunu deməmişdi. Bizinci anjuda damar müəyyən olunmuşdu, həmin damarı bağlamalı idi. Bağlayan zaman həmin maddə ki var, o beyinə gedib. Bu da komaya düşməsinə və ölümə səbəb olub”.

Mərhum A.Mirzəyevanın qardaşı bildirib ki, ölümə səbəb olan həkim invaziv radioloq İlqar Hüseynov bu əməliyyatı bundan öncə ayaqda və başqa orqanlarda aparıb. Gözdə isə belə əməliyyatı ilk dəfə edirmiş:

“Problem gözdə olduğu üçün bacımı göz həkimləri əməliyyat edirdi. “Grand Hospital”da isə bizə fərqli metod dedilər. Razılaşdıq. Sonra məlum oldu ki, bunun gözlə əlaqəsi yoxdur. Damar həkimi tapmaq lazım idi, bizə də bu həkimi məsləhət gördülər. Həkim bizə əvvəlcə bildirdi ki, bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Sonradan bizə məlum oldu ki, o həkim bu əməliyyatı gözaltında deyil, ayaqda və başqa orqanlarda aparıb. Gözdə isə ilk dəfəymiş bu cür əməliyyat aparırmış, nəticə də belə olub”.

"Grand Hospital” xəstəxanasından isə ölümə səbəb olan və qaçdığı deyilən həkim İlqar Hüseynov haqqında bildirilib ki, o, heç yerə qaçmayıb, işinin başındadır.

Xatırladaq ki, noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınan və 5 gün komada qaldıqdan sonra dünyasını dəyişən Ayşən Mirzəyevanın ölüm faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İki universitet tələbəsi yaralandıXəzər Universitetinin Bəşir Səfəroğlu kampusunda faciəli hadisə baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Universitet tələbələrindən birinin verdiyi məlumata görə, universitetdə pilləkənin məhəccərinin mərməri qoparaq tələbələrin başına düşüb. Hadisə nəticəsində tələbələrdən birinin əli əzilib, digərinin isə başı yarılıb.
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə müraciət etdiAzərbaycanın bir sıra insan haqları müdafiəçiləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: "Hörmətli cənab Prezident!

Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.

Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər".

Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfaroğlu, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva və Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov imzalayıblar.