Jurnalist-publisist İradə Sarıyevanın kitabı işıq üzü görüb"Xatirə Kitabı"nın layihəsi əsasında nəşr edilən “Gözlə, gələcəyəm” kitabı şəhid Aydın Abdullayevin ömür və döyüş yoluna həsr edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xatirə Kitabı Redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitab nəşr edilib. “Gözlə, gələcəyəm” adlı kitabın müəllifi jurnalist-publisist İradə Sarıyevadır.

“Gözlə, gələcəyəm” sənədli povestində 23 yaşında Vətən uğurunda şəhid olmuş, xalqımızın cəsur oğlu, gizir, kəşfiyyatçı-snayper şəhid Aydın Əmirsoltan oğlu Abdullayevin ömür yolundan söhbət açılır.

Son dərəcə təsirli səhnələrlə zəngin olan bu kitab şəhidlərimizin müqəddəs ruhlarına yazılmış elegiyaya bənzətmək olar. İnanırıq ki, gələcək nəsillərə nümunə olacaq şəhid Aydın Abdullayevin ömür yolundan bəhs edən bu kitabı oxucular maraqla qarşılayacaq.

“İstedadlı qələm dostum İradə Sarıyevanın köksündən vurulan yaralı bir durna harayına sətirlərinin arxasından Aydının Ay işığı çöhrəsini görürəm,pıçıltılarını eşidirəm elə bil”. Bu ifadə kitabın redaktoru Zülfüqar Şahsevənlinin “Gözlə, gələcəyəm” kitabına yazdığı “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var” sərlöhvəli redaktor sözündə yer alıb.

Qeyd edək ki, kitabın layihə rəhbəri Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, bədii redaktoru tanınmış qələm sahibi Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevdir.

“Azəri Poliqrafia”da nəşr edilən “Gözlə, gələcəyəm” kitabının korrektorları Kamilə Dilbazi, Aybəniz Sadıqova, texniki redaktoru Dilarə Hüseynova, dizayneri isə Cəfər Kərimovdur.
“Gözlə, gələcəyəm” müəllifin ilk kitabıdır.
Elşad Mirinin səhifələri oğurlandıTanınmış ilahiyyatçı Elşad Mirinin sosial şəbəkədəki səhifələri oğurlanıb.

A24.Az xəbər verir ki, bu haqda ilahiyyatçı özü məlumat verib. O bildirib ki, təsisçisi olduğu “Elşad Miri”, “Din.az”, “İslamologiya” və “Media Təqib Mərkəzi”nin Feysbuk səhifələri oğurlanıb.

Elşad Mirinin sözlərinə görə, sözügedən səhifələrə hücum edən naməlum şəxslər özlərinə həmin səhifələrdə “admin”lik statusu verdikdən sonra ilahiyyatçını səhifənin idarəçiliyindən çıxarıblar.

Həmin əməli törədən şəxslər eyni zamanda onu dövlət əleyhinə məlumatlar paylaşan bir neçə səhifədə “admin” ediblər.

Elşad Miri bildirib ki, baş verənlər ona qarşı düşünülmüş təxribatdır. İlahiyyatçı bütün bunların son zamanlarda çox geniş müzakirələrə və sərt reaksiyalara səbəb olan çıxışlarına görə qurulmuş bir oyun olduğunu qeyd edib.
Toyda kütləvi dava düşdü - yaralananlar varSabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Avrasiya.net Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Əlavə məlumat veriləcək.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Birinci qrup əlil məzuniyyət pulunu ala bilmir - ŞİKAYƏTBakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini, 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı Avrasiya.net vasitəsilə Azərbaycanın birinci xanımına müraciət edərək illərlə çalışdığı "Gülbaxt" tikinti materialları kombinatından məzuniyyət pulunu ala bilməməsindən şikayətlənib.

Müraciəti olduğu kimi təqdim edirik:

ŞİKAYƏT ƏRİZƏSİ

Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Hörmətli Mehriban xanım 1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm.

Belə ki, 01.07.2003-cü ildə 1996-1997, 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm. 2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm. İşdən çıxdığım vaxtdan yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəmdə kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar.Sonuncu dəfədə kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur.

Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyiblər. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəmsə dəqiqliklə bilirəm.

Hörmətli Mehriban xanım, İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsidə mənim himayəmdədir. Özüm də birinci qrup əliləm. Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz. Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz. Mən Sizə səmimi qəlbdən inanıram.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tanınmış jurnalist İlqar Rəsulun romanı çıxdıTanınmış jurnalist, yazıçı, APA TV-nin əməkdaşı İlqar Rəsulun romanı çap olundu.

Müəllifin sözlərinə görə, “Getmə” adlanan roman adi həyat yaşayan insan taleləri haqqındadır və qəhrəmanları ütüsüz, təbii, olduğu kimidir.

Real həyat və xatirələr üzərində qurulan süjet xətti boyu bir insan hamını tərk edir, bir xanım onun axtarışına çıxır.

“Romanın əsas mahiyyətində insanın psixoloji durumu, yaşadıqları, həyata, zamana münasibəti durur” – deyə müəllif bildirib.

Əsərin bir orijinallığı da var: qəhrəmanlar müəllifdən asılı deyillər, azaddırlar, istədiklıəri vaxt ciddi və qeyri-ciddi ola bilirlər. İnsan həyatla oynadığını düşünürkən həyatın onunla oynadığı bəlli olur.
Məleykə Əsədova Ramiz Məliki nəvələrini oğurlamaqla hədələyib - Şok ittihamlarXalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır.

Bu barədə Sputnik Azərbaycan-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: "Əgər Ramiz Məlik Məleykə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var", - deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: "Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?"

T.Süleymanlı daha sonra əlavə edib: "Ramiz Məlik çoxillik təcrübəsi olan hörmətli aktyordur. Bu günlərdə məhkəməyə iddia ərizəsi veriləcək".

Xatırladaq ki, noyabrın 22-də Nəsimi Rayon Məhkəməsində Əsədovanın Məlikə qarşı iddiasına dair ilk məhkəmə iclası keçirilib. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaqın səbəbi Məleykə Əsədovanın zahiri görkəmi olub.

Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də, mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.
Generalın oğlu məhkəmədən son söz üçün vaxt istədiBu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Avrasiya.net "Report"-a istinadən xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən R.Orucovun vəkili Kamandar Nəsibov müdafiə çıxışını başa vurub.

Daha sonra R.Orucov və digərləri isə son nitqə hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər
Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Məşhur mafiya başçısı qətlə yetirildi — İtaliyadaKorsikalı məşhur mafiya başçısı Antuan Kiliççini Bastiya şəhərindəki hava limanında qətlə yetirilib.

"Ölkə.Az" xəbər verir ki, "Qəssab Toni" ləqəbli qanqster Fransanın Korsika adasındakı hava limanında qisas zəmnində öldürülüb. İnsident nəticəsində iki nəfər də xəsarət alıb.

Hadisə bir ay əvvəl baş verib. Amma məlumat bu gün mətbuata sızdırılıb. Rəqib mafiya qruplaşmasının liderini öldürməkdə ittiham edilən "Qəssab Toni"yə iki nəfər naməlum şəxs atəş açıb.
Antuanın yaxın dostu Jan-Lyuk Kodaççioni də ciddi xəsarət alıb. Jan-Lyuk da qətl törətməkdə şübhəli bilinirdi.
Dünyanın ən gözəl qızı – 6 yaşlı AnastasiyaRusiyalı 6 yaşlı Anastasiya Knyazeva çəkdiyi video və fotolarla sosial şəbəkələrdə fenomenə çevrilib.

Axar.az xəbər verir ki, getdikcə məşhurlaşan qızcığazın “Dünyanın yeni ən gözəl qızı” olduğu bildirilir.

Yaxın vaxtlara qədər dünyanın ən gözəl qızı kimi fransız Tilen Blondeau göstərilsə də, dünya ictimaiyyəti yeni gözəli artıq müəyyənləşdirib. 500 mindən çox izləyicisi olan 6 yaşlı Anastasiya hazırda bir sıra markaların reklamına da cəlb olunub. Qızcığaz hətta bir agentliklə də əməkdaşlıq edir.

Ötən il Rusiyada keçirilən “Little Miss Aoki” yarışmasının qalibi olan Anastasiya Knyazevanın gələcəkdə məşhur rus model İrina Şeyk qədər məşhur ola biləcəyi bildirilir.
Xalq artistinin qızının erməni sevdası yenidən gündəmdəXalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni sevdası yenidən gündəmə gəlib. Bu dəfə stilist ABŞ-da fəaliyyət göstərən “Beyond Beauty Parlor” studiyasının rəhbəri Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə gedəcək.

Axşam.az xəbər verir ki, bu barədə stilist sosial şəbəkədə məlumat yayıb.

Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki informasiyalarda erməni olduğu barədə məlumatlar yer alıb.

Musavat.com saytının apardığı araşdırma nəticəsində məlum olub ki, Alis Ataxanyan İranın Tehran şəhərində anadan olmuş erməni əsilli stilistdir. Onun sosial şəbəkələrdəki izləyicilərinin, eləcə də əməkdaşlarının böyük əksəriyyəti ermənilərdir.

Araşdırmadan o da məlum olub ki, erməni stilisti bir zamanlar xalq artistinin qızının ürəyini “fəth edən” erməni əsilli stilist Georgi Kotla da əməkdaşlıq edir.

Stilist öz Feysbuk səhifəsində 4 dekabr paylaşımında onun təşkil etdiyi festivala gəldiyi üçün Georgi Kota təşəkkür edib və erməni dostlarının sağlığına badə qaldırıb. “Onlar üçün gözəl erməni mahnıları oxuyun” deyə stilist bildirib.

Alis Ataxanyan dəfələrlə erməni kino ulduzlarının da stilisti olub. Bununla bağlı internet resurslarında kifayət qədər videogörüntülər var.

Məsələ ilə bağlı stilist Şəfəq Novruzova ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun fəaliyyət göstərdiyi studiyanın əməkdaşları stilistin hər zaman çalışdığını, bu səbəbdən də cavab vermək imkanında olmadığını bildiriblər.

Xatırladaq ki, xalq artisti Ramiz Novruzun qızı Şəfa Novruzovanın adı ötən il erməni əsilli stilist Georgi Kotla birgə hallanırdı. Stilist erməni əsilli həmkarı ilə münasibət qurmasına görə ictimaiyyətin ciddi tənqidlərinə tuş gəlsə də, o, heç nədən çəkinməyərək, erməni əsilli stilisti çox sevdiyini, istədiyi vaxt onun yanına gedəcəyini demişdi və öz dediyini də yerinə yetirmişdi.

Xalq artisti Ramiz Novruz isə bütün bu xəbərlərin qızına qarşı qarayaxma kampaniyası aparan insanların işi olduğunu bildirmişdi: “Şəfəq öz işində çox böyük nailiyyətlər əldə edib və bunu heç bir şey edə bilməyən insanlar götürə bilmirlər. Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır. Onun yaradıcılığı Azərbaycanı bu sahədə təmsil etməyə yetəcək gücdədir”.