Vəziyyətim pisləşdi, qanaxma baş verdi... - Anar NağılbazHazırda vəziyyətim nisbətən yaxşıdır. Uzun müddət reanimasiyada qalmalı olsam da, öz xahişimlə palataya köçürülmüşəm.

Bu sözləri Kult.az-a açıqlamasında son günlərdə qalmaqallı videosu ilə gündəmə gələn tanınmış repçi Anar Nağılbaz səhhəti haqda deyib. O, əsəb və stressdən vəziyyətinin pisləşdiyini, mədə xorasında qanaxma baş verdiyini söyləyib.

Hazırda Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirən repçi yalnız səhhəti haqda danışıb, başqa sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda sənətçinin intim videosu yayılıb. O, bundan sonra mətbuat konfransı təşkil edib və həmin görüntülərin montaj olduğunu söyləyərək ağlayıb. Repçi yayılmış video ilə bağlı məhkəməyə müraciət etdiyini və görüntülərdəki şəxsin özü olmadığına dair sübutları olduğunu deyib. Sözügedən video ilə bağlı keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı ittiham edib.

Qalmaqallı açıqlamalardan sonra mediada repçinin intihar etməsi və Azərbaycanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Ötən gün isə A.Nağılbazın anası Şərqiyyə Cəlilova mətbuata açıqlama verərək, oğlunun səhhətinin pisləşdiyini və ölümcül vəziyyətdə xəstəxanaya aparıldığını deyib.
Bakıda ağır qəza - 5 nəfər öldüBakıda yük maşını minik avtomobili ilə toqquşub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır
Laçın Rayon Təhsil Şöbəsinin müdiri korrupsiya ilə bağlı ittiham olunur - ŞİKAYƏTLaçın rayon 8 nömrəli ümumi orta məktəbin müəllimi Hüseynov Alış Mirsiyyaf oğlu Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan şikayətçidir.

Cebhe.info-ya açıqlama verən şikayətçi A.Hüseynov iddia edir ki, N.Həsənov qanunsuz əməllərlə məşğuldur. Onun sözlərinə görə, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov təhsilin inkişafına kölgə salır:

“Nicat Həsənov müdir işləməzdən əvvəl, on il müddətinə kağız üzərində, heç bir fəaliyyəti olmayan Laçın rayon Uşaq Gənclər və İdman məktəbinin direktoru işləyib. Heç bir maddi texniki bazası olmayan məktəbin fəaliyyəti müddətində orada idman dərəcəsi olan hər hansı bir müəllim işləməyib. Bu on ildə heç bir idmançı yetişdirməyib. Laçın rayonunda maliyyə idarəsinin müdiri işləyən qardaşının köməkliyi ilə bir sıra işlər görüb. Belə ki, məktəb Bakı şəhərində fəaliyyət göstərdiyi halda Nicat Həsənov Bakı şəhərində keçirilən yarışlarda iştirak etmək üçün Laçın rayon Taxt-körpü qəsəbəsindən uşaqlar gətirib. Buna görə ayda bir neçə dəfə ezamiyyət yazaraq külli miqdarda pul mənimsəyib. 10-dan artıq idman qrupu ayrı-ayrı məktəblərdə deyil, bir məktəbdə cəmləşdirilib. Bu faktlar bizim kənardan müşahidə etdiyimiz korrupsiya əməllərinin kiçik bir hissəsidir. Nicat Həsənov həmin idman məktəbindən əldə etdiyi vəsaitlərin hesabına Laçın rayon Təhsil Şöbəsini bazara çevirib”.

Şikayətçinin sözlərinə görə, ilin əvvəlində direktorları çağıraraq onlardan da pul alır, sinifləri və müəllimlərin dərs saatlarını satır:

“Hər məktəbdən 800-1000 manat alır, bir sinifi 1000-1500 manata satır. Məktəblərdə vakansiyaları gizlədir, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən gənc müəllimlərin dərs saatlarını 1000-1500 manat arası pulun qarşılığında müqavilə ilə işə götürdüyü savadsız müəllimlərə verir. Hərbi rəhbər ştatlarını 1500-2000 manata, psixoloq ştatını 1500 manata, uşaq yaradıcılıq birliklərini 1000 manata, hətta, texniki işçi ştatlarını 500 manata və daha yuxarı qiymətə satır. Dərs bölgüsü Diaqnostik Qiymətləndirmənin (DQ) nəticələrinə uyğun bölünməlidir. Lakin Nicat Həsənov direktorların əli ilə çox bal toplayan müəllimlərə az, az bal toplayan müəllimlərə çox dərs saatı verir. Şəhər məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin valideynlərindən 500-800 manat pul alaraq, onları Laçın məktəblərinə köçürtdürür. Hər məktəbin sinif komplektlərinin sayına uyğun on sinfi olan məktəblərdən 100 manat, 15 sinfi olanlardan isə 150 manat aylıq alır. Bundan istifadə edən direktorlar daha çox pul yığır. Bir müəllim kimi xahiş edirəm ki, bu məsələyə ciddi yanaşılsın.Təhsilimizin Nicat Həsənov tərəfindən gəlir mənbəyinə çevrilməsinin qarşısının alınmasını istəyirəm”.

Qarşı tərəfin də mövqeyini öyrəndik. Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənov Cebhe.info-ya açıqlama verib. O bildirib ki, haqqında səsləndirilən fikirlər iftiradır. Onun sözlərinə görə, adıçəkilən müəllimin bacısının həyat yoldaşı çalışdığı məktəbin direktorudur:

"Məktəbdə bütün biologiya dərsləri Alış müəllimə verilib. Sadəcə olaraq, onların arasında şəxsi problemlər var. Bu səbəbdən də şikayətdə adım hallanır. Belə də olmalıdır".
Müavin nazir olduAzərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.
Salyanlı iş adamının oğlu itkin düşübRusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb.

Yaxınlarının "Report"a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəlüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.

Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib.

Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başıqrdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur.
Sahibli it "Torqovı"da azyaşlıya hücum etdi - VİDEOSahibli it "Torqovı"da azyaşlıya hücum etdi - VİDEOBu videogörüntülər dünən paytaxt Bakının mərkəzində lentə alınıb. Videodan göründüyü kimi, rotveller cinsli it 4-5 yaşlı azyaşlıya hücum edir, onu asfaltın üzərində sürüyür, paltarını dartışdırır, parçalamağa çalışır.

Uşağın qorxudan necə qışqırması da videolentdə aydın şəkildə eşidilir. Onun ciddi psixoloji travma aldığı da şübhəsizdir.

Qeyd edək ki, bu hadisə ilk deyil. Şəhərin mərkəzində it gəzdirən şəxslər çox vaxt təhlükəsizlik qaydalarına riayət etmir, itlərini buruntaq olmadan, ağzı açıq şəkildə gəzdirirlər. Üstəlik, sahibli itlər çox vaxt aqressiv it cinslərindən olur, ətrafda dolaşanların adi bir hərəkətindən acıqlanır və hücum edirlər.

Bu da həmin hadisələrdən biridir. Bu üzdəndir ki, şəhərin mərkəzində bu cür itləri görən şəxslər qorxur, onladan bir qədər yan ötməyə çalışırlar.

Onu da qeyd edək ki, bir sıra Avropa ölkələrində sahibi olan itlərin insanlara hücum etməsinə görə böyük cərimələr nəzərdə tutulur.
9 KİV-i xarici agent elan edildi - SİYAHIRusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb.

Trend-in məlumatına görə, nazirlik bu KİV-lərin siyahısını açıqlayıb.

Xarici agentlər siyahısına “Azad Avropa Radiosu/Azadlıq Radiosu”, “Amerikanın Səsi”, “Nastoyaşşeye Vremya” telekanalı, “Sibir. Realii”, “Qafqaz. Realii”, “Idel. Realii”, “Krım. Realii”, “Azadlıq Radiosu”nun tatar-başqırd xidməti və “Faktoqraf” salınıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiyanın Ədliyyə Nazirliyinə xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparmaq səlahiyyəti verilib.
"Grand hospital"da həkimin komaya saldığı qız öldü - Həkim qaçdıBakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.

“Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.
Məsələ ilə bağlı İ. Hüseynovdan açıqlama almağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da “Grand Hospital”da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.
Şirvan Kərimovun oğlunun intiharında “Mavi balina” iziRusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsinin təfərrüatları məlum olub.

Qafqazinfo xəbər verir ki, Ş. Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, “Mavi balina” adlı məşhur oyunu oynayırmış.

Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub. 9-cu sinifdə təhsil alan A. Kərimov oyunun təsirindən odlu silahla başına atəş açaraq intihar edib.

Cənazəsi dəfn edilmək üçün artıq Bakıya yola salınıb.