Şaşi Kapur vəfat etdiTanınmış hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.

79 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun xəstəxanada öldüyü vurğulanıb.

Qeyd edək ki, Şaşi Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib. Onun Bollivud filmlərindəki rolu dillər əzbəri olub. Şaşi Kapur “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar” və s. filmlərdə baş rollarda oynayıb.
Siyəzən idmançısı qızıl medal qazandı - FOTOLARSiyəzən rayon idmançılarının növbəti uğurlarından daha birinə imza atılıb.

Belə ki, 30 noyabr - 04 dekabr 2017-ci il tarixlərində Bakı şəhərində keçirilən 16-18 yaşlı yeniyetmələr arasında Budo döyüş növləri üzrə Dünya kuboku yarışlarında rayonun idmançısı (məşqçi Fərhad İlyasov) Fərid İlyasov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Siyəzən idmançısı qızıl medal qazandı - FOTOLAR
Siyəzən idmançısı qızıl medal qazandı - FOTOLAR
Daha bir sığorta agentliyinin lisenziyası dayandırıldı“Progress-Sığorta Agentliyi” MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün 29 fevral 2016-cı il tarixində verilmiş lisenziyası 1 ay müddətinə dayandırılıb.

Avrasiya.net Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Palata tərəfindən aparılmış yoxlama zamanı Şirkətin fəaliyyətində sığorta qanunvericiliyinin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmayıb, “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb.
Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay vaxt verilib və həmin müddət ərzində nöqsanların aradan qaldırılmayacağı təqdirdə, müvafiq qanunvericiliyə əsasən, sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.
Homoseksual millət vəkili sevgilisinə evlənmə təklifi etdiAvstraliya parlamentində qalmaqallı hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, eynicinslərin nikahına aid qanunun müzakirəsi zamanı çıxış edən millət vəkili məclis salonunda olan həmkarına evlənmə təklifi edib.

"Liberal" partiyasının millət vəkili 37 yaşlı Tim Vilson ibtidai sinif müəllimi olan və məclisdə izləyici kimi oturan Rayan Bolqerə evlənmə təklifi edib.
Avstraliyada ötən həftə keçirilən referendumda xalq eynicinslilərin nikahına "hə" deyib. Layihəni Senat da təsdiqləyib.
"Göyçay Avtonəqliyyat" ASC-nin müdiri ilə bağlı ŞOK FAKTLAR - VİDEOGöyçay rayon sakinləri Avrasiya.net-ə "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin qanunsuz əməlləri ilə bağlı şikayət ünvanlayıb.

Müraciəti (foto və videonu) olduğu kimi təqdim edirik:

Biz Göyçay rayon sakinlər "Göyçay Avtonəqliyyat" ASC-nin səhimdarları mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib dövlətin əlehinə iş aparan "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görülməsini xahiş edirik.

Biz uzun illərdir ki, ( təxminən 30-40 il ) "Göyçay Avtonəqliyyat" ASC-də işləyirik. Uzun illər burada işləməyimizə baxmayaraq əmlak özəlləşdirilməsi zamanı bizə heç bir əmlak payı düşməmişdir. "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev avtobusları, texnialaraı başqa-başqa şəxslərə öz şəxsi malı kimi satıb talan etmişdir.

İşlədiyimiz müddətdə bizim əmək hüquqlarımız kobud şəkildə pozulmuşdur. Məzuniyyətə çıxmamışıq və istifadə edilməmiş məzuniyyət əvəzi kompensasiyamız ödənilməmişdir ki, bu ümumilikdə yüz minlərlə manat pul edir. 2017-ci ilin mart-aprel-may-iyun-iyul aylarının əmək haqqımızı Arif Əliyev mənimsəyib özümüzə verməyib. Bu cinayət əməli deyilımi? Bu müraciətin müəllifləri 300 dən çox haqqı tapdanmış insanları öz qanunusz əməlləri ilə hökümətdən narazı salmağa çalışan Arif Əliyevin bu əməlləri təxribatdır. Bizim hər birimizin səhimimiz olan bu səhmdar cəmiyyətdən qazanan ancaq Arif Əliyevdir. Bizə səhimimizə görə qazanc verilməyib. Baxmayaraq ki, Arif Əliyev saxtakarlıqla "Göyçay Avtonəqliyyat" ASC-də kolxoz bazarı yaradıb küllü miqdarda gəlir əldə edir. Ancaq həmin gəlirdən biz səhmdarlara bir manatda olsun pul verməyib.

Saxta MMC oynuna əl atıb başqasının adına "AVAND" adlı MMC yaradıb "Göyçay Avtonəqliyyat " ASC ilə icarə müqaviləsi bağlayıb kolxoz bazarı fəaliyyəti ilə məşğul olur. 5 ildir "Göyçay Avtonəqliyyat " MMC-də fəaliyyət göstərən kolxoz bazarından milyonlarla manat gəlir götürən Arif Əliyevin bizə gətirdiyi bəhanə budur ki, kolxoz bazarı mənim deyil "AVAND" MMC-yə məxsusdur mənə isə ayda 100 manat icarə pulu verir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi bu kolxoz bazarı saxta MMC oyununu quran Arif Əliyevə məxsusdur. Biz "Göyçay Avtonəqliyyat " MMC-nin səhmdarları buna görədə tələb edirik ki, bizə məxsus bu avtobazadan kolxoz bazarı çıxarılsın.Bu bizim qanunu hüququmuzdur.

Gəlin baxın bu kolxoz bazarında antisanitariya, özbaşınalıq, qanunsuzluq baş alıb gedir.Buna görə cəzalar tətbiq edilsədə heç bir nəticə çıxarılmır.Çünki Arif Əliyevin barəsində heç bir təsirli tədbir görülmür.Azərbaycanın heç bir yerində belə özbaşınalıq olmayıb ki, Avtobazanı kolxoz bazarı etsinlər.Bunu isə qanunları saya salmayan Arif Əliyev edib.

Bu müraciəti imza edənlərdən biri mən Əliyev Ayaz Rafiq oğlunu düz 5 ildir ki, əmək müqaviləsi bağlamadan. əmək haqqı vermədən avtobus sürücüsü işlədən Arif Əliyev hər günə məndən 15 manat pul alıb.Bu cinayət əməli deyilmi?

Mən İsakov Valeri Talxum oğlu 1979-cu il tarixdə Göyçay Avtobazasında avtomobil çilingəri işləmişəm.Avtobazada yerləşən təmir sexini Arif Əliyev qanunsuz olaraq uçurub dağıtmış kolxoz bazarı yaradıb pullar qazanır , mənim səhimim olsada divident ala bilmirəm bu cinayət əməli deyilmi ?

Mən Həmidov Bəxtiyar Həmid oğlu Əfqanıstan veteranıyam. 1986-cı il tarixdən Göyçay Avtobazasında avtobus sürücüsüyəm. Mənim də burada səhimim var ancaq əldə edilən küllü miqdarda gəlirdən qazanc ala bilmirəm. Bizə məxsus avtobusları Arif Əliyev satıb talan edib. Zəhmətkeşlərin işlədiyi Avtobazanı kolxoz bazarı edib.Bu cinayət əməli deyilmi?

Mən Məhərrəmov Elburus İmadəddin oğlu 1985-ci il tarixdən Göyçay Avtobazasında sürüsü işləmişəm burada mənimdə səhimim var nə qazanc verilməyib nədə ki, əmlak payı. İndiyə kimi məzuniyyətə çıxmamışam ki, bunun konpensasiyası verməyib.

Mən Rüstəmov Nazim Saday oğlu 1984-cü il tarixdən Avtobazada işləmişəm səhimdaram ancaq qazanc ala bilməmişəm hamısını Arif Əliyev kimi saxtakar mənimsəyir.

Rəhimov Habil Musa oğlu 26 ildir Göyçay Avtobazasında sürücü işləyirəm.Səhimdar olsamda Arif Əliyev qazancımı mənimsəyir.

Mən Quliyev Abş Rəhman oğlu 39 ildir ki, Göyçay Avtobazasında sürücü işləmişəm.Səhmdar olsamda qazanc ala bilməmişəm.

Bizim tələbizim saxtakarlıqla zəhmətkeş insanların haqqını mənimsəyən Arif Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsidir.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib dövlətin əlehinə iş aparan "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görmələrini xahiş edirik. Xahiş edirik 100 çox insanın səhimdarı olduğu Göyçay Avtonəqliyyat ASC -nin nəzdində çirkab, antisanitariya içində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətini dayandırasınız.

İmza Göyçay rayon sakinləri

1. Quliyev Abş Rəhman oğlu Göyçay şəhəri 20 Yanvar küçəsi ev 69 sakini əlaqə telefonu; (055) 538-52-55
2. Rəhimov Habil Musa oğlu Göyçay şəhəri 28 May küçəsi ev 24
3. Həmidov Bəxtiyar Həmid oğlu Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29 A mənzil 12
4. Rüstəmov Nazim Saday oğlu Göyçay şəhəri Şəhriyar küçəsi bina 8 mənzil 48
5. Məhərrəmov Elburus İmadəddin oğlu Göyçay şəhəri N.Nərimanov küçəsi ev 113
6. Əliyev Ayaz Rafiq oğlu Göyçay rayonu Hüngütlü kəndi
7. Cəfərov Çingiz Qadir oğlu Göyçay şəhəri Qantəmir küçəsi döngə 7 ev 1
8. İsakov Valeri Talxum oğlu Göyçay şəhəri Ü.Hacıyev küçəsi ev 41



Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ağdaşda özünü asan şagirdin məktubu tapıldı — “Peyğəmbərimin yanına gedirəm”Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.

Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.

Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.

***

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xalq artistinin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirildi"Müalicəm üçün Türkiyədən gəlməli olan həkim artıq Bakıdadır".

Bunu "Report"a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, hazırda Mərkəzi Gömrük Hospitalında müayinə olunur: "Türkiyədən gələn həkim nevropotoloqdur. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı. Həkim Türkiyəyə qayıdacaq. Türkiyəli həkim dedi ki, 20 gün, bir ay sonra onunla əlaqə saxlayıb səhhətim haqqında yenidən məlumat verim. Bununla yanaşı, belimdə olan ağrıları müalicə etmək üçün İsraildən həkim gələcək".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alınıb. Xalq artistinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.
Anar Nağılbaz reanimasiyaya yerləşdirildiRepçi Anar Nağılbaz Respublika Klinik Xəstəxanasının reanimasiya şöbbəsinə yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu haqda məlumatı cebhe.info-ya sənətçinin anası Şərqiyyə Cəlilova verib.

"Anar möhkəm stress keçirdi. Şəkəri qalxdı, təzyiqi tamamilə aşağı düşdü, ölümcül vəziyyətdə Təcili Tibbi Yardımla xəstəxanaya aparıldı. İynələrin gücünə bir balaca babatlaşıb. Gün ərzində ona 4-5 sistem köçürülür", - deyə Ş.Cəlilova bildirib.

Qeyd edək ki, son günlər Anar Nağılbaz porno-videosunun yayılması ilə gündəmə gəlib.
SOCAR işçilərinin düşdüyü qəzadan görüntülər – VİDEOSOCAR Cope MMC-yə məxsus avtomobilin qəzadan sonrakı videosu yayılıb.

Videoda qəzadan sonra avtomobildə sıxışıb qalan yaralıların xilas edilməsi prosesi əks olunub.

Qeyd edək ki, hadisə dekabrın 1-i, saat 7 radələrində Bakı-Ələt yolunda baş verib. Qəza zamanı “Mitsubişi” markalı avtomobildə üç şirkət işçisi olub. Avtomobildə olanlardan biri sürücü, digəri SOCAR işçisi, biri isə Faysal Rehma adlı Pakistan vətəndaşı olub. Qəza nəticəsində avtomobildə olan sərnişinlər və sürücü ağır yaralanıb.

Hazırda hər üç şəxsin vəziyyətinin ağır olduğu bildirilir.