Telekanal zəbt edildi, Saakaşvili hərəkətə keçdiUkraynanın paytaxtı Kiyevdə bir qrup aktivist “NyusVan” telekanalının yerləşdiyi binanı zəbt edib.

Axar.az xəbər verir ki, fəallar binada olan bütün giriş-çıxışları bağlayıblar. Buna səbəb kimi telekanalın onlara uyğun olmayan, yanlış informasiya siyasəti aparması göstərilib.

Aktivistlər həmçinin Ali Radanın deputatı Yevgeni Murayev haqqında işlətdiyi ifadələrə görə “NyusVan” telekanalının rəhbərliyindən üzr istəməyi tələb ediblər.

Blokada şəraitində olan “NyusVan” hazırda gündəlik efir proqramını dayandırıb və bina ətrafında baş verən hadisələri yayımlayır.

Qeyd edək ki, Mixail Saakaşvili də məsələyə münasibət bildirib və tezliklə yardıma gələcəyini əlavə edib:

“Kiyevin mərkəzində Maydan hərəkatından bu yana ən böyük mitinq keçirildi. Bütün telekanallar bu mitinqi yayımlamaqdan imtina etdi. Yalnız “NyusVan” telekanalı mitinqi birbaşa canlı efirdə yayımladı. İndi hansısa başıpozuq dəstə telekanalın yerləşdiyi binaya gələrək, oradakı rəhbərliyi cəzanlandırmaq fikrinə düşüb”.

Qeyd edək ki, daha sonra sözügedən telekanalın efirində Saakaşvilinin telekanalı zəbt etmiş aktivistlərlə danışıqlar aparması görüntüləri yayılıb.
İşdən çıxarılan icra başçısı: "Ziya Məmmədov mənə dedi ki, çaşarsan ha birdən"Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib.

Avrasiya.net Yaşar Məmmədovun bu mövzuda Unikal.org-a müsahibəsini təqdim edir:

- Dünən tutduğunuz vəzifədən azad olundunuz...

- Əvvala qeyd edim ki, mən Prezident İlham Əliyevin əsgəriyəm. 2010-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum. İşimi təhvil-təslim etdikdən sonra tərk etmişəm. Bundan sonra da qalan ömrümü Prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.

- Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz…

- Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki?

- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?

- İşdən azad olunmağıma gəldikdə isə bir daha deyirəm, mən prezidentin əsgəriyəm. Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib. Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm...

- İlham Əliyevin dünənki sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?

- Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa “fikir” söyləyərsən? Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı.

- Bəs siz nə dediniz?

- Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.

- Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?

- Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin. Normal yaşamağım üçün yetərli məbləğdir.
GMİ-nin illik hesabatı təqdim olunub və Mövlud bayramı keçirilibTbilsidə Gürcüstan Müsəlmanları İdarəsinin öncə illik hesabatı ilə bağlı tədbir keçirilib nahar fasiləsindən sonra isə İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olub. Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.

Avrasiya.net xəbər verir ki, Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Dini İdarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Hacı Beqlar Kamaşidze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Laşa Darsalia, Kvemo Kartli üzrə Qubernatorun müavini Zaur Darğallı və Azərbaycan səfirliyinin əməkdaşı Fəxri Hacıyev və başqaları çıxış edib.

İdarənin din rəhbərləri çıxışlarında son zamanlar müsəlman icmasına dövlətin diqqət və qayğısının artmasından, dövlət din münasibətlərinin düzgün müstəvidə hərəkət etməsindən və ölkədə dinlər və məzhəblərarası tolerantlıq ruhunun inkişafından danışıblar. Onlar buna görə Gürcüstan dövlətinə təşəkkür ediblər.
Tədbirdə çıxış edən Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze artıq öz fəaliyyətləri ilə GMİ-nin nüfuzlu dini təşkilata çevrildiyini qeyd edib.
GMİ-nin illik hesabatı təqdim olunub və Mövlud bayramı keçirilib
O, Gürcüstanda müsəlman icmasına dövlətin diqqət və qayğısından danışıb: “Əsrlər boyu Gürcüstanda müsəlmanlar məzhəbindən asılı olmayaraq bir yerdə mehriban dostluq şəraitində yaşayıblar. Gürcüstan bu sahədə bir çox dünya ölkələri üçün nümunədir. Ölkədə məzəblər arasında vəhdətin olmasında müsəlman din rəhbərlərinin rolu böyükdür.”.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Laşa Darsalia çıxışında ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib: “Milli azlıqlar vətəndaş cəmiyyətinə inteqrasiya edib tamhüquqlu vətəndaş olmalıdırlar. Bununla yanaşı milli azlıqların özlərinin dini və milli ənənələrini də qoruyub saxlanması vacibdir.”.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov cari il ərzində idarə tərəfindən görülmüş işlər və proqramlar haqqında məlumat verib.
Hesabat məruzəsi ilə çıxış edən R.İgidov Gürcüstanda mövcud 320 məsciddən 170-nin dövlət qeydiyyatına alınaraq GMİ-nin sərəncamına verildiyini bildirib. O deyib ki, cari ildə ölkədə bir neçə yeni məscid inşa, 42 məsciddə isə təmir işləri həyata keçib. İl ərzində bir çox məscidin müəyyən ehtiyacları təmin olunub.
GMİ-nin illik hesabatı təqdim olunub və Mövlud bayramı keçirilib
GMİ şeyxi idarənin nəzdində 4 sayt və bir internet televiziyanın fəaliyyət göstərdiyini və bu günə qədər 650 verilişin yayımlandığını, 36 kitab, müxtəlif qəzet, poster və jurnalların ira tirajlarda nəşr etdirildiyini bildirib.

Bu il GMİ həmçinin 39 məscidin təmmənnasız qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb və Tbilisi Cümə məscidində kitabxana yaradıb. GMİ rəhbəri bu il idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər tədbirlər barədə də məlumat verib. O, bütün dini bayram və mərasimləri qeyd etməklə yanaşı cari ildə 17 konfrans, 26 seminar, 3 Quran yarışı və bir neçə təlim proqramlarının həyata keçməsindən də danışıb.

Sonra il ərzində Gürcüstan Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edən milli və dini təşkilatlara İdarə tərəfindən Təşəkkürnamə lövhələri təqdim olunub.
Birinci tədbirin sonunda tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.
GMİ-nin illik hesabatı təqdim olunub və Mövlud bayramı keçirilib
Fasilədən sonra günün ikinci yarısında Mövlud bayramı münasibəti ilə təşkil olunan mərasimdə Allahın rəsulu və aləmlərin rəhməti olan Peyğəmbərimizin (s) həyat tərzindən, gətirdiyi dinin əsas prinsip və məqsədlərindən və onun insanlığa verdiyi töhvələr haqqında danışılıb. İlahi nəğmələrlə davam edən mərasim dua oxunmaqla sona çatıb. Qonaqlara İdarənin bir illik hesabatını əks etdirən jurnal və təqvim hədiyyə olunub.
Azərbaycan ordusu cənub istiqamətində təmas xəttini yarır, Ermənistandan köməyə tanklar göndərilir...Ötən gün Ermənistan işğalçı qüvvələri işğal altında olan Füzuli-Cəbrayıl rayonları ərazisində genişmiqyaslı hərbi təlimlər keçirib. Virtualaz.org xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın şəxsən izlədiyi hərbi təlimlərə “ilk dəfə” Ermənistan ordusunun bölmələri və qondarma “dqr ordusu”nun qüvvələri birlikdə qatılıb. Üzərində Ermənistan bayraqları qaldırılan tanklar və digər zirehli texnika işğal altındakı Azərbaycan ərazilərində görünüb.

“Birləşmiş” qoşun qruplaşmasının komananı Tiqran Parvanyan bildirib ki, təlimlərin ssenarisinə əsasən düşmən təmas xəttini yarıb keçir və bu zaman birləşmiş qruplaşma onun irəliləməsini dayandırmalı, əks hücuma keçməli və məhv etməlidir. “Təlimlərdə bütün qoşun növləri, bir neçə yüz texnika iştirak edib, birləşmiş qruplaşmanın bu miqyasda təlimləri ilk dəfə keçirilir”-o deyib.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyan da bildirib ki, (“İnterfaks”) təlimlərdə ilk dəfə Ermənistan ordusunun birləşmələri ilə “dqr” hərbçiləri birlikdə iştirak ediblər. Onun sözlərinə görə, təlimlərdə şərti düşmənin “Dağlıq Qarabağ ərazisinə müdaxiləsinə” birgə reaksiyalar sınaqdan keçirilib.

Azərbaycan ərazilərini işğal altında saxlayan hərbi qüvvələrin məhz Ermənistan ordusundan və Dağlıq Qarabağ ermənilərindən formalaşdırılmış birləşmiş işğalçı qüvvələr olduğu on illərdir beynəlxalq institutlar tərəfindən də təsbit edilmiş faktdır. Bəs o zaman Ermənistan prezidenti Serj Sərkisyan nədən belə görüntü yaratmağa çalışır? Ermənistan ordusunun “ilk dəfə” Dağlıq Qarabağ erməni silahlı birləşmələri ilə birlikdə işğal altındakı ərazilərdə manevrlər keçirməsində məqsəd nədir?

Bu suallara cavab axtarmazdan əvvəl Ermənistan KİV-lərində təlimlərdən yayılmış görüntüləri qısa analiz etməkdə fayda var. Biz bu kadrlara baxanda nə görürük? İşğlaçılar hansı qeyri-adi taktika və ya yeni texnika, silah növləri nümayiş etdiriblər? Axı bu kadrlarda çoxdan köhnəlmiş və Azərbaycanın malik olduğu tank əleyhinə silah sistemləri qarşısında tamamilə müdafiəsiz olan T-72 tanklarından, BMP-2 piyada döyüş maşınlarından və sınıq-salxaq QAZ-53 avtomobillərindən başqa ciddi nəsə gözə dəymir?

Bu “birləşmiş qruplaşma” Azərbaycan silahlı qüvvələrinin il ərzində bir-birinin ardınca keçirdiyi hərbi təlimlərdə nümayiş etdirilən armada ilə müqayisə belə edilə bilməz. “Birləşmiş qruplaşma” heç Azərbaycanın Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun ordusunun qüvvələri ilə müqayisəyə gəlmir.

Digər tərəfdən ötən ilin aprelində erməni işğalçı qüvvələrinin təxminən 40 kilometr enində müdafiə xəttini cəmi bir neçə saata silib-süpürəndə həmin mövqeləri əks hücumla geri almaq cəhdi tamamilə iflasa uğramışdı. Erməni ordusu cənub istiqamətində tank hücumu təşkil etməyə çalışsa da Azərbaycan ordusunun “Spike” raketlərinin zərbələri ilə bir gündə 16-ya yaxın tank itirərək itirilmiş mövqelərin geri qaytarılmasının qeyri-mümkünlüyünü anlamışdı. Həmin vaxtdan bu yana nə dəyişib?

Azərbaycan ordusu Rusiyadan “tank qatili” kimi tanınan “Xrizantema-S” idarəolunan raket sistemlərinin iri partiyasını, İsraildən yolsuzluq şəraitində yüksək manevr və sürətli hərəkət qabiliyyətinə malik olan, üzərində “Spike” raketləri daşıyan çoxsaylı “Sandcat” zirehli maşınları əldə edib. Digər tərəfdən Azərbaycan ordusunun hücum vertolyotları çoxdan İsrail istehsalı olan yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz olunub. Hansı ki, bu silahların tətbiqi lap üzərində Ermənistan bayraqları qaldırılsa belə, işağlçı ordunun 80-ci illərdən qalmış zirehli texnikasına heç bir şans buraxmır.

Belə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun dalbadal keçirilən döyüş təlimlərindən ciddi narahatlıq keçirərək bu “birləşmiş qruplaşmanı” cənub-şərq istiqamətinə çıxarıb. Bu, Azərbaycan ordusunun tank hücumu üçün iki ən münasib istiqamətdən biridir. Habelə Serj Sərkisyan belə mesaj verməyə çalışır ki, Azərbaycan hücuma keçsə Ermənistandan köməyə qüvvələr göndərəcək. Lakin Ermənistandan ötən ilin aprelində də Dağlıq Qarabağa əlavə qüvvələrin göndərildiyi məlumdur, internetdə bunun görüntüləri də var. Axı Azərbaycan heç vaxt yaddan çıxarmayıb ki, onun ərazilərini işğal edən Ermənistan ordusu və dolayısı ilə ona dəstək verən məlum dövlətdir.
Əməkdar jurnalist vəfat etdiTanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlpə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə Əməkdar jurnalist adı verilib.
Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü? — TƏFƏRRÜATBakı şəhərinin Suraxanı rayonunda biznesmenin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, bir vaxtlar iş adamı kimi tanınan və Yasamal rayonundakı “Şüşəli bazar”ın sahibi olan Qulu Quliyevin külli miqdarda kredit borcuna görə özünü öldürdüyü məlum olub.

Belə ki, son illər uğursuzluq zolağından çıxa bilməyən və biznesi batan iş adamının 3 banka külli miqdarda borcunun olduğu müəyyənləşib. Onun fəaliyyətini dayandırmış banklardan birinə 90 min manat borcunun olduğu məlum olub. Həmçinin başqa iki bankdan götürdüyü kreditləri də vaxtında qaytara bilməməsi Q.Quliyevi çıxılmaz vəziyyətə salıb.

Hadisənin baş vermə şəraitinə gəlincə, dekabrın 2-nə keçən gecə Q.Quliyev yaşadığı Hövsan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində özünü asıb. Dünən səhər saatlarında ailə üzvləri onun cansız bədənini asılı vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar davam etdirilir.
İki qrup arasında kütləvi dava - MasazırdaAbşeron rayonun Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib. Onlar həbs edilib.

Məlumata görə, onların arasında dava pul borcu üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.
Ağac kəsənlər meşə gözətçisini döydülərCəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının meşə gözətçisi Əfqan Abıyev meşə ərazisində qanunsuz olaraq ağac kəsən bir qrup şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meşə gözətçisi Ə.Abiyev mühafizə etdiyi meşə sahəsində bir neçə şəxsi ağac kəsərkən yaxalayıb, onlara meşədən qanunsuz ağac kəsdiklərini və buna görə məsuliyyət daşıdıqlarını izah edib, barələrində qanunamüvafiq tədbir görmək istəyən zaman qanun pozucuları gözətçinin qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiqlər göstərməklə ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.

Ağır bədən xəsarətləri alan gözətçi xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun qabırğasının çatladığı, bədəninin bir neçə yerində əzilmələrin olduğu müəyyən edilib. Hazırda o, xəstəxanada həkim nəzarəti altında müalicə olunur.

Faktla bağlı rayon polis şəbəsinə məlumat verilib və müəyyən edilib ki, meşə gözətçisinə xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri yetirənlər rayonun Musalı kənd sakinləri Cavid İsfəndiyar oğlu Muradov, Şəmu Yavər oğlu Muradov, Şəhram Abasəli oğlu Həsənovdur.
Qeyd edək ki, nazirliyin əməkdaşlarına qarşı bu cür insidentlər dəfələrlə baş verib, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri, fiziki təzyiqləri ilə üzləşib.

Nazirlik bildirir ki, meşələrə qanunsuz müdaxilələrin qarşısı meşə işçilərinin həyatı bahasına alınır, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərir.
Rusiyada azərbaycanlı polisin rüşvət tələbinə etiraz edərək özünü yandırıbRusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.

Report xəbər verir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər.
Hadisənin modellə sevgili olduğu təsdiqləndi - VİDEOMüğənni Hadisənin "Sıfır Tolerens” klipinə çəkildiyi fransız model Aurelien Mullerlə sevgili olduğu iddia edilir.

Bu barədə ifaçı heç nə deməsə də, amma bacısı xəbəri təsdiqləyib.

O, sənətçinin modellə Nyu-Yorkda tətildə olduğunu və bir-birini tanımağa çalışdığını vurğulayıb.

Xatırladaq ki, Hadisə Mullerlə kamera qarşısına keçərkən 7 il sonra ilk dəfə biri ilə əl-ələ görüntülənib.

Xatırladaq ki, Hadisə sonuncu dəfə 2010-cu ildə sevgilisi olmuş müğənni Sinan Akçılla əl-ələ görüntülənmişdi./axşam