"Babək qızlarla şərab içib, sevişirdi": "Babək qəhrəmandırmı" sualına CAVABLARDin xadimləri, siyasətçilər, hətta sadə vətəndaşlar Babəkin şəxsiyyəti, onun qəhrəmanlığı, inancı ilə bağlı fərqli fikir yürüdürlər.

A24.az xəbər verir ki, bəziləri Babəkin qəhrəman olmadığını, sadəcə SSRİ ideologiyasının önə çıxardığı şəxs olduğunu, bəziləri isə Babəkin İslam dininə qarşı deyil, torpaqları uğrunda savaşan qəhrəman olduğunu bildirirlər.

Millət vəkili Fazil Mustafa qeyd edir ki, Babəkin bu günkü Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, Babək Sovet sisteminin sırıdığı qəhrəmanlardan biridir: “Bunun da səbəbi Şeyx Şamil ideyasını məhv etmək olub. Yəni ruslara qarşı döyüşmək ideyasının yerinə, ərəblərə qarşı savaşmaq ideyası yaymaq əsas məqsəd idi. 1930-cu illərdən əvvəl Babək adı heç çəkilmir. Uşaqlara da Babək adının verilməsi mənfi qarşılanıb. Babəkin öz dini var idi və bu din İslam dininə tamam zidd olub. Babəkə qarşı vuruşan sərkərdələrin də hamısı türklər olub. Babəkin türk düşüncəsi, ideyası ilə heç bir əlaqəsi yoxdur. Babək öz dinini qorumaq üçün mübarizə aparıb. Xürrəmilik İslam dinindən çox fərqlənirdi. Tarixi mənbələrdə bunun dəlilləri var”.

İlahiyyatçı Elşad Miri isə təklif edir ki, tarixçilər birinci növbədə Babəkin türk olub-olmadığı araşdırsın: “İkinci növbədə məzdəkilik, xürrəmilik araşdırılmalıdır ki, bu hərəkat nə ilə bağlı olub? Araşdırılmalıdır ki, Babək həqiqətən niyə savaşıb? SSRİ niyə Babəki bizə əsl qəhrəman kimi təqdim edib? O dövrün ideologiyası olan ateizmə uyğun obraz kimi sırıdılar, daha doğrusu aşıladılar. Babək islama qarşı olduğuna görə SSRİ ideoloqları onu qəhrəman kimi göstərdilər. Xürrəmilər müəyyən bayramlarında bir yerə yığışıb qadınlarla yeyirdilər, şərab içirdilər, əylənirdilər. Daha sonra şamları söndürürdülər, kişilər hansı qadını istəyirdilərsə, həmin qadınla bir gecə olurdular. Bu hadisə Babək filmində müəyyən qədər nümayiş olunub”.

İlahiyyatçı Hacı Şahin isə Babəkin əsl qəhrəman olduğunu deyir. Hacı Şahin deyir ki, Babək tarixi baxımdan müəmmalı şəxsiyyət olsa da onun İslama qarşı savaşmadığı, Abbasi xilafətinə qarşı döyüşdüyü açıq-aşkardır.

“Onun hansı düşüncədə, əqidədə olması bir qədər mübahisəli məsələdir. Hər bir halda Babəkin qəhrəman olması danılmaz faktdır. O, uzun müddət ərəb xilafətinə qarşı savaşıb, canından keçməyə hazır olub və bunu əməlində də göstərib. Bəzən deyirlər ki, Babək İslama döyüşüb. Mən belə düşünmürəm. Çünki Abbasilər xilafəti İslam dini ilə eyniləşdirilə bilməz. Bu xilafət dini mahiyyətə malik xilafət deyildi. Abbasilər xilafəti İslam dinindən siyasi vasitə kimi istifadə edirdi. Buna qarşı da vuruşan Babəki qəhrəman adlandırmaq olar. Babək xilafətə qarşı döyüşüb, islama qarşı savaşmayıb. Belə məlumatlar da var ki, Babək müsəlman olub, islam ayinlərini icra edən şəxs olub”, – deyə İlahiyyatçı qeyd edib.

Tarixçi Kərəm Məmmədov da tarixi mənbələrə istinadən qeyd edir ki, Babək İslama deyil, türkləri əksik tutan ərəb millətiçiliyinə qarşı çıxıb. Onun sözlərinə görə, Babək Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri olub.

“Əməvilər dönəminə qədər millətçilik prinsipi yox idi. Ərəbin ərəb olmayana üstünlüyü yox idi. Əməvilər dövründə İslamı qəbul etmiş, lakin ərəb olmaya qul deyilməyə başlandı. Abbasilər dönəmində isə bir müddət milli məsələyə yumşaq yanaşırdılar. Ərəb, fars, türklər arasında fərq qoyulmurdu. Lakin Harun ər-Rəşid dönəmindən başlayaraq milli məsələ yenidən gündəmə gəldi. Babək hərəkatı İslamda məhz ərəblərin üstün tutulmasına qarşı qalmış üsyan idi. Bundan başqa, Azərbaycana ərəblər köçürüləndən sonra yerli əhali nəinki torpaqdan məhrum olurdu, həm də asılı olurdu. Həm də ideoloji toqquşmaya görə Babək üsyan etdi. Yəni sən də müsəlmansan, mən də. Ona görə ərəb də türk də eyni hüquqa malik olmalıdır. Bütün narazılıqlar burdan başladı. Babəkin İslama qarşı döyüşdüyünü bəyan etmək kökündən yanlışdır”, – deyə Kərəm Məmmədov qeyd edib.
4 dostu ilə birləşib məktəblini qaçırdı: zorlandı, sonra... - Göygöldə DƏHŞƏTGöygöldə qaçırdığı qızı zorlamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü İlqar Abbasov, qız qaçırmaqda ona kömək edən dostları – 1993-cü il təvəllüdlü Eşqin Vəliyev, 1990-cı il təvəllüdlü Qabil Orucov və 1998-ci il təvəllüdlü Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, İlqar Abbasov təxminən 2 il öncə Göygöl rayonunun Zurnabad kəndində yaşayan dostu Eşqin Vəliyevə Göygöl şəhərində yaşayan Samirə Babayeva (ad və soyad şərti verilib – red.) haqqında danışıb. İlqar dostuna deyib ki, həmin qızı sevir və onunla evlənmək istəyib.

Rusiyadan gələn gəncin planı

Lakin həmin dovrdə İlqarın maliyyə vəziyyətinin ağır olduğu üçün Samirə ilə evlənə bilməyib. O, həmin il pul qazanmaq üçün Rusiyaya gedib.

Bir müddətdən sonra Azərbaycana qayıdan İlqar Abbasov dostu Eşqin Vəliyevlə yenidən görüşüb. O, Samirə ilə evlənmək istədiyini deyib. Eşqin isə ona Samirəni qaçırtmağı təklif edib. Onun bu qərarı ilə razılaşan İlqar dostu ilə birlikdə Zurnabad kəndindən Göygöl şəhərinə gəlib.

Qız qaçırmaq planı

Onlar Göygöl şəhərində Samirənin arxasınca texniki peşə məktəbinə gediblər. Samirənin dərsdən çıxacağı zamanı öyrənəndən sonra Eşqin əmisi oğlu Qabil Orucova zəng vurmağı, onu da həmin yerə çağırmağı təklif edib. O, təklifində Samirənin Qabilin avtomobili ilə qaçırmaq təklifini irəli sürüb.

Amma onların Qabilə zəng vurmaq üçün konturları olmayıb. Bu səbəbdən Eşqin Göygöl şəhər avtovağzalına tərəf gedib və orada dayısı oğlu Rahil Verdiyevlə rastlaşıb.

Söhbət zamanı Eşqin Rahilə qız qaçırmağa gəldiklərini deyib. Eşqin Rahilin mobil telefonuna kontur yükləyib və sonra Qabilə zəng vurub. O, Qabilə peşə məktəbinin qarşısına gəlməsini, oradan Gəncə şəhərinə gedəcəklərini bildirib.

Bundan sonra Rahil də onlara birlikdə texniki peşə məktəbinin qarşısına gəlib. Bir qədər sonra Qabil idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə peşə məktəbinin qarşısına gəlib. Eşqin Qabilə Gəncə şəhərinə getməyəcəyini, peşə məktəbində oxuyan Samirə adlı qızı qaçıracaqlarını bildirib.

Məktəbdən çıxan iki qız

Qabil qızın ailəsinin ona problem yaradacağını söyləyib. Bu zaman Eşqin heç bir problemin olmayacağını deyib. Bir qədər sonra peşə məktəbindən iki nəfər qız çıxıb.

İlqar həmin qızlardan birini göstərib və sevdiyi qızın olduğunu deyib. Sonra həmin qızlar məktəbin həyətindən küçəyə çıxıblar və səki ilə evlərinə tərəf yollanıblar.
Bu zaman İlqar Eşqin ilə piyada qızların arxasınca, Qabillə Rahil isə avtomobillə onların arxalarınca gediblər. Bir qədər sonra qızlardan biri ayrılıb və öz evlərinə gedib. Samirə isə yolu qarşı tərəfə keçib və avtobus gözləyib.

Qız qaçırma

İlqar Eşqinlə birlikdə qıza yaxınlaşıb, Qabil isə avtomobili qızın dayandığı yerə sürüb. Bu zaman avtomobildə arxa oturacaqda əyləşən Rahil arxa sağ qapını açıb. İlqar ilə Eşqin qızı zorla avtomobilə mindiriblər. Həmin vaxt Samirə onlara müqavimət göstərsə də, istəyinə nail ola bilməyib.

Avtomobildə arxada Eşqin ilə Rahil qızın yanında əyləşib, İlqar isə öndə oturub. Bu vaxt Samirə qışqıraraq, onlara yenə də müqavimət göstərib. İlqar isə arxaya çömərək qaşıqrmaq istədikləri qıza sakit dayanmasını deyib.

Daha sonra İlqar Samirəni Zurnabad kəndində yaşayan qardaşı Vüqarın evinə gətirib. Qabil avtomobili İlqarın qardaşının evinin qarşısında saxlayıb. Sonra İlqar ilə Eşqin Samirəni zorla avtomobildən düşürərək evə aparıb.

Qaçırılan qıza təcavüz

Daha sonra İlqarın dostları gediblər. İlqar Samirə ilə həmin evdə tək qalıb. Bu zaman o, Samirə ilə zorla cinsi əlaqədə olub. Qız etiraz etsə də, İlqar onun etirazına əhəmiyyət verəməyib.

Sonra Samirənin valideynləri qızlarının qaçırılması barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Samirə gizlədildiyi yerdən tapılaraq ailəsinə təhvil verilib. Onu qaçıran şəxslər isə həbs edilib.

İlqar Abbasovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib. Digər təqsirləndirilən şəxslər - Eşqin Vəliyev, Qabil Orucov və Rahil Verdiyevə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zabil Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin cinayət araşdırma aparılıb.

Məhkəmənin hökmü ilə İlqar Abbasov 11 il, Eşqin Vəliyev 9 il, Qanil Orucov 8 il, Rahil Verdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident icra başçısını işdən çıxardı - Yeni təyinatPrezident İlham Əliyev Y.Q.Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Digər sərəncamla Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Görüntüsü  yayılan Anar Nağılbaza daha bir şok: Komputerdə yeni videoları... - VİDEO“Anar Nağılbaz məni döyürdü. O, həmişə mənim qardaşımdan pul istəyirdi. Həmişə də qardaşım ona pul verib. Elə olub ki, al qanın içində xəstəxanaya getmişəm. O, günlər getsin bir daha qayıtmasın”.

Bunu Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva BAKU.WS–ə müsahibəsində deyib.

O, müsahibədə bir çox maraqlı məqamlara toxunub. A.Cəbiyeva Anarın evə içkili vəziyyətdə gəlib heç nəyin üstündə dalaşmağa başladığını və uşaqların canına and içib eyni şeyləri yenidən təkrar etdiyini deyib. Anjelika Cəbiyeva Anar Nağılbazın məlum videosundan danışarkən bildirib ki, onun bir çox videoları hələ kompüterdə var.
Bakıdakı "Şüşəli bazar"ın keçmiş sahibi özünü asdıBakıda intihar hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

//apa//
Əli Həsənov misirli jurnalistləri qəbul etdi - VideoDekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb.

Görüşdə Əli Həsənov qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb. Azərbaycanın özünün tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalar arası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb.

Əli Həsənov müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib, misirli jurnalistlərin suallarını cavablandırıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən məmnunluqlarını ifadə edib, görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlara son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti və qətliamlarla bağlı faktların yer aldığı nəşrlər təqdim olunub.
Əri ölən qadın intihar etdiAğdamda 53 yaşlı qadın intihar edib.

Trend-in məlumatına görə, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Ballar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Səmayə Kamal qızı özünü anasının yaşadığı evin həyətindəki tikilidə asıb. Hadisə səhər saatlarında baş verib. Ev sahibləri qadının meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

Məlumata görə, S.İsmayılovanın həyat yoldaşı 1 ay öncə qəfil dünyasını dəyişib və qadın bundan psixoloji sarsıntı keçirib.

Ailənin birgə nikahdan övladları olmayıb.
Mərhum polisin arvadı DİN-i məhkəməyə verdiVəfat edən polisin həyat yoldaşı Daxili İşlər Nazirliyini məhkəməyə verib.

"Qafqazinfo”nun xəbərinə görə, vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.

O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib.

G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib.

Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.
Sarkisyan danışıqlar prosesini fiaskoya uğradır - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi provakasiya, aparılan danışıqlar prosesini fiaskoya uğratmaqdır. Qeyd edim ki, Ermənistan Silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdamın Uzundərə adlanan ərazisində ağır artilleriya vasitələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Bu təlimlər və erməni ordusunun son günlərdə hərbi hərəkətliliyi cəbhədə müdafiə xəttini gücləndirməsindən irəli gəlir. Bundan əlavə, növbəti aylarda Serj Sarkisyan daxili narazlıqları səngitmək üçün cəbhdə təxribata əl ata bilər.

Ermənistan prezidentinin hərbiçilərlə müşavirəsi, əsasən son aylarda Qarabağda erməni ordusunun daxilində artan ölüm halları, fərarilik, ərzaq qıtlığı Ermənistan tərəfdən gələn hərbiçilərlə Qarabağdakı ermənilər arasında getdikcə silahlı insidentin artması və s. ciddi problemlərə aydınlıq gətirmək və qanunsuzluqlara son qoymaqdır. Hazırda Azərbaycanın artan hərbi təzyiqləri fonunda erməni hərbiçisi səngərdə xidmətdən yayınır.