Şad xəbər: hökumət faiz borclarını ödəyəcək – FərmanHökumət kredit götürənlərə dəstək olmaq məqsədilə büdcədən vəsait ayıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” ilə bağlı fərmanını şərh edərkən söyləyib. O bildirib ki, sözügedən fərman banklardan kredit götürmək istəyən sahibkarların qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“İndiyə qədər banklardan kredit götürənlərin ən sıx qarşılaşdığı problemlərdən biri də girov məsələsidir. Problemin həll olunması üçün Prezident İlham Əliyev bu ilin 15 sentyabrında Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı fərman verdi. Yəni bu fondun yaradılmasında məqsəd ondan ibarətdir ki, sahibkarların, hüquqi və fiziki şəxslərin kredit almaq üçün girovu olmayacaqsa, girovun müəyyən faizini hökumət öz üzərinə götürəcək. Bununla bağlı olaraq dövlət büdcəsindən müəyyən qədər vəsait ayrılacaq ki, zəmanət fondu işləsin.

Faizlərlə əlaqədar verilməsi nəzərdə tutulan subsidiyalar dedikdə isə müddətdən asılı olaraq müəyyən olunmuş məbləğdə, banklara və insanlara yardım etmək üçün faizlərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması başa düşülür. Faizlər ödənilmədikdə və ya problem yarandıqda dövlət bir müddətdən sonra həmin faizlərin qaytarılmasına qarant verir. Sözügedən mexanizm hazırlansa da, hələlik idarəedici heyət təsis edilməyib. Yəqin ki, yaxın gələcəkdə bu barədə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, bu fərmanın imzalanması son dövrlər bank sahəsində atılan ən mühüm addımlardan biridir”.

Qeyd edək ki, Prezident ilham Əliyev 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nı təsdiqləyib.
"Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir"Artıq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması prosesinə başlanılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Dağlıq Qarabağ məsələsinin həllinin asan olmayacağını deyən politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın haqlı davasını sadəcə diplomatik yolla müzakirə etməklə kifayətlənməməlidir:

“Türkiyə Dağlıq Qarabağ problemini açıq şəkildə Rusiyanın qarşısında öz tələblərindən biri kimi qoymalıdır. Yəni Ankara tərəfindən hazırkından da ciddi bir siyasi iradənin nümayiş etdirilməsinə ehtiyac var. Problemin 4 və ya 5-ci məsələ kimi qaldırılması, əlbəttə ki, Rusiya tərəfindən lazımı şəkildə qarşılanmayacaq. Türkiyə aktiv şəkildə Azərbaycanın hərbi cəhətdən güclənməsinə kömək etməli və ordumuzun hazırlanmasında fəallığını artırmalıdır. Xüsusi təyinatlıların hazırlanmasında qardaş ölkənin təcrübəsi böyükdür, ona görə də bu sahədə də ölkəmizə yaxından dəstək verilməlidir.

Türkiyənin bəzi silahları var ki, artıq onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir. Ən əsası isə Türkiyə Azərbaycanda, xüsusilə də Naxçıvanda öz hərbi bazasını yaratmalıdır. Hazırda bu prosesin başlanmasına çox böyük ehtiyac var”.

Politoloq bu fonda daha mühüm bir məqama diqqət çəkərək, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş imzalanmasının vacibliyini də vurğulayıb:

“Məhz bu saziş münaqişəni həllini sürətləndirə bilər. Bu saziş özündə tərəflərin bir-birini müdafiə etməsini, Azərbaycana olan hücumun Türkiyəyə və ya əksinə qiymətləndirilməsini ehtiva etməlidir. Zənnimcə, Türkiyə-Azərbaycan münasibətləri yalnız bu inkişaf səviyyəsinə çatdıqdan sonra Ərdoğan Putin qarşısında bütün ciddiyyəti ilə Qarabağ məsələsinin həllini qoya bilər. Çünki Rusiya tərəfi həqiqətən neoimperialist davranışlar sərgiləyir. Türkiyənin öz sözünü deməsi hazırkı proseslərdə sərgilədiyi siyasi iradənin daha da artırılması sayəsində mümkün ola bilər. O üzdən də bundan sonra Dağlıq Qarabağ məsələsi Türkiyə-Rusiya münasibətlərində birinci yerə keçməlidir”.
Ramiz Məlikdən Məleykə Əsədovaya barışıq çağırışıMəleykə Əsədova xalq artistidir. 50 yaşı var, bu olanlar ona yaraşmaz. Mənim isə 50 illik təcrübəm var.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a xalq artisti Ramiz Məlik deyib.

O, açıqlamasında bildirib ki, bu gün məhkəmənin tanışlıq prosesi keçirilib:

“Mən getmişdim, amma o gəlməmişdi, vəkilini göndərmişdi. Amma gəlməlidir. Mən onu təhqir etməmişdim. Ona məsləhət, öyüd nəsihət vermək istəmişdim. Amma indiki zamanda heç kimə öyüd nəsihət vermək lazım deyil”.

R. Məlikin sözlərinə görə, M. Əsədova onun yaşına hörmət etməlidir:

“Mən bir dəfə ondan üzr istəyib, söhbəti bağlamışam. Amma görünür o davam etmək istəyir. Mən yaşlı adam böyük kimi bir daha əlimi uzadıram. Bağlansın bu söhbət. 74 yaşım var. Belə söhbətlər mənə toxunur…”

R. Məlik qeyd edib ki, məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib.