Qalmaqallı liseyin direktoru işdən çıxarıldıBakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru dəyişib.

APA xəbər verir ki, təhsil kompleksinin direktoru Qafar Hüseynov işdən azad olunub, onun yerinə Fuad Babayev təyin edilib. F.Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.

Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. Məktəbin bir qrup müəllimi və orada təhsil alan şagirdlərin valideynləri bununla bağlı etiraz aksiyası keçirmişdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Q. Hüseynovun səhhəti ilə bağlı işə çıxmadığını açıqlamışdı.
"Qarabağ münaqişəsinin yeganə həll variantı müharibədir"“Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantı müharibədir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gəlib-getməsinin, Lavrovun bu işlərlə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur”.

Bunu Teleqraf.com-a ASDP sədri, deputat Araz Əlizadə bildirib.

A.Əlizadə deyib ki, Qarabağ münaqişəsinə dair diplomatik təmaslar başa düşüləndir: “Həmsədrlər regiona gəlir, Sergey Lavrov Bakı və İrəvanda müzakirələr aparır, Ərdoğan və Putin arasında nələrsə müzakirə edilir. Bunla baş versə də, münaqişənin həlli baxımından əhəmiyyətli deyil. Ərdoğan Putinə təsir etmək imkanında deyil. Putin də bilir ki, Ərdoğanın sabah hansı addım atacağı proqnozlaşdırılmır. Bu baxımdan danışıqlar anlaşılsa da, bunun problemin həllinə təsir edəcəyini gözləmirəm”.

ASDP sədrinin sözlərinə görə, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşüb müzakirələr aparır. Burada hər iki tərəfin marağı var: “Azərbaycan danışıqlar prosesinin aktivləşməsinə çalışaraq dünyaya mesaj verir ki, əslində biz müharibə tərəfdarı deyilik və problemin beynəlxalq hüquqa əsasən həllinin tərəfdarıyıq. Erməni tərəfi isə bu görüşlərə qatılmaqla vaxt udmaq və dünyaya göstərməyə çalışır ki, komromis axtarışındadır”.

ASDP sədri qeyd edib ki, nə zamansa problem müharibə yoli ilə həll ediləcək: “Mən deyə bilmərəm ki, müharibə nə zaman olacaq. Ancaq onu deyə bilərəm ki, Azərbaycan müharibəyə tam hazırdır. Bu müharibənin vaxtını isə ancaq Ali Baş Komandan bilir”.

A.Əlizadə daha sonra qeyd edib ki, artıq ermənilər ənənələrinə sadiq qalaraq rusları satıb: “Mən Barselonadan dünən qayıtmışam. Orada “Sosintern”in toplantısı keçirilirdi. Toplantıda çıxış edən Daşnaksütyun Partiyasının sədri Mario Nalbandyan bəyan etdi ki, Ermənistan tarixində mühüm hadisə baş verib, ölkə Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” layihəsinə uyğun olaraq assiosativ saziş imzalayıb. Onun çıxışından sonra mən söz aldım və üzümü ruslara tutaraq dedim ki, ermənilər ilk öncə İranı, daha sonra Türkiyəni satıblar. İndi sıra Rusiyaya gəlib və artıq ermənilər sizi də Avropaya satdılar. Bildiyiniz kimi, hazırda rus mediası da Ermənistanı ciddi tənqid edir. Dünən NTV kanalında aparıcı Ermənistanı ərinə xəyanət edən qadın kimi təqdim etdi. Bütün bunlar təsadüfi deyil. Mən də hesab edirəm ki, artıq ermənilər rusları satmağa başlayıb”.
Şagirdi ilə sinifdə cinsi əlaqəyə girdiMüəllim şagirdi ilə yatağa girdib.

Haberler xəbər verir ki, hadisə Sidneydə qeydə alınıb.

34 yaşlı qadın müəllim, 17 yaşlı şagirdi ilə cinsi əlaqəyə girib. Olay ortaya çıxınca da məhkəmədə gözyaşı içində özünün də uşaq olarkən tək qaldığını, bu səbəbdən "Şagirdim xoşbəxt deyildi, onu xoşbəxt etmək istədim" deyərək özünü müdafiə edib. Adı açıqlanmayan müəllim bundan əlavə şagirdi ilə dəfələrlə sinifdə və məktəbin dəhlizində görüşüb intim münasibətdə olduğunu etiraf edib. 13 dekabrda məhkəmə müəllimə hökm oxuyacaq.
Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya yerləşdirildiReper Anar Nağılbazın səhhətində ciddi problem yaşanır.

Bu barədə "Lider" telekanalında yayımlanan "7 Gün" verilişində aparıcı Könül Muxtarova məlumat verib. O bildirib ki, reper səhhətində problem olduğu üçün canlı yayıma gələ bilməyib.

Anar verilişin aparıcısına sms yazaraq "Mənim səhətimdə probləm var, xəstəxanaya yerləşdirilmişəm. Üzürlü sayın gələ bilməyəcəm" deyib.

Məlumata görə, Nağılbaz gecə 05.51 də xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, son günlər Anar Nağılbaz porno videosunun yayılması ilə gündəmə gəlib.
Mingəçevirdə biznesmeni bel və ağacla döydülərMingəçevir şəhərində sahibkara hücum olub.

Report xəbər verir ki, əllərində ağac və bel olan bir qrup naməlum şəxs çörək sexinin qarşısında sahibkarlıqla məşğul olan 1965-ci il təvəllüdlü Əliyev Elşən Şirin oğluna hücum edərək onu döyüb.

Hadisə E.Əliyev “Land Cruiser” markalı avtomobilindən düşərək sahibi olduğu çörək sexinə getmək istəyən zaman baş verib.

İş adamı ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Əliyev Tərtər rayon sakinidir və Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
Yaralanan polis rəisi təcili Bakıya gətirildi – VİDEOAğdaş rayonunun Xosrov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan Ucar Rayon Polis Şöbəsinin rəisi təcili Bakıya gətirilib.

Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində qolları sınan və döş qəfəsi əzilən Ucar Rayon Polis Şöbəsinin rəisi Etibar Abdıyev dünən yerləşdirildiyi xəstəxanadan təcili Bakıya göndərilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilən polis rəisi qəzadan sonra Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsinə gətirilsə də, sonradan reanimasiya şöbəsinə keçirilib.

Qeyd edək ki, dünən dünən saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı, VAZ 2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Nəticədə Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanlını intihara məcbur edən polkovnik həbs edildiMoskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı Rövşən Allahverdiyevi özünü yandırmağa məcbur edən polis polkovniki Mixail Vinoqradov həbs edilib.

Lent.az-ın məlumatına görə, onun barəsində “Vəzifə həddini aşma” maddəsiylə cinayət işi qaldırılıb və hazırda təcridxanadadır. Hadisə vaxtı Vinoqradovla birgə olan kapitan rütbəli şəxs isə axtarışa verilib.

Xatırladaq ki, hadisə noyabrın 22-də günorta saatlarında baş verib.

Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına "haqq" verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.
6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanatKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.

AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:

“Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.

Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” - deyə bəyanatda bildirilib.
17 yaşlı gənci analığı döyüb öldürdü - QusardaAzərbaycanda keçən ay ölmüş 17 yaşlı gəncin analığı tərəfindən döyüldüyü məlum olub.

Hadisə Qusar rayonunun Hil kəndində qeydə alınıb.

Məlumata görə, Hil kəndində bu ilin oktyabr ayında 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun ölümü ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalar zamanı onun ölümündən əvvəl analığı Rəna tərəfindən döyüldüyü və bu səbəbdən aldığı xəsarətlərdən Qusar Rayon Mərkəzi xəstəxanasında öldüyü müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)
İlham Əliyev: "Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib" - YENİLƏNİRƏfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı Azərbaycan xalqına və prezidentinə təşəkkür edib.

O, Azərbaycan Prezidentinə xitabən sağ olun ki, bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz.

"Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk. Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq. Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm", - deyə Əfqanıstan prezidenti qeyd edib.

O, Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini yüksək dəyərləndirib.

Məhəmməd Əşrəf Qani, həmçinin “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirdi. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxunub: "Terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir. Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verirlər. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir".

***

"Bakı-Tbilisi-Qars və Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək", - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnun olduğunu qeyd edib: "Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".

***

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Əşrəf Qani konfransda iştirak edir.
Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı konfransda nitq söyləyir.

İlham Əliyev bildirib ki, "Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: "Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq".

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə danışan dövlət başçısı bildirib ki, Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib.

Prezident deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".
Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.