Ukrayna azərbaycanlı alimin "kəşf"inə güldü - FOTOAMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənovun sosial şəbəkələrdə Yerin fırlanmasını şübhə altına alan mövqeyi Ukraynaya gedib çıxıb və sosial şəbəkələrdə istehzaya səbəb olub.

Kuryoz.com xəbər verir ki, Əkrəm Həsənov öz fikirlərini 2015-ci ilin fevralında açıqlasa da, onun mövqeyi Ukrayna mətbuatına bir neçə gün əvvəl gedib çıxıb.

Xatırladaq ki, o zaman Əkrəm Həsənov sadə elmi izahı olan məsələləri önə çəkərək Yerin öz oxu ətrafında fırlanmasını şübhə altına almışdı. Bu günlərdə isə Ukraynanın "dialog.ua” saytı bu məlumatı yayıb ("В Азербайджане сомневаются, что Земля вертится вокруг своей оси"). Ardınca Ukrayna və Rusiyanın bir sıra viral media ünvanları bu materialı tirajlayıblar. Xəbər sosial şəbəkələrdə gülüşə səbəb olub.

Əkrəm Həsənov qütb gündüzləri və ya gecələrini əsas gətirərək Yerin fırlanmasına şübhə etmişdi: "Dünyanın elə hündür yerləri vardır, misal üçün Norveçdə, üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı, Günəş batardı. Deməli, anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə, bunu sübut edən böyük dəlillərə ehtiyacımız vardır. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə Yer kürəsi 6 ay fırlanmır? Buna görə də biz unutmamalıyıq ki, hər oxuduqlarımız, elm olaraq anladıqlarımız da hələ bizə qaranlıqdır. Düşünürəm ki, bu müzakirələrin müsbət elmi tərəfini ortaya qoyacaq elmi kəşflər hələ qabaqdadır”.

Reallıqda isə Əkrəm Həsənovun "qabaqda” axtardığı elmi kəşflər artıq çox arxadadır və bu barədə dəlillər elə coğrarafiya fənninin orta məktəb proqramında var. Yer kürəsinin oxu Günəşin hərəkətindən yaranan xəyali ekliptika müstəvisinə paralel deyil, ekliptika səthinə nəzərən 23,5 dərəcə mailidir. Məhz bunun nəticəsində həm fəsillər dəyişir, həm də uzun qütb gecələri və gündüzləri yaranır. Bunu başa düşmək üçün aşağıdakı şəkilə diqqətlə baxın. Yay fəsli olan yarımkürənin qütbündə dayandığınız zaman Yer öz oxu ətrafında nə qədər fırlansa da, Günəş gözünüzdən itməyəcək. Həmçinin qış fəsli olan yarımkürənin qütbündə dayandığınız zaman Yerin öz oxu ətrafında fırlanması Günəşi sizə göstərə bilməyəcək.

Qeyd edək ki, bu barədə xəbərlər Ukrayna və Rusiyanın sosial şəbəkələrində Azərbaycan elmini ələ salan şərhlərlə müşayiət olunub. Xatırladaq ki, bir müddət əvvəl bir ərəb şeyxi də Yerin fırlanmadığını demişdi, öz mövqeyini izah edərkən Yerin cazibə qüvvəsinin mövcudluğundan xəbərsizliyini büruzə vermişdi və gülüş obyektinə çevrilmişdi.
Ukrayna azərbaycanlı alimin "kəşf"inə güldü - FOTO
23 yaşlı tələbənin meyiti tapıldı - Lüt haldaRusiyanın Peterburq şəhərində Çin Xalq Respublikasının vətəndaşı olan 23 yaşlı tələbə qızın meyiti tapılıb.

AzNews.az RIA agentliyinə istinadən xəbər verir ki, meyit tələbə yataqxanasında aşkar olunub.

Araşdırmalar zamanı məlum olub ki, bir gün əvvəl meyitin tapıldığı evdən iki tələbə ağır alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Meyiti tapılan qız çılpaq halda olub. Həmçinin əlləri və ağzı bağlı olub.

Hazırda tibb ekspertizası öz rəyini vermək üçün meyitə baxış keçirir.
Hərbi hissədə insident - Hərbi qulluqçular döyüldüİşğalçı Ermənistan Ordusunda qarşılıqlı münasibətlərin pozulması zəmnində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.

Tank əleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində ikinci gözündən xəsarət alıb.

Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağrılmış əsgərlər tərəfindən döyülüb.

Xəsarət alan R. Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.
AFFA futbolçulara sərt cəza verdi - Ömürlük qadağaAFFA adı danışılmış oyunlarda hallanan futbolçular haqda sərt qərar qəbul edib.

Avrasiya.net xəbər verir ki, qurumun yaydığı açıqlamaya görə, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
Məşhur futbolçu qadına görə döyüldü - Tanınmaz hala düşüb - FOTOMəşhur rus futbolçu Denis Terentyev vəhşicəsinə döyülüb.

Missiya.Az Rusiya mətbuatına istiandən xəbər verir ki, “Zenit” futbol komandasında oynayan Terentyevə avtomobilində hücum edilib.

Davadan sonra futbolçunun üzü tanınmaz hala düşüb.

Terentyev sosial şəbəkədəki hesabında hadisənin təfərrüatını açıqlayıb. “İmza mərasimindən evə qayıdırdım. Önümdə “Mersedes” markalı avtomobili idarə edən 40 yaşlı qadın vardı. Biraz sürətlə sürməsini istədim. Ardından maşının içərisindən bir nəfər düşdü və “geri get” dedi. Məndə ona “Mənə nə edəcəyimi öyrədə bilməzsən” dedim. Kişi mənim üzümə yumruq vurdu. O yumruqdan sonra nələr baş verdiyini xatırlamıram”.

Aldığı xəsarətlərə görə, futbolçu sezon sonuna qədər oyunlara çıxmayacaq.
Telman İsmayılovun gizli mülkləri tapıldı - Qohumlarının adına alıbmış...Rusiyanın "İzvestiya” qəzetinin əməkdaşları hazırda beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı araşdırma aparıblar.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, sən demə qara günlərinin başlayacağını hiss edən İsmayılov bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrin yaxın qohumlarının adına keçiribmiş. Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.

Məlumata görə, bundan başqa Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl "Demetra” investitsiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.

Bundan başqa "Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.

Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən "Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb.
Qüds İsrailin paytaxtı elan ediləcək!?  Son dövrlər bəzi ərəb liderlərinin Vaşinqtonu tez-tez ziyarət etmələri “Qüds bazarlığı” başlığı altında şərh edilir. Sonuncu dəfə İordaniya kralı Abdullah ilə Bəhreynin vəliəhdi Şahzadə Əl Xəlifə bir gün fasilə ilə ABŞ-da gedib.

Türkiyə KİV-nin məlumatına görə, İsrail mediası ABŞ prezidenti Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı elan edəcəyini iddia edir.

İsrail və başda Səudiyyə Ərəbistanı olmaqla BƏƏ və Bəhreyn arasında yaxınlaşma artarkən Qüdsün statusu ilə bağlı ABŞ, ərəb ölkələri və İsrail üçlüyündə davam etdiyinə dair işarələr gəlir.

Belə ki, İsraildə yayımlanan “Hadashot” xəbər proqramında ABŞ prezidenti Donald Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı olaraq elan edəcəyinə dair verdiyi xəbər səsləndirilən iddiaları gücləndirib.

ABŞ prezident köməkçisi Mike Pencenin “Donald Tramp ABŞ səfirliyini Qüdsə yerləşdirməkdə qərarlıdır” açıqlamasından dərhal sonra xəbər diqqət çəkməyə başlayıb. Ağ Evdən verilən açıqlamada isə səfirliyin yerləşdirilməsinə və Qüdsün paytaxt olaraq tanınması ilə bağlı hər hansı bir tarixin hələ müəyyən edilmədiyi bildirilib.

Qeyd edək ki, bu həftənin əvvəlində 140 min fələstinlinin Qüdsdən təxliyə ediləcəyinə dair yeni bir qərar İsrail Parlamentində (Knesset) nəzərədən keçirilmişdir. Müzakirəyə çıxarılan qərara demək olar ki, ərəb ölkələrindən heç bir reaksiyanın verilməməsi də diqqət çəkib.
Ebru Gündeş Rza Zərrabla bağlı Ərdoğana xəbərdarlıq göndərdiTürkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab ilə bağlı narahatlığını Prezident Ərdoğanın yaxın ətrafına danışdığı bildirilir.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Ərdoğanın 18 bölgədən 53 millət vəkili ilə AK Partiyası ilə görüşü zamanı bəzi rəhbərlər Rza Zərrabla bağlı iddiaları gündəmə gətirib.

“Həyat yoldaşım Rza Türkiyəyə zərər verə bilər…”

Konfrans zamanı Zərrabın 2016-cı ildə ABŞ-da həbs olunmasından sonra Ebru Gündeş Ərdoğanın yaxın ətrafına “Yoldaşımın ABŞ-da getməsi adi hadisə deyil. Türkiyəyə zərər verə biləcək bir hərəkət edə bilər” deyərək narahatlığını ifadə edib.

Ərdoğan isə ABŞ-da aparılan Rza Zərrab iddiası ilə bağlı Türkiyənin İran ilə ticarət və enerji əlaqələrinin olduğunu söyləyib:

“İddiadan nə çıxırsa çıxsın, biz düzgün olanı etdik, embarqonu dəf etdik”.

Ebru Gündeşin sözlərinə gəldikdə isə Ərdoğan “Abdestimdən şübhəm yoxdur ki, namazımdan şübhəm olsun” deyə cavab verib.
Bu yerlərdə siqaret çəkmək qadağan olundu - RƏSMİMilli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.

Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.

Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:

– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

– ticarət obyektləri;

– məişət obyektləri;

– sosial xidmət müəssisələri;

– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

– uşaq meydançaları;

– yerüstü qapalı və yeraltı piyada keçidləri;

– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

– taksofonlar;

– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

Layihə səsə qoyularaq qəbul olunub.