Sarkisyan Qarabağa gəldi: Generalları topladı - FOTOErmənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə prezident Serj Sarkisyan, müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR-in prezidenti Bako Saakyan, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan və digər hərbçilər iştirak ediblər.

Həmçinin ordu quruculuğu ilə bağlı məsələlər müzakirə olunub.
"İranın XİN rəhbəri erməni vandalizminə haqq qazandırır"Cavad Zərif, erməni vandalizmindən və vəhşiliklərindən sanki xəbərsizmiş kimi, "Ermənistan bölgədə sülh üçün çalışır" deməklə bütün beynəlxalq qanunların ziddinə danışmış oldu...

Bunu, İranın Xarici İşlər Naziri Cavad Zərifin Ermənistana səfəri zamanı erməni həmkarı ilə görüşdə səsləndirdiyi bəyanata cavab olaraq politoloq, siyasi ekspert Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki, İranın Xarici İşlər Naziri Cavad Zərifin Yerevanda işğalçı və terrorçu, əli müsəlman qanına bulaşmış və müsəlman qanına susamış ermənistanın şəninə "ermənistan bölgədə sülh üçün çalışır" deyərək sülhsevər ölkə və dövlət olaraq təqdim etməsi bütün İslam və müsəlman dünyasına qarşı, bütün insanlığa və insanlıq anlayışlarına qarşı, bütün beynəlxalq hüquq nornalarına və qayda-qanunlarına qarşı, Azərbaycan-İran münasibətlərinə qarşı və ən əsası Azərbaycan xalqına və dövlətinə qarşı çox dəhşətli bir xəyanət etmiş oldu. İran İslam Respublilası bununla öz çirkin siyasətini bir daha sərgiləmiş və öz həqiqi mövqeyini, bilavasitə isə elə həm də ölkəmizə və xalqımıza qarşı düşmənçiliyini nümayiş etdirmiş oldu.

M.Məmmədov qeyd edib ki, Cavad Zərifin Ermənistandakı çıxışı və bəyanatı heçbir hüquq normalarına sığmır və İran tərəfi heçcürə bu səslənən bəyanata səbəb və açıqlama gətirə bilməz. Zərifin bəyanatı arqumentsiz bir iddiadır və ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi işğalçılıq siyasətini, 25 ildən artıq davam edən erməni təcavüzünü və vandalizmini xalqımıza qarşı həyata keçirtdiyi soyqırım və faciələri görməzliyə vuraraq, iğalçı və terrorçu ölkəni sülhsevər adlandırmaq, şəninə təriflər söyləmək birmənalı olaraq ermənipərəstliyin göstəricisidir. Təbiiki, buradan "Düşmənimin dostu da düşmənimdir və düşmənimin dostu dostum ola bilməz!" anlayışı da ortaya çıxır! İran dövləti bu təxribat xarakterli hərəkəti ilə bağışlanmaz səhvə yol verib. Azərbaycan Dövlətinin daim sülh və əmin-amanlıq yaratmaq cəhdlərini görməzliyə vuraraq, qiymətləndirməyərək işğalçı və cinayətkar ölkə haqqında "Ermənistan bölgədə sülh üçün çalışır!" demək cinayətkarla ortaq olmaqdır. Ermənistan isə ümumbəşəri cinayətlərə imza atmış, Azərbaycan xalqına qarşı Xocalıda soyqırım həyata keçirtmiş, Xocalını yerlə-yeksan edərək dünya xəritəsindən silmiş, Qarabağda xalqımıza qarşı olmazın müsibətlərini və məşəqqətlərini yaşatmış ümumbəşəri hərbi cinayətkarlardan ibarət bir rejimdir. Hazırki ermənistan rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və mühakimə olunmalı olduğu halda, qonşumuz İran İslam Respublilası tərəfindən mədh edilir, təriflənir və açıq-aşkar dəstəklənir. İslam adına çıxış edən bir ölkənin rəsmisinin bu qədər iyrənc dolu ifadələri dəhşət doğurur. Bunun tək adı, İranın ermənistanla olan hələ qədim tarixi bağlara söykənən qardaşlığıdır və bu hal İranın işğalçı ölkə ilə eyni mövqedə olmasının və ermənistanın Azərbaycan ərazilərinə qarşı davam edən hərbi təcavüzünə haqq qazandırmağın açıq göstəricisidir.

Mirsamir Məmmədov bildirib ki, ən azından İranın XİN rəhbəri Cavad Zərif Yerevanda çıxış edərkən BMT Təhlükəsizlik Şurasının ermənistana qarşı qəbul etdiyi 4 ardıcıl qətnaməni, BMT-nin ermənistanı işğalçı ölkə olaraq tanımasını, ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etməsini təsdiqləyərək işğal aktıyla heçbir şəkildə barışılmaması və işğalçı ölkənin zorakı şəkildə istila etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən 4 qətnamənin olduğunu bilməli və çıxışını buna uyğun qurmalıydı. Cavad Zərif hər hansı savadsız bir din nümayəndəsi deyil, bir ölkənin xarici siyasətini müəyyənləşdirən və bilavasitə aparan, diplomatdır. BMT-nin işğalçı adlandırdığı ölkənin ünvanına təriflər və sülsevər dəyə mədhiyyə oxuması, İran XİN rəhbərinin diplomatik savadsızlığından qaynaqlanır. Cavad Zərifin ermənistanda səsləndirdiyi bəyanat ən azından bir ölkənin ciddi bir rəsmi şəxsinə qətiyyən yaraşmayan ifadələriydi, deyə politoloq bildirib.
Manaf Ağayevdən jurnalistlərə çağırış - “Kim gəlsə qovulacaq”Dekabrın 4-də müğənni Manaf Ağayevin evində toy olacaq.

Bu barədə AzNews.az-a açıqlama verən Manaf Ağayevin sözlərinə görə, oğlu Elçinin toy məclisi mətbuata qapalı olacaq:

“Toya jurnalistləri dəvət etməyəcəm. İstəmirik. Onlar mənə heç nə etməyib, sadəcə olaraq övladım istəməyib. Oğlum əvvəlcədən deyib ki, “jurnalistləri toyumda görmək istəmirəm”. Mən də onun istəyinə hörmət edirəm. Kim gəlsə, yaxud da gizli qapıdan daxil olsa yəqin ki, qovulacaq. Zornan deyil ki...İstəyirsiniz lap cəhd eləyin. Mən səni evimə dəvət etmirəmsə məcbur gəlməyəcəksən ki...”

Manaf Ağayev toya başqa ölkənin sənət adamlarının dəvət olunmadığını qeyd edib.
“Zəkaların Payız Kuboku” turniri SiyəzəndəSiyəzən rayonunda “Arifə bir işarə” zəkaların payız kuboku adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfidən icra edilən yarışda Siyəzən rayonunda yaşayan və təhsil alan 8 komandanın tərkibində birləşən 48 nəfər gənc iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib.

Tədbirdə iştirak edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda “Müşfiq” komandası birinci, “Spartak” ikinci, “Dejavü” komandası üçüncü olub.
Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında da intellektual oyunlar keçiriləcəkdir.
“Zəkaların Payız Kuboku” turniri Siyəzəndə
“Zəkaların Payız Kuboku” turniri Siyəzəndə
Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdiribBu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilən dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Komitə sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Komitədən Avrasiya.net-ə verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlətimiz tərəfindən milli-mənəvi, dini dəyərlərimizə göstərilən yüksək qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, dəyərlərimizin qorunub saxlanılması, eləcə də təbliği və təşviqi istiqamətində əməli tədbirlər həyata keçirilir. Səyyad Salahlı son illər Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.

Düzgün dini maarifləndirmənin əhəmiyyəti və nəticələri barədə də danışan sədrin birinci müavini dini icmaların bu istiqamətdə birgə səylərini artırmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, dünyaya örnək olan Azərbaycanın tolerantlıq modeli, həmrəylik nümunəsi təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücləndirilməlidir.
Layihələri maliyyələşdirilən Saatlı rayonu Qazanbatan kənd məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır”, Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icması “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında”, Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması“İslam həmrəyliyi – sülhə aparan yol”, Kürdəmir şəhəri “İmam Rza” məscidi dini icması “İslam həmrəylik və birliyə çağırış dinidir”, Qax şəhər məscidi dini icması “Mədəniyyət və din”, Astara rayonu Şahağacı kənd məscidi dini icması “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq”, Quba rayonu Xucbala kənd məscidi dini icması “İslam sülh və tolerantlıq dinidir”, Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icması “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir “ mövzularında layihələri həyata keçirəcəklər.

Qax şəhər məscidi dini icması sədri Hacı Əsgərov tədbirdə çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.
İlahiyyatçılar Elşad Mirini “topa” tutdu: “DTX onu araşdırsın”İlahiyyatçı Elşad Mirinin İslam dini ilə bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Onun xüsusən, “Quran müqəddəs kitab deyil” fikri böyük narazılığıa səbəb olub. Elşad Mirinin qənaətinə görə “Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması haqda ayə yoxdur. Elşad Mirinin açıqlamasını təqdim edirik:

“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı, nə deyəcəkdiniz? Məsələn, biz bu gün bir sorğu keçiririk, yəqin ki, yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi “Tövrat”dır. “Qurani Kərim”in heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq, sadəcə, burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı, onda belə bir sual verim: “Tövrat”ın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk “İncil” yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu “Quran”dır, ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.

“Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Cəmal Əzimbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Elşad Mirini ilahiyyatçı hesab etmədiyini və bu səbəbdən də onun fikirlərini şərh etməyəcəyini bildirib: “Belə bir adamı ilahiyyatçı kimi qəbul etmirəm. Dövlət Təhlükəsizlik Xidməti onunla bağlı dərhal araşdırmalara başlamalıdır. Azərbaycanda dini bərabərliyin, dəyərlərin üzərinə gedən bir şəxsin zərərsizləşdirilməsi olduqca zəruridir. Ona görə də onun fikirlərinə rəy vermək istəmirəm”.

Tanınmış jurnalist, dinşünas Vaqif Cəlaloğlu isə hesab edir ki, kimliyindən asılı olmayaraq “Qurani Kərim”i orijinal variantda, yəni ərəb dilində diqqətlə oxuyan şəxs bu qənətə gələ bilər ki, bu kitab insanların zülmətdən nura çıxmağı üçün nazil olunub: “Bu kitab Allah tərəfindən insanlara bir müjdə olaraq göndərilib. Eyni zamanda bu kitab insanların özlərini yaxşı aparması, pis əməllərdən kənar durması üçün göndərilib. Sual olunur, əgər hər hansı bir kitab insanı pis yoldan yaxşı yola çəkirsə, zülmətdən nura aparırsa, bu kitabın müqəddəsliyi sözsüzdür. Əsas müqədəssliyi onunla bağlıdır ki, bütün məxluqatı mövcud edən Allah tərəfindən göndərilib. Bu kitabın müəllifi nə peyğəmbərlər, nə də insanlardır. Bu kitabın müəllifi müqəddəs tayı-bərabəri olmayan Allahu Təbarükəladır. Allah tərəfindən izhar olunan hər bir şey, o cümlədən, onun əsəri bəndələr üçün müqəddəsdir ”.
Anar Nağılbazın anası: "Belə şayiələr atırsa, bizdə çoxlu faktlar var"Son günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib.

Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Cebhe.info-ya repçinin anası Şərqiyyə Cəbiyeva danışdı. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

[b]-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?
[/b]-Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyrik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.

[b]-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?
[/b]-Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.

[b]-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?
[/b]-Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.

[b]-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?
[/b]-Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.

[b]-Nə problemindən söhbət gedir?
[/b]-Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz. Anarın yerinə bir başqası olsa bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyif, mənim nəvələrimə... Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın, qızım (Ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?

[b]-Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. -
Bəs o iş necə oldu?
[/b][/b]-Hə, doğrudan da mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.

[b]-Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi "vururlar"...
[/b]-Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmaga getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.

[b]-Yayılan videoya və keçmiş gəlninizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciıt edəcəksiniz?
[/b]-Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzügün hərəkət eməyib, çıxıb yalandan şayiələr yayıbsa cəzasını çəkməlidir.

[b]-Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?
[/b]-Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifə gedir. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?
28 yaşlı itkin gəlin tapıldı - Əri ilə bir yerdə yaşamaq istəmirBakının Qaradağ rayonunda itkin düşən gəlin tapılıb.

Bu barədə Trend-ə Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, noyabrın 28-də Bakının Qaradağ rayonunda qonaq gəldiyi ata evindən çıxan 28 yaşlı Şahnaz Cavadova Balakən rayonuna gedib: "Məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Noyabrın 30-da qadının həyat yoldaşı bizə müraciət edərək bildirdi ki, gəlin başqa bir telefonla ona zəng vurub bildirib ki, o sağdır və Balakən rayonundadır. Gəlin həyat yoldaşına deyib ki, polisdən şəkilləri yığışdırsın. Bildirib ki, öz xoşu ilə Balakən rayonuna gəlib və onunla bir yerdə yaşamaq istəmir. Məlumat daxil olan kimi həmin nömrəyə dəfələrlə zəng vursaq da, telefona cavab verən yoxdur. Hazırda əməliyyat davam edir".

Xatırladaq ki, noyabrın 28-də Qaradağ rayon sakini, 1989-cu il təvəllüdlü Ş.Cavadova Qaradağ rayonunda atasının evindən çıxıb və bir daha geri qayıtmayıb.
Xarici dildə telekanalın açılması ilə bağlı təklifMilli Məclisdə Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılması təklif edilib.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində artıq sırf ingilis dilli kanal var.

O, gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına 32, İctimai Televiziyaya isə 12 milyon manat ayrılmasına da etiraz edib: “Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Bunlara ayrılan vəsaitləri sırf ingilis dilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir”.
Suraxanı məktəbində “Mavi balina”: İddia, yoxsa təhlükə?Bakının Suraxanı rayonunda yerləşən 76 nömrəli məktəbin bəzi şagirdlərinin qolunda müşahidə edilən anlaşılmaz sıyrıqlarla bağlı məktəb təcili addımlar atıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, məktəbdə uşaqlar arasında aparılan ümumi yoxlanış zamanı bəzi uşaqların qolunda qəribə sıyrıqlar olduğu məlum olub və bu barədə BŞTİ-yə məlumat verilib. 27 noyabr tarixində müəyyən edilən qəribə olayla bağlı məktəb rəhbərliyi də dərhal həmin şagirdlərlə psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparıb.

Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılıb. Hətta hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru məktəbə dəvət edilib:

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib. Məsələ nəzarətdə saxlanılıb”.

Yeri gəlmişkən bildirək ki, 6-cı sinif şagirdlərinin qolunda müəyyən edilən sıyrıqlar, iddiaya görə, yeniyetmələr arasında son illər çox yayılmış “Mavi balina” adlı təhlükəli oyunun əlamətləridir. Bu internet oyununun şərtlərindən birinin məhz damarları kəsib, özünə xətər yetirmək olduğunu nəzərə alsaq, vəziyyət olduqca təhlükəlidir.

“Mavi balina” - insanların intihara təhrik edən qorxunc internet oyunudur. Uşaqları və yeniyetmələri özündən asılı vəziyyətə gətirən oyunun qurbanlarının sayı durmadan artmaqdadır.

Məlumata görə, oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. “Mavi balina” oyunu 50 gün ərzində oyunçularına şüuraltı olaraq “intihar et” mesajını ötürür. Oyunda 50 gün boyunca 50 tapşırıq verilir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir.

Qeyd edək ki, bu günə qədər ölkə məktəblərində yeniyetmə şagirdlər arasında özünü öldürmə, səbəbsiz yerə intihar faktlarında “Mavi balina” iddiası da araşdırılıb. Hətta oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin özünü asmasının səbəbinin də “Mavi balina” olduğu təxmin edilirdi.

Bildirək ki, təkvə Rusiyada 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.