Hadisə Yeni il gecəsi 1 milyondan niyə imtina edib? - “Bu pul tort kimidir, onu dilimlərə bölürük”Türkiyənin məşhur müğənnisi Hadisənin Yeni il gecəsi 1 milyon Tl (təxminən 450 min AZN) qazanacağı konsertini model sevgilisi Aurilien Muller ilə birlikdə yeni ili qarşılayacağına görə təxirə salması iddia edilmişdi. Daha sonra onun Yeni ilə 6 gün qalmış sevgilisindən ayrılması ilə bağlı məlumatlar yayılmışdı.

AzNews.az xəbər verir ki, Hadisə şəxsi həyatı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Məşhur müğənni, "Mən bu bərabərliyi heç vaxt bitirmədim ki, ayrılıq da olsun. İkincisi mən anamın sağlamlığı ilə əlaqəli ciddi bir şey olsa onda konsertimi təxirə sala bilərəm. Onun xaricində heç vaxt. Bu il ailəmlə vaxt keçirəcəyəm. Düşünürəm 7 ildir ki, Yeni ildə ilk dəfə səhnədə olmayacağam. Bu da mənim üçün dəyişiklik olacaq və bunun həyəcanını yaşayıram. Evdə olacağıq. Söhbətlər, yeməklər, Yeni ili belə qarşılayacağıq", - deyə bildirib.

Sənətçi Yeni il gecəsi səhnələrdə olduğuna görə aldığı pulun miqdarı ilə bağlı bunları deyib:

"Bu rəqəmlərlə bağlı xəbərləri oxuyanda gülürük. Məncə bütün həmkarlarım da gülür, çünki belə rəqəmlər yoxdur...Yeni il gecəsi və bayramlarda təbii ki, ailəmizdən uzaq olduğumuz üçün aldığımız pulun miqdarı çox olur, amma bu yazılan miqdar, 1 milyon TL tamamilə doğru deyil. Belə miqdarda pul alsaq böyük səhnələr qurula bilər. Səhnədə tək mən olmuram, 28 nəfərlə səyahət edirəm. Hamı da evinə çörək pulu aparır. Bu pul bir tort kimidir və bunu dilimlərə bölürük".
“Lotu Quli”yə daha bir zərbə — Ən yaxın adamı bıçaqlandıBir müddət əvvəl azadlığa buraxılan "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın adamı Türkiyədə bıçaqlanıb.

Ölkə.Az-ın verdiyi xəbərə görə, Gəncə şəhərində vəziyyətə nəzarət edən Rəşad Gəncinski dekabrın 30-da İstanbulda bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan Gəncinskinin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, N.Səlifov azadlığa çıxdıqdan sonra İstanbula yerləşib. Orada olarkən sosial şəbəkədə canlı yayım edərkən Gəncə şəhərində vəziyyəti Rəşada tapşırığını demişdi.
“Azərsu”nun anbarında gənc oğlanın meyiti tapıldıBakıda dünən itkin düşən gəncin meyiti su anbarından tapılıb.

"Qafqazinfo" xəbər verir ki, 1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki "Azərsu" ya məxsus su anbarında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib.

Onun əqli zəhətdən çatışmazlığı olub.

Onun düşdüyü 3 metr hündürlüyündə su ilə dolu olan anbar Fəxri Xiyabanda ağacları sulamaq üçün nəzərdə tutulub.
Ermənilər üçün darıxan əməkdar mühəndis vә baş redaktor -ÖZÜNÜİFŞABu gün Azərbaycan Respublikasının əməkdar mühəndisi Tofiq Qəhrəmanov Bakı və bakılılar haqqında öz təsuratlarını yazıb. O, "ürək sözləri”ni rus dilli saytlardan birinin redaktorunun xahişi ilə yazdığını bildirib.

Uzun müddət bu mövzuya toxunmaq istəyirdim, lakin hər dəfə əlim gəlmirdi, açığını desəm, buna qərar verə bilmirdim. Qələminə hörmət etdiyim Rəhman Hacıyevin (1news.az saytının baş redaktoru-red.) xahişi mənim üçün böyük impuls (güc) oldu ki, oturum və birnəfəsə beynimdən keçənləri yazım”, - deyə Tofiq Qəhrəmanov bildirib.

İlk baxışdan tanınmış mühəndisin köhnə Bakı haqqında yazacaqları bir oxucu kimi hər kəsə maraqlı gələ bilər. Lakin yazını oxuduqca bu maraq qəzəb və hiddətə çevrilir. Çünki yazının əvvəlində belə Tofiq Qəhrəmanov Sovet, SSRİ xiffətində yaşadığını açıq-aydın bildirir.

Atasının Gəncədən, anasının Şuşadan olduğunu deyən mühəndis, ailəsinin Bakıya 20-ci illərdə gəldiyini vurğulayıb. Bakıya valeh olduğunu deyən mühəndis, sətiraltı mənalarda bu vurğunluğunu rus mədəniyyəti və dili ilə bağlayıb.

Yazının müəllifi birbaşa etiraf edir ki, Bakıda ana dili rus dili olub və bu onun üçün bir mədəniyyət göstəricisidir. Çox təəssüflər olsun ki, bu fikirləri yazan ölkənin sayılıb-seçilən mühəndisi və yüksək vəzifə daşıyan Tofiq Qəhrəmanovdur. Məhz bu insan etiraf edir ki, gəncliyində vurğunu olduğu ruslar və ermənilər hələ də onun üçün böyük meyardır.

"ХIX əsrdə Böyük Rus imperiyası Bakıda əlçatmaz mədəniyyət yarada bilmişdi”, - deyə Tofiq Qəhrəmanov bu mədəniyyətin qurucuları kimi məhz erməniləri göstərir.

Keçmişi unuda bilməyən Sovet dövrünün yetirməsi SSRİ dövründə Bakıda bakılılarla ermənilərin dost-qardaş kimi yaşadığını yazır. Həmin illərin həsrətində olan Tofiq Qəhrəmanov, hələ də ermənilər üçün darıxdığını gizlətmir.

Çox təəssüflər ki, bu şəxs, müasir Azərbaycanda yaşasa da, Sovet dövlətini unuda bilmir. Bu da təəssüfedici məqamlardan biridir ki, belə fikirlər təkcə Tofiq Qəhrəmanov yox, onun kimi bir çox vəzifə sahiblərinin unudulmaz amalıdır. O, Azərbaycanda regionçuluq edərək həm öz xislətini ortaya qoyur, həm də daşıdığı vəzifənin onun üçün nə qədər ağır olduğunu... Yəqin ki, elə isti kreslo ona azərbaycançılıq məfkurəsini unutdurub. Ancaq unutmamalıdır ki, o isti kreslolar onun kimi çox insanı yola salıb. /Azxeber.com/

P.S. 1news.az saytı uzun müddət nurçuların Azərbaycandakı liderlərindən olan, buna görə də Prezident Aparatındakı yüksək postundan qovulan Elnur Aslanovun nəzarətində olub və həmişə ölkənin milli adamlarına qarşı şər- böhtan kampaniyası aparıb.
İranda aranı qarışdıran ABŞ casusunun kimliyi ortaya çıxdıTrampın yeni İran strategiyası çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin İran postuna müsəlman kimi tanınan Maykl Dandrea təyin edildi.

A24.Az xəbər verir ki, təyinatdan 6 ay sonra ABŞ küçələri qarışıb.

Müsəlman qadınla evləndikdən sonra müsəlmanlığı qəbul edən Maykl dərhal İrandakı çalışmalarına başlayıb. Usame Bin Ladinin tutulduğu əməliyyatda iştirak edən Dandrea bölgə haqqında geniş bilgiyə sahibdir. Amerikanın İraqa girdiyi ərəfədə Mərkəzi Kəşfiyyat İdarəsinin ən önəmli əməkdaşlarından idi və Orta Şərqdə gizli vəzifələrdə olub. Maykl Dandreanın geçmişdə icra etdiyi vəzifələr İranda baş verən hadisələrdin arxasında kimin olduğunu ortaya çıxarır. Belə ki, amerikalılar da açıq bir şəkildə İrandakı hadisələri dəstəklədiklərini ifadə edirlər.
Jurnalistin bacısı və iki azyaşlı qohumu öldüZaqatalada mənzildə meyiti tapılan qadın və iki azyaşlının şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
2017-ci ildə onları itirdik... - Siyahı2018-ci ilə sayılı saatlar qalıb. Yola saldığımız 2017-ci il yaddaşlarımızda kədərli izlər qoyub. Bu ildə Azərbaycan bir çox tanınmış elm və sənət adamlarını itirdi.

2017-ci ildə dünyasını dəyişən tanınmış elm və sənət adamlarının siyahısını təqdim edirik:

23 yanvar - Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımov dünyasını dəyişib. 68 yaşlı aktyor doğma ana yurdunda torpağa tapşırılıb.

25 yanvar - psixoloq Dəyanət Rzayev intihar edərək həyatına son qoyub. O, intihar etməmişdən öncə məktub yazaraq, ölümündə heç kimin günahı olmadığını qeyd edib.
12 fevral - Gənc tamaşaçılar teatrının aktrisası, əməkdar artist Kübra Dadaşova vəfat edib. 59 yaşlı sənətkar şəkər xəstəliyindən əziyyət çəkirdi. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kubra Dadaşova ailə qəbiristanlığında dəfn olunub.

16 fevral - Rejissor Şahin Zəkizadə dünyasını dəyişib. O, qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

13 mart - müğənni Rəşad Ənvəroğlu dünyasını dəyişib. Rəşad tamaşaçılara ATV-də yayımlanan “Azərbaycanın səsi” müsabiqəsindən tanışdır. O, yarışmada üçüncü olmuşdu. Müğənni doğulduğu kənddə torpağa tapşırılıb.

15 mart - Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib. O, Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

16 mart - jurnalist və yazar Mövlud Mövlud dünyasını dəyişib. O, özünü hündürmərtəbəli binadan ataraq intihar edib. Mərhumun cənazəsi doğulduğu Qazax rayonunda torpağa tapşırılıb.

21 mart - Əməkdar artist Əsgər Rəhimov dünyasını dəyişib. Aktyor ölümündən üç gün əvvəl qaraciyərindən əməliyyat olunub. Buzovna qəsəbə qəbiristanlığında dəfn edilib.

28 mart - Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib. O, bədxassəli şişdən əziyyət çəkirdi. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

13 iyun - tanınmış bəstəkar Rauf Əliyev dünyasını dəyişib. Bəstəkarın 70 yaşı vardı. O, Bakıda ailə qəbiristanlığında dəfn olunub.

26 iyun - Opera və Balet Teatrının solisti, xalq artisti Qəndab Quliyeva da itirdiklərimiz sırasındadır. O, uzun illər ürək və böyrək çayışmazlığından əziyyət çəkib. Sənətkar Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunub.

25 iyun - Xalq artisti, xareoqraf Xumar Zülfüqarova 90 yaşında dünyasını dəyişib. O, "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

4 iyul - Əməkdar artist Telman Əliyev dünyasını dəyişib. 69 yaşlı sənətkarın halı qəflətənpisləşib, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək ümkün olmayıb. Xırdalan qəbiristanlığında dəfn edilib.

23 iyul - şair Yetim Eyvaz 65 yaşında vəfat edib. O, Siyəzən rayonunda, doğma Qərəh kəndində dəfn olunub. Şair ağ ciyər xəstəliyindən əziyyət çəkirdi.

23 avqust - Tanınmış meyxana ustadı Bayram Kürdəxanılı üçün də il düşərli olmadı. Toy mərasimindən evə qayıdan meyxanaçını yolu keçərkən maşın vurub. Sürücü B.Kürdəxanılını xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Kürdəxanı kənd qəbiristanlığında dəfn olunub.

6 sentyabr - Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Kaliforniyada dünyasını dəyişib. Vəsiyyətinə əsasən onun nəşi Azərbaycana gətirilib və Fəxti Xiyabanda torpağa tapşırılıb.

14 sentyabr - Aşıq Ədalət (Ədalət Nəsibov) də bu il dünyasını dəyişənlər siyahısındadır.
78 yaşlı sənətkar uzun illər idi ki, xəstəydi. O, Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

26 oktyabr - Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dünyasını dəyişib. Tanınmış diktor xərcəng xəstəliyindən əziyyət çəkirdi. R.Hüseynov Almaniyada, müalicə aldığı Düsseldolf şəhərindəki klinikada vəfat edib.
İllərdir, Suriyada döyüşən radikal islamçı Rövşən Paşayev öldüSuriyada “Əhrarü Şam” radikal islamçı qruplaşmasının tərkibində Bəşər Əsəd rejiminə qarşı döyüşən Azərbaycan vətəndaşı, 2000-ci illərin əvvəllərində “Qarabağ partizanları” işinə görə həbs edilmiş Rövşən Paşayev İdlibdə ölüb.

Virtualaz.org xəbər verir ki, radikal islamçılara yaxın türk saytı “Timetürk.com” onun ölümü ilə bağlı nekroloq yayıb.

Orada deyilirdi ki, dini ləqəbi “Ömər” olan Rövşən Paşayev Tərtərdə anadan olub və yaşayıb. Qarabağ müharibəsi başlayanda polis sıralarında ermənilərə qarşı döyüşüb. 2000-ci illərin əvvəllərində radikal vəhabilərin sırasına qoşulub və bir müddət Çeçenistanda döyüşüb.

2003-cü ildə bir qrup Qarabağ müharibəsi veteranı ilə işğal altındakı Azərbaycan ərazilərində partizan hərəkatı başlatmaq üçün hazırlıqlara başlayıb. Lakin Rövşən Paşayev və həmin qrupun digər üzvləri qanunsuz silahlı birləşmə yaratmaq ittihamı ilə həbs olunublar.

2005-ci ildə həbsdən buraxılan R.Paşayev yenə dinc dayanmayıb və bu dəfə Əfqanıstana gedib, “Taliban” qruplaşmasının sıralarında NATO qüvvələrinə qarşı döyüşüb. Bir müddət onra geri qayıdıb, 2011-ci ildə Suriyada üsyan başlayanda R.Paşayev həmin ölkəyə yollanıb. Türkiyədən dəstəklənən “Əhrarü Şam” radikal qruplaşmasının sıralarında Əsəd rejiminə qarşı döyüşməyə başlayıb, bu qruplaşmanın üzvlərinə təlim keçib.

2014-cü ildə Hama ətrafında gedən döyüşlərdə yaralanıb və iki ilə yaxın müalicə alıb. Lakin Suriyanı tərk etməyib. 2016-cı ildə həm aldığı xəsarətlərə, həm Suriyadakı ağır şəraiti görə yenidən yatağa düşüb. 2017-ci il dekabrın 25-də İdlib bölgəindəki xəstəxanalardan birində əməliyyat olunmağı qərara alıb. Lakin xəstəxanada yetərsiz şərait nəticəsində əməliyyatdan sağ çıxmayıb.

Xatırladaq ki, yüzlərlə Azərbaycan vətəndaşı Suriyada gedən döyüşlərdə müxtəlif radikal qruplaşmalarının tərkibində iştirak edib, onlardan bir çoxu döyüşlərdə ölüb, bir çoxu Azərbaycanda qayıdandan sonra həbs olunub
Azərbaycanda itlər üçün gözəllik salonlarının önündə növbələr yaranıb - VİDEOAzərbaycanda itlər üçün gözəllik salonlarında növbələr yaranıb. Ev heyvanlarının sahibləri istəyirlər ki, “sevimliləri” Yeni ili təmiz və bəzənilmiş qarşılasınlar.

A24.Az xəbər verir ki, artıq bərbərlərin iş qrafikində boş yer qalmayıb.

Müştərilər salonlara daha çox itlərinin saçını rənglətməyə gəlirlər. Bundan başqa salonda heyvanlar üçün müxtəlif bəzək əşyaları və geyimlər də təqdim olunur.

Ən çox müraciətlər isə Şi tsu cins itləri ilə bağlıdır.


oxu.az
2018 yılı Türk milletinin yılı olsun...2018 Yılının Türk İslam Dünyasına, insanlığa mutluluk huzur getirmesini, Ermeni işgali altındaki Dağlık Karabağ'ın işgalden kurtulduğu,Türk Milletinin huzurlu olduğu, başta Türkiye ve Azerbaycan diğer Türk devletlerinin güçlü olduğu, Kırım'ın Doğu Türkistan'ın Türkmenelinin, Kerkük'ün hür yaşadığı bir yıl olması dilerim. Türk dünyasının lokomotifi güzel Türkiye’mizde, Türkiye Cumhuriyeti kuruluş ilkelerine saygı duyulduğu, din ve mezhep ayrımının yapılmadığı, dinin siyasete alet edilmediği, bir yıl diliyorum.

İnşallah o günlere kavuşmayı Allah nasip eder.Vatanını,bayrağını seven,saygı duyan Türkiye ve Azerbaycan Cumhuriyeti vatandaşlarına,Ne Mutlu Türküm diyebilen bütün herkese 2018 yılı güzellikler getirsin,sağlık,huzur,mutluluk ve başarı versin. Bu yeni takvim yılında da Allah bütün arkadaşlarımı, dostlarımı,soydaşlarımı muratlarına eriştirsin. Amin. Oğuz-Türkmen boylu, Bozkurt soylu, tarih öncesinden Hun yiğitlerine, Göktürk, Kutluk ve yüzlerce oymak... Selçuklu, Osmanlı torunu, Türkiye Cumhuriyeti ve başta Azerbaycan olmak üzere diğer Türk İlleri mensupları; Ocağın tütsün, soyun sürsün, başın dik, alnın ak ve açık, ömrün uzun ve güzel, olsun, Bayrağın dalgalansın yeni yılın kutlu olsun .. 2018 yılı bizim Türk milletinin yılı olsun...

Serdar Ünsal
Türkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu Genel Başkan yardımcısı Iğdır Azerbaycan Evi Derneği Başkanı