Bakıda 28 yaşlı qadın yoxa çıxıb - VİDEOBakıda 28 yaşlı qadın yoxa çıxıb.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, Şəmkir sakini, 35 yaşlı Elçin Məmmədov bu ilin avqust ayında paytaxtın Qaradağ rayon sakini, 28 yaşlı Şahnaz Cavadova ilə ailə həyatı qurub. 1-ci qrup əlil olan Elçinin sözlərinə görə, onlar Şəmkirdə yaşayıblar və bu vaxta kimi aralarında heç bir problem olmayıb. İki gün əvvəl isə qadının atası evinə qonaq gediblər. Axşam saatlarında Şahnaz Cavadova qonşu qadınla görüşmək üçün evdən çıxıb.

Bir neçə saat keçməsinə baxmayaraq, qadın evə qayıtmayıb. Yaxınları da narahat olaraq onun axtarışına başlayıblar.

Qadının yaxınları həmin gecə "102" qaynar xətti vasitəsilə polisə də məlumat verib. Elçin Məmmədov deyir ki, Şahnazla aralarında heç bir mübahisə olmayıb.

Elçin həyat yoldaşının tapılmasını və onunla birlikdə öz evlərinə qayıtmaq istədiyini bildirir.

Məsələ ilə bağlı Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsindən "Xəzər Xəbər"ə bildirildi ki, Şahnaz Cavadovanın itməsi ilə bağlı 2 gün əvvəl müraciət daxil olub. Lazımi prosedurlar həyata keçirilib və axtarışlar davam etdirilir.
Avtoritet Əli Ağami "Qoca"nın üzünə necə durdu? - ŞOK TƏFƏRRÜATAzərbaycanda həbsdən qaçan kriminal aləm üzvləri - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin məhkəmədə bir-birilərinin əleyhinə ifadə verdikləri üzə çıxıb.
Adıçəkilən şəxslər istintaq zamanı bir, məhkəmədə isə başqa ifadə verib.

Əli Ağami həbs olunan zaman ilkin ifadəsində "Kritiy Elvin" kimi tanınan 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlunu odlu silahla qətlə yetirdiyini deyib.

Lakin o, 3 ay sonra istintaqda ifadəsini dəyişərək, hadisənin "Qoca" ləqəbli Etibar Məmmədov tərəfindən törədildiyini iddia edib: "Hadisə baş verən zaman "Qoca" ilə söhbətimiz oldu. Etibar dedi ki, işi mən üstümə götürüm. Onun 1-2 aylıq işi var. Onları həll edib, gəlib təslim olacaq və həqiqətləri açacaq. Mən onun sözünə inandım. Etibar Hacıqabulda və digər ətraf rayonlarda tanınmış adam idi. Dediyi kimi elədim, gözlədim ki, gəlib özü hər şeyi etiraf edər. 1 ay keçdi, 2 ay keçdi, 3 ay keçdi, artıq anladım ki, "Qoca" gəlməyəcək. Onda bildim ki, Etibar aradan çıxıb, bütün cinayət də mənim üstümə qalıb. Ona görə həqiqətləri açdım. Hadisə çayxanada oldu. Biz içəri girəndə Zaur Sarıbalayev qabaqda gedirdi. Zaur Elvini vurmaq istəyirdi. Lakin Elvin Zaurdan cəld tərpənib onu güllələdi. Etibar da dərhal Elvini vurdu. Hadisə bu cür olub. Daha sonra kafedə kimlər olub, hamısını həbs elədilər. Mənim bu işdə heç bir günahım yoxdur. Hadisənin bu cür olacağını bilmirdim. Rusiyada yaşayırdım. Uşağımın ad gününə görə Şirvana gəlmişdim. Zəng gəldi, uşaqlarla görüşməyə getdim".

Əli Ağami hadisənin səbəbi barədə də danışıb: "Sonradan bildim ki, "Qoca" ilə "Kritiy Elvin" arasında illərdir davam edən münaqişə olub. Hadisədən bir müddət əvvəl Elvin kafedə oturan zaman 3-4 nəfər həmin kafedə olub. Onlar söyüşlə danışan zaman Elvin onlara sakit olmalarını və söyüş söyməmələrini deyib. Onlar isə bu iradlara məhəl qoymayaraq, "Qocanın adamlarıyıq, sən bizə irad bildirə bilməzsən" deyiblər. Bu zaman Elvin özündən çıxaraq, həm onlara, həm də "Qoca"ın ünvanına söyüş söyüb. Bu söhbət "Qoca"ya çatıb. Tərəflər arasında "razborka" qızışıb. "Qoca" Elvindən sözünü geri götürməsini və üzr istəməsini tələb edib. Lakin Elvin geri çəkilməyib. Sözündən geri dönməyib. ".

"Qoca" ləqəbli Etibar Məmmədov Əli Ağaminin istintaqa verdiyi bu ifadələrdən sonra həbs edilib.

Etibar Məmmədov tutulanda da, məhkəmə zamanı da hadisənin onun tərəfindən törədilmədiyini deyib: "Mən həmin gün hadisə olan kafedə olmamışam. Elvin Nəziyevlə aramızda heç bir münaqişə olmayıb. Hadisəyə nə səbəb olub, bilmirəm. Orda olan adamların heç birini tanımıram. Mənim barəmdə heç kim söyüş söyməyib. Əgər Elvin mənə qarşı nalayiq ifadə işlətsəydi, mən gedib bunun cavabını verərdim".

Əli Ağami və Etibar Məmmədov istər məhkəmədə də, istərsə də istintaqda dəfələrlə üzləşdirilib. Üzləşmə zamanı da Əli Ağami Elvin Nəziyevin Etibar Məmmədov tərəfindən qətlə yetirildiyini deyib. Lakin Etibar Məmmədov Əli Ağaminin yalan danışdığını, hadisə vaxtı orda olmadığını bildirib.

Qeyd edək ki, hadisə 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə kriminal aləm üzvlərinin mübahisəsi zəminində baş verib.

"Makarov" tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri - əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev və 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Krıtı Elvin" kimi tanınan Elvin Zamanəli oğlu Nəziyev qətlə yetirilib.
Birinci şəxs hadisə yerində, sonuncu şəxs isə Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisə bağlı Əli Ağami, Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimov saxlanılıb.

İstintaq dövründə Etibar Məmmədov (Qoca) da həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Məhəmməd Heydərov ( Maqa Hacıqabullu )18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahimov 18 il azadlıqdan məhrumetmə cəzası alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Etibar Məmmədov və Əli Ağami oktyabrın 23-də Lənkərandan Bakıya - məhkəməyə gətirilərkən xüsusi təyinatlı vaqondan qaçıb. Hadisədən bir neçə gün sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə noyabrın 2-də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb.

Hazırda Ə.Ağaminin həbsdən qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. (lent.az)
Şabran gəncləri arasında İslam həmrəyliyi təbliğ olunubŞabran şəhər 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sülh və inkişaf naminə həmrəy olaq!” adlı tədbir keçirilmişdir.

Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Elvin Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında ətraflı məlumat vermişdir. Natiq layihənin əsas məqsədinin cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “İslam Həmrəyliyi ili”nin Şabran rayonunda yaşayan gənclər arasında təbliğ edilməsi, onların müvafiq olaraq maarifləndirilməsi, islam həmrəyliyinin ölkəmizə, eləcə də bütün islam aləminə verəcəyi müsbət nəticələrini gənclərə aşılanmasından ibarət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, sağlam düşüncəli, təhsilə və islami dəyərlərə önəm verən, ölkəmizin inkişafında öz payının olmasına səy göstərən gənclərin yetişdirilməsi müstəqilliyimizin və uğurlu gələcəyimizin təminatıdır.

Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov bildirmişdir ki, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması Azərbaycanda islami dəyərlərə verilən qiymətin dünya səviyyəsində bir daha qeyd olunmasının göstəricisidir. Çünki bu dəyərlər Azərbaycan üçün son dərəcədə vacib mənəvi dəyərlərdir və Azərbaycanı islam dünyasının incisi olmağa layiq bir ölkə kimi qiymətləndirmək olar. İslam aləmi ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir hissəsi kimi daim inkişaf etməkdədir. Bu gün Azərbaycan öz sosial-iqtisadi, siyasi-ictimai və mədəni inkişafında böyük nailiyyətlərə çataraq bir çox müsəlman ölkələrinə nümunə olmuşdur.

Şabran şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülnarə Ağayeva, məktəblilərə islam tarixi, islam ölkələrində baş verən qanlı qarşıdurmalar və onların səbəbləri haqqında ətraflı məlumat vermiş və çıxış yolu kimi həmrəyliyin, birliyin zəruriliyindən söz açmışdır.

Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində Şabran rayon ümumtəhsil məktəblərində müvafiq maarifləndirici görüşlər keçiriləcəkdir.
“Təbiətin gənc mühafizəkarları” ilə növbəti görüş keçirildi“Təbiətin gənc mühafizəkarları” layihəsinin icrası davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi layihə çərçivəsində keçirilən tədbirdə ekspert respublikamızda ekoloji mühitin formalaşdırılması məqsədi ilə keçirilən ağacəkmə, yaşıllığın artırılması aksiyalarından bəhs edib. “Yaşıl marafon”, “Hərəyə bir ağac əkək” kimi iri miqyaslı layihələrdən danışıb. Layihənin eksperti yeniyetmələrə ətraf mühitin qorunması istiqamətində görülən işlərdə onların üzərinə düşən vəzifələri izah edib və təbiətin gənc mühafizəkarları kimi bu işlərə dəstək olmalarını tövsiyə edib.

Sumqayıt şəhər 4 saylı məktəbin müəlliməsi Xəyalə Məmmədova çıxış edərək yeniyetmələrə Sumqayıt şəhərinin illər öncə zəhərli qazlar və zavod tullantıları ilə əhatə olunmasından, bunun nəticəsində şəhər əhalisinin müxtəlif xəstəliklərdən əziyyət çəkmələrindən, yeni doğulan körpələrin anadangəlmə şikəst və ya ölü doğulmasından bəhs edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bu vəziyyəti müsbətə doğru dəyişdi. Ətraf mühitin qorunması, ekoloji mühitin təmizliyi istiqamətində aparılan siyasət öz bəhrəsini verdi. X. Məmmədova bu günün böyük əziyyətlər və atılan doğru addımlar sayəsində ərsəyə gələn ətraf mühitin qorunması üçün yeniyetmələrin də dəstəyinin vacibliyindən danışıb.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr etdirilmiş bukletlər və dəftərxana ləvazimatları paylanılıb.
“Təbiətin gənc mühafizəkarları” ilə növbəti görüş keçirildi
“Təbiətin gənc mühafizəkarları” ilə növbəti görüş keçirildi


MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi ilə bağlı hökm elan ediləcək.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiyanın bir həftə əvvəl elan etdikləri müşavirə başa çatır. Bu gün hakimlərin hökmü oxumağa başlayacağı gözlənilir.

General-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyev Bakı Hərbi Məhkəməsinə xüsusi nəzarət altında gətirilib.

Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı hökm başlanılmamışdan əvvəl yoxlanılıb.

Daha sonra hakimi Elbəy Allahvediyevin sədrlik etdiyi kollegiya zala gəlib, hökmün elanına başlanılıb.

Zala təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb.

Jurnalistlər zala buraxılmayıb.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiasını təmin edib.

Təqsirləndirilən şəxslərin mülklərinin müsadirə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.

İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.

İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb.

Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.

Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.

Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
Şuşanın bu günü - VİDEOFeysbuk sosial şəbəkəsində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarına dair yeni video yayılıb.

Avrasiya.net xəbər verir ki, video Şuşa şəhərində lentə alınıb.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunub.
Polis rəisi qəzaya düşdü: ölən var - FotoBakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonunun Xosrov kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, bu gün saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı, VAZ 2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Erməni yazar aprel döyüşü ilə bağlı şok sirri açdıGeneralitet varlanır və cəmiyyətin nəzarətində olmaq ona sərf etmir. Rejimə 2018-ci ilin aprelində olacaq dəyişikliklər ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır.

Axar.az xəbər verir ki, bu sözlər erməni yazar Tevos Arşakyanın “Armenianreport.com” saytında dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, Ermənistan Prezidenti Serj Sərkisyan hər dəfə kameralar qarşısında çıxışı zamanı erməni ordusundan, onun gücündən danışmağı çox sevir:

“Nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadan Sərkisyan bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Bununla da o, ordunu bəslədiyi generalların insafına verib. Əvvəlcə bu iş üçün rəhbərliyi dəstəkçisi Seyran Ohanyana, sonra isə ona sadiq olan Vigen Sərkisyana tapşırıb.

Təbii ki, nəticə özünü uzun müddət gözlətmədi. Hesablaşma zamanı keçən ilin aprelində çatdı. O zaman azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağətrafı ərazilərin geniş sahələrini tutmağı bacardı. Aprel fiaskosundan sonra hökumət müəyyən nəticələr çıxardı, Müdafiə Nazirliyindəki bir sıra hərbçi və rütbəlilərin buraxdıqları səhvə və oğurluqlara görə “kəlləsi vuruldu”. Xalqın narazılığını aşağı salmaq üçün Sərkisyan hətta Ohanyanla da ayrılmalı oldu.

Lakin erməni ordusunun vəziyyəti ilə bağlı keçən il dəhşətli həqiqətləri ortaya çıxarmağımıza baxmayaraq, biz hələ də ordunun parçalanma səviyyəsini tam anlamırdıq. Bu o demək deyil ki, bunu generallar və hökumət tərəfindən ordunun məhv olunmasını sakit şəkildə izləməyəcək peşəkar hərbçilər də anlamırdı. Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan şəxs - Vova Vardanovun bir müddət öncə “1in.am” saytına dedikləri oldu. O bildirdi ki, ordudakı ölümlərin yarısı hərbçilərin silahla ehtiyatla davranmamasının nəticəsidir. Vardanovun sözlərinə görə, aprel döyüşləri zamanı düşmən maneəsiz şəkildə böyük qrupla birgə bizim arxamıza keçməyi bacarıb. Əsl döyüşçüyə, peşəkar kəşfiyyatçıya inanmamaq üçün bizim heç bir əsasımız yoxdur. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları hiss olunur, hansı ki, düşmənin fəaliyyəti ucbatından yox, ordunu sadəcə yemləmə məkanına çevirmiş komandirlərin diqqətsizliyinə görə həlak olurlar. Nəticədə ordu bizim postların burnunun ucunda mühəndis fəaliyyəti apararaq, əraziləri minalardan təmizləyən azərbaycanlıların hücumu zamanı sadəcə yatmışdı. Axı düşmən görünməz papaqla işləmirdi. Bəs ordunun kəşfiyyatı hara baxırdı? İstehkam qüvvələri nə ilə məşğul olurdu? Nəhayət ki, hərbi əks-kəşfiyyatçılar harada idi? Belə çıxır ki, azərbaycanlılar rahatlıqla minalı əraziləri təmizləyib, bizim mövqelərimizə arxadan zərbə endiriblər, amma bizdən bunu heç kim müəyyən edə bilməyib? Böyük ehtimalla da belə olub.

Bəs nəyə görə belə olub? Ona görə ki, zabitlər yalnız varlanmaq, əsgərlər isə ordunun qarət olunduğunu görərək düşmənin mümkün hücumu haqqında yox, nə zaman tərxis olunacaqları barədə düşünürlər. Vova Vardanyan tərəfindən deyilənlər növbəti dəfə bizə göstərir ki, bizim orduda elementar özbaşınalıq hökm sürür. Situasiya dərinləşir və ictimaiyyətin ordu üzərində tam nəzarəti olmadan, o, hüquq müdafiəçiləri tərəfindən yoxlamalar üçün tam qapalı olacaq. Generalitet varlanır və ictimaiyyət tərəfindən nəzarət ona gərək deyil. Bununla belə rütbəli insanlar həm də mövcud dövlət strukturları tərəfindən olan yoxlamalardan da qorxmurlar. Yaxın zamanlarda keçən ilki kimi qaçdı-qovdu olmayacaq. Ona görə ki, rejimə 2018-ci ilin apreli ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır. Bu da o deməkdir, 2016-cı ilin aprelindən heç bir nəticə çıxarılmayıb. Düşmənin istənilən istiqamətdə müdaxiləsini görə bilərik. Bu isə müdaxilə yox, daha çox düşmənin (Azərbaycan Ordusu nəzərdə tutulur - red.) korrupsiya ilə parçalanmış ordunun arxasına təhlükəsiz gəzintisi olacaq”.
Əflatun Amaşov QDİƏT-in sessiyasında çıxış edibMilli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib.

Ə.Amaşov bildirib ki, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişafı son dərəcə vacibdir və bu istiqamətdəki fəaliyyət qurum daxilində perspektiv əməkdaşlıq üçün böyük bazadır. Deputat çıxışında əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin uğurla fəaliyyəti dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Burada eyni zamanda vətəndaşlara xidmətin təmərküzləşməsi məsələsi də önəmlidir.

Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında Ə.Amaşovla yanaşı Milli Məclisinin deputatları Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva və Çingiz Qənizadə iştirak ediblər.

QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında təşkilatın tarixində ilk dəfə olaraq bəyannamə qəbul olunub ki, həmin sənəddə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd də öz əksini tapıb. Bu, Ermənistanın sessiyada iştirak edən nümayəndələrinin etirazına səbəb olub.
Gəlin qayınananın başını kəsdiRusiyanın paytaxtı Moskvada Podmoskovyedə gəlin öz qaynanasının başını kəsib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, insident Mərkəzi küçələrdən birində baş verib.

Qayınana oğlunun bədbəxt hadisə nəticəsində ölümündən sonra gəlindən şübhələnirmiş. Tez-tez onun başqa kişilərlərlə görüşdüyünü iddia edərək gəlinlə mübahisə edib. Son mübahisə zamanı qayınana gəlininə hücum edərək onu itələyib. Sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurub. Gəlin özünü toplyaraq mətbəxə qaçıb, ordan mətbəx bıçağı götürərək qayınanasının boğazını kəsib. Aldığı xəsarətlərdən qayınana dünyasını dəyişib. Gəlin özü də gicgahından aldığı zərbə nəticəsində reanimasiyaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.