İntim görüntüləri yayılan reper Azərbaycanı tərk edirİntim görüntüləri yayılan və bu səbəbdən intihara cəhd etdiyi deyilən reper Anar Nağılbaz Azərbaycanı tərk etmək qərarına gəlib.

Azxeber.com-un məlumatına görə, reperin ağır günlər keçirdiyi deyilir.

Mediaya açıqlamasında "adamı kürəyindən vurmazlar" deyən Nağılbazın yaxın zamanlarda ikinci dəfə ailə quracağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi bildirilib.

Bu haqda məlumatı reperin yaxın ətrafı verib.

Məsələ ilə bağlı reperlə əlaqə saxlanılsa, o, telefon zənglərinə cavab vermir.
QHT İmişlidə üç gün təlim keçirib“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 25 Noyabr 2017-ci ildə İmişli rayonunda yerli QHT nümayəndələrinin iştiraki ilə strateji planlaşdırma mövzusunda 3 günlük təlim keçirib.

Təlimin məqsədi təşkilatların daha aktiv fəaliyyətləri üçün Strateji Planlaşdırma nədir- Strateji Planlaşdırmanı Niyə və Nə Vaxt etməli və üstünlükləri- Strateji Planlaşdırmanın Xüsusiyyətləri və Strateji Planlaşdırmada Əsas addımlar- SWOT Təhlil- Strateji Planı necə hazırlamalı- mövzularında bilik və bacarıqlarını artırmaq və qeyd olunan mövzular barəsində fikir mübadiləsi aparmaq, həmçinin təlim iştirakçılarına bu mövzularda məlumat verməkdir. Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etdi. 3 gün ərzində təşkil olunan təlimdə ekspertlər və iştirakçılar arasında qarşılıqlı müzakirələr və qrup işləri tədbiri daha maraqlı etdi.

Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutlan digər fəalliyətlər də həyata keçirəcək: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçiriləcəkdir.
“Atrabank”ın sabiq sədri həbs edildiHazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Siğortalanması Fondundan daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi oğlu həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib onların adlarına, o cümlədən “Kristal Fermer” MMC-nin direktoru Heydərov Eldar Müslüm oğluna 3.500.000 manat, “Günel-R” firmasının direktoru Arazov Ağamirzə İmammirzə oğluna 1.000.000 ABŞ dolları, həmçinin “Bəyaz” firmasının direktoru Gərayzadə Rəşadət Hacağa oğluna 1.000.000 ABŞ dolları olmaqla, ümumilikdə 6.705.600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.

E. Nəbiyevin qeyd edilən hərəkətlərlə ləğvetmədə olan “Atrabank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İran səmasında gərginlik: Türk qırıcıları havaya qalxdıSəudiyyə Ərəbistanına səfər edən Bolqarıstan Baş naziri Boyko Borisovun təyyarəsi İran hava məkanına buraxılmayıb.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zahariyeva məlumat verib.

Onun sözlərinə görə, Tehranın bu qərarından sonra Türkiyə qırıcıları məsələyə müdaxilə edərək, baş nazirin təyyarəsinin İraq hava səmasından Səudiyyəyə keçməsini təmin edib.

XİN rəhbəri bildirib ki, məsələ ilə bağlı İranın Bolqarıstandakı fövqəladə işlər üzrə vəkili XİN-ə çağırılıb:

“İran Hərbi Hava Qüvvələrində sözügedən təyyarədə baş nazirin olduğu barədə məlumat olmayıb. İran tərəfi təyyarənin öncədən müəyyən olunmuş marşrutdan kənara çıxdığını müəyyən edərək həmin təyyarənin hava məkanını tərk etməsini əmr ediblər”.
Fəxri konsul ən böyük etimad və nüfuz sahibi deməkdirDünən Azərbaycan XİN-nin yaydığı xəbərə görə, Ceyhun Ələkbərov Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana Fəxri Konsulu təyin olunub. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş Fəxri Konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

Görüş əsnasında Ceyhun Ələkbərov Fəxri Konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib. Ceyhun Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

Bəs Fəxri konsul statusu nə deməkdir? Bəzən bu statusun heç bir əhəmiyyət daşımadığı, simvolik və mənasız bir vəzifə olduğu düşünülür.

Avrasiya.net oxuculara Fəxri konsulun səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu təqdim edir.

Fəxri konsulluq

Bu post konsul fəaliyyətinin sahələrindən biri olub, ştatdankənar fəxri konsul tərəfindən idarə olunur. Bir ölkənin digər ölkədəki fəxri konsulu həm onu təyin edən ölkənin, həm də təyin edildiyi ölkənin vətəndaşı ola bilər. Fəxri konsul onu təyin edən ölkənin hökumətindən maaş almır. Fəxri konsul kimi ona bu işdə kömək edən şəxslər və saxladığı personl da həmçinin təmsil etdiyi ölkə tərəfindən maliyyələşdirilmirlər. Fəxri konsul təyin edilmiş şəxs onu təyin edən ölkənin səfiri və ya baş konsulu ilə sıx əlaqəli fəaliyyət göstərir. Fəxri konsulun təmsil etdiyi ölkənin səfirinə və baş konsuluna tabeçiliyi isə sırf formal xarakter daşıyır. Fəxri konsulun fəaliyyəti əsasən təmsil etdiyi ölkə ilə vətəndaşı olduğu ölkənin iqtisadi, ticarət, idman və mədəni əlaqələrinin möhkəmlənməsi, keçirilən birgə tədbirlərin təşkili, iş adamları, elm adamları və aparıcı elitanın digər təbəqələri arasındakı əlaqələrin genişlənməsi və möhkəmlənməsi ilə məşğul olur. Bir ölkənin digər ölkəyə yerli vətəndaşı fəxri konsul təyin etməsi, konsulun şəxsi keyfiyyətləri, mesenat fəaliyyəti, ikitərəfli əlaqələrin inkişafında oynadığı rolu nəzərə alınaraq həyata keçirilir və onu təyin edən ölkənin siyasi və biznes elitası arasındakı böyük nüfuza malik olmasından xəbər verir.

Fəxri konsulluğun üstünlükləri

Fəxri konsulluq hər bir şəxsin qarşında geniş imkanlar açır. Fəxri konsulluq konsula təmsil etdiyi ölkənin eksport və import resurslarına və onlara qoyulmuş kvotaya giriş imkanı verir. Qanun fəxri konsula bizneslə məşğul olmağa, təmsil etdiyi ölkədə istənilən layihəni həyata keçirməyə yaşıl işıq yandırır. Siyasi prosesləri çıxmaq şərti ilə fəxri konsullar onları təyin edən və vətəndaşı olduqları ölkə arasında bütün proseslərdə yaxından iştirak edə bilərlər. Qanunla fəxri konsulun baqajı gömrük nəzarətindən keçmir və diplomatik baqaj sayılır. Fəxri konsul hər iki ölkənin yüksək dairələrinin bütün tədbirlərində yaxından iştirak edir və əlaqələrin yaxşılaşdırılmasından cavabdeh şəxslərdən biri sayılır. Hər iki ölkənin siyasi, iqtisadi, mədəni və idman əlaqələrini əhatə edən bütün sahələrdəki islahatların aparılmasından, müxtəlif qanunların qəbulundan fəxri konsul həmişə xəbərdar edilir.

Fəxri konsulların hüquqi statusu

1963-cü ildə qəbul edilmiş Vyana Konvensiyasının III Maddəsi fəxri konsul və konsulluqların fəaliyyəti haqqında hüquqi bazanı təyin edir. Konvensiyanın 68-ci səhifəsində nəzərdə tutulmuş qaydada qeyd olunur ki, hər bir ölkə diplomatik korpusdan əlavə azad şəkildə istədi şəxsi fəxri konsul təyin edə bilər. Fəxri konsul səfir və ya baş konsuldan fərqli olaraq hər iki ölkənin yüksək dairələri ilə sıx əlaqəli şəxs olduğundan, hətta diplomatik qalmaqallar zamanı əlaqələrin bərpasında və anlaşılmazlıqların aradan qaldırılmasında böyük rol oynayır. Fəxri konsulluq istənilən bir şəxsə göstərilən ən böyük etimaddır və hər hansı bir xarici ölkənin, vətəndaşı olduğun ölkədə fəxri konsulu olmaq, gələcəkdə öz ölkənin maraqlarını, təmsil etdiyin ölkədə qorumaq və təmin edə bilmək imkanı deməkdir.

Beləcə, Afrikanın böyük və qitənin digər ölkələrinə nisbətən o qədər də kasıb olmayan, 102 milyon əhalisi olan Efiopiya ilə Azərbaycan arasında bütün sahələr üzrə münasibətlərin və əməkdaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsi zəruridir.
Qarabağ savaşı bu qış başlaya bilər ­- Ukraynalı tarixçiRusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır.

Axar.az xəbər verir ki, bu sözlər ukraynalı tarixçi Sergey Klimovskinin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ukrayna böhranı hazırda Moskvanı Suriya və Qarabağ konfliktlərindən daha az narahat edir:

“Rusiyanın 20 il əvvəl Qarabağda asdığı silah Rusiyadakı seçkinin nəticələrini gözləmədən – qışda atəş aça bilər. Azərbaycan ordusunun Ukraynadan fərqli olaraq buradan böyük şəhərlərə hücum etmək kimi dərdi yoxdur. Qarabağın əhalisi 150 mindən o qədər də çox deyil. Bakının aprel müharibəsinin yenidən yaşanması və bu mövzunun birdəfəlik həll edilməsinə böyük ümidi var. Lakin bir fakt da var ki, Sərkisyan və Ermənistan ordusu buna qarşı güclü müqavimət göstərəcək. 27 noyabrda belə informasiya yayıldı ki, Bakı Rusiyanın yeni səfiri Georgi Zuyevi erməniyönlü mövqeyinə görə qəbul etməkdən imtina edib. Bu diplomatik münasibətlərin pozulması yox, sadəcə “Bakı gözləməkdən yorulub” mənasına açıq işarədir. Moskvanın Qarabağda konfliktinin uzadılması strategiyası artıq işləmir, amma bu, Ukraynada hələ də effektivdir”.
Xalq artisti Anar Nağılbazı dəstəklədi - “Şəxsi həyat toxunulmazdır”Məşhurların şəxsi həyatı sevənləri, hətta sevməyənləri tərəfindən həmişə marağa səbəb olur. Sosial mediada tez-tez onların barəsində yayılan yanlış xəbərlər, videogörüntülərlə rastlaşırıq. Yayılan video və fotoşəkillər isə bundan xəbərdar olmayan məşhurların şəxsi həyatında bəzi problemlərə yol açır. Bəziləri bunu onlara qarşı yönəldilimiş “qara piar” adlandırır, digərləri isə bununla özünü reklam edir.

Avrasiya.net xəbər verir ki, Xalq artisti Faiq Ağayev sözügedən mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verib.

“Əgər ortaya çıxan video və fotoşəkillər ictimai təhlükə törədirsə, məsələn, zorlama, seksual təqib və s. ilə bağlıdırsa, bunu yaymaq olar. Əgər kimsə kiminsə şəxsi həyatına müdaxilə edərək öz IP ünvanına daha çox baxış gətirmək üçün bunu edirsə, bu, əslində, hüquqi müstəvidə həll olunacaq məsələdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, şəxsi həyat toxunulmazdır. İnsanın icazəsi olmadan onunla bağlı foto və videogörüntüləri yaymaq qanuna zidddir. Cinayət Məcəlləsinə görə, bunun hüquqi cəzası var. Bu cür videoları yayan jurnalistlər əvvəlcə öz vicdanları qarşısında cavab verməlidirlər. “Bu, mənim peşə borcumdur”,- deyə yalançı bəhanələr gətirməməlidirlər”,- deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə və saytlarda məşhur reper Anar Nağılbazın porno videosu yayılıb. İfaçı ötən gün təşkil etdiyi mətbuat konfransında həmin görüntülərin montaj olduğunu söyləyərək ağlamağa başlayıb.
.
Əhəd Abıyev jurnalistdən danışdı: “Onu kimsə öyrədir...”“Mən nə o adamı görmüşəm, nə telefonunu bilirəm, nə əlaqəm olub, nə də yazısını oxumuşam”.

Bunu AzNews.az-a açıqlamasında Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. O, köşə yazarı, jurnalist Seymur Verdizadənin “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə ona qarşı səsləndirdiyi ittihama cavab verib:

“Ona sual verin ki, Seymur, o yazını nəyə görə yazmısan? Cəfəngiyyatdır, boş şeydir. Mən belə yazılara əhəmiyyət vermirəm. Onu kimsə oyrədir. Kimsə ona sponsorluq edir. Qrant almaq istəyir. Seymur icra başçıları ilə işləyir. Mən idmançı adamam, əsa ilə gəzmirəm. Mən heç onu tanımaq və görmək də istəmirəm”.

Qeyd edək ki, tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub. S.Verdizadə bildirib ki, yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə ona təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək hədə-qorxu gəlir. Bundan əlavə, jurnalist, Əhəd Abıyevin müavini Namiq Süleymanov tərəfindən də təhqir olunduğunu deyib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov AzNews.az-a açıqlamasında Seymur Verdizadəyə zəng etmədiyini və məsələnin araşdırılacağını bildirib.
Əflatun Amaşovdan jurnalistin təhqir olunmasına - Münasibət“Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Seymur Verdizadənin Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin müavini tərəfindən təhqir olunmasına münasibət bildirərkən deyib. MŞ sədri bildirib: “Jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.

Cinsiyyətini dəyişib futbolçu ilə eşq yaşayır - FOTOLARCinsiyyətini dəyişdirərək qadın olan, “Instagram” fenomeni Selin Ciğerci futbolçu ilə eşq yaşayır.

Yenicag.az xəbər verir ki, bir zaman keçirtdiyi əməliyyatlarla müzakirə obyektinə çevrilən Selinin, sosial şəbəkədə “Diyarbakırspor”da oynayan 21 yaşlı futbolçu Gökhan Çıra ilə fotoları yayılıb.

Qeyd edək ki, cinsiyyət dəyişdirmədən öncə, adı Okan olan Ciğerci DJ fəaliyyəti ilə məşğul idi. Onun atası da məşhur geyim markalarından birinin sahibidir.
Cinsiyyətini dəyişib futbolçu ilə eşq yaşayır - FOTOLAR
Cinsiyyətini dəyişib futbolçu ilə eşq yaşayır - FOTOLAR