Bərdədə 51 yaşlı qadın özünü kanala atdıBərdə rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1966-cı il təvəllüdlü İsmayılova Nazilə Xudaverdi qızı özünü su kanalına ataraq intihar edib.

Onun meyiti 4 km aralıda, rayonun Hüseynbəyli kəndində tapılıb. Qeyd edək ki, N. İsmayılova uzun illərdir, ruhi xəstəlikdən əziyyət cəkib.

Faktla bağlı araşdırma aparılır.
“Melissa Park”a fırıldaqçılıq ittihamı - 150 min manat çox pul alırlar?Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri "4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır.

Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.

"Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.

Xırda hesablama aparaq: "Melissa Park” yaşayış komleksində (Həsən bəy Zərdabi, küç 92A) mənzilin bir kvadratının qiyməti mərtəbədən asılı olaraq 1560-1790 manat arası dəyişir.

Kompleksdən 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri - 92.9x1790=166,291 manat edir.

İlkin ödəniş 10 % (16,629 manat) ödəsəniz, yerdə qalan məbləği (166,291 – 16629 = 149,662 manat) 20 il hər ay 1251 manat ödəməlisiniz.

Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir. Beləliklə, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.

Axar.az xəbər verir ki, tikinti şirkətlərinin reklam fırıldağına münasibət bildirən iqtisadçı Vüqar Bayramov dünyanın heç bir yerində bu qiymətə və belə yüksək faizlə işləyən tikinti şirkətlərinin olmadığını deyib:

"Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onları real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərdən asılı olaraq 2 dəfəyə yaxın çoxdur. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə belə, yenə də müştərilərin aldadılması davam edir. Bu şirkətlər hətta müştəriləri cəlb etmək üçün mənzil və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr, təəccüblənməyin. Məsələn, avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda real qiymətin 25 min manat, elan edilənin isə effektiv qiymət olduğunu bildirəcəklər. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”.
0
"Qoca" haqda şok xəbər: "Məhkum qatarından qaçmayıb!"Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən «Qoca» ləqəbli Etibar Məmmədov haqda şok xəbər var.

Bildirilir ki, “Qoca” və onunla birgə olan Əli Ağami ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar. İddia olunur ki, “Qoca” Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib. Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya şəxsi avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış — Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Günay Atakişiyeva və Fədaya Laçın tutulub. İddia olunurdu ki, G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək “Qoca”nın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı “Qoca”ya verə bilib.

Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar. Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı — qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb.

Onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib. O, “tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur-musavat.com ) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq” deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər. Çünki ictimaiyyətə yalnız 6-7 şəxsin adı məlumdur…

//musavat.com//
Bakı aeroportunda gömrükçülərin növbəti biabırçılığı — "Səfirliyin adını eşidən kimi geri addım atdılar"Xəbər verdiyimiz kimi, türkiyəli məşhur rejissor Nihat Odabaşı paytaxtımızın qonağıdır.

"Ölkə.Az" Primetime-yə istinadən xəbər verir ki, gecə 02:50 radələrində "Türk Hava Yolları” ilə Heydər Əliyev adına Hava Limanına enən rejissor CİP-dən keçən zaman problemlə qarşılaşıb. Belə ki, rejissor gömrük işçiləri tərəfindən 1 saatdan çox saxlanılıb. Buna səbəb olaraq baqajın birinci kameradan keçən zaman qırmızı kanala düşməsi göstərilib. Əgər gətirilən baqaj birinci kamerada qırmızı kanala düşübsə o zaman ikinci kameradan keçirilməyə hansı ehtiyac olub? Vətəndaş yaşıl kanal, açıq pəncərə yerindən keçib. Onun baqajı gəldiyi ölkənin gömrüyündə yoxlanılıbsa hansı səbəbə görə yük təkrar yoxlanmaldır? O halda təkrar yoxlama aparıla bilər ki, həmin şəxsin yükünün içində şübhəli hansısa əşya olsun.

Burada isə ancaq geyimlərdən söhbət gedir. Gömrük işçisi Cavid adlı şəxs gətirilən yükün ölkəyə keçirilməsinə icazə vermədiyi üçün 45 dəqiqə gözləməli olan qonağa növbəti səlahiyyətli şəxs olan Günay xanım yaxınlaşaraq deklarasiya yazmalı olduğunu deyib. Onun sözlərinə görə Azərbaycana gələn hər bir vətəndaş 1500 dollar dəyərindən artıq mal gətirə bilməz. Dəyərindən artıq olan mallar geri qaytarılacaq. Günay xanımla uzun söhbətdən sonra vətəndaş Türkiyə səfirliyi ilə əlaqə saxlayacağını bildirib. Bunu eşidən gömrük işçiləri daha öncə dediklərini unudaraq deklarasiyanın yazıldığı halda yükün Azərbaycana keçirilə biləcəyini bildiriblər. Maraqlısı budur ki, deklarasiya yazıldıqdan sonra baqaja baxış keçirilməyib. Bu isə həmin kağızın əsassız yerə yazıldığından xəbər verir. Çünki deklarasiyada sözügedən baqajlarda nəyin olduğu haqda məlumat verilir.
Lotu Qulinin həbsxana görüntüləri - VİDEOKriminal aləmdə Lotu Quli (və ya Quli Bakinski) ləqəbi ilə tanınan Nadir İsrafilov həbsxana həyatı ilə bağlı görüntülərini paylaşıb.

Publika.az xəbər verir ki, avtoritet görüntülərini şəxsi instaqram hesabından izləyiciləri ilə bölüşüb.

N.İsrafilov həmçinin Türkiyənin məşhur cinayət qruplaşmasının başçısı Sedat Peker ilə görüşdən də fotosunu paylaşıb.

Qeyd edək ki, Sedat Peker 90-cı illərdə mafiya qruplaşması yaratmaq, qazanc məqsədilə yaradılmış qruplaşmlara başçılıq və saxtakarlıq ittihamları ilə 14 həbs cəzasına məhkum edilmişdi. Onun adı ilə bağlı olan ən məşhur hadisə isə “Kəpənək” əməliyyatıdır.
Azərbaycanlı iş adamı Rusiyada həbs olunduRusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

APA-nın məlumatına görə, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.

N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.
Ermənistan öz siyasətinin qurbanı olur - AraşdırmaErmənistanda ali məktəb tələbələrinin “Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə” qanuna görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydaları dəyişir. Təhsilini davam etdirmək üçün yalnız Ermənistan Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət veriləcək. Möhlət alan şəxs seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməli və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində) qulluq etməlidir.

Bu fikirlər analitik Elçin Mirzəbəylinin “Ermənistanda hərbi xidmətə çağırışdan möhlət davasının əsas səbəbləri” adlı araşdırmasında yer alıb. Onun sözlərinə görə, bütün bunlar Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətində həm müddətli, həm də müddətdən artıq xidmət keçən hərbi qulluqçularla bağlı ciddi problemlərin olduğunu göstərir:

“Yəni Ermənistan silahlı qüvvələri təkcə əsgər qıtlığı deyil, həm də zabit çatışmazlığı yaşayır. Ermənistan gənclərinin hərbi qulluq keçməmək üçün ölkəni həmişəlik tərk etmələri heç kimə sirr deyil. Rəsmi statistikaya görə, yalnız Aprel döyüşlərindən sonrakı 3 ay ərzində Ermənistanı tərk edənlərin sayı 60 min nəfərdən çoxdur ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir. Amma qanunla bağlı gün işığına çıxan başqa bir reallıq da var: Ermənistan gəncləri nəinki əsgər, hətta öz ölkələrinin silahlı qüvvələrinin zabiti olmaqdan belə imtina edirlər. Ermənistan rəhbərliyi gəncləri hərbi məktəblərə cəlb edə bilmir və ordudakı zabit qıtlığını təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət hüququ alsınlar deyə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olan şəxslərin hesabına təmin etmək istəyir. Bu fakt həmçinin Ermənistan KİV-nin körüklədiyi vətənpərvərlik şoularının da heç bir əsası olmadığını, əksinə silahlı qüvvələrlə vətəndaşlar arasında ciddi bir uçurumun yarandığını nümayiş etdirir”.

Analitik bildirib ki, Azərbaycanla Ermənistanın bu və ya digər sahədə müqayisə edilməsinin tərəfdarı deyil, lakin mənzərə aydın olsun deyə bəzi məqamları açmaq lazımdır:

“Azərbaycanda ali təhsilin bakalavriat pilləsində təhsil alan bütün tələbələr istisnasız olaraq hərbi xidmətdən möhlət hüququna sahibdir. Prezident İlham Əliyevin 2016-cı il 21 iyun tarixli sərəncamı ilə magistrantlar və doktorantlara da hərbi xidmətdən möhlət hüququ verilib. Bunun artıq ilkin müsbət nəticələri də var. 2017-2018-ci tədris ili üçün magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib, başqa sözlə, 74 faiz artıb. Azərbaycanda peşə təhsili alanlara da növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu, “Peşə təhsili haqqında” qanun layihəsində də öz əksini tapıb. Qanunun 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Təqdim etdiyim statistika və real faktlar Azərbaycan dövlətinin vətəndaşların fasiləsiz təhsil almaq hüququna verdiyi önəmlə yanaşı, ölkədəki demoqrafik vəziyyəti, silahlı qüvvələrimizdə şəxsi heyətlə bağlı hər hansı bir problemin yaşanmadığını, Azərbaycan Silahlı Qüvvələrinin zabiti adını daşımağın hər bir Azərbaycan vətəndaşı üçün şərəf məsələsi olduğunu nümayiş etdirir”.

E.Mirzəbəyli qeyd edib ki, Ermənistanda orta ümumtəhsil müəssisələri ilə bağlı vəziyyət də kifayət qədər acınacaqlıdır:

“Bu ölkənin elm və təhsil naziri Levon Mkrtçyanın açıqlamasına görə, 2017-cü il ərzində ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 14 məktəb fəaliyyətini dayandırıb və hazırda fəaliyyətdə olan digər məktəblərə birləşdirilib. Son 10 il ərzində Ermənistanda məktəblilərin sayı 100 min nəfər azalıb. Ölkədə yeni məktəblərin tikintisi isə az qala sensasiya xarakterli hadisə sayılır. Bu illər ərzində Ermənistanda 30-a yaxın məktəbin yarıdan çoxu ianələrin hesabına inşa edilib. Hazırda Ermənistanda 1385 məktəb fəaliyyət göstərir. 2012-ci ildə isə bu rəqəm 1450 məktəb təşkil edib. Bu isə o deməkdir ki, son 5 il ərzində Ermənistanda 65 məktəb fəaliyyətini dayandırıb. Bütün bunlar Ermənistandakı demoqrafik vəziyyəti və təhsilin real mənzərəsini müəyyən etmək üçün yetərlidir. Bu mənzərənin əsas səbəbi isə Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsidir”.