İnsan öləcəyi günü proqnozlaşdıra bilər - AraşdırmaStokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar.

"The Telegraph” nəşri xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin “qasidi” iy bilmə qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi.

Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beyinin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.

Publika.az

Quba sakini dostunu qətlə yetirdi - VİDEOQuba sakini dostunu küt alətlə qətlə yetirib.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Qubanın Alpan kəndində baş verib.

Kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarında gəldiyindən yaxınları da narahat olmayıblar.

Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov tərəfindən qətlə yetirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin ararsında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.
Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İŞİD İngiltərə, Fransa və Almaniyada terror törədəcəkİŞİD terror təşkilatı öz döyüşçülərinə Yeni İl bayramında İngiltərə, Fransa və Almaniyada terror törətmələri üçün çağırış edib.

Axar.az xəbər verir ki, bu məlumat “BlackOps Cyber” qrupunun İŞİD-ə aid fotoları ələ keçirməsindən sonra məlum olub.

Fotolarda alman, fransız və ingilis dilllərində “yaxın günlərdə sizin tətilinizdə” sözləri yer alıb.
İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötdüNoyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

Apa xəbər verir ki, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.
Tanınmış vəkil əməliyyat olunubTanınmış vəkil Aslan İsmayılovun insult keçirdiyi barədə məlumatlar yayılıb.

Vəkilin dostları Aslan İsmayılovun insult keçirmədiyini, sadəcə əməliyyat olunduğunu yazıblar:

"İndicə Aslan İsmayılovla danışdım. Dedi ki, insult keçirməyib, əməliyyat olunub, çox danışdırıb narahat etmək istəmədim deyə, əməliyyatın səbəbini soruşmadım. Hazırda evindədir, normaldır".
Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirAvropa Birliyinin Brüssel sammiti çox böyük tarixi əhəmiyyətə malikdir və uzun zamandan sonra postsovet ölkələrinə yönəlik siyasətin müəyyən bir zirvəsidir.

Bunu Axar.az-a Brüsseldə Şərq Tərəfdaşlığı sammitinin yekununu dəyərləndirən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu sammit bölgədəki gələcək proseslərə təsir göstərəcək, yeni paraliqmalar, siyasi-iqtisadi təşəbbülər və əlaqələr mühiti yaradacaq:

“Lakin ən önəmlisi odur ki, Qərb dövlətləri bölgəyə ayrı-ayrılıqda SSRİ-nin dağılmasından sonra gəlsələr də, aralıq mərhələlərində onların stateji maraq və mənafeləri müəyyən qədər dəyişdiyindən və bu bölgədə qüvvələr nisbəti, hərbi-siyasi şərait, iqtisadi konyektura ayrı bir fazaya keçdiyindən, biz əlaqələrin gah intensivləşdiyini, gah da zəiflədiyini görmüşük. Hər bir halda, xüsusilə, 2013-cü ildə Ukrayna ətrafında yaşanan qovğanı, Rusiya ilə olan toqquşmanı xatırlada bilərik. Halbuki ona qədər TRASEKA proqramı, yaxın qonşuluq siyasəti, ən sonda isə artıq assosiativ saziş özülü yolunda fəaliyyət elə bir mərhələyə gəlib çatmışdı ki, Rusiyada bunun açıq şəkildə altı dövlətin ona qarşı qoyulması siyasəti və soyuq müharibə dövründə mövcud təsir dairəsinə bölmə, nüfuz zolağına cəlb etmə hərəkətləri olduğunu hesab etdilər. Yəni bu, təkcə iqtisadi xarakter daşımır, sərhədlər açılır, AB məhsulları qeyd olunan tərəfdaş ölkələrin içərisinə gəlir. Bu isə şübhəsiz ki, region ölkələrində məhsullarla rəqabət mühiti deməkdir və məsələnin kiçik bir ziyanı kimi götürülə bilərdi. Ancaq hərbi və təhlükəsizlik baxımından Moskvada hesab etdilər ki, bu, açıq-aşkar NATO infrastrukturunun bölgədə qərarlaşması və Putinin diliylə ifadə etsək, onun ən yaxın akvatoriyasında sərhədlərini örtməsi anlamına gəlir. Yəni əgər müxtəlif silahlar bu regionlardan hər hansı birinə yerləşirsə, onun radiusu bu bölgənin bir çox məkanını tutursa və Rusiya ərazilərini də əhatə edirsə, bu, artıq milli təhdid sayıla bilər. O üzdən 24 noyabr Brüssel sammiti özlüyündə mütərəqqi hadisədir”.

Millət vəkili bildirib ki, diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan prezidentinin bu səfərdə şəxsən iştirakı və bu görüşlərdən öncə NATO-nun rəhbər şəxsləri ilə aparılan danışıqlar və irəli sürülən mesajlar idi:

“AB Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı çıxardığı qərarlara hərbi cəhətdən NATO vasitəsilə zəmanət verildiyinə işarə etdi. Açıq desək, bu, özlüyündə çox əhəmiyyətli himayədarlıqdır. Halbuki 4 il əvvəl çox böyük səhvlərə yol vermişdilər. Ancaq indik reallıqda NATO və AB strateqləri daha ehtiyatlı tərpəndilər. Görünür, onlar bu əlaqələrdən narahat olan dairələrə çatdırırlar ki, əgər yenidən bu istiqamətdə addımlar atılarsa, o halda AB sadəcə iqtisadi oyunçu kimi qalmayacaq, onun arxasınca bu məsələlərə zəmanəti öz üzərinə götürən NATO hərəkətə keçəcək. Bununla da Şərq Tərəfdaşlığı sammitinin NATO-nun kölgəsində keçirildiyini demək olar. Ermənistan bu tədbirə xüsusi savaş niyyəti ilə qoşulsa da, reallıqda Serj Sərkisyan Prezident İlham Əliyevin Qarabağ məsələsini sammitə çıxaracağını, ərazi bütövlüyündə israr edəcəyini və bunun açıq-aşkar Brüsselin müəyyənləşdirdiyi strategiyanın gələcəyi demək olduğunu hesablaya bilirdi. Sammitin yekun bəyannaməsində ölkələrin ərazi bütövlüyünün və suverenliyinin xüsusi vurğulanması çox vacib məqamdır. Ermənistan bu sənədi imzalamaqla Azərbaycanın bütövlüyünü tanımış oldu. Siyasi və hüquqi cəhətdən nə qədər müxtəlif tutarqalar axtarsalar da, bu faktdır. Bu, regional və beynəlxalq siyasətdə Prezident İlham Əliyevin xarici hədəf və gələcək əlaqələrinin quruculuğu müstəvisində ikinci böyük qələbəsi sayıla bilər. Bu fonda Ermənistan Helsinki Yekun Aktında ifadə olunan ərazi bütövlüyü ilə paralel, müqəddaratı təyinetmə məsələsinə istinad etmək istəyəcək. Ancaq sizi əmin edirəm ki, Ermənistanda narazı dairələr Sərkisyanı linç etməyə çalışacaqlar. Çünki onlara görə, Sərkisyan artıq siyasi cəhətdən İlham Əliyevə uduzub və bu, açıq şəkildə Qarabağdan əlini götürmək deməkdir. Artıq Avropa Birliyinin qəbul etdiyi müddəalardan geri durmaq qeyri-mümkündür, çünki onlar hər dəfə Ermənistanın Azərbaycanın bütövlüyünü tanıdığını sübut edən bu sənədi və 28+6 formatının mövcudluğunu ortalığa qoyacaqlar. İstisnasız olaraq 28 dövlətin heç biri Qarabağın tanınması hərəkatına qoşula bilməz. Baxmayaraq ki, onların bəziləri çoxtərəfli oyunlar da aparırlar. Hesab edirəm ki, bu sammit Azərbaycanın xarici siyasət maraqları baxımıdan önəmli oldu: xüsusilə də Brüsseldə ölkəmizin Qərblə münasibətlərinin davamlılığında ardıcıl bir xətt yürütdüyümüzü göstərməyə çalışmışıq. Bununla da Azərbaycanın Qərbdən qopması ilə bağlı qənaətlər aradan qalxmış oldu. Çünki iqtisadi tərəfdaş olduğun tərəflə siyasi və təhlükəsizlik, həmçinin müxtəlif digər sahələrdə də əlaqələrini qurmalısan. Başqa halda siyasət ayaqda qala bilməz. Ümidvaram ki, sammitdə qəbul edilən razılaşmların işə düşməsi yaxın zamanlarda Azərbaycan üçün mühüm faydalarını verəcək”.

Qeyd edək ki, noyabrın 25-də Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirilib. Sammitin yekununda qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib.
Özünü öldürmək istədiBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər intihar etmək məqsədilə ikimərtəbəli binanın damına çıxıb.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.
Türkiyə rus generalın nəşini Polşaya göndərirTürkiyənin Ərdəhan vilayətində tapılan rus ordusu generalının nəşi Polşaya göndəriləcək.

Report xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turim naziri Numan Kurtuluş deyib.

Nazirin sözlərinə görə, 139 il əvvəl öldüyü bildirilən rusiyalı general əslən polşalı olduğundan o, məhz Polşaya, ailə üzvlərinə təhvil veriləcək.

“Biz nəşi Polşaya təhvil vermək məsələsi ilə bağlı yazışmalar aparmışıq, cavablar da gəlib. Generalın rus ordusuna aid olması rusları da yaxından maraqlandırır. Lakin polşalıların tələbi belədir ki, nəş onun aid olduğu yerə, yəni Polşaya aparılaraq orda dəfn edilsin. Ola bilsin, orada hər hansı bir xatirə abidəsi də inşa edilsin",- deyə nazir bildirib.
Göyçayda 49 yaşlı kişi itkin düşüb - FOTOGöyçay rayon sakini 12 gündür itkn düşüb.

Rayonun II Ərəb kənd sakini, 1968-ci il təvəllüdlü Elşad Əlisahib oğlu İsmayılov noyabrın 14-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ayağında qara ayaqqabı olub. E.İsmayılovun boyu 180 sm-dir.

Onu sonuncu dəfə noyabrın 21-də Bakı şəhəri, Suraxanı rayonunda görüblər. E.İsmayılovu görənlərdən xahiş olunur ki, aşağıdakı nömrəli telefonlarla əlaqə saxlasınlar: – 051-351-52-57, 050-300-23-27. //Report