Kamera yoldaşını öldürdü - BakıdaBakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb.

Report xəbər verir ki, Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Müəllim ölkə rəhbərliyinə şikayət etdi – Liseydə Mikayıl Cabbarovun qərarına riayət edilmir və...Hər gün ölkədəki saytlarda təhsil sistemində baş verən xoşagəlməz hallarla bağlı bir neçə yazı oxumaq mümkündür. Pisi də odur ki, bu vəziyyət yüksələn xətt üzrə davam edir.

Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova məktəbə rəhbər təyin olunduğu gündən müəllim Natəvan Daşdəmirovanı gözümçıxdıya salıb, onu sıxışdıraraq məktəbdən uzaqlaşdırmağa nail olub. İclas keçirib, tərtib etdilən“ərizə”yə müəllim kollektivini Natəvan Daşdəmirovanın əleyhinə imza atmağa məcbur edib.Nəticədə müəllimi məktəbdən kənalaşdırıb.

N. Daşdəmirovanın əleyhinə çıxış etmədiyim, “ərizə”yə imza atmadığım üçün hazırda məni məktəbdən uzaqlaşdırmaq istəyir. Belə ki, məktəbin direktoru 16 saat dərsimin 6 saatını 2017-ci il fevral ayının ortasında heç bir əsas və nöqsanım olmadığı halda məndən aldı. Həmin ilin oktyabr ayında ikinci dəfə şəxsimə qərəz nümayiş etdirərək, 4 saat dərsimi əlavə olaraq əlimdən aldı . Haqqımı tələb etdikdə mənə şiddətli töhmət verdi. Bir sözlə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə hörmətsizlik edildi. Belə ki, nazirin əmri var, müəllim 1 stavkadan aşağı dərs deməməlidir, vəzifəli şəxslər hesab olunan direktor və müavin dərs aparmamalıdır. Hazırda məndən ikinci dəfə alınan 4 saat ingilis dili dərsimi direktor Sevinc Orucova tədris edir. Liseydə gənc kadrlar 7 saat dərs apardığı halda, direktor müavini Natəvan Bədəlovanın 9 saat dərs yükü var. Bu hansı qanuna sığır. Mən də direktor Sevinc Orucova, müavini Natəvan Bədəlova kimi ingilis dili müəllimiyəm. Niyə onlar vəzifə maaşı aldığı halda ,məndən daha artıq dərs deməlidirlər? Budur, Azərbaycan müəlliminə verilən qiymət?

Bu fikirlər Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 4-də qeydiyyatda olan, Heydər Əliyev adına Liseyin ingilis dili müəllimi Məhərrəmova Sevinc Azay qızı tərəfindən Faktinfo.az-a ünvanladığı ərizədəndir. Sevinc Məhərrəmova daha sonra yazır: “Hüquqlarımı müdafiə etmək üçün Liseyin Həmkarlar Komitəsinin sədri Şahbaba Rəsulova ərizə ilə müraciət etdim. Həmkarlar Komitəsinin sədri ərizəmə baxıb, hüquqlarımı müdafiə etmək əvəzinə direktorun göstərişi ilə mənə “məhkəmə” qurdu. Belə ki, 16.11.2017-ci il tarixində Həmkarlar Komitəsinin keçirdiyi iclasda 20 nəfər müəllimi və valideynləri öyrədərək üstümə qaldırdı, qərara alındı ki, mən məktəbdən qovulmalıyam. Yəni, aldığım 90 manat məvacib də mənə çoxdur, çünki müəllim kimi liseydə baş verənlərə gözümü yummuram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına, digər rəhbər şəxslərə, ölkə mətbuatına şikayət məktubu göndərən Sevinc Məhərrəmova liseyin direktoru Sevinc Orucovanın bir çox qanunazidd hərəkətlərə yol verdiyini də bildirir.

Sitat: “Məktəbdə qeyri-qanuni olaraq, 5 yaşlılardan ibarət 2 qrup fəaliyyət göstərir. Hər şagirddən 150 manat pul yığılır. Qrupa dərs deyən müəllimlər isə məktəbin müəllimləri deyil, kənar yerdən gətirilən şəxslərdir.Özü də qruplar şəbəkəyə daxil edilməyib.Təhsil naziri M.Cabbarovun əmrinə əsasən, 5 yaşlılara hazırlığı həmin məktəbin 4-cü siniflərinə dərs deyən ibtidai sinif müəllimləri aparmalıdır.

Bundan əlavə, bütün siniflər üzrə şagirdlər dərs zamanı tədrisdən çıxarılır, ixtisas müəllimlərinə əlavə hazırlıq qrupları təşkil edilib, hazırlıq keçirilir. Hazırlıq aparan müəllim hər şagirddən ayda 100 manat pul alır,pullar direktor və müavini olan Natəvan Bədəlova arasında bölünür”.

Şikayətçi onu da bildirir ki, müəllimlər otağında olan 3 kompüterdən heç biri işləmir, məktəbdə özbaşınalıq baş alıb gedir. Məsələn, dərs deməyə gəlirəm, sinifdə şagird yoxdur. Öyrənirəm ki, direktor şagirdləri göndərib başqa otağa, digər müəllimlər onlara hazırlıq kursu keçir. Mən də jurnala qaib yazmaq istəyəndə mənimlə düşmənçilik edirlər, “ya ərizəni yaz get, ya da səni kollektivin əli ilə məktəbdən qovacağıq” – deyirlər. Bir sözlə, direktor öz müavini Natəvan Bədəlovanın rəhbərliyi altında mənə qarşı kampaniya aparır. Fakt odur ki,aldığım 90 manat məvacib də mənə çox görülür.

Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirən Sevinc Məhərrəmova məktəbdən uzaqlaşdırılacağı təqdirdə bütün məhkəmə instansiyalarına müraciət edəcəyini,hüquqlarını qorumaq üçün axıra qədər mübarizə aparacağını da qeyd edir.

Faktinfo.az-ın əməkdaşı direktor Sevinc Orucova ilə əlaqə saxlamaq, onun mövqeyini öyrənmək üçün 4 dəfə liseyə zəng edib, hər bir cəhd “direktor hal-hazırda məktəbdə yoxdur, yuxarıda dərs prosesini izləyir, sonra zəng edin” kimi cavablarla yekunlaşıb.

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.
Maradona qızını həbs etdirmək istəyirMaradona qızı Caninnanı məhkəməyə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Maradonanın vəkili Matias Morla açıqlama verib.

“Caninnanın atasının bank hesabı ilə əməliyyatlar apardığı barədə bizdə sübut var. Biz onun həbsinə nail olmaq istəyirik", - deyə vəkil bildirib.

Maradonanın qızı Caninna isə Tvitter vasitəsilə məsələyə fərqli formada cavab verib.

“Mən ona ən pis şeyləri bağışlayıram. Bu gün də mən onu edəcəm. Bizim aramızda böyük məsafə var, lakin mən ona sevgimi göndərərək təşəkkür edirəm, çünki məhz onun köməyi ilə mən kim olmaq istədiyimi seçə bilmişəm”, - Caninna yazıb.
Aygün Bəylər nazirin qohumuna ərə gedirAzərbaycanlı müğənni Aygün Bəylər ikinci dəfə ərə gedir.

Yeniçağ.az-ın əldə etdiyi özəl məlumata görə, əməkdar artistin toyu dekabrın 27-də olacaq.

Bəyin kimliyinə gəlincə, bu, nazirlərdən birinin əmisi oğludur. Artıq cütlüyün kəbini də kəsilib.

Qeyd edək ki, son günlər Aygün Bəylər yeni imici ilə gündəmə gəlir. Görünür, onun görkəmində dəyişiklik etməsi əbəs deyilmiş.

Maraq üçün onu da bildirək ki, Aygün Bəylər bir dəfə qeyri-rəsmi nikahda olub, onun Canan adlı qızı var.
Aqil Abbas: "Oxu, Vüsal bəy! Oxu, dostum!"Sovetlər dönəmində sürgün çox qorxulu bir şey idi. Basırdılar Sibirə, elə təkcə iki ay qatarla yol gedirdilər. Qayıdacaqları da sual altında.

Azərbaycanda sürgün o qədər də qorxulu deyil. Çünki ölkənin harasına sürgün eləsələr dörd saatlıq yoldu. Ona görə də bu Vüsal Rzasoyu ölkədən xaricə sürgün eləmək lazımdı, elə Sibirə. Ulu babalarımızın yurduna.

Nə olub, nə olub? Bir Vüsal Rzasoy adında gənc bir mahnı oxuyub: "Ayə, hara gedirsən, ayə?".

İndi baxıram hamı həmin bu gənci topa tutub, həm də bu gəncin özünü Və burda qeyri-adi heç nə görmürəm. Gərək elə televiziya ekranlarına gənclər həmişə ütülü çıxa, qalstuklu, saçı-başı daranmış, qara kostyumda və ütülü də danışa?!

Qeyri-adi istedadlı insanlar həmişə ütüsüz olurlar.

Vaqif Mustafazadənin, Rəmişin gənclik illəri çoxlarımızın yadındadı. Heç bir ölçüyə sığmır. Rəmiş hətta dövlət konsertinə saçı çiynində, cins şalvarda çıxıb. Bütün Azərbaycan Vaqif Mustafazadənin bığını qırxdırmaq istəyirdi.

Yaxud Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, bunlar ütüsüz insanlardı. Ütülənsələr, Ramiz Rövşənin qəbri dammayacaq, Vaqif bir də doğulmayacaq, qardaşının üzü kömək olmayacaq, toy evindən dörd hasar o yanda oynamayacaq…

Bax, Rəmiş ütüləndi, əvvəlki Rəmişliyi, o çılğın, o dəli, ipə-sapa yatmamaqlığı və həm də elə barmaqları da ütüləndi.
Araz Elsəsi ütüləsən Arazlığı və Elsəsliyi gedəcək. Gəl ona Araz Elsəs yox, Qarqar (Qarabağda qurumuş çaydı, ildə bir dəfə özündən çıxıb sellənir) Elsəs deyək. Halbuki o, ütüsüz olduğuna görə, amma gözəl səsiylə harayımızı dünyaya çatdırıb.

Aşıq Ədalət ütülü olsaydı Ədalət olardımı?

Belə misallar çox çəkə bilərəm. Hətta Maestro Niyazi də ütüsüz insan idi.

Nə isə…

İndi bu Vüsal Rzasoy. Çox gözəl səsi var. Gözəl gələcəyi ola bilər. Təbii ki, özünü qorusa və ütülənməsə.
Hamı qalxıb bu gəncin əleyhinə. Allah, sən saxla, bu sosial şəbəkələr onu boğub öldürəcək.

Bizim üçün yenidi. Əslində isə elə bir yenilik deyil. Şaman babalarımızın üslubunda oxuyur. Açın yutubda (mən sözü dilimə yatdığı kimi yazıram) Sibir xalqlarının mahnılarına, musiqilərinə qulaq asın. Hətta türklərin ulu babaları Tanrıya dualarını da bu cür çatdırmağa çalışırlar. Və elə bu cür dualar da Tanrıya çatır.

Qaldı mahnının sözlərinə, gərək onu belə ifa edərdi:"Ayə, hara gedirik, ayə?"

Hamının sevimlisi olan Alim Qasımov da yaxşı mənada muğamın «anasını ağladır». Vaqif Mustafazadənin pianoda elədiyini Alim Qasımov da qeyri-adi səsiylə edir. O vaxt Vaqif Mustafazadəni çərlədib öldürdük. Əvvəllər çox çalışdıq ki, Alim Qasımovu da çərlədək, amma Tanrı ona göndərdiyi səsiylə Alimi qorudu.

İndi bu uşaqdan nə istəyirsiniz?!

Oxu, Vüsal bəy! Oxu, dostum! Qoyma səni ütüləsinlər! Ütülənsən, Azərbaycanda minlərlə oxuyanlardan birinə çevriləcəksən.

Qoy səni tay heç televizora buraxmasınlar.

Vaxtilə Vaqif Mustafazadəni də, Qədir Rüstəmovu da, Rəmişi də televizora buraxmırdılar. Amma sonra… Tay onlardan bir də olmayacaq.

İllərdi Cavanşir Quliyevi televizorda görən yoxdu. Eləcə də Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni, Zakir Fəxrini. Onlar üçün dünya dağılıb?! Dillər əzbəridilər.

Amma inanmıram ki, televiziyalar sənə olan bu hücumlardan sonra qorxub qapılarını sənin üzünə bağlayalar.

Aqil Abbas
Elzadan “Ayə, hara gedirsən ayə”-ni oxuyana şeiri: "Gedək mənimlə, ayə!"Əməkdar artist Elza Seyidcahan dünəndən bəri dillərdən düşməyən “Ayə, hara gedirsən, ayə” sualına şeir yazıb.

Avrasiya.net xəbər verir ki, sənətçi şeiri sosial şəbəkədə paylaşıb. O, bildirib ki, dünəndən bəri bu gəncin şeiri ilə bağlı ona çoxlu zənglər gəlib:
“Sanki bu dərvişə mən demişəm ki, belə ifa etsin. İndi onu dinləyəndə hamı ürəyində Elza Seyidcahan deyəcək. Qəlbinizdə, dillərinizdə olduğum üçün gecə-gündüz Allaha dua edirəm. Bu dərvişi tanımasam da, ona lağ edən, mənasız ifaçılardan daha məntiqli sual verib ki, hamımızı yerindən oynada bilib. Suala cavab tapın: “Anan bilermi hara gedirsən, ayəəə?”

Məlumat üçün bildirək ki, rok musiqi tərzində ifa edən Vüsal Rzasoyun Müasir Azərbaycan Gənci (MAG) adlı verilişində oxuduğu"Ayə harayə gedirsən ayə?" adlı mahnısı dünəndən bəri geniş müzakirəyə səbəb olub. Fərqli tərzdə musiqi ifa etməyə çalışan mügənni geyimi və özünəməxsus stili diqqət çəkib.

Elza Seyidcahanın şeiri:

Çara gedirəm, ayəəə...

Çora gedirəm, ayəəə...

Sənə nə var hara gedirəm?!

Anam bilir hara gedirəm.

Ayə, gedirəm, ayə...

Ayə, gedirəm, ayə...

Sən də gedək, ayə

Gedək mənimlə, ayə!
Vəliəhd: Hər şey peyğəmbərin dövründəki kimi olacaq...Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman xəyalında canlandırdığı Səudiyyə barədə danışıb.

Axar.az xəbər verir ki, vəliəhd “Nyu York Tayms”a müsahibəsində islamı Məhəmməd peyğəmbərin zamanındakı halına qaytaracaqlarını bildirib. Onun sözlərinə görə, peyğəmbərin dövründə qadın və kişilərin birlikdə getdiyi teatrlar olub. Səudiyyə Ərəbistanında yəhudi və xristianlara hörmət edilib. Mədinədə ticarət işlərinə baxan ilk hakim qadın olub.
"Hakimiyyətə gələriksə hər bir ailənin bank hesabına 10 min manat pul yatıracağıq"AXCP sədri Razi Nurullayev qadınlarla görüş keçirib.

Razi Nurullayev görüşə gələn qadınları salamladıqdan sonra qadınların cəmiyətdəki rolundan danışıb:

"Azərbaycan qadınları hər bir zaman Azərbaycan cəmiyətinin dirəyi, bel sütunu olub. Ancaq Azərbaycan qadının cəmiyətdəki hazırki vəziyyəti bizi qane etmir. Digər ölkələrlə baxdıqda bizim qadınlar daha çox əziyət çəkir. Bu gün Azərbaycan qadını ailəsini dolandırmaq üçün kişilərlə birlikdə işləyir, çətinliklər çəkir. Çox əfsuslar olsun ki, kəndlərdə yaşayan qadınlarımızın həyatı daha acınacaqlıdır. Şəhərdə yaşayan qadınlar isə ağır sosial vəziyətə görə yaxşı yaşadığını deyə bilmərik. Ailədə ən ağır yük qadınlarımızın üzərinə düşür. Ancaq bununla bərabər Azərbaycan qadını çəkdiyi əməyin qarşılığın ala bilmir".

Qadınların pensiya yaşına gəldikdə isə AXCP sədri bildirdi ki, pensiya yaşı çoxdur:

"Biz qarşımıza məqsəd qoymuşuq ki, qadınların pensiya yaşı 55 yaşa endirilsin. Azərbaycan qadının ingilis, alman qadınından nəyi əskikdir? Azərbaycan qadını üçün daha yaxşı şərait qurmaq üçün Azərbaycan dövlətinin əlində kifayət qədər imkan var. 2018-ci ildə prezident seçkilərində sona qədər mübarizə aparacağıq. Əgər biz hakimiyyətə gələriksə hər bir ailənin bank hesabına 10 min manat pul yatıracağıq. Bu torpağın altında və üstündə olan sərvət bizimdir və bu sərvətlər bərabər bölünməlidir. Azərbaycanda bir uşaq dünyaya gələndə ailə sevinir ancaq sonra bunun əziyyətini çəkir. Bizim əsas siyasətlərimizdən biri də bu olacaq ki, hər doğan ailəyə 1000 manat pul yatırılsın və uşağın 3 yaşına qədər bütün xərclərini dövlət qarşılasın. Dövlət vətəndaşının arxasında durmalıdır. Bu gün dövlət ailələri quldarlıq quruluşu prinsipləri ilə hərəkət edən banklarla üz-üzə qoyub. Deyirlər, Azərbaycanda xəstəxanalar pulsuzdur. Mən özüm də dünyaya rüşvətlə gəlmişəm. İndi də Azərbaycanda dünyaya gələn insanlar rüşvətlə gəlir, rüşvətlə gedir. Azərbaycanda dəmir yumruğa ehtiyac var. Qanun işləmir, əgər qanun işləmirsə qanunu pozanlar əzilməlidir".

Qadına qarşı zorakılıqla bağlı danışan Razi Nurullayev qeyd edib ki, qadınlar öz hüquqlarını bilməlidir:
"Hakimiyyətə gələriksə hər bir ailənin bank hesabına 10 min manat pul yatıracağıq"
"Müsəlman qadını o demək deyil ki, qapazaltı olmalıdır, döyülməlidir. Zorakılığa məruz qalan qadınlara dövlət sahib çıxmalıdır. Qadınlara qarşı zorakılığa görə dövlət məsuliyət daşıyır. Elə bir kübar dövlət yarada bilərik ki, Azərbaycan qadınının yaşayışı digər ölkələrə nümunə göstərilsin".

Qız uşaqlarının təhsili ilə bağlı isə partiya sədri bunları dedi:

"Hər şeydən öncə qızlara təhsil verilməlidir. Birinci təminat qadın üçün olamlıdır. Təhsil, iş lazımdırsa birinci qadınlara verilməlidir".

Çıxışının sonunda Razi Nurullayev qadınlara üz tutaraq bildirdi ki, bizim siyasətimizin təməl prinsiplərindən biri qadınların yaxşı yaşamasıdır. Buna görə də, sizi bizə dəstək verməyə çağırıram.

Qadınlara həmişə önəm vermişəm və bu gün Mehriban Sadıqovanı partiya sədrinin müavini təyin edirəm.

Razi Nurullayevin çıxışı bitdikdən sonra görüş iştirakçısı olan qadınlar çıxış etdilər. Qadınlar öz həyat şəraitlərindən, problemlərindən danışdılar.

Qadınların çıxışından sonra söz AXCP sədri Razi Nurullayevin müavini Ehtiram Mehtiyevə verilib. Sədr müavini qadınları salamladıqdan sonra qadınların probleminə toxunaraq, buna görə mübarizə aparacaqlarını bildirib.

"Azərbaycan 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verildi. Biz çalışacağıq ki, qadınların, ailələrin hüquqlarını qoruyaq. Bu yoldan çəkilməyəcəyik və siz qadınları da bu mübarizədə yanımızda görmək istəyirik", - deyə Ehtiram Mehtiyev deyib.

Sonda qərara alındı ki, bu kimi görüşlər tez-tez keçirilsin.
Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı — EKSKLÜZİVSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Fikrət Əliyevin vəzifəsində nöqsanlara yol verdiyi və sağlamlığı qaydasında olan bir qrup vətəndaşı hərbi xidmətə çağırış zamanı müvafiq Tibbi Komissiyadan keçirmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Fikrət Əliyev Milli Məclisin deputatı İlham Əliyevin qardaşıdır.
Bakıda Çernobl əlilinin ailəsi çətin vəziyyətdə - Polis məsuliyyəti üzərindən atır - FOTO3 ay öncə Çernobl əlili olan atası Zahir Şükürovu itirən Rəşad bu ayın 9-da Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi" adlanan ərazidə, axşam saatlarında şəxsiyyəti hələ də müəyyən edilməyən şəxsin idarə etdiyi avtomobillə vurulub.

Saat təxminən 19-19:30 radələrində işdən çıxıb yolun sağı ilə, avtomobillərin hərəkəti istiqamətində piyada zolağıyla evinə doğru irəliləyən Rəşad Şükürovu vuran sürücü yaralını ağır vəziyyətdə hadisə yerində qoyaraq qaçıb. Hadisənin üzərindən 16 gün keçməsinə baxmayaraq cinayəti araşdıran Binəqədi Rayon Polis İdarəsi heç bir nəticə əldə etməyib.

Rəşadın anası Aybəniz Şükürova Milli.Az-a bildirib ki, oğlu qəzaya düşən axşamı xəstəxananın qəbul şöbəsinə yaxınlaşaraq övladının əşyaları ilə maraqlanıb. Şöbədən ona "Polislər Rəşadın paltarlarını Məhkəmə Tibbi Ekspertizasına aparacaqlar" deyilib.

Müstəntiq Ramil Mehdiyevin cinayəti araşdırmaqda maraqlı olmadığını bildirən Rəşadın anası övladının qəza zamanı əynində olan paltarlarının hələ də 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) anbarında saxlanıldığını bildirib. Qadına xəstəxandan oğlunun paltarını ona verə bilməyəcəklərini, bunun üçün müstəntiqdən (Ramil Mehdiyev) icazə kağızı gərəkdiyini deyiblər. Aybəniz Şükürova cinayət işini araşdıran Ramil Mehdiyevin qəzadan 16 gün keçməsinə baxmayaraq əməliyyat olunan Rəşadı Məhkəmə Tibbi Ekspertizaya aparmadığından da şikayətçidir. Ana deyir ki, müstəntiq yalnız bir dəfə, qəzanın səhəri günü xəstəxanaya gəlib Rəşadın ifadəsini alıb. Həmin zaman isə oğlu travmatik şok vəziyyətində olub. Rəşad nisbətən özünə gələndən, şüuru bərpa olandan sonra isə bir dəfə də olsun ifadəsi alınmayıb.

Rəşadın dayısı Nəbiyev Cəbrayıl və digər qohumlarının müstəntiqə zəngi zamanı Ramil Mehdiyevin "Rəşad indi haradadır?" deyə soruşması ailənin şübhəsini daha da artırıb. 3 gün öncə xəstəxanaya gedən müstəntiq Ramil Mehdiyev 2 həftədir sözügedən qəzayla bağlı araşdırdığı dediyi cinayət işinin Abşeron Rayon Polis İdarəsinə verildiyini və gələn I gün işin sənədlərinin həmin polis idarəsinə çatacağını bildirərək xəstəxanadan gedib.
Qeyd edək ki, Rəşad fəhləlik etməklə öz ailəsi ilə yanaşı, Çernobl qəzasından əziyyət çəkən qardaşına da baxırdı.