“Natiq mənə həyatımın ən dəhşətli sürprizini etdi” - Vəfat edən jurnalistin xanımı + VİDEO"Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.

Avrasiya.net xəbər verir ki, bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova "Yeni Müsavat”a danışarkən deyib.

Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.

Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir anda müvazinətini itirərək onun üstünə yıxılıb: "Əvvəlcə bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec idi, bir anın içində Natiq keçinmişdi. Elə deyə-deyə, gülə-gülə bir anın içində... Hələ də şokdan ayıla bilməmişik.

Çox sağlam insan idi, heç vaxt xəstəlikdən şikayəti olmamışdı. Lakin son günlər qollarının və əlinin keyləşməsindən, ayağının tutulmasından şikayət edirmiş. Hətta bir gün əli quruyub və tərpədə bilməyib. O formada şəklini çəkib anama göndərmişdi. Həkimə getmək sözünü isə yaxın qoymurdu, deyirdi ki, sağlam insanam, yəqin soyuq dəyib, keçər. Hər dəfə masaj edir və düzəldiyini deyirdi. Ancaq sən demə səbəb başqa imiş...”.

Jurnalistin atası Aydın Qədimov da oğlunun həmin gün çox xoşbəxt olduğunu, lakin bu xoşbəxtliyin uzun sürmədiyini təəssüf hissi ilə qeyd edib.

Qeyd edək ki, 41 yaşlı mərhum jurnalistin öncəki evliliyindən bir oğlu var. İkinci dəfə ata olacağını gözləyən Natiq Qədimova ömür vəfa etmədi.
Misirdə 3 günlük matəm - Ölü sayı 235-ə yüksəlibMisir hakimiyyəti Sinay yarımadasının şimalında törədilən terror aktı ilə bağlı 3 günlük matəm elan edib.

AzNews.az SkyNews Arabia-ya istinadən xəbər verir ki, ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

***

AzNews.az SkyNews Arabia-ya istinadən xəbər verir ki, məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

Daha 120 nəfərin yaralandığı deyilir.

"Ənsər Beyt əl-Maqdis" qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Məşhur ”vor zakon” Bakıda SAXLANILDI – ”Bandotdel” tərəfindən - VİDEOKriminal aləmdə ”Lotu Yunus” kimi tanınan məhşur azərbaycanlı “qanuni oğru” Yunus Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.

Criminal.az xəbər verir ki, ”Lotu Yunus” bir müddət əvvəl Bakıda olub, sonra isə…

Məlumat üçün bildirək ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu “qanuni oğru” haqqında son məlumatı Rusiya mətbuatı yayıb. Həmin məlumatda bildirilirdi ki, O,əlli altı yaşlı azərbaycanlı “vorzakon” Rusiyada arzuolunmaz şəxs elan edilib və buna görə Nəzərov ömürlük olaraq Rusiya ərazisinə daxil ola bilməyəcək.

Bu vaxtadək isə Rusiya hüquq-mühafizə orqanları kriminal avtoriteti ölkədən deportasiya etmək üçün dörd dəfə cəhd edib. Sonuncu dəfə avqustun əvvəlində Bakinskini ölkədən deportasiya etmək üçün “dil tutsalar” da o, səhhəti ilə əlaqədar uzaq səfərlərə çıxa bilmədiyini əsas gətirmişdi.

Hətta ”vorzakon”un yaxınları bildirmişdi ki, ”Lotu Yunus”un əvvəlllər həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları getməyib. Ona görə də, qonşu ölkədə müalicə olunur. Məhkəmə qarşısına çıxarılmasından bir gün əvvəl isə insult keçirərək reanimasiyaya yerləşdirilmişdi.

Y.Nəzərov haqda onu da bildirdilər ki, ”qanuni oğru”nun Azərbaycana buraxılmasına qadağa qoyulub. Bu səbəbdən o, Azərbaycana gələ bilmir.

Y.Bakınskiy bir neçə gün əvvəl Rusiyadan Azərbaycana deportasiya edilib. O, saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. ”Bandotdel”də bir neçə gün saxlanıldıqdan sonra o, 3-cü ölkəyə deportasiya edilib.

Qeyd edək ki, “Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. Son dəfə Nəzərov narkotik vasitələrin satışına görə cəza çəkib. Və bu yaxınlarda 4 il bundan öncə 1 saylı islah əmək koloniyasından azadlığa buraxılıb. Moskvada Yunus Bakinski “dedovski”lərlə sıx əlaqə saxlayırdı. Nəzərovun yaxın dostlarından biri mərhum Bəxtiyar Kərimov olub, o Baxo Novxaninski kimi məşhur idi. O, məşhur və avtoritetli azərbaycanlı “qanuni oğru”lar dəstəsinə aiddir. Nəzərov 2013-cü ilin avqustunda qətlə yetirilən Əlibala Həmidov (Qoca) və Bakının 8 saylı koloniyasında cəzasını çəkən Nadir Səlifov (Lotu Quli) ilə dostluq edirdi.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.
"Radioda bakirə olmayanları işə götürmürdüm" - Prodüser - VİDEO"Lider TV"-də efirə gedən “Status” verilişində qalmaqallı fikir səslənib.

Murad Arif verilişdə olan qonaqlara bununla bağlı sual ünvanlayıb. Suala cavab verən prodüser Zaur Kazımov bildirib ki, o, aparıcıları işə qəbul edərkən öncə onun bakirə olub-olmamağını soruşub: "Radioda aparıcı olmaq istəyən namizədlərlə müsahibə edəndə ilk sualım "Bakirəsən, yoxsa yox?" olurdu. Və əgər cavab "bakirəyəm" olurdusa, deyirdim ki, bağışlayın, biz sizinlə işləyə bilməyəcəyik".

Z. Kazımov deyib ki, ümumiyyətlə, radio aparıcılarının minumum 40 yaşı olmalıdır".
Tolikə vəzifə verildiProdüser Tarix Əliyevə (Tolik) vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, bu haqda Tolik özü xəbər verib. O bildirib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edilib:

“15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Gəncədə yeni inşa edilmiş möhtəşəm filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün buranın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam.

Gəncə ötən il "Avropa Gənclər Paytaxtı" seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəsisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.
General əmr verdi - “Qoca”ya görə həbs edilən polkovnikin yerinə təyinatƏdliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general–mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.
Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədiBinəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq tamamlanıb. Prokuror R. Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

apa
Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlarla dollar, daha nələr…Müflisləşmiş milyarder Mübariz Mənsimovla bağlı əhvalat getdikcə daha dramatik xarakter alır. M.Mənsimov oyunun bütün yazılmış və yazılmamış qaydalarını pozub. M.Mənsimov Rusiya Xüsusi Xidmət orqanlarının mümkünsüzlük sənətinin əsəridir. Bu iş adamının parlama və yoxsulluq tarixçəsi uşaqlıqdan yazı, orfoqrafiya və üslub problemləri olan heçdən, axmaq və savadsız adamdan nəhəng “LUKoil” neft şirkətinin əlaltı layihəsini yaratmaq üzrə dərs vəsaitidir. Budur, başqa bir ölkənin hökumətindən xeyir-dua almış M.Mənsimov təxminən iki onillik ərzində oturduğu budağı kəsməyə çalışır.

M.Mənsimov özünə xas utanmazlıq və əyalət həyasızlığı ilə “LUKoil” şirkəti ilə məhkəmə çəkişməsindən danışır. Yanlış təsəvvür yaratmaq istəyir ki, guya onu Rusiyada sifariş ediblər və bu işdə qonşu ölkədəki erməni diasporunun əli var. Amma M.Mənsimov başqa bir məhkəmə prosesi – Azərbaycanın SOCAR neft şirkəti ilə məhkəmədən bir söz belə demir.

Lakin M.Mənsimov özünə xas olan əyalət həyasızlığı və utanmazlığı ilə kobud və birbaşa şəkildə Azərbaycanın dövlət şirkətinə, deməli, həm də Azərbaycan dövlətinə yüzlərlə milyon dollar “atıb”. Onun şirkətinin saytında SOCAR hələ də rəsmi tərəfdaş kimi göstərilir, halbuki Azərbaycan neftinin nəqli ilə məşğul olan M.Mənsimov öhdəliklərini yerinə yetirməyib və dövlət şirkətinə yarım milyard “atıb”.

Faktiki olaraq M.Mənsimov kredit oliqarxlarının şücaətini təkrarlayıb və bu zaman hansısa fövqəladə ağıllı, çevik sxemlərə əl atmayıb. Hər şey birbaşa və sərsəm 90-cı illərin ruhunda edilib: pulu alıb, “Palmali”nin törəmə şirkətlərindən birinin adına rəsmiləşdirib və ofşora yollayıb.

Başqa sözlə, M.Mənsimovun problemləri yalnız “atdığı” Rusiya hökuməti ilə bitmir, hələ Azərbaycan hökuməti də var!
Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlarla dollar, daha nələr…
İndi isə M.Mənsimov ikiüzlü şəkildə bildirir ki, guya onun Rusiya qanunvericiliyi ilə problemi yoxdur və ona qarşı Rusiya KİV-lərində bütün hücumların arxasında erməni diasporunun xəstə fantaziyası durur. Yaxşıdır ki, bu dünyada ermənilər var. Olmasaydılar, onları fikirləşib tapmaq lazım gələrdi. Oğurlanmış yüzlərlə milyonu silməyə yer var.

Lakin bu halda M.Mənsimov unudur ki, hələ Suriya ekspedisiyasının əvvəllərində “Palmali”nin məsələsi Putinlə Obamanın görüşündə müzakirəyə çıxarılmışdı. Onun neft daşıyan gəmilərinin bəzi türkiyəli siyasətçilərin əlaqədə olduğu “Ən-Nüsra Cəbhəsi” terror təşkilatının neftini nəql etməsi ilə əlaqədar ABŞ Türkiyəyə ciddi narahatlıq, narazılıq bildirmişdi. Moskvada M.Mənsimovu bu avantüradan geri çəkməyə çalışdılar. Lakin o, dinləmədi. Sonra isə ciddi problemlər başladı. “LUKoil” öz yetirməsi ilə əməkdaşlıqdan imtina etdi. Mənsimov isə Xəzər dənizinin sahillərində peyda oldu.

Necə oldu ki, Azərbaycanın dövlət şirkəti “Ən-Nüsra Cəbhəsi”nin tərəfdaşına inandı? Axı M.Mənsimov daha güzəştli tariflər təklif edib Türkmənistan hökuməti ilə separatçı danışıqlara gedərək, türkmən neftinin daşınması məsələsində SOCAR-a “atmışdı”. Elə ilk fırıldaqdan sonra M.Mənsimovla əlaqəni kəsmək lazım idi.
Lakin Bakıda əməkdaşlığı davam etdirmək qərarına gəldilər. Bu da sizə əməkdaşlıq! Mənsimovla tərəfdaşlıq barədə hələ onun Eldar Mahmudovun qaragüruhu ilə siyasi qohumluğundan, ANS teleşirkətinin təsis sənədlərinin saxtalaşdırılmasından və başqa bir çox qaranlıq yarıkriminal əhvalatlardan sonra düşünmək lazım idi… Düşünmədilər, sövdələşdilər, it balasını yemlədilər!
Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyonlarla dollar, daha nələr…
M.Mənsimov SOCAR-ın pullarını ofşora daşıdı. Bəli, borclarının əvəzində onun əlindən Batumidəki kompleks, İstanbuldakı otel, az qala bütün tankerləri, bütün Türkiyədəki daşınmaz əmlakı alındı. Lakin M.Mənsimov hələ də borcludur və deyəsən,borclarını qaytarmaq fikrində deyil. Bundan əlavə, o, London Arbitraj Məhkəməsində Azərbaycan hökuməti ilə sövdələşməni mübahisə predmetinə çevirmək istəyir. Keşməkeşli yollar M.Mənsimovu təhqiqatçı jurnalistlər konsorsiumuna (OCCRP) da gətirib çıxarıb və o, keçmiş tərəfdaşları barədə bildiklərini onların ovcuna qoymağa hazırlaşır.

Bu klassik əhvalat Mavrodi və Hacı İbrahim Nehrəmlinin avantüralarına bənzəyir və adi cinayətkarlığı siyasiləşdirməyə can atmaqdan başqa bir şey deyil. Axı Azərbaycanın kredit oliqarxları kimimənimsənilmiş dövlət vəsaitini yumaq lazımdır. Bu əxlaqsız işdə Mənsimovun ən yaxın köməkçisi erməni problemidir.

Düzdür, özünə lazım olanda Mənsimov ermənilərlə fəal şəkildə dostluq və əməkdaşlıq edib. Heç kimə sirr deyil ki, ABŞ-dakı erməni diasporunun ən nüfuzlu nümayəndələrindən biri Levon Termencyan Mənsimovun Türkiyədəki ziyafətlərinin daimi qonağı olub, yaxtasına dəvət alıb, Mənsimovun ABŞ-dakı biznes görüşlərini və səfərlərini təşkil edib. Erməni mövzusu cinayətin örtülməsi üçün yalnız pafoslu pərdədir, başqa heç nə.

İndi Mənsimovun geri çəkilməyə yolu yoxdur. Körpülər yandırılıb-həm Rusiya, həm Azərbaycanla. Situasiyadan çıxmaq lazımdır. Lakin necə? Haci İbrahim Nehrəmli və ya Nizami Piriyevdən fərqli olaraq o, Azərbaycanın hüdudlarından kənardadır və nəticədə Mənsimovu ələ keçirmək, tutub “Bandotdel”ə salmaq xeyli çətindir.

Mənsimovun bir çıxış yolu qalır-hər şeyi Rusiya xüsusi xidmət orqanlarının və erməni diasporunun üzərinə yıxmaq, bu çəkişməni “Ən-Nüsrə Cəbhəsi” ilə ticari və siyasi sövdələşmələrə görə qisas kimi təqdim etmək. Bax elə buna görə də Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb və hər şeyi ermənilərin üstünə yıxmağı xahiş edib. Bu cür də edirlər.

Bilmirəm, Rusiya Mənsimovla məsələni necə həll edəcək, lakin Azərbaycanın pulları dövlətin xəzinəsinə qaytarmaq üçün yeganə çıxış yolu var-dərhal rəsmi təhqiqat başlatmaq və oğrunun Bakıya ekstradisiyasına nail olmaq. Başqa yol yoxdur.

Virtualaz.org
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar varAğdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.

"Report" xəbər verir ki, hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparıblar.
Azərbaycanlı qızlar oğlanı meşəyə aparıb... - FOTOAzərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhişəcəsinə qətlə yetirib.

Bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Qətlə yetirilən Sinan Ünalın anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş.

Ana Gülseli Ünal deyib ki, oğlu Talha adlı tələbənin evində qalıb.

“Noyabrın 15-dən gecə saatlarından oğlumla əlaqə kəsildi. Telefonlarına zəng çatmırdı”, – deyə ana qeyd edib.

Polisin araşdırmaları zamanı məlum olub ki, Sinan Ünal aldadılaraq meşəyə aparılıb və orada yuxu dərmanı ilə yatızdırılıb. Bu hadisədə 2 azərbaycanlı, 3 türkiyəli qız iştirak edib.

Onların məqsədi S.Ünalı yatızdıraraq pullarını oğurlamaq olub. Lakin Ünal oyanıb. Bunu görən soyğunçular əllərində olan taxta parçaları ilə onun ayaqlarını sındırıblar.
Daha sonra Ünalın başına zərbələr endirərək qətlə yetiriblər.

Cinayətkarlar hədəfi yayındırmaq üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar. Lakin polisin uğurlu əməliyyatı nəticəsində qatillər həbs edilib.(baku.ws)