"Quran müqəddəs kitab deyil" - Elşad Miri“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.

A24.Az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.

Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.

-Bu Quranı adiləşdirmir?

Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik?

-Bu fikirlərinizə etiraz edən müsəlmanlar onu dəlil olaraq göstərirlər ki, Qurani Kərim müqəddəsdir və biz ona istənilən halda digər kitablar kimi yanaşsaq, digər kitabları necə dəstəmazsız əlimizə alırıqsa Qurani Kərimi də o cür əlimizə alsaq, bu yanaşma Quranı adiləşdirir.

“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.
Bakıda qadınlar arasında davaBakıda qadınlar arasında dava-dalaş olub.

Lent.az xəbər verir ki, dünən saat 23:50 radələrində 1958-ci il təvəllüdlü Nəsibə İbrahim qızı Cabbarova və Vəsilə Hidayət qızı Babayeva qarşılıqlı ərizə ilə müraciət edərək bildiriblər ki, aralarında yaranmış münaqişə zəminində qonşuluqda yaşayan Nailə adlı qadın onları döyüb.

Eyni məzmunlu şikayət ərizəsi ilə Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yaşayan Nailə Mirələm qızı Babaşova da polisə müraciət edib. O deyib ki, dünən saat 18:50 radələrində qonşuluqda yaşayan Vəsilə və Nəsibə adlı qonşuları tərəfindən xuliqanlıq zəminində döyülüb.
Bakıda İran vətəndaşı döyüldüBakıda İran vətəndaşı döyülüb.
APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı Amin Daneşver Sinal oğlu polisə müraciət edərək naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.
Daxil olan məlumat əsasında Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
“Azərbaycanca Vikipediya”da məşhur idmançımızın məqaləsi yaradılıbAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Londonda yaşayan məşhur idmançı, dünya və Avropa çempionu Hafiz Baxşəliyevin məqaləsi yaradılıb.

MEK-dən bildiriblər ki, H.Baxşəliyev 2005-ci ildə “Rossiya protiv Mir” peşəkar kikboks yarışında dünyanın ən güclü idmançıları arasında rinqə çıxıb. O, yarışda rus kikboksçusuna qalib gələn yeganə idmançı olub.

Hafiz Baxşəliyev Böyük Britaniyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edir.

Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Hafiz_Bax%C5%9F%C9%99liyev linkində tanış olmaq olar.
Garden Koala Genel Müdürü Ahmet Fatih Çiçek’in Öğretmenler Günü MesajıGarden Koala Genel Müdürü Ahmet Fatih Çiçek, ‘öğretmenlerin geçmişi ve bu günü öğreten, geleceğimizi ise inşa ettiğini’ söyledi.

24 Kasım Öğretmenler Günü münasebetiyle bir kutlama mesajı yayınlayan Garden Koala Genel Müdürü Ahmet Fatih Çiçek , öğretmenlerin, tarih boyunca bilginin, çağdaşlığın, sevginin ve aydınlanmanın öncüleri, yol gösteren önder ve örnek insanlar olduğunu ifade etti.

Mesajında toplumların milli, ahlâki ve kültürel yönden güçlü, bunun yanında bilimin ışığında her anlamda kalkınmış olması, öğretmenlerinin üstün çalışmalarına bağlı olduğunu belirten Çiçek, şöyle devam etti.

Çocuklarımızı ve gençlerimizi geleceğe hazırlamak gibi dolayısıyla geleceğimizi inşa etmek gibi çok büyük bir görevi üstlenen Öğretmenlerimiz bu kutsal görevi, özveri, inanç ve kararlılıkla yürütmektedir. Öğrencilerine karşı anne, baba şefkati gösteren öğretmenlerimiz, gereken saygıyı, toplumsal değeri ve desteği fazlasıyla hak etmektedirler. Bu sebeple Öğretmenlerimizi sosyal ve ekonomik yönden güçlendirmek, onlara huzurlu ve güvenli bir çalışma ortamı sağlamak bizler için önemli bir görev olmalıdır.

Başöğretmen Atatürk; Öğretmenler; yeni nesli, Cumhuriyetin fedakâr öğretmen ve eğitimcileri sizler yetiştireceksiniz, yeni nesil, sizin eseriniz olacaktır. Eserin kıymeti, sizin yeteneğiniz ve özveriniz derecesiyle uygun olacaktır? diyerek öğretmenlerimizin ne kadar önemli ve kutsal bir görev olduğunu belirtmiştir.

Bu duygu ve düşüncelerle, Başöğretmenimiz Mustafa Kemal Atatürk başta olmak üzere, ebediyete intikal eden tüm öğretmenlerimizi rahmet ve şükranla anıyor, en zor şartlarda bile hizmet aşkıyla ülkemizin her köşesine ulaşarak yeni nesillere rehber olan tüm öğretmenlerimizin bu anlamlı günlerini kutluyor ve kutsal görevlerinde başarılar diliyorum.
Rusiya Qarabağ ətrafındakı 5 rayonu qaytarır, Azərbaycan istəmirErmənistan Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın Madrid prinsiplərindən elə də ciddi fərqlənməyən planına tabe olacağına söz verib.

Bu barədə Ermənistanda çap olunan “168 Jam” qəzeti yazıb.

“Bu plana görə, Rusiya zəmanət tələb edir ki, ərazilərin verilməsindən sonra Azərbaycan Qarabağa iddialarından əl çəkəcək və o cümlədən Rusiyanın planına görə, aralıq statusundan sonra müstəqillik haqqında referendum keçilməlidir”, - deyə qəzet vurğulayır.

Lakin “168 Jam” qəzeti Azərbaycanın bununla razılaşmır: “Mənbələrimizin dediyinə görə, Azərbaycan bu planın bir sıra bəndlərinə, o cümlədən referendum keçirilməsinə qarşı çıxır”.

Qəzetin yazdığına görə, Rusiya bu planı həyata keçirmək üçün Qərbin dəstəyini alıb. Lakin digər erməni KİV-lərinin yazdığına görə isə Rusiyanın Azərbaycanı qaytaracığa rayonların sayı 2 - 3-ə də düşə bilər. Bu, Ermənistanın Avropa Birliyi ilə Şərq tərəfdaşlığı sazişi imzalayıb-imzalamayacağından asılı olacaq.

“ArmenianReport”da bu barədə məqalə hazırlamış Viqen Petrosyan bildirir ki, hər şey Lavrovun Bakı səfərindən başlayıb - Rusiya tərəfi Azərbaycana Avrasiya İttifaqına daxil olmağı təklif edib, Azərbaycan isə Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılmasından sonra bununla bağlı müzakirələr aparmağın mümkün olduğunu bildirib.

Viqen Petrosyan bu barədə məlumatları Ermənistan prezidentinin və baş nazirinin ətrafındakı adamlardan sızdığını vurğulayır: “Həm baş nazir Karapetyanın ətrafında, həm də prezident Sarkisyanın aparatında olan mənbələrəimiz ciddi anonimlik şərti ilə Lavrovun İrəvana səfərinin bəzi detallarını açıblar”.

Erməni jurnalistin yazdığına görə, Serj Sarkisyanla Sergey Lavrov arasında bağlı qapı arxasında keçən görüş həddindən gərgin olub: “Kremldən dəqiq göstəriş alan Lavrov İrəvanda Sarkisyanla çox ağır söhbətlər edib. Xatırlatmaq lazımdır ki, Avrasiya İttifaqına yeni üzvün girməsi birliyin bütün üzvlərinin razılığı əsasında mümkündür. Yəni Lavrov Sarkisyandan Azərbaycanın Avrasiya İttifaqına girməsinə razılıq tələb etməsinin üstünə, həm də ultimatumla əraziləri geri qaytarmağı tələb edərək ağını çıxarıb”.

Məqalədə həm də bildirilir ki, Lavrov Sarksiyandan ultimativ şəkildə Avropa Birliyi ilə saziş bağlamamağı da tələb edib. “ArmenianReport”un mənbələri iddia edirlər ki, Lavrov həm də deyib ki, Ermənistan əgər Avropa Birliyi ilə şərq tərəfdaşlığı sazişini imzalamasa Azərbaycana qaytarılacaq rayon sayı 3-ə də düşə bilər.

Təbii ki, Sarkisyan çox ağır vəziyyətə düşüb, çünki əraziləri qaytarmaq Qarabağ klanının hakimiyyətinin sonu deməkdir. “Dilicanda Monte Melkonyan adına məktəbin açılışına səfəri zamanı prezident bulud kimi qaralmışdı, aqressiv şəkildə ətrafdakıların hücum edirdi. Əvvəllər biz onu belə görməmişdik”,- deyə “ArmenianReport”un mənbələri bildiriblər.

Əslində, Azərbaycan 5 rayonun müharibəsiz qaytarılması müqabilində Avrasiya İttifaqına daxil olmaq məsələsinin müzakirələrinə başlaya bilər. Hər halda, Avrasiya İttifaqı da Avropa Birliyi kimi bir qurumdur - ölkə iqtisadiyyatı qarşısında geniş bazarlar açır, Azərbaycanın ənənəvi əlaqələri olan ölkələrlə daha da yaxınlaşmağa imkan verir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu birliyə girən ölkələr suverenliklərindən müəyyən qədər imtina etməli olurlar - xarici siyasət və ordu Moskvanın nəzarəti altındadır, ola bilər ki, gələcəkdə maliyyə siyasəti də Moskvaya bağlanacaq. Həm də Azərbaycan heç bir bir vəchlə Dağlıq Qarabağa olan hüququndan imtina etməməlidir. Gün gələcək, bu hüquq ona həm də Zəngəzur, İrəvan və Qaraqoyunlu mahalları uğrunda müharibə aparmağa da hüquq yaradacaq. Həmin gün - Rusiyanın regionu tərk edəcəyi gün elə də uzaq deyil. Bunun üçün sadəcə Rusiyanın demokratikləşməsi vacibdir.

istipress
“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir"Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir.

Şirkətdən Avrasiya.net-ə verilən məlumata görə, ekskursiya iştirakçılarına şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Xatırladaq ki, ekskursiya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib.

Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldüRusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Maliyyə Nazirliyi əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı üçün vəsait ayırmır”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının 2018-ci il büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxışı zamanı səsləndirib.

Ə.Amaşov qeyd edib ki, bu məsələ hansısa formada mütləq öz həllini tapmalıdır:

“Mən də təklif edilən layihiyə səs verəcəm. Həqiqətən də son illər Azərbaycanda ayrı-ayrı vətəndaş qruplarının sosial müdafiəsinin təşkili ilə bağlı kifayət qədər işlər görülüb. Millət vəkili Hadı Rəcəblinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin çıxışlarında da bu barədə bu barədə əhatəli söhbət açıldı.

Mənim deyəcəklərimin xeyli hissəsini məndən əvvəl danışan həmkarlarım səsləndirdilər. Ona görə də mən bir məsələyə aydınlıq gətirmək istərdim. 3 il bundan əvvəl deputatı seçildiyim Saatlıda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı. Hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü. Ancaq proses bununla da yekunlaşdı. Səbəb də budur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə söz tapmıram.

Bu sayaq problemlər digər rayonlarda da var. Bilmək istərdim ki, bu ilki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulubmu? Daha doğrusu, Maliyyə Nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu, anlaşılmazlıqdırsa da, hər hansı şəkildə aradan qalxmalıdır. Hər halda evlərin tikintisini gözləyənlər var”.
Putin Ərdoğanın stulunu aşırdı - VİDEORusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanın əyləşdiyi stulu aşırıb.

Hadisə Rusiya, İran və Türkiyə prezidentlərinin Soçidə keçirilən üçtərəfli danışıqlarının nəticələri barədə mətbuat üçün keçirilən birgə çıxışı zamanı baş verib.

Rusiya prezidenti Ərdoğana yaxınlaşaraq əlini sıxıb. Putin Türkiyə prezidentinin rahat ayağa qalxması üçün ona lömək etmək məqsədiylə stulunu arxaya itələyib. Bu zaman stul yerə aşıb.