Fədayə Laçının bağışlanılması üçün ölkə başçısına müraciət edildiMəhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı müraciət olunub.

Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, 9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb.

Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar.

"Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir", - deyə vəkil bildirib.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub. (apa)
Klinika satışa çıxarılıb - 228 min manataSəhiyyə Nazirliyi tabeliyində olan stomatoloji poliklinikanı satışa çıxarıb.

Avrasiya.net xəbər verir ki, klinikanın özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib. Komitə də əmlakı 19 dekabr tarixində keçiriləcək hərraca çıxaracaq.

Satışa çıxarılan stomatoloji mərkəz paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı poliklinikadır. Hazırda iş fəaliyyətini davam etdirən poliklinikanın ümumilikdə 14 işçisi var. Klinika satışa elə işçiləri ilə birgə çıxarılıb.

Məlumata görə, poliklinikanın 155.192 manat kreditor borcu var.

Poliklinikanın ilkin satış qiyməti 228.750 manatdır.
Azərbaycanda 20 hakim işdən çıxarıldıHakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

"Eyni zamanda, vakant hakim vəzifələrinə seçim prosesi davam etdirilərək mütərəqqi beynəlxalq standartlar səviyyəsində, ən şəffaf üsullarla keçirilmiş seçimdən uğur qazanmış 126 nəfər namizəd hazırda Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursu keçir. Kurs zamanı onların nəzəri bilik və peşə hazırlığına, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir. Bu məqsədlə cari ildə bütün namizədlər Türkiyədə iki həftəlik treninqə cəlb olunub, həmçinin Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində tədris səfərlərində olublar", - deyə nazir diqqətə çatdırıb.
Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”Belarus Prezidenti Aleksandr Lukaşenko 24 noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə getməkdən imtina edib. Bundan sonra Ermənistanın da belə addım ata biləcəyi ilə bağlı bəzi ekspertlərin çıxışları oldu. Bəs görəsən, Ermənistan 2013-cü ildə olduğu kimi yenə də son anda bu sammitdə iştirak etməkdən imtina edə bilərmi?

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Belarusun bu addımından sonra Ermənistanın da bu sammitə qoşulmaqdan imtina etməsini müşahidə edə bilərikmi? 2013-cü ildə baş verən hadisə yenidən yaşana bilərmi?

- Belarus Rusiyanın forpostu deyil, müttəfiqidir. Bir çox məsələlərə münasibətdə Belarus prezidentinin öz yanaşması var və biz Aleksandr Lukaşenkonun dəfələrlə xarakter nümayiş etdirdiyinin şahidi olmuşuq. Hesab edirəm ki, Şərq Tərəfdaşlığı sammitinə qatılmamaq Belarus prezidentinin öz mövqeydir və onun belə məsələlərdə Rusiyanın arzu və istəklərini nəzərə aldığını düşünmürəm.

Ermənistan isə bu sammitdən imtina etməyəcək. Çünki işğalçı ölkənin Kremldə Lavrov kimi vəkili və aradüzəldəni var. Rusiya Ermənistana Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə icazə verib. Avropadakı erməni diasporu bir çox ölkələrlə yanaşı, həm də Rusiyanın casus şəbəkəsi funksiyasını yerinə yetirib. Çoxsifətlilik, beşqat, onqat casusluq ermənilərin mental xüsusiyyətidir. Ruslar da onların bu sifətlərindən öz maraqları üçün istifadə edirlər. Ermənistan sammitə qatılacaq və Avropa İttifaqı ilə də ikitərəfli sazişi imzalayacaq. Avropa İttifaqı da Ermənistanın çoxsifətli inteqrasiya meyillərinə “özünüqoruma” instikti kimi yanaşıb onun Rusiyanın forpostu olduğuna önəm verməyəcək.

- Erməni politoloqlar Ermənistanın Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməsə, noyabrın 22-23-də Moskvanın Qarabağ haqqında yeni “Putin planı”nının Azərbaycana təqdim ediləcəyi ilə bağlı informasiya yayıblar. “Putin planı” adlanan bu sənədin mahiyyəti nədən ibarətdir? Bu planda Azərbaycanın mövqeyi nəzərə alınacaqmı?

- Bütün bunlar Rusiya və Ermənistanın müvafiq qurumlarının Azərbaycanın ictimai rəyinə ötürdüyü əsassız və təxribat xarakterli məlumatlardır. Mənim “Putin planı” adlanan bir sənəddən məlumatım yoxdur. Əgər söhbət Lavrovun haqqında söz açdığı həll variantından gedirsə, bunun da yalnız bəzi detalları ekspertlər tərəfindən açıqlanıb. Həqiqəti nə dərəcədə ifadə etdiyini söyləmək çox çətindir. Əgər söhbət problemin 5 rayonun azad edilməsi, digərləri ilə bağlı məsələlərin isə yol xəritəsində öz əksini tapmadan “həllindən” gedirsə, həmçinin bunun qarşılığında Rusiya regionda öz mövqelərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar və Ermənistan da müəyyən iqtisadi dividendlər əldə edəcəksə, bu həll deyil, indikindən daha ağır şərtlər altında əzilməklə barışmaqdır. Mən Azərbaycan hökumətinin milli maraqlarınıza ziddi olan, ərazi bütövlüyümüzü şübhə altına alan hər hansı bir anlaşmaya qol qoya biləcəyini tamamilə istisna edirəm. Həmçinin hesab edirəm ki, ölkəmizin bəzi KİV-ləri də Rusiyanın və Ermənistanın təxribat xarakterli məlumatlarını Azərbaycanın ictimai rəyinə təqdim edilməsi kimi yanlış və təhlükəli istiqamətdən imtina etməlidirlər. “Putin Qarabağı qaytarır”, “Rusiya Ermənistanı geri çəkilməyə məcbur edəcək” və s. bu kimi Rusiya prezidentinin, Moskvanın imicinin, fövqəlgüc statusunun təbliğinə xidmət edən təqdimatlardan əl çəkmək lazımdır. Oxucu cəlb etmək üçün Qarabağ məsələsində Azərbaycanın ictimai rəyinin bölünməsinə xidmət edən təqdimatlar çox yanlış, zərərli yoldur. “Putin planı” deyilən və münaqişənin həllinə xidmət edən heç bir plan yoxdur. Ortalıqda icrasını gözləyən BMT qətnamələri var. Rusiya da bu qətnamələrə səs verib. Çalışmaq lazımdır ki, bu qətnamələrin icrası adıçəkilən sənədlərdə qeyd olunduğu kimi qeyd-şərtsiz həyata keçirilisin.
Qondarma rejimin rəhbəri Rusiyaya qaçdıQondarma Luqansk Xalq Respublikasının rəhbəri İqor Plotniksi Rusiyaya qaçıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Artyom Şevçenko paylaşıb.

Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Rusiya mətbuatı binaları ələ keçirən şəxslərin Daxili İşlər naziri İqor Kornetin adamları olduğunu iddia edib.
Rusiya Suriyada elektromaqnit silahlarını sınaqdan keçirdiRusiya hərbçiləri Suriyada 2017-ci ilin oktyabrından etibarən Rusiya şirkətləri tərəfindən hazırlanan elektromaqnit silahların nümunələrini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rossiyskaya qazeta” yayıb.

Sınaqdan keçirilən elektromaqnit silahların GPS və vay-fay siqnallarını kəsmək qabiliyyətində olduğu bildirilir. Rusiyanın bununla İŞİD-in Suriya ordusuna zərbə endirmək üçün istifadə etdiyi pilotsuz uçan aparatlara maneə yaratdığı vurğulanıb.

Qeyd edək ki, Rusiya 2015-ci ilin payızından Suriyada savaşır.
Bazarda kamikadze hücumu: 23 ölü...İraq bazarına intiharçı hücum nəticəsində ən azı 23 nəfər ölüb, 60 nəfər yaralanıb.

BBC bildirir ki, partlayış Bağdadın təxminən 160 km şimalındakı Tuz Xurmatu şəhərinin mərkəzində insanların sıx olduğu bir meyvə və tərəvəz bazarında baş verib. Mənbələrə görə, ölənlərin sayı artacaq, çünki yaralıların əksəriyyətinin vəziyyəti kritikdir.

Hələ ki, hücuma görə heç bir qrup məsuliyyəti üzərinə götürməyib, lakin hadisə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əvvəlki hücumlarının nişanlarını daşıyır.

İraqın baş naziri Haider əl-Abadi çərşənbə axşamı günortadan sonra sünni cihadçı qrupu üzərində son bir hərbi qələbə qazandığını bildirib. Amma o xəbərdarlıq edib ki, siyasi böhranlar İD-ə hücumları davam etdirməyə imkan verəcək.

Kürd, ərəb və türkmənlərin birgə yaşadığı Tuz Xurmatu ötən ay İraq hökumət qüvvələrinin Kürd peşmerge döyüşçülərindən geri aldığı ölümcül toqquşmaların səhnəsi idi.

Cənab Abadi sentyabr ayında Kürdüstan bölgəsində keçirilən qanunsuz referendumdan sonra 2014-cü ildən etibarən, kürdlər tərəfindən nəzarət edilən mübahisəli ərazilərin ələ keçirilməsi üçün orduya göstəriş verib.

Türkmən millət vəkili Niyazi Memaroğlu deyib ki, Tuz Xurmatu "illərdir belə ölümcül hücum" görməyib.

Səlahəddin əyalətinin təhlükəsizlik xidmətinin rəisi Mehdi Təqi "AFP" informasiya agentliyinə bildirib ki, Tuz Xurmatunun qərbində hələ də İD üçün sığınacaq olan bəzi ərazilər var və "biz tezliklə onların təmizlənməsi əməliyyatlarını yerinə yetirəcəyik".
Qarabağda partlayış: ölənlər varDağlıq Qarabağda mina partlayışı nəticəsində 3 hərbçi dünyasını dəyişib, bir nəfər ağır dərəcəli xəsarət alıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 21-də saat 18:35-də baş verib.

İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.