Şagirdlərin bakirəliyi yoxlanılırÖzbəkistanın Səmərqənd vilayətində yuxarı siniflərdə bakirəlik testi aparılır.

AzNews.az centralasian.org-a istinadən xəbər verir ki, bu məqsədlə ginekoloqlar qrupu məktəblərə ezam olunub.

Buna səbəb şagirdlərin cinsi həyata vaxtından əvvəl başlamasıdır. Bununla yanaşı, məktəblərdə bakirəliyini itirmiş qızların intihar etməsinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, bu il bakirəliyini itirmiş 145 qız intihar edib.
Müğənni öz həmkarını zorlamada ittiham etdi - 18 yaşımda məni zorlayıbMusiqi qrupunun keçmiş üzvü zorlamada ittiham edilir.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı müğənni Melissa Şuman Backstreet Boys qrupunun keçmiş solisti Nik Karteri onu zorlamaqda ittiham edib.

Melissanın dediyinə görə, zorlama 2002-ci ildə baş verib. O vaxt müənninin 18 yaşı var idi. Karter isə 22 yaşında olub.

Şuman o vaxt karyerasına mənfi təsirdən qorunmaq üçün bu sirri qoruyub.
Vidadi Zeynalovun mənzillərinin üzərindən həbs götürülübRabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.

Bundan əlavə digər təqsirləndirilən şəxslərə məxsus əmlaklar üzərindən də həbs götürülüb.

Həmin əmlaklara tətbiq edilmiş müsadirəyə aid hissə hökmdən xaric edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri 313-cü maddə üzrə cəza təyin etmə müddəti keçdiyindən həmin maddə hökmdən xaric edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa çıxıb.
İsmayıllıda 50 yaşlı kişinin intihar təfərrüatı: “Dərmanlardan bezib...”İsmayıllda 50 yaşlı kişinin intihara cəhdinin təfərrüatı məlum olub.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Elsəvər Ağayev AzNews.az-a açıqlamasında Tərlan Cavadovun Qalıncaq kənd sakini olmadığını deyib:

“Tərlan Cavadov rayonun tanınmış dərzisidir. Gözəl ailə başçısı, uşaqları, ortabab dolanışığı, evi, maşını var. Sadəcə, uzun müddətdir ki, şəkər xəstəsidir. Qəbul etdiyi dərmanlardan bezib. Bu üzdən də yaşamaq istəməyib. Xəstəliyi ilə əlaqədar boş vaxtlarında Qalıncaq kəndinə balıq ovuna gedirmiş. Bu dəfə isə balıq ovuna deyil, həmin yerdə özünü öldürmək istəyib. Sirkə turşusu içib, halı pisləşib, yıxılıb. Kənd sakinləri də onu vaxtında görüb və xəstəxanaya çatdırıb. Vəziyyəti pis olduğundan Bakıya göndərdik”.

Qeyd edək ki, İsmayıllı rayonunda intihara cəhd hadisəsi ilə bağlı mətbuatda xəbər yayılıb. Rayonun Qalıncaq kənd sakini, 1967-ci il təvəllüdlü Cavadov Tərlan Ağa oğlu "Mercedes" markalı minik avtomobili ilə rayonun Qalıncaq kəndində çayın kənarına gedib və orada sirkə turşusu içərək intihara cəhd göstərib..
Lotu Quli "Bütün oğruların kralı” adına sahib olmaq istəyirAzərbaycanda uzun müddət həbsdən sonra bu yaxınlarda azadlığa çıxan "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov "Bütün oğruların kralı” adı uğrunda mübarizəyə başlamaq niyyətindədir.

AzVision.az "Rosbalt”-a istiandən xəbər verir ki, bundan əvvəl nüfuzlu "qanuni oğru” İstanbulda ona sui-qəsd etmək istəyən şəxslərdən qisas almağa çalışacaq.

Qeyd edək ki, Səlifov cəzaçəkmə müəssisəsindən azad olunan kimi Gürcüstana, oradan isə Türkiyəyə gedib. Əsas məqsəd xüsusi klan formalaşdırmaqdır. Agentlik məlumatlı mənbəyə istinadən bildirir ki, ilk hədəf ona sui-qəsd hazırlayan "qanuni oğru” Merab Canqveladze və İstabulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski adı ilə tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevdir. Bu siyahıda "Şirinlər” də var.

Hazırda Səlifov Merabın düşmənləri ilə danışıqlar aparır. Çünki, koalisiyanın yaradılması üçün ümumi düşmənə qarşı qisas motivi olmalıdır. Merabla Pipiey arasında olduğu kimi. Belə ki, Pipiey 2012-ci ildə uşağın gözü qarşısında Canqveladzeni "qanuni oğru” kimi tanımadığına görə döyülmüşdü. Bundan başqa Qulinin Kuşner (Aleksandr Kuşner) və Rəşad Gəncinski (Rəşad İsmayılov) ilə müttəfiq olduğu deyilir. Eyni zamanda Quli Türkiyədə Qeloy Kardavoy tərəfindən tacladırılan "Çinli” ləqəbli Serqey Çebanla da görüşüb. Lakin hazırda Qeloyun "oğru səlahiyyətləri” Şakro Molodoy və digər "qanuni oğru” lar tərəfindən dayandırılıb.

Digər tərəfdən "Şakro Molodoy”la "Lotu Quli” arasında münasibətlər isti deyil. Belə ki, Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifovun "oğru" titulu əlindən alınıb. 38 yaşlı Namiq Səlifovla bağlı qərar Moskvada keçirilən "sxodka”da qəbul olunub. Həmin "sxodka”nı nüfuzlu "qanuni oğru” Zaxari Kalaşov ("Şakro Molodoy”) təşkil edib. "Sxodka”da Namiq Səlifovdan başqa daha 11 "vor zakon” tituldan məhrum edilib. Onların arasında "Lotu Quli”nini ad verdiyi digər "oğru"lar - 35 yaşlı Rafət Əlirza oğlu Əmirov ("Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov ("Ceyhun Gəncinski”) da olub.
SOS: Metro və marşrutlarda gedişhaqqı bahalaşacaq - Dekabrda yeni tarifə hazır olunYaxın gələcəkdə metro və marşrutların qiymətində artım gözlənilir.

Bu barədə A24.Az-a iqtisadçı Natiq Cəfərli məlumat verib.

“Metro ilə bağlı qəribə situasiya yaranıb. Artıq bir neçə ildir ki, “Metropoliten”in rəhbrəliyi deyir ki, çox ciddi ziyanla işləyir. Bir sərnişinin daşınma xərclərinin 50 qəpik civarında olduğunu söyləyirlər. Amma düşünmürəm ki, birdən-birə kəskin artım olsun. Çox güman ki, 10 qəpik civarında həm şəhər nəqliyyatında, həm də metroda artım ola bilər”.

Qiymət artımı nə vaxt baş tutacaq?

“Bu barədə dəqiq tarix deyə bilməyəcəm. Çünki bu Tarif Şurasının verəcəyi qərarlardan asılıdır. Bizdə adətən ənənə olaraq dekabrda qiymət artımı olur. Yəni əsasən dekabrda bu cür qərarlar verilir. Çox güman ki dekabrda Tarif Şurasına müraciətlər oluna, müəyyən addımlar atıla bilər”.
Ərdoğan Ruhani və Putinin qarşısına 3 ŞƏRT qoyduSuriyada uzun illərdir davam edən daxili müharibəni sonlandırmaq üçün qurulan Astana İttifaqının təşkilatçıları Türkiyə prezidenti Ərdoğan, Rusiya prezidenti Putin və İran prezidenti Ruhani Soçidə görüşəcək.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, üçlü zirvə görüşündə gündəmin əsas müzakirə mövzusu Suriyada müharibənin dayandırılması və siyasi keçidin başladılması olacaq. Həmçinin bu üç ölkə Suriyanın ərazi bütövlüyünü həll etmək üçün görüşür. Lakin siyasi yolla problemin həlli mövzusunda bəzi fikir ayrılıqları da var. Bu baxımdan Türkiyə həssaslığını 3 başlıqla ifadə edir.

Birincisi, bütün tərəflər terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün təhdid olduğunu və haqlı tərəf olaraq bu gerçəyi qəbul etməlidir.

İkincisi, Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalındakı terrorçular təmizlənməlidir.

Üçüncüsü, Əsəd rejimi vicdanları qana buladı. Müxaliflərin həssaslığı nəzərə alınmalıdır.

Bundan başqa, Türkiyə “Suriya Milli Dialoq Konqresi”ndə PYD-nin iştirakını qəti şəkildə rədd edir.
Ölkənin ən "div" adamı Lotu Quliyə qoşuldu - FOTOİstanbulda məskən salan Lotu Quli artıq ilk addımlardan biri kimi öz “Oğru” soyadını dəyişərək “Quli Bakinski” qoyub.

A24.Az xəbər verir ki, Antalya civarının mafiya təmsilçiləri artıq Qulinin ətrafında toplaşmaq qərarı veriblər. Qulinin köməkçisi kimi Antalyada yaşayan idmançı və məşqçi olan Ömər adlı şəxs göstərilir. Məlumatın dəqiq olub-olmadığı bilinməsə də, Ömərin Quliyə müraciət edərək hər zaman qulluğunda hazır olacağını bildirdiyi deyilir.

Qeyd edək ki, quracaqları dəstə barədə bütün məlumatlar gizli saxlanılır.
ABŞ sözçüsü Türkiyə prezidentininittihamına cavab veribABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert (Heather Nauert) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “17-25 dekabr tələsini aparıb Amerikada qurdular” sözlərinə münasibət bildirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə H. Noyertə “ABŞ Türkiyəyə qarşı tələ qurur?” deyə sual ünvanlanıb. Sözçü sualı təbəssümlə qarşılayaraq deyib: “Biz bu hekayəni Türkiyədən daha əvvəl də eşitmişdik. Bizi çevriliş cəhdini qızışdırmaqla ittiham etdikləri zaman verdiyim cavabın eynisi vermək məcburiyyətindəyəm. Bunun əsassız, mənasız olduğunu bildirəcəyəm”.

Bir NATO müttəfiqi olaraq Türkiyədən bu cür açıqlamalar gəlməsini necə qiymətləndirdikləri barədə suala H. Noyertin cavabı belə olub: Gördüyünüz kimi, bu il əlaqələrimizin gah yaxşı, gah pis olduğu ölkələr var. Biri bəzi şeylər söyləyə bilər, amma sonra söylədiyinə peşman olar. Türkiyə NATO üzvüdür və ABŞ-ın dəyər verdiyi müttəfiqdir. Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur”.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunub. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanılıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adları hallanan 4 nazir istefa verməyə məcbur olub.
Dörd körpəsinin betonda basdırıb öldürdüDəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.

Publika.az xəbər verir ki, 53 yaşlı Yaponiya vətəndaşıMayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın
polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.

Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: “Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim”.

Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.

Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.

Faktla bağlı cinayət işi açılıb.