"Bu, separatizmin nə qədər ciddi təhlükə olduğunu..."Bu gün dünyanın müxtəlif bölgələrində separatizm meyillərinin güclənməsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi əngəl törədir. Artıq uzun illərdir ki, Azərbaycan da bu bəladan əziyyət çəkir. 25 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, terrorist və separatçı qüvvələr işğalçılıq siyasətlərini hələ də davam etdirirlər. Bütün bunlara baxmayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm addımlar atılır, xaricdə uğurlu təbliğat kampaniyası aparılır. Bu baxımdan noyabırın 20-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusundakı Beynəlxalq Forumu xüsusi olaraq vurğulamaq lazımdır.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Forumdakı dərin məzmunlu çıxışı zamanı bir daha separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğu beynəlxalq birliyin nəzərinə çatdırılıb: “Bu gün qarşıda duran əsas hədəf dünyada hökm sürən separatizmə qarşı birgə mübarizədir. Bu mübarizə isə o zaman effektli olar ki, dünya dövlətləri, xüsusilə də nüfuzlu beynəlxalq təşkilatlar bu sahədə qəti mövqe və güclü iradə ortaya qoysunlar. Əli Həsənov da haqlı olaraq bildirib ki, mövcud münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına səbəb olur. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacibdir. Əgər bu mümkün olmasa etnik separatizm dünyanı millətlərarası münaqişələr meydanına çevirə bilər. Hesab edirəm ki, Əli Həsənovun bu fikirləri separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir.”

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Forumda diqqət yetirilən əsas məsələlərdən biri də beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətidir: “Təəssüf ki, bu gün dünyada ayrı-ayrı dövlətlərə və baş verən hadisələrə qarşı ikili standartlar prizmasından yanaşma mövcuddur. Bu amil isə ədalət prinsipinin tam olaraq bərqərar olmasına mane olur, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Elə götürək Dağlıq Qarabağ münaqişəsini. BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul etsələr də, problemin çözülməsi istiqamətində ciddi addımlar atılmır, bəzən işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir.”

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Forumda müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan-Avropa İttifaqı əlaqələri olub: “Azərbaycan və Avropa İttifaqının qarşılıqlı münasibətləri ilə bağlı aparılan müzakirələr əlaqələrin gələcək perspektivlərinin yüksək səviyyədə olduğunu göstərir. Əli Həsənov haqlı olaraq vurğulayıb ki, Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hesab edirəm ki, Avropanın mərkəzində bu cür forumların təşkili Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb edir.”
Gülənin Azərbaycandakı ən böyük əməliyyatı - SensasiyaFətullah Gülən uzun illər özünün yaratdığı sistem sayəsində Türkiyənin müxtəlif orqanlarına sızmağa müvəffəq olub. Dövlətin içində dövlət yaratmağı bacaran bu şəxs indiyə qədər bir sıra cinayətin, əməliyyatın müəllifi hesab edilir. Türkiyə ilə bərabər Azərbaycanda da müəyyən təsir imkanları olan “Gülən sistemi”nə son zamanlar böyük zərbə vurulub.

Adi bir mollanın necə böyük kəşfiyyat şəbəkəsi yaratması, onun arxasında kimlərin dayandığı və hansı məqsədlə istifadə etdildiyi barədə Avropa.info saytının baş redaktoru, tanınmış jurnalist Ruslan Bəşirlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ruslan bəy, adi dini icma lideri olan Fətullah Gülən qısa müddətdə Türkiyədə böyük bir qruplaşmanın rəhbərinə çevrilməsinə, FETÖ-nun qardaş ölkədə bu dərəcədə özünə yer etməsinə səbəb nə idi? Fətullah Gülən 80-ci illərdən sonrakı dönəmdə Türkiyədə niyə bu qədər önəmli simaya çevrildi?

- Proses 80-ci illərdən başlamayıb. 1960-cı illərdə Türkiyədə solyönlü təşkilatlar, xüsusilə kommunizm güclənməyə başladı. Bu dövrlər SSRİ-nin ən güclü zamanları idi və həmin dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də öz idelogiyalarını yayırdılar. ABŞ bundan narahatlıq keçirirdi. Bu səbəbdən də 60-cı illərdə daha çox sağ cərəyanları kommunizmə qarşı qoymağa başladılar. Bu konteksdə əsasən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin millətçilərdən və dini qurumlardan istifadə etmək planları var idi. Prosesə MKİ rəhbərlik edirdi və həmin dövrdə dindarların əksəriyyətində ABŞ-a qarşı antipatiya formalaşmışdı. Bu səbəbdən dindarların böyük bir qismini ələ almaq mümkün olmadı. Bir hissəsi isə MKİ-nin oyunlarına alət oldu. Həmin dövrdə Fətullah Gülən Ərzurumda bir məsciddə imam idi. Arxiv sənədlərindən də məlum olur ki, Gülən kommunizmə qarşı olan məhəlli təşkilatlardan birinə rəhbərlik edib. Gülənin MKİ ilə də tanışlığı buradan başlayıb. Ondan sonrakı dövrdə Fətullah Gülən MKİ-nin köməyi ilə böyük bir kütləni öz arxasıyla apara bildi.

- Ortada MKİ-yə çalışan bir dini lider və kommunizmlə bərabər Qərbə sevgisi olmayan bir cəmiyyətin olduğunu deyirsiniz. Maraqlıdır, Gülən öz tərəfdarlarının sırasını genişləndirmək prosesini necə gerçəkləşdirdi?

- Bunun bir sıra səbəbləri var. Çünki təsəvvüfə meyillilik Türkiyədə daha güclüdür və Fətullah Gülən də bu məsələdən geninə-boluna istifadə etməyə başladı. Amma Gülənin Türkiyədə qazandığı bütün uğurlar MKİ-nin əli ilə olub. 80-ci illərdə Fətullah Gülən daha çox iş adamlarını müxtəlif yollarla prosesə cəlb etməyə başladı. Burada da müxtəlif variantlar var idi. Onların ən çox istifadə etdikləri üsul isə iş adamlarını Əl-Qaidə ilə bağlılıq adı altında şantaj etmələri idi. Bundan başqa, onları ailə üzvlərinə ziyan verməklə qorxudurdular. Amma bunların arasında Fətullah Gülənə həqiqətən inananlar da vardı. Onlar əsasən “mülayim islam” deyilən bir proyekt irəli sürürdülər. Öncədən deyim ki, “mülayim islam” adı ilə hər hansı bir şəxs fikir irəli sürürsə, deməli, o şəxsə ABŞ hansısa vasitə ilə təsir etməyi bacarıb. Bununla bağlı bütün layihələr ABŞ-dan gəlir. Fətullah Gülən bundan başqa “dinlərarası dialoq” fikirləri ilə də çıxış edib. İlk baxışdan bu fikirlər yaxşı görünür. Lakin bu fikirlərin arxa planına baxmaq lazımdır. Bu “dinlərarası dialoq” Türkiyənin milli və dini kimliyini dəyişmə planı idi. FETÖ-nun Türkiyədə qılıncının dalının da, qabağının da kəsən vaxtlarında çoxlu sayda keşiş və rabinlər qardaş ölkəyə gətirildi. Həmin keşiş və rabinlərin Qara dəniz sahillərində milli azlıqlar arasında dini və etnik qarşıdurma çıxarmaq istədikləri üzə çıxdı.

FETÖ bununla da kifayətlənmirdi. Fətullah Gülən Qərbdə daha çox uğur qazanmaq və müəyyən pozuculuq fəaliyyəti ilə də məşğul olmaq üçün kökündən yanlış olan daha bir məsələ irəli sürdü. O, “Lə ilahə illəllah” deməyin yetərli olduğunu, Məhəmməd peyğəmbərin Allah rəsulu kimi tanınmasına o qədər də ehtiyac olmadığını deyirdi. FETÖ fikirini belə izah edirdi ki, guya bununla islamı Qərb dünyasında təbliğ etmək istəyir. Halbuki, “Lə iləhə illallah” kəlməsi və Məhəmməd peyğəmbərin Allah rəsulu olmasını təsdiqləmək bir-birinə sıx bağlıdır və Məhəmməd peyğəmbəri Allah rəsulu kimi qəbul etmədən islam olmaz. Təəssüf ki, bir qism insan Gülənin bu kimi təxribatlarına aldandı.

90-ci illərdən başlayaraq, Gülən tək Türkiyədə deyil, həm də digər postsovet ölkələrində, Afrikada, Yaxın Şərqdə, Pakistan, Hindistan kimi ölkələrdə öz dəsti-xəttini yaymağa başladı. Gülənin məktəblərinin açıldığı, şəbəkəsinin genişləndiyi ölkələrin siyahısına baxsaq, görərik ki, onların mütləq əksəriyyəti təhsil səviyyəsinə görə Qərbdən aşağı olan ölkələrdir. Avropada Gülənin o qədər təsir imkanları ola bilməzdi. Fətullah Gülənə daha çox islam ölkələrinə, postsovet məkanına və Yaxın Şərqə nüfuz etmək tapşırılmışdı. Gülənin təhsil layihəsi bu ölkələrdə digərlərindən güclü və cəlbedici görünürdü. Bu səbəbdən də onlar cəmiyyətə nüfuz edə bildilər.

- Gülən fəaliyyətinin ilk zamanlarında həm də nurçuluğun əsas aparıcı simalarından sayılırdı. Hətta indiyə qədər Azərbaycanda gülənçi və nurçu anlayışları eyniləşdirilir. Gülən nurçular sırasından niyə çıxarıldı?

- Səid Nursi öz tərəfdarlarına siyasətlə məşğul olmağı qadağan edib. Gülənin Səid Nursi haqqında yaxşı fikirlər söyləməsinin də səbəbi var. Çünki Türkiyədə Səid Nursiyə qarşı hər zaman hörmət olub. Gülən Səid Nursi haqqında mənfi fikir söyləsə, bu, onun ətrafından bəzi insanların ayrılmasına səbəb ola bilər. Ancaq tarixə baxsaq, nurçuların əsas özəyi olan sunqurçular gülənçilərlə münaqişəli bir vəziyyət yaşayıblar. Onlar Fətullah Gülənə qarşı olublar. Fətullah Gülən 90-cı illərdə “Taşhiyyə” əməliyyatı ilə nurçuların əsas rəhbərlərini Əl-Qaidə ittihamları ilə həbs etdirdi. Nəzərə almaq lazımdır ki, bu adamlar heç vaxt siyasətlə məşğul olmayıblar. Bu əməliyyatları İstanbul polisində antiterror idarəsinin rəisi olan, FETÖ-nun əsas simalarından biri, hazırda həbsdə olan Əli Fuad Yılmazər həyata keçirmişdi. Həmin şəxs özü də hazırda həbsdədir. Daha sonra “Taşhiyyə” əməliyyatında həbs olunan nurçular bəraət qazandı.

Bunların ayrılma məsələsinə gəlincə, gülənçilər və nurçular əsas məsələlərdə daban-dabana bir-birinə ziddirlər. Fətullah Gülən heç vaxt öz partiyasını yaratmayacağını bildirsə də, bütün partiyalara, dövlət idarələrinə, dövlətin, ordunun içinə adamlar yerləşdirib və siyasətə də müdaxilələr edib. Nurçular da bunu bilib və hər zaman Fətullah Güləndən uzaq durublar. Onun bir MKİ proyekti olduğunun fərqində olublar. Heç vaxt onu dəstəkləməyiblər.

- Gülənçiləri ən çox deşifrə edən məşhur türkiyəli yazar Əhməd Şıx (Ahmet Şık) “İmamın ordusu” kitabında gülənçilərin orduya sızma prosesinin 80-ci illərdən başladığını yazır. Ordu ilə bərabər gülənçilərin ən çox sızdığı yerlər polis və ədliyyə sahəsidir. Məgər Türkiyə kimi böyük dövləti onların bu sızmalarının qarşısını almaq üçün o qədərmi gücsüz idi?

- Tək bu dövlət qurumları deyildi. Gülənçilər hətta Milli İstehbarat Təşkilatına (MİT) da sızmışdılar. Bu prosesin qarşısını almaq çox çətin idi. Bu proses hətta 80-ci illərdən də əvvəl başlayıb. Bunu o dövrün dövlət rəsmiləri (istər Turqut Özal, istər Bülənt Əcəvit, istərsə də digərləri - R.Bəşirli) bilirdi. Sadəcə olaraq, onların bunun qarşısını almağa gücü çatmırdı. Çünki qarşılarında ABŞ kəşfiyyatını görəcəklərindən əmin idilər. Rəcəb Tayyib Ərdoğanı bu məsələdə digərlərindən daha üstün və qətiyyətli hesab edirəm. Çünki bu prosesi qorxmadan, çəkinmədən o başlatdı. Amma Ərdoğanın özünün də hakimiyyətinin ilk dönəmlərində çəkindiyi məqamlar olub. Bu, ilk növbədə, Türkiyənin Qərbdən daha çox asılı olduğu və ordunun, dövlət strukturlarının bir çoxunun ABŞ-ın diqtəsi ilə hərəkət etdiyi dövrləri əhatə edir. Lakin Rəcəb Tayyib Ərdoğan dövlətin içindəki nüfuz agentlərini böyük anlamda zərərsizləşdirdikdən sonra FETÖ-ya qarşı mücadiləyə başladı və bu proses davam edir.

Bir məsələni deyim: Fətullah Gülənin özünün bir videosu var. Ondan soruşurlar ki, siz Ərdoğanla görüşmüsünüzmü? O, deyir ki, Ərdoğan Ərbakan hocadan (Nəcməddin Ərbəkan – red.) ayrıldığında bir dostuyla mənim yanıma gəldi və görüşdük. Mən onlara dedim ki, siz hakimiyyətə gələ bilməyəcəksiniz, sizin hakimiyyətə gəlmək imkanlarınız yoxdur. Ondan sonra Ərdoğan liftdə yanındakına “hakimiyyətə gələndə ilk olaraq, bunlardan başlayacağıq” deyib. Onun yanındakı şəxs isə Baş nazirin keçmiş müavini Bülənt Arınç idi. Yəni bu şəxs Ərdoğana ən yaxın şəxs idi. Amma Gülənin bu məsələni bilməsi onu göstərir ki, bu söhbəti ona Bülənt Arınç çatdırıb. Yəni bu adamlar Ərdoğanın da yanına sızmışdılar. Tam məsuliyyətimlə deyə bilərəm ki, Ərdoğan hər zaman Fətullah Gülən şəbəkəsinə qarşı olub.

Başqa bir məsələni deyim: Azərbaycanda iş adamı Hüseyn Böyükfırata qarşı gülənçilər 2001-2002-ci illərdə cinayət işi qaldırdı. Bu, gülənçilərin Azərbaycanda həyata keçirdikləri ən böyük əməliyyat idi. H.Böyükfırat milli görüş tərəfdarlarındandır və təbii ki, AKP iqtidarı ilə yaxın münasibətdə idi. Lakin Bakıdakı gülənçilər iş adamından “haqq” tələb edirdilər. Böyükfırat isə bütün hədələrə rəğmən onların istəklərini geri çevirmişdi, sonuna kimi də onlara tebe olmadı. Bu səbəbdən də gülənçilər Bakıda ona qarşı cinayət işi başlatdılar. Həmin vaxt Azərbaycana dönəmin Türkiyə XİN rəhbərinin səfəri gözlənilirdi. AKP iqtidarı bu səfər zamanı H.Böyükfıratı da bura gələcək olan nümayəndə heyətinə saldı. Bu, gülənçilərə ilk zərbə idi. Onlar Böyükfıratı həbs etdirə bilmədilər. Şükürlər olsun ki, Azərbaycanda FETÖ-nun siyasi qolu böyük ölçüdə məhv edildi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi nəticəsində baş verdi. Çünki onlar Azərbaycan üçün də bir təhlükə idi.

Təsəvvür edin, CHP-də, MHP-də, AKP-də, polisdə, orduda, MİT-də, bütövlükdə dövlətin bütün strukturlarına sızmış kripto (gizli, şifrəli – red.) bir terror təşkilatından söhbət gedir. Hər bir qurumun özünə xas xüsusiyyəti olur. FETÖ-nun özəlliyi onun kripto olmasıdır. Əvvəllər bunun öhdəsindən gələ bilmirdilər. Çünki onun arxasında MKİ dayanırdı. Yəni o dövrün dövlət adamları Amerika ilə bu qədər açıq münaqişəyə getmək istəmirdilər. Onlar daha çox FETÖ ilə uzlaşma yolunu seçmişdilər...

- Amma AKP hakimiyyətinin əvvəlində olan uzlaşma birdən-birə pozuldu. Bir zamanlar Gülənlə yaxın olan partiya qəfildən Gülənin düşməninə çevrildi. Niyə Gülən qəflətən Ankaranın əsas hədəfi oldu?

- Öncədən qeyd etdiyim kimi, şəxsən Ərdoğanın FETÖ-ya, Fətullah Gülənə münasibəti hər zaman mənfi olub. Ərdoğan FETÖ-nu Türkiyənin inkişafında, müstəqil siyasət yürütməsində başlıca maneələrdən biri hesab edib. Lakin bu proses Türkiyə ilə Amerika arasında bir çox məsələlərdə ciddi fikir ayrılığı yaranandan sonra daha da gücləndi. Bu fikir ayrılığı da Ərəb baharından qaynaqlanırdı. Ərəb baharını ABŞ Türkiyə ilə razılaşdırmışdı. Məqsəd belə idi ki, Ərəb baharı olacaqdı və Yaxın Şərqdə olan bir çox tiranlar, diktatura rejimləri dəyişəcəkdi, bunun yerinə siyasi islam hakimiyyətə gələcəkdi. Bu səbəbdən də Misirdə uzun müddətdən sonra Müsəlman Qardaşları ilk keçrilən seçki ilə hakimiyyətə gəldilər. Bu tipli layihələr digər ölkələrdə də həyata keçirilməyə başladı. Lakin sonrakı dövrdə ABŞ gözlənilmədən bu plandan imtina etdi. Bu planın həyata keçirilməsində Türkiyənin və ABŞ-ın öz məqsədləri var idi. Türkiyə bununla ABŞ-ın razılığı ilə Yaxın Şərqdə nəzarəti əlinə keçirmək istəyirdi. Görünən budur ki, ABŞ-ın niyyəti isə Yaxın Şərqdə xaos yaratmaq imiş. Türkiyə qısa zaman ərzində ABŞ-ın niyyətini başa düşdü. Ondan sonra bu planı ABŞ-la birgə hazırlayan Əhməd Davudoğlu istefaya göndərildi. Çünki onun təklif etdiyi layihə məhv olmuşdu. Misirdə, Tunisdə, Liviyada qurulmuş siyasi islama əsaslanan hökumətlər ABŞ tərəfindən devrildi və yerinə yenidən diktatorlar gətirildi. Suriyada isə ABŞ-ın razılığı ilə artıq İran da məsələyə qarışıb. Bilirik ki, hansı bir əraziyə İran müdaxilə edirsə, həmin bölgədə məzhəb savaşı qaçılmaz olur. Bunun ikinci bir variantı yoxdur. İraq və Suriyaya ABŞ-ın razılığı ilə girən İran bu əraziləri məzhəb savaşının meydanına çevridi. ABŞ-a da bu lazım idi.

Artıq Türkiyə tədricən müəyyən məsələlərdə bəzi dövlətlərlə uzlaşmağa başladı. ABŞ-la isə münasibətlər daha da şiddətləndi. Çünki ABŞ-ın ən önəmli layihələrindən biri bölgədəki kürd separatçılarına, PKK/PYD-yə bir dövlət qazandırmaq idi. İŞİD məsələsi də bu səbəbdən ortaya atılmışdı. İŞİD-in fəaliyyətinə nəzər yetirdikdə, onun əsasən hansı dövlətin işinə yaradığına baxmaq lazımdır. Rakkada BBC-nin çəkdiyi bir video-görüntü yayıldı. Həmin videoda İŞİD Rakkanı PKK/PYD-yə təhvil verir. Təsəvvür edin ki, Türkiyənin nəzarətində olan müxalifətin aldığı torpaqları İŞİD qan gücü ilə işğal edib, ABŞ-ın nəzarətindəki PKK/PYD-yə peşkəş edirdi. Bölgədə İŞİD-in ABŞ üçün xidməti onun istəklərini həyata keçirmək olub. Türkiyə ilə ABŞ-ın arasında münasibətlərin pisləşməsində PKK/PYD məsələsinin daha çox rolu oldu.

Türkiyə İŞİD və PKK ilə bərabər, Gülənlə də savaşır. Ərdoğan Gülənlə savaşda ilk olaraq, Gülənin bir sıra məktəblərini bağlatdırdı və bu proses getdikcə qızışdı. 15 iyul hadisələri isə bu proseslərin pik nöqtəsi idi. Türkiyədə hazırda Fətullah Gülən camatına böyük zərbə vurulub. Amma unutmaq olmaz ki, onlar gizlidirlər və hələ də öz fəaliyyətlərinə davam edirlər. Artıq belə bir mənzərə yaranıb: ilanı başından vurublar, amma onu hələ tam olaraq öldürə bilmirlər. FETÖ-nun yayıldığı ölkələrdə də bu təşkilatın fəaliyyət sahəsi daralıb. Azərbaycanda da FETÖ məktəbləri dövlətin nəzarətinə keçdi. Əslində bu çox önəmli məsələdir. Amma bu proses uzun çəkəcək. Hazırda onlar Azərbaycanda daha çox biznes sahəsində fəaliyyət göstərirlər. Türkiyədə isə polisdə, MİT-də FETÖ-çular böyük ölçüdə təmizlənsə də, orduda və ədliyyə sistemində hələ də mövcuddurlar. Orduda generallar səviyyəsində FETÖ-çular artıq yox səviyyəsindədir. Amma aşağı səviyyələrdə isə onlar hələ də qalmaqdadır.

Ardı var...
Əflatun Amaşovdan saytlarla bağlı təklif - "Vəsait ayrılsın!"Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə – aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.

Avrasiya.net xəbər verir ki, Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. O KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib: “Həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar. Jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır. Ona görə də bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir”.
Tanınmış jurnalistə kömək lazımdırJurnalist Ülviyyə Həsənqızı bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.

Bu barədə jurnalistin həmkarları sosial şəbəkədə məlumat yayıblar.
Ülviyyə Həsənqızı anası ilə yaşayır və hazırda işsizdir. Buna görə də xəstəliyi ilə nə maddi, nə də mənəvi olaraq mübarizə aparacaq gücdə deyil. Ondan köməyinizi əsirgəməyin!.

Xatırladaq ki, Ü.Həsənqızı mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir.
Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər:

İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:
Kod : 503552
VÖEN : 1400057421
M/H : AZ10NABZ01350100000000056944
Swift : ACABAZ22
Cari hesab: : AZ06ACAB00210100000000556352

Milli Ön vasitəsilə ödəniş üçün:
Hesab nömrəsi : 380194404059072201
Ş/V seriyası: 09716716
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”Elvin Babayev: “Gənclərimizin əlində olan resurslar, bilgilər, imkanlar artdıqca, onlar öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar”

Azərbaycanda gənclər təşkilatları öz aktivlikləri ilə seçilirlər. Bu təşkilatların təklif və təşəbbüsləri dövlət tərəfindən də müsbət qarşılanır. Elə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi də, bu baxımdan, maraqlı təkliflərlə çıxış edir. “Həmrəy”in sədr müavini Elvin Babayevlə həmsöhbət olub, görülmüş və görüləcək işlərlə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, Elvin Babayev 1988-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Mingəçevir şəhər 18 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. 2008-ci ildə hərbi xidməti başa vurub. Daha sonra Bakıda ali təhsil alıb. 2012-ci ildə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına magistratura üçün imtahan verib və Beynəlxalq əlaqələr ixtisası üzrə qəbul olub. Oranı bitirdikdən sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində işləyib. Hal-hazırda “Həmrəy” sədrinin müavini olaraq ictimai fəaliyyət göstərir.

-Azərbaycanda gənclərin öz potensiallarını üzə çıxarması üçün nə dərəcədə münbit şərait var?

- Bu gün Azərbaycan gəncləri çox şanslıdırlar, çünki onlara öz arzularını reallaşdırmaq üçün daha əlverişli, münbit şərait yaradılıb. Buna misal olaraq qeyd etmək istərdim ki, keçmişdə xaricdə təhsil almaq gənclər üçün maddi baxımdan çətin idi. Ancaq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə bu çətinlik aradan qaldırıldı və gənclərimiz bundan yararlana bildilər. Hal-hazırda isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı vasitəsilə gənclərimiz arzuladıqları nəticəni əldə edə bilərlər. Dövlət başçısının qeyd etdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək dövlətin gənclər siyasətində özünü göstərməkdədir.

Xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev ölkəmizin inkişafını və gələcəyini sağlam gənclikdə gördüyü üçün hakimiyyətə gəldikdən sonra ilk yaradılan nazirlik Gənclər, İdman və Turizm Nazirliyi olub

-Gənclərin ictimai fəaliyyətə marağı hansı səviyyədədir?

- Gənclərimiz bu gün ictimai-siyasi sahədə çox aktiv və fəaldırlar. Onların əlində olan resurslar, bilgilər, imkanlar artdıqca öz ictimai-siyasi fəallıqlarını daha da artırırlar. Azərbaycan gəncləri respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin ən qabaqcıl seçiciləri hesab olunurlar. Gənclərimiz yerli və beynəlxalq tədbirlərdə öz sözlərini sərbəst ifadə edərək respublikamızı layiqincə təmsil edirlər. Bu aktivliyin isə qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun gənclərə stimul verməsi ilə bağlıdır. Fond yarandığı vaxtdan minlərlə gəncin fərdi təşəbbüsünün dəstəklənməsi üçün çalışır.

-Siz Qırğızıstanda magistr təhsili alıbsız. Azərbaycanda da tez-tez gənclərlə bağlı tədbirlərdə olursuz. Azərbaycan gəncləri Qırğızıstan gənclərindən hansı cəhətlərinə görə fərqlənir?

- Bəli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi almışam. Bir neçə gün əvvəl Qırğızıstanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclər Bakıda qonağımız oldular. Onlardan bir neçəsi mənim tələbə yoldaşlarım idi. Bakını gəzdilər, tarixi yerlərə səfər etdilər. Onlara vətənimiz, tariximiz haqda geniş məlumat verdim. Bununla yanaşı, bir qrup ziyalı Azərbaycan gəncləri ilə tanış oldular. Onları hava limanından yola salarkən mənə “Sizin gənclərin sosial şəbəkələrdə aktivliyinə heyran qaldıq. Bizim gənclər sosial şəbəkələrdə bu qədər aktivlik göstərmirlər”- dedilər.
Bildiyiniz kimi, Azərbaycan gəncləri hər sahədə fəal olduğu kimi, internet informasiya portallarında da dövlətimizi, tariximizi, Azərbaycan həqiqətlərini, ümumilikdə millikultural dəyərləri layiqincə təbliğ edirlər. Bizim gəncləri fərqləndirən də məhz budur.

-"Həmrəy" olaraq gənclərlə bağlı hansı işlər görürsüz?

-Bizim əsas işimiz gənclərimizi hər sahədə maarifləndirmək və həmçinin dövlət atributlarını sevmək, milli maraqların keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik ideyalarını üstün tutmağın vacibliyini aşılamaqdır. Bu gün Azərbaycan gənclərinin Avropaya inteqrasiya etmək istəklərini nəzərə alaraq, inteqrasiya zamanı onlara milli identikliyin itirilməməsini tövsiyə edirik.

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi olaraq bir çox layihələr həyata keçirmişik. Məsələn, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər, 2014-cü ildə Siyəzən, Xızı, Şabran, Quba, Qusar və Xaçmazda “Vətənimizin inkişafı üçün ictimai fəallıq”, “Sağlam həyat” adlı təlim-seminarlar keçirilib. "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi" layihəsi üzrə "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masada, Bakı şəhər regional miqrasiya idarəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirədə yaxından iştirak edərək yaranan və yaşanan problemlərin həllinə dəstək vermişik və s.

-Gənclərlə bağlı Prezident tərəfindən təsdiq olunmuş yeni Dövlət Proqramı gənclər üçün hansı perspektivlər açır?

-Azərbaycan gəncləri bir çox uğurlara imza ataraq cəmiyyətdə fəal rol oynayırlar. Yuxarıda qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğuru ölkə başçısının “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması oldu. Dövlət Proqramında Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Gənclərimiz bu sərəncamdan istifadə edərək özlərinin innovativ potensialının üzə çıxarılmasına nail ola bilərlər. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq üçün imzalanan sərəncam dövlətin gənclərimizə olan inamını ifadə edir. Qəbul edilmiş proqram gənclərin maraqlı olduqları bütün sahələrdə fəal iştirakına şərait yaratmaqla yanaşı, onların məsuliyyətini artırır və hətta müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.

-"Həmrəy" gənclər təşkilatı bu proqramda göstərilən istiqamətlərdən nə kimi yararlanacaq?

-Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına nəzər salarkən diqqətimi çəkən və məni fərəhləndirən bir bəndə rast gəldim. Buna səbəb “Gənclər və informasiya texnologiyaları” bölməsinin 5.9.4-cü bəndində yer alan “İnternet televiziyası məkanında gənclər kanalının yaradılması”dır. Məhz gənclər televiziyasının yaradılması mənim təmsil etdiyim “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB tərəfindən təklif olunmuşdu. Bu gün bizim təklifin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Dövlət Proqramına salınması bizi çox sevindirdi. Buna görə dövlətimizə və dövlət başçısı İlham Əliyevə təşkilatımız, eyni zamanda bütün gənclər adından dərin təşəkkürümüzü bildiririk. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında keçirilməsi nəzərdə tutulan bütün layihələrdən yararlanmağa çalışacağıq və gənclərimizin maarifləndirilməsində öz işlərimizi davam etdirəcəyik.

-Ümumiyyətlə, perspektivdə hansı layihələr nəzərdə tutulub?

- Qarşıda yeni layihələrə start verməyi planlaşdırmışıq. Gənclər arasında (14 yaşından 32 yaşa qədər) bir neçə onlayn yazı müsabiqəsi təşkil etmək niyyətindəyik. Yəni onlayn vasitəsilə “Həmrəy” İB-in e-mail ünvanına müvafiq aktual mövzuya aid gənclərimiz yazdıqları məqalələri göndərəcəklər. Qaliblərə mükafatlar, hədiyyələr və diplomların verilməsi nəzərdə tutulub. Seçilmiş yazılar daha sonra kitab formatına salınaraq nəşr olunacaq. Dövlətçilik və vətənpərvərliyi özündə cəmləşdirən onlayn yazıların hansı mövzuda olması və digər məlumatlar yaxın zamanda KİV vasitəsilə elan olunacaq.

Fuad Hüseynzadə
Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq - FOTOReper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.

Reperin keçmiş xanımı Anjelika Axşam.az-a məsələnin təfərrüatlarını danışıb.

O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxlayıb: “Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq etsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm”.

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib: “Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada yaşadıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı yaşayırdı, boşandı, bizim yanımıza köçdü. Yenə də dava, söz-söhbət başladı. Qayınanam da mənimlə mübahisə edirdi.

Yenə ev satıldı, Anar dedi ki, ana-atamdan ayrılmıram, istəyirsən, sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum ona, getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Ev tikilməsi üçün Masazırda torpaq götürüldü. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada yaşadı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qayınatamın yanında qaldım. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəyəm”.

Reperin keçmiş xanımı bildirib ki, kirayədə yaşayır, amma evin pulunu ödəyə bilmir: “Məhkəmələrdə qalmışam. Qayınatamın xahişi ilə kirayədə yaşadım. Dedi ki, Masazırdakı evi satıb sizə ev alacam, kirayə pulunuzu da verəcəyəm. Hələ də ev satılmır, biz də evsiz qalmışıq. Anara zəng edirəm ki, uşaqlara sahib çıx. Mənə cavab vermir, yazır küçələrdə qalıram, məni “blok" edib. Öz uşağının məktəbi ilə maraqlanmır, ayaqqabı, paltar almır, gedib evlənir?”

Anjelika bildirib ki, özü də işsizdir: “Əvvəl çalışırdım, indi çatdıra bilmirəm. 2 aydır qaldığım evin kirayəsini ödəyə bilmirəm. Qızım hazırlığa getməlidir, amma pul yoxdur. Anara deyirəm ki, 100 manat sən düzəlt, 100 manatını mən hazırlayım. Deyir, mən işləmirəm, küçələrdəyəm. Oğlum üçüncü sinifdə oxuyur. Babası əməliyyata gedib, deyib 2 ay vaxt ver, sizə baxa bilməyəcəyəm. Ancaq alimenti yollayacayam. 200 manat alimentdir. Bununla necə uşaq saxlayım? Bu yaxınlarda qızımızın ad günü idi. Anar ona guya təbrik yazıb. İndi onu da yayımlamanızı istəyirəm”.
Telman İsmayılov Fransadan siyasi sığınacaq istədiMoskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

Oxu.Az "Mash" teleqram kanalına istinadən xəbər verir.

Biznesmenin Provansda məskunlaşmaq istədiyi bildirilir.

Məlumata əsasən, İsmayılov Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə söhbətdə Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı əlində kompromat olduğunu vurğulayıb və söz verib ki, ona sığınacaq veriləcəyi təqdirdə, bütün məlumatları Fransaya ötürəcək.
Gürcüstan rəhbərliyi İlham Əliyevi təbrik etdiGürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz.

Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur. Qeyd etmək çox xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynamışdır.

Regional təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram.

Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Rasim Balayev Türkiyəyə göndərilmədi - SəbəbXalq artisti Rasim Balayevin müalicə üçün Türkiyəyə səfəri təxirə salınıb.

Bu barədə Report-a xalq artisti özü məlumat verib.

O, Türkiyədə müalicəsi ilə məşğul olacaq həkimin Azərbaycana gələcəyini bildirib: "Bilirsiniz ki, klinikalar xaricdən tez-tez həkimlər gətirirlər. Həmin həkim ayda bir-iki dəfə Bakıya gəlir. Bu həkimin mənə görə, yaxud da təsadüfən gəlməsindən xəbərim yoxdur. Onun məni hansı xəstəxanada müalicə edəcəyini də hələ ki, bilmirəm".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.
5  rayonun qaytarılması ilə bağlı Putinə dedim ki... - ƏrdoğanDağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər.

Mən bu gün bir daha Rusiya Prezidenti ilə görüşdə bu mövzunu qaldıracağam. Belə ki, Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir".