Məşhur biznesmen Süleyman Kərimov Fransada həbs edildiRusiyalı biznesmen Süleyman Kərimov Fransanın Nitse şəhərində polis tərəfindən saxlanılıb.

A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Fransadakı səfirliyində məlumat verilib.

Səfirlik nümayəndəsinin dediklərinə görə, Süleyman Kərimov bazar ertəsi axşam Nitse aeroportunda polislər tərəfindən nəzarət altına alınıb: “Polis tərəfindən saxlanıldıqdan sonra konsulluq əməkdaşları Kərimovla görüşə biliblər”.

Biznesmenin hansı səbəblə saxlanılması və bundan sonra hansı işlərin görüləcəyi ilə bağlı səfirlik əməkdaşı məlumat verməyib: “Biz yerli hakimiyyətlə daimi əlaqədəyik və onun azad olmasına istiqamətində işlər görürük”, — deyə səfirlik nümayəndəsi əlavə edib.
34 il əvvəl zorladığı uşaqla bir HƏBSXANADA: Filmlərə mövzu olacaq CİNAYƏTİngiltərənin Mançester şəhərinin sakini 34 il əvvəl etdiyi təcavüzə görə cəzalandırılıb.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, cinayətin üstü təsadüfən açılıb.

1981-ci ildən 15 yaşlı Geri Mottersxed qonşuların uşaqlarına baxaraq pul qazanırdı. Bir dəfə onu altı yaşlı oğlana baxmağa çağırdılar. Geri özü ilə şərab gətirərək onu uşağa içirib. Daha sonra isə uşağı seksə məcbur edib. O, 1983-cü ilə qədər bir neçə dəfə oğlana “baxmağa” gəlirdi. Yeniyetmə uşağı şantaj edirdi və bildirirdi ki, “kiçik sirr” haqqında kiməsə danışsa, onun böyük bacısını zorlayacaq. Nəticədə, 6 yaşlı oğlan susmağa məcbur olub.

Geri əmin idi ki, heç vaxt cəza çəkməyəcək. Ancaq 2015-ci ildə arvadını döyməkdə şübhəli bilinən kişini saxlayırlar. Gerini vaxtilə zorladığı oğlanın olduğu təcridxanaya yerləşdirirlər.

Dustaq yoldaşı əvvəlcə Geriyə diqqəti yetirmirdi, ancaq bir müddətdən sonra onu tanımağa başlayır və mühafizəçilərə bu haqda danışır. Və hüquq-mühafizə orqanları şikayəti araşdırmağa başlayırlar.

Günahı sübuta yetirilən Mottersxed 6 il həbs cəzasına məhkum edilir.
Zərərçəkən isə baş verənlərdən sonra özünə gələ bilmir və artıq yeniyetmə yaşında spirtli içkilər və narkotik aludəçisi olur, həmçinin cinayət törədir. Ailəsinə isə “kiçik sirri” yalnız 2001-ci ildə danışır, ancaq doğmalarından susmağı xahiş edir.

“Mən bütün həyatım boyu bu sirlə yaşadım. Həbsxana səni görmək üçün gözlədiyim son yer idi”, - zərərçəkmiş məhkəmə zalında Geriyə müraciət edib.
Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - FotoAzərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda) məzarı tapılıb.

Bu barədə jurnalist Könül Şamilqızı Feysbuk hesabında yazıb.

"Bir neçə gün öncə cümhuriyyət dövrünü araşdıran dostlarımızdan Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin dar gündə sirdaşı, həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın məzarının da "Əsri" məzarlığının xristian bölməsində olduğunu, amma o zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı. Uzatmayım, bu gün Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur.

Bu arada söhbət edərkən Zeynəb xanıma Rəsulzadənin xanımı Leyla xanımın da "Əsri" məzarlığında olduğunu dedim. "Biz onu bulduq", - dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldu. Dəqiləşdirməyə çalışdım. Zeynəb xanım bildirib ki, daha öncə də Vanda xanımın məzarı ilə maraqlanıblar. Hər dəfə isə "xristian qəbiristanlığında olub, kimsəsiz olduğu üçün yeri itib" cavabını veriblər. Çünki heç yerdə Vanda adına rast gəlinməyib. Təsadüfən dəftərlərin birində Zeynəb xanımın gözü Rəsulzadə soyadlı bir xanıma sataşıb. Orada ad Vanda kimi deyil, Leyla adı ilə qeyd olunub. Leyla Rəsulzadə, Əsri qəbiristanlığı, 504-cü sıra, 55 nömrəli məzar, - deyə Şamilqızı qeyd edib.

Könül Şamilqızı qəbiristanlığın Erol Güngör adlı məsul şəxsilə birlikdə qeyd olunan ünvana gedib:

"Məzarın yerini tapdıq. Başdaşı qırılmışdı. Üzərində Leyla adını göstərən qeyd qalmamışdı. Anna dəfdərdə Leyla Rəsulzadənin qarışısında göstərilən ünvan, yuxarı və aşağıdakı şəxslərin məzarlarının ünvanları məzarın Leyla xanıma aid olduğunu deməyə əsas verir".
Goranboyda ağır qəza - 12 nəfər xəstəxanaya yerləşdirilibRayonun Bəşirabbas kəndi ərazisində "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub.

Apa xəbər verir ki, xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.

Əliyev Ramin Nazim oğlu, 1986

Quliyeva Şəbnəm Sabit qızı, 1999

Məmmədova Nüşabə İsrayıl, 1988

Quliyev Hüseyn Sadiq oğlu, 2002

Süleymanov Orxan Sərvan oğlu, 1997

Bayramova Sadəgül Həsən qızı, 1991
 "YAP-ın ideologiyası Heydər Əliyevin dövlətçilik və vətənpərvərlik sevgisinə əsaslanır!"Mirsamir Məmmədov
politoloq

1990-lardan başlanan acınacaqlı durumlar ölkədə bir çox ziyalı kəsimi və o cümlədən xalqımızın Ümummilli Lideri Heydər Əliyevi çox narahat edirdi. 1990-dan başlayaraq ölkədə ictimai və siyasi vəziyyət sürətlə təzadlı günlərə qədəm qoymaqdaydı. 1990-cı ilin Qanlı Yanvar qırğınına hələ Moskvada kəskin etirazını bildirib haqq səsini qaldıran‚ xalqımızın başına gətirilən müsibəti SSRİ paytaxtında bütün dünyaya car çəkən qüdrətli şəxsiyyət Heydər Əliyev artıq Azərbaycan xalqına xidmət etmək üçün xalqın ən ağrılı və acılı günlərində dəstək olmaq üçün‚ xalqın yanında olmaq üçün vətənə geri döndü.

Bu zaman Heydər Əliyevi tək bir məsələ düşündürürdü‚ tək bir məsələni hədəf almışdı‚ o da xalqın qarşılaşdığı acınacaqlı durumların qarşısını almaq‚ xalqı mövcud kəskin siyasi və sosial böhrandan xilas etməkdən ibarət idi. Bu missiyanı həyata keçirtmək üçün Naxçıvana gələn Heydər Əliyev oradan bütün Azərbaycanın köməyinə yetməyə çalışırdı. O zaman ölkə daxilində bir çox xain qüvvələr Heydər Əliyevin bu fəaliyyətlərinin qarşısını almağa‚ onun xalqla münasibətlərini əngəlləməyə və qarşısında durmağa çalışırdılar. Həmin xain qüvvələrin bu kimi çirkin niyyətləri‚ ölkəni daha da böyük faciəvi hallara doğru aparmaqdaydı.

Heydər Əliyev isə hər fürsətdə Azərbaycan xalqına yardım etməyə çalışırdı. Ən təzadlı hal isə bir çox xainlərin buna mane olması idi. Lakin Azərbaycanın bir çox ziyalı şəxsləri‚ elm xadimləri birgə ictimai siyasi fəaliyyət aparmaq‚ ölkəni mövcud acınacaqlı siyasi böhrandan çıxarmaq üçün Heydər Əliyevə müraciət etdilər. Beləliklə Naxçıvanda çox sayda ziyalı şəxslərin iştirakı ilə keçirilən təsis konfransında ölkənin gələcək həyatının taleyinin həll olunmasına‚ ölkənin dəhşətli siyasi böhrandan‚ acınaqlı vəziyyətdən xilas edəcək siyasi təşkilatın‚ Yeni Azərbaycan Partiyasının varlığı elan olundu‚ Heydər Əliyev isə bu partiyasının lideri seçildi. Artıq xalqın taleyini düşünən bir təşkilatlanma meydana çıxırdı. Nəhayət xalqımız üçün xoşbəxtlik bəxş edəcək günlərin bünövrəsi qoyulmaqdaydı.

1992-93-cü illərin qanlı-qadalı günlərində xalqın bu partiyaya və partiyanın qüdətli liderinə güclü inamı və etimadı vardı. Məhs xalqın istəyi tələbi ilə xüsusən o dövr Azərbaycan ziyalıları tərəfindən‚ Heydər Əliyev‚ ölkədəki dəhşətli siyasi böhranı həll edilməsi və ölkənin xilası üçün Naxçıvandan Bakıya dəvət olundu. Hər kəs anlıyırdıki Azərbaycanı mövcud parçalanma və yox olma təhlükəsindən‚ qardaş qırğınından‚ xaos və anarxiyadan yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın istəyi ilə Bakıya gələn və yalnız xalqın iradəsini və istəyini icra edən Heydər Əliyev bu günkü qüdrətli Azərbaycanı yaradıb ərsəyə gətirdi. Bu şərəfli işin bütün qrafik və sistematik mexanizmlərini Yeni Azərbaycan Partiyası və onun ziyalı mənsubları həyata keçirtdilər.

Ziyalı şəxslərin iş başına çağrılması‚ dövlət qulluğunda yer verilməsi‚ qabiliyyətli‚ səriştəli‚ işinin yüksək peşəkarı olan şəxslərə etimad göstərilməsi Heydər Əliyevin ən mühüm iş prinsipi və onun yaratdığı Yeni Azərbaycan Partiyasının qarşısındakı ən ümdə məsələ idi. Partiyadakı ən bacarıqlı‚ peşəkar şəxslərin‚ qabaqcıl insanların vəzifəyə gətirilməsi Azərbaycanı və xalqımızı gözləyən bütün siyasi təhlükələrdən qorumuş oldu. Hələ Naxçıvanda yarandığı gündən ölkənin bir çox yerlərindən ziyalı şəxslər heçbir təzyiq və hədə qorxuya boyun əyməyərək‚ çəkinmədən yeni yaranmış bu şərəfli partiyanın sıralarına qatılmağa tələsirdilər. Yeni Azərbaycan Partiyasının sıralarını tutan və ölkənin gələcəyinə biganə qalmayan mötəbər ziyalı və ləyaqətli şəxslər var qüvvələriylə Azərbaycanın parlaq gələcəyi üçün iş aparmışlar.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını qoruyub yaşadan Yeni Azərbaycan Partiyası‚ 2003-cü ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yeni yüksək mərhələyə qədəm qoymuş‚ daha da inkişaf etdirilmiş Azərbaycan naminə çalışmış‚ yarandığı gündən olduğu kimi dövlətçilik dəyərlərinin qorunması‚ vətənsevərlik prinsiplərinin icrası fonunda‚ dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və sədrliyi ilə əzmlə çalışaraq eləcədə xalqımızın taleyüklü məsələlərinin həllində‚ ölkə əhalisinin maddi və sosial rifah halının yüksəldilməsində‚ ölkənin daha da güclənməsində‚ o cümlədən habelə təhlükəsizliyimizin qorunması yolunda əməli ictimai siyasi işlər həyata keçirtməkdədir. Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyə qədər bütün amalı dövlətçiliyimizin qorunması‚ Azərbaycanın bütün dünyada tanıdılması‚ Azərbaycan həqiqətlətinin bütün dünyaya çatdırılması kontekstlərindən ibarət olmuş‚ bütün qayəsi isə dövlətçilik və vətənpərvərlik hisslərindən yoğrulmuşdur.

Çünki bu partiyanın təməli belə qoyulmuş və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik sevgisinin təzahürünü əks etdirməkdədir. Yeni Azərbaycan Partiyası bütünlüklə Heydər Əliyev dühasının bariz nümunəsi və Heydər Əliyev ideyalarının parlaq bir modelidir. Dövlət Başçısı möhtərəm cənab İlham Əliyevin partiyanın sədri olması və dövlət başçısı seçilməsi bu mükəmməl dəyərləri yüksək səviyyədə qorumuş‚ daha da inkişaf etdirmiş oldu. Ulu Öndər Heydər Əliyev ideyaları və onun yüksək dühası parlaq şəkildə Prezident İlham Əliyevin yüksək dünya görüşü və zəngin idarəçilik təcrübəsi, yüksək dövlətçilik sevgisi sayəsində daha da inkişaf etdirilərək bu günümüzə çatdırılmaqda və yaşadılmaqdadır. Müasir Azərbaycan Dövlətinin banisi Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev olduğu kimi‚ bu ideyaların və bu üstün dəyərlərin yüksək səviyyədə qorunması da ölkə başçısı möhtərəm cənab İlham Əliyevin müstəsna xidmətidir.

“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” — Sürücünün başını “partladan” yol polisi haqda açıqlamaBakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.

Publika.az-a danışan Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar: "Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü "Yol hərəkəti haqqında" qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra "vəsiqəm müəllimdədir" deyib. Bu, nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə, gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun".

V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə "Sənin başın partlayar" ifadəsini işlədib: "Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və "Sənin başın partlayar" deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq, sadəcə, çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb".
Fədayə Laçın ev dustağı olmaq istəyirİki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, müvəkkili özünü normal hiss edir və səhhətində problem yoxdur: "Saxlanma şəraiti və səhhəti normaldır. İttihamları qəbul etmir. Ümid edir ki, istintaq obyektiv araşdırılacaq və onun günahsızlığı ortaya çıxacaq".

T.Süleymanlı bildirib ki, o, gələn həftə F.Laçının istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər vəzifədən azad olunub.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Azərbaycan vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb
“AzTV ilə İTV-nin reklamı kəsilsin” - Millət vəkiliBu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi olub.

İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev maraqlı fikirləri ilə yadda qalıb.

O, çıxışı zamanı qaçqın və məcburi köçkünlərin, o cümlədən hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə toxunub:

"Bu şəxslərin mənzil şəraiti yaxşılaşdırılmalıdır. Bunun üçün büdcədən daha çox vəsait ayrılmalıdır. Son olaraq, hərbiçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün büdcədən 29 milyon manat ayrılıb. Bu vəsait kimə çatacaq ki? Hazırda 4600 məcburi köçkün ailəsi qəzalı binalarda yaşayır. Bu problemin həlli üçün büdcədən mütləq vəsait ayrılmalıdır”.

Qüdrət Həsənquliyev çıxışı zamanı telekanallardan da söz açıb. O, bildirib ki, bu gün dövlət tərəfindən yalnız AzTV və İTV-yə maddi vəsait ayrılır. Həsənquliyevin sözlərinə görə, digər telekanallar populyarlığına görə adıçəkilən kanalları üstələyir:

"Dövlət tərəfindən maliyyələşən kanallara reklam vəsaitinin ayrılması dayandırılmalıdır. Diqqəti daha çox digər kanalların yaşamasına yönəltmək lazımdır”, deyə millət vəkili çıxışını yekunlaşdırıb.
Azərbaycanda şagird dəftərlərinin üzərində Ermənistan bayrağı – FOTOAzərbaycanda məktəblilər üçün nəşr edilən dərs ləvaziminatında daha bir biabırçılıq aşkarlanıb.

Avropa.info xəbər verir ki, birinci siniflərə aid şəkilli 12 vərəqli dəftərlərin üzərində Ermənistan bayrağı təsvir edilib.

Məsələ burasındadır ki, dünya dövlətlərinin bayraqlarının əks olunduğu dəftərin üzərində nədənsə Azərbaycan bayrağı yoxdur.

Qeyd edək ki, bir neçə il öncə Azərbaycan bazarlarında üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etməyən, hətta təhqir edən, yəni Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təbliğ edən qlobusların olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu dəfə isə məktəblilər üçün nəşr edilmiş dəftərlərin üzərində növbəti rəzillik öz əksini tapıb.

Ümid edirik ki, bu cür dəftərlərin yığışdırılması üçün aidiyyatı qurumlar hərəkətə keçərəcək.
“Qızları ət maşınından keçirib, ətini satıb, qutab edib yeyirdik” - Azərbaycanlı adamyeyəndən QANDONDURAN ETİRAFLAR - VİDEOAzərbaycanlı manyakın etirafları eşidənləri dəhşətə gətirib

Bir zamanlar Azərbaycan teleməkanının ən reytinqli verlişi olan “Ailələr, talelər” üçün hazırlanmış bu müsahibə hər kəsi şoka salmışdı.

Verlişin aparıcısı tanınmış jurnalist Nailə İslamzadənin suallarını cavablandıran adamyeyən manyak öz dəhşətli əməllərini bütün çılpaqlığı ilə danışmışdı. Xanım jurnalist tamaşaçıların istəyini nəzərə alaraq, həmin müsahibəni yenidən yayımlayıb.