Ağdamda imtahanda az bal toplayan gənc intihar etdiAğdam rayonunda intihar hadisəsi olub.

Report xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Məmmədov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. İ.Məmmədov kursda aşağı bal topladığı üçün intihar edib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
Mühasibatlıq üzrə keçiriləcək olimpiada çərçivəsində tələbələrlə görüş keçirilibAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə I Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin bilik yarışmasını təşkil etmək, intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, gənclərin mühasibatlıq sahəsində maarifləndirilməsini təşkil etməkdən ibarətdir.

Olimpiadada qalib gələn gənclərə hədiyyələrin təqdim olunması, şirkətlərdə təcrübələrin keçirilməsi, onların gələcəkdə iş yerləri ilə təmin olunması nəzərdə tutulmuşdur.

Olimpiada ümumilikdə 60 tələbə arasında 25 noyabr 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təşkil ediləcəkdir.

Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq universitet tələbələri ilə məlumatlandırma görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Görüşlər ilkin olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə 15 və 16 noyabr 2017- ci il tarixlərində keçirilmişdir. Görüşdə Akademiyanın Maliyyə fakültəsinin dekanı dosent Hicran Mirzəyeva, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin böyük elmi işçisi Xudakərim Aslanov, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və fakültənin müəllim-tələbə heyəti iştirak edirdilər. Görüş çərçivəsində tələbələrə Olimpiadanın qaydaları və keçirilmə şərtləri haqqında ətraflı məlumat verildi. Daha sonra Olimpiadada iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ekspertlər tərəfindən hazırlanmış test tapşırıqları tələbələrə təqdim edildi. Nəticələrə əsasən hər görüşdə ən yüksək bal toplayan 10 tələbə mükafatlandırılmaqla yanaşı, olimpiadada iştirak etmək hüququ qazandılar.

Məlumat üçün bildirək ki, belə görüşlərin digər universitetlərdə də keçirilməsi nəzərdə tutulub.
Əli Həsənovun nəvəsinin məhkəməsi başladıBakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ibtidai istintaqı başa çatıb.

Axar.az xəbər verir ki, N.Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib və hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi(DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandavagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mersedes-Gelandavagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.
Bakının nefti yaxşıdır, özü isə pis? – Efreym SnehDünyada Qarabağ probleminin həlli ilə bağlı “ikili standart” var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana qarşı dəyişir. Onlar bunu “xalqların öz müqəddəratını həll etmə hüququ” adlandırırlar.

Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumdakı çıxışında İsrailli siyasətçi, fizik, keçmiş nəqliyyat və səhiyyə naziri, eks-deputat, istefada olan briqada generalı, müdafiə nazirinin keçmiş müavini, Netanya Akademiyasının Strateji Dialoq Mərkəzinin rəhbəri Efreym Sneh deyib. O bildirib ki, məgər hərbi təcavüzlə “öz müqəddaratını həll etmə” mümkündürmü?

“Bu absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də biveclik və riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”.

Generalın sözlərinə görə, Qarabağ problem ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın:

“Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.
Lotu Quli öz düşmənləri ilə hesablaşmağa hazırlaşırAzərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) öz düşmənləri ilə hesablaşmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik Lotu Qulinin ilk zərbəni qanuni oğru Merab Canqveladze və onun yaxın ətrafına vurmağı planlaşdırdığını bildirib:

“Bir müddət öncə həbsdən azad olan Səlifov Türkiyəyə yerləşib və burada öz klanını formalaşdırmağa başlayıb. Quli əvvəlcə Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi mafiyası və hətta Lənkəranskinin keçmiş mühafizəçisi olan qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə görüşüb. Belə bir təəssürat yaranırdı ki, nə Suxumi mafiyası, nə də Hacı Beyləqanski Qulinin adının Lənkəranskinin qətlində çəkilməsindən narahatdırlar. İddialara görə, bu görüşlərdən birində hətta Beyləqanski Səlifova tabe olacağı barədə razılıq verib. Hər şeyin plan üzrə getdiyi bir anda Suxumi mafiyasının Qulinin tabeliyi altına girməsinə Merab Canqveladze maneə yaradıb.

Noyabrın əvvəlində Türkiyədə Lənkəranskinin qardaşı Namiq Canıyev və Hacı Beyləqanski həbs edildi. Onlar Qulinin villalarından birinə hücum etmək istəyəndə yaxalandılar. Killerlərdən Səlifovun villasının əllə çəkilmiş planı ələ keçirildi. Aydın idi ki, bu plan evə tez-tez girib-çıxan biri tərəfindən çəkilə bilərdi.

Quli bundan sonra Hacı Beyləqanski haqqında ölüm qərarı çıxardı. Səlifovun şübhəsi altına Suxumi mafiyası da düşdü. Bundan sonra o, özünə müttəfiq axtarışı ilə bağlı tutduğu yönü dəyişdi. Son zamanlar Səlifov Merab Pipiya ilə əlaqələrini gücləndirib. 2012-ci ildə Canqveladzeni qanuni oğru hesab etmədiyinə görə balaca uşaq qarşısında döyülən Pipiya indiyə qədər ondan qisas almaq üçün fürsət axtarır. Səlifovla yaxınlıq edənlər arasında Aleksandr Kuşnerov (Kuşner) və Rəşad İsmayılov (Rəşad Gəncinski) da yer alır.

Maraqlı məqam odur ki, Quli danışıqlar zamanı rus mafiyasına yeni rəhbərdən bəhs etmir. O, mafiya liderinin gərəkli olmadığını və qanuni oğruların bir-biriylə bərabər hüquq çərçivəsində davranmalı olduğunu bildirir.

Görünür, Səlifovun sözləri təkcə Suxumi mafiyasına aid edilməyib. Artıq onun üzvləri kütləvi yerlərdə görünmürlər. Bu isə klanlararası böyük savaşın olacağını göstərir”.
Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldıTanınmış vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarılıb.

Report-un xəbərinə görə, bu barədə qərar bu gün Vəkillər Kollegiyasının Rəyyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, onun vəkillik fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Y.İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətinin rəhbərliyi edib.
Ziya Məmmədovun daha iki obyekti əlindən alındıSabiq nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafında baş verən olaylar hələ də diqqət mərkəzindədir.

Belə ki, sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha iki böyük obyekti əlindən alınıb.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, o, qiyməti milyonlar dəyərində ölçülən, Bakının Biləcəri qəsəbəsində yerləşən "Delfin" hotel və ona bitişik ərazidə olan məşhur "Ruskaya Banya" hamamını itirib. Sözügedən obyekt adı hələ ki, gizli qalan şəxs tərəfindən alınıb.
Çempionumuzu öldürənə hökm oxundu - VİDEOAzərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Əlifağa Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra son sözlə çıxış edən Əlifağa Məmmədov törətdiyi əməldən peşman olduğunu deyib.

O, məhkəmədən bağışlanmasını istəyib. Təqsirləndirilən şəxs son sözünü bitirəndən sonra hakimlər müşavirəyə çıxıblar.

Müşavirədən qayıdan hakimlər Əlifağa Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan ediblər.

İttihama görə, bu il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov idarə etdiyi BMV markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Razılaşmalar masa üzərindədir - LavrovDiplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan yanaşmalar tapmağa aşkar etməyə qadirdir.

Report xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi brifinqdə deyib.

"Nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir. Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir", - S.Lavrov bildirib.
“Diplomatik korpuslar və diaspor təşkilatları formal xatakterli tədbirlərdən uzaq durmalıdırlar” Ufuk Kamal: “Həmişə olduğu kimi, qatar yola düşdükdən sonra arxasınca qaçmağımız lazım deyil”

“Diplomatik korpuslar və diaspor təşkilatlarının fərqli statusları olsa da, əslində eyni məqsədlərə xidmət etməli olan qurumlardır”.

Bu fikirləri Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi Ufuk Kamal Baymedia.az-a açıqlamasında səsləndirib: “ Yəni onlar soydaşlarımızın xaricdə daha dolğun təmsil olunmasına yardım etməli, onun qarşılaşdığı problemləri yaşadıqları məmləkət insanlarının diqqətinə mümkün qədər daha geniş çatdırmalı, dostlarımızın sayını artırmalıdırlar. Bunun sırf dövlətin imkanlarıyla edilməsi, ya da sadəcə diaspor təşkilatlarının əliylə həyata keçirilməsi yetərli qədər effektli olmaya bilər. Bu iki növ qurumun eyni məqsədlər naminə imkanlarını birləşdirməsi ən yaxşı alternativdir. Lakin bu gün heç də hər şey arzu etdiyimiz kimi deyil.

Bir tərəfdən diplomatik korpusun lazım olduğundan daha çox bürokratiyaya meylli olması, digər tərəfdən, diaspor təşkilatlarının maddi-texniki bazasının zəifliyi ən nəzərçapracaq problemlərdir. Onların aradan qaldırılması üçün opertaiv və effektli addım atılmalıdır. Həmişə olduğu kimi, qatar yola düşdükdən sonra arxasınca qaçmağımız lazım deyil! Hər şeydən öncə, bu koordinasiyanı həyata keçirməli olan dövlət orqanı ümumi bir çalışma strategiyasını hazırlamalı, formal xatakterli tədbirlərdən uzaq durmalı, insanla dövlətin, diaspor qurumları ilə diplomatik korpusun qaynaşmasını təmin etməli, öz körpü funksiyasını sonuna qədər yerinə yetirməlidir. Belə olduğunda həm xalqımızın, həm də onun övladlarının başı hər yerdə dik durar, səsimizi eşidənlərin, sözümüzü anlayanların da sayı bir o qədər çox olar”.
Əli