
Avrasiya.net xəbər verir ki, GAXA-nın Kvemo Kartli bölgəsi üzrə müxbirinin məlumatına görə, bu sözləri Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı bildirib.
Onun sözlərinə görə, hər il Gürcüstanda, həm də bölgədə “Tolerantlıq Həftəsi” keçirilir: “Düşünürəm ki, belə tədbirlər Gürcüstanın çoxmillətli, tolerant, vətəndaş bərabərliyi siyasətini uğurla həyyata keçirən dövlət olduğuna bir sübutdur. Bunun üçün biz etnik qrupların bərabər səviyyədə müxtəlif sahələrdə iştirakı üçün uğurlu proqramlar həyyata keçirir və bu proses artıq öz nəticəsini göstərməkdədir. Biz guberniya olaraq gərar verdik ki, bütün bölgə üzrə “Toleranlıq Həftəsi” elan edək. Demək olar kı, rəngarəng mədəniyyətlərin birgə fəaliyyəti və inkişafı bölgəmizdə dostluq və qardaşlığa səbəb olur və bu istiqamətdə müsbət layihələr həyata keçirmək bizim vəzifəmizdir. Sözsüz ki, belə uğurlu layihələrlə həm etnik azlıqlar, həm də beynəlxalq təşkilatlar, ən başlıcası isə demokratik prinsiplərlə inkişaf edən dövlətimiz bizi daim dəstəkləyir və bu, dünya üçün nümunədir,” Z. Darğallı bildirib.
Z. Darğallı bildirib ki, Kvemo-Kartli bölgə administrasiyasının təşəbbüsü və dəstəyi ilə bölgəmizdə Beynalxalq Tolerantlıq Gününə həsr edilən tədbirlər xüsusi alqışlarla qarşılanıb və etnik azlıq nümayəndələri təşkil olunan tədbirlərimizə fərəh və sevinclə qatılıblar.
Qubernator müavini “Tolerantlıq Həftəsi” çərçivəsində bölgə ərazisində yerləşən rayonlarda, o cümlədən, Rustavi şəhərində rəngarəng proqramlardan ibarət tədbirlər keçirildiyini və bir çox tədbirlər planlaşdırıldığını bildirib: “Həftənin başlanğıcında, yəni noyabrın 13-də Tetriçkaro şəhərindəki ,,Tetriçkaro Bölgə Biliciləri Muzeyində“ Liviyalı rejissor Nadin Lafakın çəkdiyi Kan və bir çox beynəlxalq festivalların qalibi olan ,, İndi haraya gedək“ filmi nümayiş olunub. Noyabrın 14-də isə Dmanisi şəhərində müxtəlif millətlərdən olan uşaqların bu günlə bağlı çəkdikləri rəsm əsərləri sərgisi təşkil edilib. Tədbirdə həmçinin gürcü və etnik azlıq nümayəndələri müxtəlif məzmunlu şeirlər səsləndiriblər. Noyabır ayının 15-də isə Bolnisi Mədəniyyət Mərkəzində rayonda yaşayan müxtəlif millətlərin milli geyimləri nümayiş olunub. Bununla yanaşı, tədbirdə Arxılı orta məktəbinin 15 şagirdi (pedaqoq Marina Bjalavanın rəhbərliyilə) və eləcə də fiziki məhdudiyyətli şəxslər karton kağızlar üzərinə gürcü və Azərbaycan dillərində “Tolerantlıq Günü” ilə bağlı inşa yazıblar”, Z. Darğallı vurğulayıb.
O, həmçinin Tsalka və Qardabanidə də Beynəlxalq Tolerantlıq Günü ilə bağlı tədbirlər keçirildiyini bildirib: “Marneulidə noyabırın 18-də saat 15:00-da 20 nəfər gürcü, azərbaycanlı və erməni gənclərin iştirakı ilə “Tolerantlıq Günü” ilə bağlı tədbirlər planlaşdırılıb.”
Qeyd edək ki, son olaraq “Tolerantlıq Həftəsi” çərçivəsində noyabrın 19-da Rustavi şəhərində, Giqa Lortkipanidze adına Dövlət Teatırının foyesində Rustavidən olan gənc rəssamların rəsm əsərləri nümayiş olunacaq. Həftənin bağlanış rəmzi olaraq sonda teatr səhnəsində konsert proqramı baş tutacaq və bununla da bölgədə elan olunan “Tolerantlıq Həftəsi” başa çatacaq.