73 yaşlı merimiz gedir ...Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

“Yeni Müsavat”ın yazdığına görə, 73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu “iflic” xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir.

Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin “iflici” prosesi gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri “budandıqca” onun hakimiyyətin rəsmi media orqanlarında tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur…

Qəzet yazır ki, BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb. İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar. Ancaq reallıq budur ki, Abutalıbov artıq Bakını əvvəlki kimi idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.

Qeyd edək ki, iddialara görə, ilin sonunda həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəziləri dəyişdiriləcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb. Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.
Lənkəranskinin qardaşı haqda — Şok məhkəmə qərarıÖtən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” proseslə bağlı maraqlı faktlar əldə edib. Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər müşavirə otağına keçiblər. Dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər.

Beləliklə də, aralarında polkovnik Namiq Canıyev də olmaqla 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən dəstə üzvlərinin məhkəmə qarşısına çıxarılan zaman çəkilən görüntüləri yayılıb. Onu da əlavə edək ki, sıradakı sonuncu şəxs Namiq Canıyevdir.

Xatırladaq ki, azərbaycanlı polkovnikin ötən il Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün Şirinlər dəstəsinə 5 milyon dollar verdiyi bildirilir.
Tarkan FETÖ ilə əlbir olub? - İDDİAFETÖ-nün qurbanları arasında Türkiyənin pop musiqisinin ulduzu, meqastar Tarkanında adı çəkilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasət adamlarından incəsənət adamlarına qədər hər kəsin şəxsi həyatını gizli şəkildə araşdıran və telefonlarını dinləyən FETÖ-çülər Tarkanı da şantaj məqsədilə təhdid ediblər.

Tarkanın adının hallandığı məsələlərdə onun 2-3 ay izləndiyi, haqqında araşdırmalar aparıldığı və FETÖ-nün çirkli əməliyyatlarının keçmişdə qurbanı olduğu bildirilir.
İddiaya görə, müğənni təhdidlər alırdı. Şantaj edildiyi iddia edilən müğənninin FETÖ ilə əlbir olub-olmadığı sual altında qalır.
Bakıda vəzifəli şəxsin oğlunun avtoşluğu - VİDEOBakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınb.

Report xəbər verir ki, hadisə reyd aparılan zaman Nərimanov rayonu ərazisində baş verib.

10 LJ 600 dövlət qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) 99 YP 481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

BMV markalı avtomobilin YPX maşınları tərəfindən təqib olunduğu kadrları sizə təqdim edirik:
"Qarabağ"ın 3 milyonluq futbolçusu ilə bağlı - QərarUEFA İntizam Komitəsi "Qarabağ" klubunun futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb.

Qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentindən Report-a verilən məlumata görə, səbəb braziliyalı legionerin Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniya "Atletiko"su ilə səfər matçında birbaşa qırmızı vərəqə almasıdır.

İntizam Kodeksinin 15-ci maddəsini rəhbər tutan Avropa futbol qurumu 27 yaşlı yarımmüdafiəçini qrup mərhələsindəki qalan oyunlardan diskvalifikasiya edib. Bu isə o deməkdir ki, "sambaçı" "Qarabağ"ın noyabrın 22-də Bakıda İngiltərənin "Çelsi", dekabrın 5-də isə İtaliya paytaxtında "Roma" ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.

Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda "Roma" ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub - 1:2.
Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - ƏrdoğanPutinin Qarabağın həlli ilə bağlı elə də ümidi yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etmişik. Rusiya Ermənistan üzərində təsirə malikdir. İşğal edilmiş 7 rayonun 5-i haqqında öncədən qəbul edilmiş qərarlar var. Biz bu qərarların icra edilməsinin vacib olduğunu vurğuladıq. Cənab Putin məsələyə müsbət yanaşdı, amma mənim anladığım qədər ilə hər şeyin həll olacağından elə də ümidli deyil. Məncə, ümidsizlik tərəflər arasında münasibətlərlə bağlıdır”, – deyə o bildirib.
ABŞ Rusiyaya qarşı hərəkətə keçir: KREMLİN layihəsiABŞ Konqresinin müzakirəsinə Rusiya əleyhinə KREMLİN layihəsi çıxarılıb.

Axar.az xəbər verir ki, yeni layihə təşəbbüsünü konqresmen Raci Krişnamurti irəli sürüb. KREMLİN layihəsinin açıqlamasının “Rusiya Müdaxiləsi Minimallaşdırılması və Kəşfiyyat Fəaliyyətinin Məhdudlaşdırılması haqqında qanun” olduğu bildirilib. Yeni sənədə əsasən, ABŞ kəşfiyyatı Moskvanın seçkiyə müdaxiləsi ilə bağlı xüsusi qiymətləndirmə hazırlamalı olduğunu söyləyib.

Krişnamurti öz Feysbuk səhifəsində bu layihənin Rusiyanın hədəflərini öyrənməyə yönəldiyini açqılayıb:

“Biz müəyyənləşdirməliyik ki, Rusiya NATO və Şərqi Avropa dövlətlərinə kiberhücumlar edərək hansı məqsədlərə çatmaq istəyir. Moskvanın ABŞ-a haker hücumuna şübhə yoxdur. KREMLİN layihəsi daha genişmiqyalı hədəfləri müəyyən etməyə imkan verir”.
Azərbaycanda Milli Dirçəliş GünüdürBu gün Azərnaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Milli Dirçəliş günü 25 il əvvəl – 17 noyabr 1992-ci ildə elan olunub.

Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı olub.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.